150
qiymətləndirməlidir. «Sən dedin ki, «dayan,» sən bizdən özümüzü necə
hiss etməyi soruĢmalısan. Bu barədə mənə bir Ģey deyə bilərsənmi?»
Sosial davranışın həvəsləndirilməsi
Sosial vərdiĢlər dedikdə, cəmiyyətin həyatında müsbət baxımdan
iĢtiraketmə nəzərdə tutulur. Sosial davranıĢın aspektlərinə kömək
göstərmə, fikir bölüĢmə, əməkdaĢlıq, rəğbət, həvəsləndirmə, özünü fəda
etmə, maddi yardım göstərmə, müdaxilə etmə, inandırma daxildir.
UĢaqların biri digərinə yardım etmək imkanları olduqda, ictimai
davranıĢ vərdiĢlərinin seydana çıxmasına Ģərait yaranır. bu zaman
uĢaqlar biri digərinin müdafiəsinə qalxmağa həvəsləndirir, yaxud
hamıya xeyir verəcək Ģəxsi ideya irəli sürmək fikrində bulunurlar.
UĢaqlar baĢqa adamlara yardım etməyin və onlarla əməkdaĢlıq
etməyin faydasını anladıqca, yaĢlılar bundan daha böyük impuls alırlar.
Qrupun olduğu yer və atmosfer elə seçilməlidir ki, bu sosial vərdiĢlərin
aĢağıdakı səciyyədə olmasına təkan verə bilsin:
ĠĢtirakçılar qabaqcadan hiss etməlidirlər ki, hər bir kəs digərini
müdafiə etmək üçün bütün gücünü sərf edəcəkdir.
Həm yaĢlılar, həm də uĢaqlar qərar qəbuletmə prosesinə öz töhfələrini
verirlər.
Ünsiyyət birbaĢa açıq və qarĢılıqlı olmalıdır.
Ġndividual fərdlərə hörmət edilməlidir.
Kimnənsə nəyi gözləmək ümumi məntiqə dayanmalıdır.
Qrupun iĢtirakçıları biri digərinə hörmət etməli və ümumilikdə qrupa
məxsus olduqlarını anlamalıdırlar.
Həm qrupa, həm də hər bir ayrıca fərdin üzərinə vurğu salınmalıdır.
(Stob. 1978)
UĢaqlarda sosial davranıĢa Ģərait yaratmaq üçün aĢağıdakı strategiyalar
mövcuddur:
UĢaqların sosial yönlü hərəkətlərini hər hansı bir kateqoriyaya aid
etmək imkanlarının təbii Ģəkildə meydana çıxmasına Ģərait yaratmaq.
UĢaqlar hər hansı bir
BeĢ yaĢına çatan bəzi uĢaqlar qüsurlu uĢaqlara baxaraq neqativ
davranıĢı öyrənirlər (Conson və Conson, 1980). Neqativ vərdiĢləri
öyrənməyən uĢaqlar qüsurlu uĢaqlara nisbətən pozitiv vərdiĢləri
öyrənməyə qabildirlər, bu o zamümkün olur ki, müsbət model, məhz
yaĢlı Ģəxslərin hərəkətləri, sözləri, qeyri-verbal davranıĢların və
izahedici hərəkətlərin vasitəsilə təmin edilir (Postemik. Stein. Viren və
Soderman, 1993).
151
Xüsusi sosial ehtiyacları uşaqlar üçün strategiya
Müəllim müxtəlif temperamentli uĢaqlar üçün öyrənməyə Ģərait
yaradan sinif otağını təĢkil etməyə borcludur. Kokret davranıĢın hansı
səbəbdən doğmasından asılı olmayaraq, müəllim müəyyən bir iĢdə
iĢtirak etməkdən çəkinən, yaxud ümumiyyətlə aqressivlik göstərən
uĢaqlara münasibətdə istifadə etmək üçün müəyyən strategiya
repertuarını inkiĢaf etdirməlidir.
Tərs uşaqlar müəyyən bir iĢdə zəif Ģəkildə iĢtirak edir, utanır,
yaxud iĢtirak etməkdən çəkinirlər. Bu uĢaq onu digər uĢaqlarla sosial
ünsiyyətə vadar edən davranıĢa tam Ģəkildə yiyələnməkdə çətinlik
çəkirlər. Sosial davranıĢın inkiĢafını asanlaĢdırmaq üçün müəllim
aĢağıda sadalanan strategiylardan istifadə edə bilər:
Bu uşaqlar üçün digər uşaqların fəaliyyətini müşahidə etmək
məqsədilə rahat yerin seçilməsi. VaxtaĢırı olaraq bu uĢaqlar müĢahidə
vasitəsilə çox irəliləyir və müĢahidələrinə əsaslanaraq bu və ya digər
fəaliyyət növündə fəal Ģəkildə iĢtirak edirlər.
Davamlı, təkidə əsaslanan, marşrutun açılması. Heç kəsə
yovuĢmayan uĢaq materialların harada saxlanıldığını bilərək özünü daha
rahat hiss edəcəkdir.
İştirakı asanlaşdırmaq. Müəllim tərs və yovuĢmaz uĢaqların
müəyyən bir iĢdə iĢtirakını həvəsləndirmək məqsədilə ən müxtəlif
strategiyalardan istifadə edə bilər. Müəllim uĢağ yaxın olan hər hansı
material, yaxud oyuncağı hərəkətə gətirə bilər. «uyyyy….» deməklə
kənarda qalan uĢaq dərhal sinif yoldaĢı ilə oyuna qoĢulacaqdır. Bəzən
ehtiyatda qalan uĢaq digər uĢaqla yox, deyək ki, hər hansı bir heyvanla
baĢı daha çox qarıĢır. Rəsm çəkmək, rəqs etmək, yaxud hər hansı bir
musiqi alətində çalmaq kimi qeyri-verbal fəaliyyətlər dolayısı yolla öz
təsirini buraxa bilər.
Pozitiv gücləndirmə. Təbəssüm, baĢ bulama, yaxud əl çalma böyük
bir qrupun qarĢısında rəsmi təsdiqdən daha çox təsirli ola bilər. Həvəssiz
uĢağı müəyyən bir iĢdə iĢtirak etməyə məcbur etməməli, ancaq ona
uĢağın fəaliyyətə qoĢulmazdan əvvəl ehtiyacı olduğu inamı yaratmaq
üçün fərdi diqqət yetirmək son dərəcə mühümdür. XoĢa gələn hər hansı
bir hərəkəti xüsusi mükafatlarla mükafatlandır, məsələn «Köməyinizə
görə çox sağ olun. Siz nə yaxşı iş gördüyünüz».
Diqqəti nəticənin yox, məylərin üzərinə cəmləşdirin. Qüsurlu
uĢaqlar üçün hər hansı hər iĢin, yaxud fəaliyyətin son nəticəsini
152
bilməkdən daha çox onun göstərdiyi səyləri qiymətləndirmək daha
yaxĢıdır, məsələn, müəllim bu halda belə deyə bilər: «Bilsən, sənin bu
hərəkətinin nə böyük faydası var!»
Aqressiv uĢaqda özünə nəzarət hissi çatıĢmır və o, sinif
müəlliminin qarĢısında bir çox çətin problemlər yaradır. Bu tipli uĢağın
davranıĢları çoxlu qeyri-standart vəziyyətlərin yaranmasına səbəb ola
bilər. Aqressiv uĢaq nəzarəti və daxili məsuliyyəti təmin edən aydın
qaydaların və strateji üsulların olmasını tələb edir. Müəllim də öz
növbəsində aĢağıdakı strateji üsullardan istifadə edə bilər:
Səs-küy və vizual həyacanlanması məhdudlaşdırmaq. Sinifdə
uĢaqlar üçün çox yüksək səs-küydən kənarda iĢləmək, yaxud digər
fəaliyyətlə məĢğul olmaq üçün yerlər olmalıdır. Bəzi son dərəcə fəal
uĢaqlar həm vizual, həm də eĢitmə baxımından ətrafdakı olaylardan
yüksək səviyyədə həyəcanlanır və diqqətlərini cəmləĢdirmək üçün
sakitlik axtarırlar. Digər son dərəcə fəal uĢaqlar isə daha artıq dərəcədə
səs-küydə iĢləməyi xoĢlayır, əks halda onların oyuna marağı itir.
Düzgün istiqamətin verilməsi. UĢaqlar onlardan müəllimin nə
gözlədiyini anlamalıdırlar. Sinif otağındakı materiallar aydın Ģəkildə
göstərilməli və yalnız onlar üçün müəyyən edilən yerlərdə
qoyulmalıdırlar. Bəzi uĢaqlar onlar üçün təyin edilmiĢ yeri xoĢlayırlar.
Sinif otağında hökm sürən qaydalar elan edilməli və anlaĢılmalıdır.
Aqressiv davranıĢlar dərhal «ram edilməlidir». Bu zaman qısamüddətli
«taym-autdan» istifadə et ki, yüksək dərəcəli həyəcanlanmanın qarĢısını
ala biləsən.
Öz hərəkətlərinə nəzarət etmək istəyən uşaqlar üçün şərait yarat.
UĢaqlar bir fərd kimi nəyə görərsəməsuliyyət daĢıdıqlarını hiss etdikdə,
onların neqativ davranıĢları meydana çıxmır (Qlasser, 1969).
İş gününün yaradılması. UĢaqlar dəqiq iĢ günlü cədvəlinə malik
olduqda, nəzərdə tutulan bir fəaliyyət növündən digərinə keçmə
məqamında çətinlik çəkmirlər. Onlar günün axarını anlayır və buna
müvafiq olaraq öz fəaliyyətlərini qururlar.
Qüsurlu uĢaqların müvafiq proqramlara daxil edilməsi
müəllimdən və ya müəllim heyətindən daxiletmə proqramından uzun
müddətə gözlənilən müsbət nəticəyə inamla baxmağı tələb edir. Bu
halda onlar uĢağın inkiĢafı qayğısına qalmağı borc bilən digər
mütəxəssis və agentliklərlə əməkdaĢlıq etməkdən çəkinməməli, o
cümlədən bu qüsurları ətraflı Ģəkildə öyrənməli və aĢağıda sadalanan
sinif təcrübəsinə əməl etməlidirlər. (Dunlop, 1977).
Dostları ilə paylaş: |