160
müəyyənləĢdirir. Qulaq asma bütün dil inkiĢafının özülüdür. Belə ki,
dinləmə vərdiĢləri zəif olan uĢaq ünsiyyət prosesində Ģübhəsiz ki, böyük
çətinliklərlə rastlaĢacaqdır. Tədqiqatlar vasitəsilə bizə məlumdur ki,
müəllimlər uĢağın dinləmə qabiliyyətini, müvafiq fəaliyyət növlərini və
təcrübəni həyata keçirməklə inkiĢaf etdirə bilərlər.
Ekspressiv dil, yaxud danıĢma doğuĢ zamanı qıĢqırıqla müĢayiət
olunur. UĢağın həyatının ilk doqquz ayı ərzində qığıltı, müxtəlif səslər
çıxartma hadisəsi baĢ verir. Bu dövrdə uĢaqlar müxtəlif səslər
çıxartmağa çox meyilli olurlar. Dil baxımından problemləri olan uĢaqlar
Ģübhəsiz ki, bu fəaliyyət növləri ilə məĢğul olmaqdan çəkinəcəklərö
müəllimlər və valideynlər bu uĢaqlara Ģifahi oyun fəaliyyətlərini təklif
etməlidirlər.
Təqribən doqquz aylıqda uĢaqlar nitqin «jarqon» adlanan yeni bir
mərhələsinə daxil olurlar. Onlar ətraflarında olan ritm və intonasiya
nümunələrini təqlid etməyə baĢlayırlar. UĢaqlar, öz dil sistemlərinə
daxil olan səsləri çıxarır və hələ də sözlərdən istifadə edə bilmirlər. Bir
sözdən iki qısa sözü iĢlətməyə doğru inkiĢaf edən uĢağın sosial dil
inkiĢafı zaman keçdikcə daha da formalaĢır. Üç yaĢa çatdıqda, uĢağın
sözlüyü sürətlə artır, zənginləĢir və uĢaq mürəkkəb cümlələrdən istifadə
etməklə danıĢa bilir.
UĢağın dil inkiĢafını müĢahidə etməklə, tədqiqatçılar uĢaqların
doğulduqları zamandan etibarən nitqə tam Ģəkildə yiyələndiklərinə kimi
müvafiq mərhələləri qeyd etmiĢlər. Nitq qüsurları olan uĢaqlar normal
dil inkiĢafı modelinə riayət etmirlər. Bəzi uĢaqlar xüsusi səsləri
çıxarmaqda çətinlik çəkirlər; digər uĢaqlar isə sözləri yadda saxlaya
bilmir və cümlə düzəldə bilmirlər. Müəllimlər uĢaqlara gündəlik
fürsətlərdən istifadə edib, nitq sözlüyünü tərtib etməkdə kömək edirlər,
bunun üçün onlar nitq vərdiĢlərinin aĢılanmasını nəzərdə tutan fəaliyyət
növlərini təĢkil edirlər.
Dil sisteminin komponentləri
Müəyyən hallarda nitq, dil və ünsiyyət terminləri sinonim
mənalarda iĢlədilir. Bunların arasında fərqi göstərmək məqsədilə hər
birinin daĢıdığı anlamı aĢkarlamaq lazımdır.
Dil ideyaları və təcrübələri baĢqalarına Ģərti verbal dildən istifadə
etməklə ötürmək üçün istifadə edilən simvolik iĢarələrin təĢkl edilmiĢ
formasıdır.
161
Ünsiyyət danıĢan tərəfindən malik olduğu informasiyanın və
ideyanın hər hansı digər Ģəxslə mübadilə etmək üçün göstərilən cəhddir.
Biz verbal, qeyri-verbal Ģəkildə, Ģəkillərlə, yaxud jestlər, iĢarəvi dil,
yazılı dil və s-dən istifadə etməklə ünsiyyətə girə bilərik.
Nitq bizim Ģifahi təqdim etdiyimiz eĢitmə-artiuulativ koddur.
Yadda saxlamaq lazımdır ki, uĢaq danıĢa bilmirsə, bu o demək deyildir
ki, o, kiminləsə ünsiyyət saxlamaq qabiliyyətinə də malik deyildir.
Dil sistemləri ən azı üç əsas komponentə malikdirlər (Feərfəks
Kauntri Pabrikskus, Dil üzrə tədris proqramının inkiĢafı, 1991):
Proqmatik (Dil və danıĢıq)
Semantik (Söz və cümlə)
Sintaksis (Söz və qrammatika).
Praqmatik komponent dildən istifadə məqsədini aĢkarlayır və
bütün kommunikasiya aktı üçün özün roulunu oynayır. TəĢəbbüs irəli
sürmə və danıĢığın baĢa çatdırılması, bütün bunların hamısı praqmatik
komponentin tərkib hissəsidir. Nitq hissələri, məsələn müzakirə edilən
mövzunun aydınlaĢdırılması, mövzuların dəyiĢdirilməsi və müzakirənin
inkiĢaf etdirilməsi uĢaqların baĢa düĢməyə ehtiyacı olduqları
vərdiĢlərdir.
Praqmatik komponentin digər aspektinə ətraf mühit konteksti
daxildir ki, bu konteksdə danıĢıq prosesi baĢ verir. UĢağın necə
danıĢması və necə ünsiyyətdə olması, onun yerləĢdiyi kontekstdən, nə
vaxt danıĢmasından daha çox asılıdır, nəinki danıĢığın hansı məkanda
baĢ verməsindən, ətraf mühit faktorlarının kommunikasiyaya təsiri
barədə məlumat dildən lazımi Ģəkildə istifadə etməyin vacib
elementidir.
Sematik komponentə dildə istifadə edilən simvolların mənaları
daxildir. Hər bir söz müəyyən mənaya malik olur. Bir neçə söz birləĢib
cümlə əmələ gətirərkən, bütöv bir fikri ifadə edir. bir qrup cümlənin
məna etibarilə birləĢməsi, paraqrafı, bitmiĢ bir fikri, kitabı, oyunu və s.
formalaĢdırır.
Cümlədə yerləĢdiyi yerdən asılı olaraq, söz ən müxtəlif mənalara
malik ola bilər. Məsələn, müəllim belə soruĢa bilər: «Sən gülləri
sulayırsanmı?», yaxud belə deyə bilər: «Gülləri çulamaq lazımdır».
Sintaksis komponenti dildə sözlərin meydana çıxdığı qaydanı
nəzərdə tutur. O, eyni zamanda qrammatika və sorfologiya ilə sıx
Ģəkildə əlaqədardır. Sintaksisə «strukturlar» daxildir ki, bunların da
vasitəsilə semantik və proqmatik komponentlər birləĢirlər.
162
Sinifdə dilin inkişafı üçün şəraitin yaradılması
Dildən istifadə etməyi və digər Ģəxslərlə ünsiyyətə girməyi
öyrənmə bir çox uĢaqlar tərəfindən səy nəticəsində əldə edildiyini
bildiyimizə görə, ünsiyyət prosesini inkiĢaf etdirmək üçün iki Ģərtin
lazım olduğunu qeyd edə bilərik: qarĢılıqlı münasibət və məlumat. Dilin
öyrədilməsi prosesi uĢaq müəllimi ilə, digər yaĢlı Ģəxslərlə, yaxud
yaĢıdları ilə qarĢılıqlı münasibətdə olarkən meydana çıxır. bu prosesdə
fəad Ģəkildə iĢtirak etməklə, uĢaqda ünsiyyətə girmək qabiliyyəti inkiĢaf
edir. ünsiyyət zamanı mübadilə edilən məlumat uĢağın dil mənimsəmə
səviyyəsinə uyğunlaĢdırılmalıdır. Sinifdə kommunikasiya prosesinin
məqsədli Ģəkildə aparılmasının müəllimə uĢaqlarda konkret məsələ ilə
bağlı hansı problemlərin mövcud olmasını öyrənmək imkanını verir.
Sinifdə dilə həssaslıq mühitinin yaradılması
UĢaq təmayüllü siniflər üçün ilkin məqsəd uĢaqların özünün
ünsiyyətə qoĢulması təĢəbbüsündə bulunmalarıdır. Dil vərdiĢləri
funksional Ģəkildə və uĢaqların maraqlarına müvafiq olaraq inkiĢaf
etdiyi üçün bu vərdiĢlərin sonrakı təkamülü yaradılan mühitdən asılı
olacaqdır. Müəllimlər sinifdə uĢaqların yerləĢməsini elə seçməli və
onlara danıĢmaq və ünsiyyətə girmək üçün kifayət qələr vaxt
ayrılmalıdırlar ki, onlar ən müxtəlif yollarla biri digərilə, yaxud yaĢlı
Ģəxslərlə ünsiyyətə girmək meylində olsunlar.
Sinifdə azyaĢlı uĢaqlar üçün aparılan təcrübələr çoxtərəfli, təbii dil
imkanlarına əsaslanmalıdır (Qudman, 1986). Əsas dil funksiyalarından
hər biri – kommunikasiya, ifadə və əsaslandırma qarĢılıqlı münasibət
prosesində spontan Ģəkildə inkiĢaf edir. ünsiyyət vərdiĢləri üçün Ģəraitin
yaradılması tərkibinə idrakı, sosial və linqvistik vərdiĢlərin daxil olduğu
bir prosesdir (Ounes, 1988).
«Sənin ayaqqabın hansı rəngdədir?» tipli suallar qarĢılıqlı
münasibətə girməyin ən səmərəsiz üsullarından biridir. Belə ki, uĢağın
ayaqqabısının hansı rəngdə olmasını hamı görür. Eyni zamanda, bu
Ģəraitdə hansısa cavabın verilməsi müəyyən dərəcədə lazımdır.
Müəllimlər uĢaqların adətən istifadə etdikləri dili zənginləĢdirmək üçün
uĢaqları həvəsləndirməlidirlər.
Aparılan sorğuların cümlə Ģəklinə salınması verilən cavabın necə
olmasına birbaĢa təsir edir. uĢaqlar iĢləyərkən (nəsə qurarkən, Ģəkil
çəkərkən və s.) onlardan «Öz işin haqqında mənə danışmaq
istərdinmi?» tipli suallar vermək daha yaxĢıdır, nəinki «Bu nədir?»
Dostları ilə paylaş: |