166
malik uĢağa elə bir yerdə əyləĢdir ki, o, viziual iĢarələri asanlıqla tuta
bilsin. Musiqini dinləyərkən, uĢağın harada əyləĢməsinə xüsusi fikir ver.
Nağıla qulaq asma zamanı bu uĢaq qrupun qarĢısında əyləĢməlidir.
Açıq sonluqlu suallardan istifadə. Açıq sonluqlu suallar bir
sözdən daha çox cavab verməyi tələb edir. Onlar danıĢığın alınmasına
Ģərait yaradır. Açıq sonluqlu suallara nümunə kimi «Sən nağılın sonluğu
barədə nə düĢünürsən?» kimi sualdır. Normal inkiĢaf yolu keçən azyaĢlı
uĢaqlar sualı cavablandırarkən aĢağıdakı ardıcıllığa əməl edirlər: nə,
kim, harada, niyə və nə vaxt.
Dilin funksiyalarını uĢaqların dildən nəyə görə istifadə
etməsinin vasitəsi kimi nəzərdən keçirilməsi. Dil bizim aramızda
ünsiyyət vasitəsidir, bu bizim bilmək istədiyimiz hər hansı bir Ģeyi
tapmağımızdır, digər Ģəxslərə cavab verməkdir və ictimai xarakterli
hərəkətləri icra etməyimizdir. Burada müəllim uĢağın jestlərini, səs.
Bəzən oxu vərdiĢləri və oxu strategiyaları anlayıĢları bir-birinə
qarıĢdırılır. VərdiĢ dedikdə, sözlərin tanınması kimi xüsusiyyətlər
nəzərdə tutulur. Bəzi vərdiĢlər avtomatik olsa da, digərləri belə deyildir.
Məsələn, özünün hərf və səs üzrə malik olduğu biliyindən ona tanıĢ
olmayan sözü açıqlamaq məqsədilə istifadə edən uĢaq müvafiq
vərdiĢləri sınaqdan keçirir. Strategiyalar isə oxucunun öz məqsədini,
məsələn hekayənin nə haqqında olmasının bilinməsi kimi məqsədini
açıqlamaq qayəsinə malik olan planlardır. Oxu strategiyaları elastik,
planlaĢdırılmıĢ və məqsədlidir. Gənc oxucular malik olduğu
strategiylardan səmərəli Ģəkildə istifadə etməzdən qabaq müəyyən oxu
aərdiĢləri malik olurlar.
Dilin inkişafı və qüsurlu uşaqlar
Dilin ləng inkiĢafı uĢaqlarda müxtəlif qüsurların olması ilə
ədaqədardır ki, onların da bəziləri aĢağıda verilmiĢdir.
Eşitmə qüsurları – EĢitmə qüsurlarının səthi, yaxud dərin olması
həm nitq, həm də dilin inkiĢafına müəyyən dərəcədə təsir göstərə bilər.
Zəif eĢidən uĢaqlar nitqdəki bütün səsləri bərabər Ģəkildə eĢitmirlər.
EĢitmə qüsurları daha dərin olduqda, uĢaqlar adətən bir kommunikasiya
metodu kimi iĢarəvi dildən istifadə edirlər. UĢaqlar zəif eĢitmə qüsuruna
malikdirlərsə, onlara danıĢmaq və dili baĢa düĢmək vərdiĢləri aĢılanır,
bu proses xüsus müdaxilə və təlimatın olmasını tələb edir.
Görmə qüsurları – Görmə qüsurları olan uĢaqlarda ünsiyyət
vərdiĢlərinin inkiĢafana daha çox diqqət yetirilir. Müəllimlərin görmə
qüsurları üzrə mütəxəssislərlə birgə əməkdaĢlıq Ģəraitində iĢləməsi
vacibdir (kuk, Tesye və Kleyn, 1996).
167
Dərk etmə qüsurları – Bəzi uĢaqlarda dil və nitqin inkiĢafı, məhz
dərk etmə qüsurlarının olması sayəsində ləngiyə bilər. Bu uĢaqların
onların mövcud dil qabiliyyətlərini dəstəkləyən və inkiĢaf etdirən
mühitlə təmin edilməsi vcibdir. Zəif və orta səviyyəli dərk etmə
qüsurlarına malik olan bu uĢaqlar ardıcıl Ģəkildə yerinə yetirilən
mərhələlərdən sonra müəyyən nitq və dil qabiliyyətlərinə yiyələnə
bilərlər. Dərk etmə qüsurlarına malik olan uĢaqların proqmatik dil
vərdiĢlərinə, məsələn onların digər uĢaqlarla qarĢılıqlı münasibətdə
olmasına, xüsusi diqqət yetirilməsinə möhtacdırlar.
Antizm – Antizmli uĢaqların iki səciyyəvi xüsusiyyəti
aĢağıdakılardır: onların sosial vərdiĢlərindəki çətinliklər və qeyri-tipik
dil inkiĢafı. onların sosial ünsiyyət və münasibət baxımından
problemlərə malik olduqlarına görə, bu uĢaqların sinifdə digərləri ilə
danıĢması, öz fikirlərini ifadə etmələrinin üzərinə vurğu salınmalıdır.
Stimulun olmaması – Müvafiq stimulun olması dilin inkiĢafını
gücləndirir və danıĢıq vərdiĢlərinə Ģərait yaradır. Buna müvafiq olaraq,
həmin stimulun olmaması uĢaqların dil inkiĢafından geri qalmasına
səbəb olur və bütövlükdə bu inkiĢafın qarĢısını alır. bu məqsədlə,
valideyn və müəllimlər hər günün müvafiq vaxtında uĢaqlara ünsiyyət
vərdiĢlərini öyrətməlidirlər.
Emosional qüsurlar – Emosional qüsurlara malik olan uĢaqlar
müxtəlif dilin inkiĢafının ləngiməsi formalarına malik ola bilərlər, bu
son dərəcə ləng dil inkiĢafı stadiyasından tutmuĢ, digər Ģəxslərlə
ünsiyyətə girməkdən imtinaya qədər qruplara bölünə bilər. Bu
problemlərlə üzləĢən valideynlər və müəllimlər məntiqə uyğun davranıĢ
sədləri və sərhədlərini müəyyənləĢdirən dəqiq təlim mühitini yaratmağa
borcludurlar.
Öyrənmə qüsurları – Öyrənmə qüsurlarına malik olan uĢaqlar, dil
əsaslı çoxlu problemlərlə üzləĢə bilərlər. Bu, özünü daha çox həmin
qüsurlara malik olan uĢaqların zəif qulaq asma qüsurlarında diqqətin
yayılmasında göstərə bilər. Öyrənmə qüsurlarına malik olan bir çox
azyaĢlı uĢaqlar Ģifahi nitqin əsaslarına yiyələnmək məqsədilə, xüsusi
diqqət və qayğıya möhtacdırlar. Onlar, eyni zamanda dilin semantik və
sintaksis sahələrində təlimat almalıdırlar.
Dilə yəyələnməni asanlaşdıran təlim fəaliyyətləri
Dinləmə vərdiĢləri dilin həm Ģifahi, həm də qeyri-Ģifahi Ģəkildə
ifadə edilməsi, yazı və oxu vərdiĢləri ayrı-ayrı Ģəkildə aĢılanan vərdiĢlər
168
kimi öyrədilməməlidir. Dil vərdiĢlərinin inkiĢaf etdirilməsində ən
mühüm faktor uĢaqlara daha çox təcrübə aparmaq imkanlarının
verilməsidir. UĢaqlar daimi və müəyyən əsasa malik təcrübəyə və
özlərinin dil və ünsiyyət vərdiĢlərini inkiĢaf etdirmək üçün təkrarlamaya
möhtacdırlar. Bu vərdiĢləri müdafiə etmək məqsədilə istifadə edilən hər
hansı fəaliyyət növü, yaxud çalıĢma ən müxtəlif vəziyyətlərdə və ən
müxtəlif səviyyələrdə, habelə müxtəlif dövrlərdə iĢlənməlidir.
Müəllimin sual vermə texnikası uĢağın yüksək səviyyəli anlama
qabiliyyətinə malik olması üçün əsasdır.
Reseptiv dilə şərait yaradılması
Uşaqların başa düşə-düşə qulaq asmağa həvəsləndirilməsi.
Əmin olun ki, qeyri-verbal dilinin mənası və niyyəti izah
edilmiĢ və baĢa düĢülmüĢdür. Mənanın sizin tərəfinizdən Ģərh edilməsi
vasitəsilə bunu icra edin.
UĢaqların mənanı digərlərinə çatdırması məqsədilə, qeyri-verbal
dildən istifadə etdikləri zaman oyun təĢkil et – məsələn, belə bir
pantomimdən istifadə et: «Təsəvvür edin ki, biz döşəməni silirik».
Əmin olun ki, verdiyiniz təlimat baĢa düĢülüb, uĢaqdan bu
göstəriĢi təkrarlamağı xahiĢ et, yaxud belə bir informasiyanı çatdır:
«Mən indicə dedim ki, biz… gedəcəyik. Biz hara gedəcəyik?»
Əhvalat danıĢıldığı zaman, elə indicə nəyin oxunduğunu
yoxlamaq məqsədilə müxtəlif məqamlarda əl saxlayın.
Əhvalat boyu uĢağın verilən məlumatı, yaxud anlayıĢı
izləməsinə əmin olmaq üçün sual vermə texnikasından istifadə et.
ƏlveriĢli əhvalatları elə Ģəkildə oxu və yenidən oxu ki, uĢaq
müvafiq növbəti mərhələdə onu daha yaxĢı anlasın. Hər hansı bir Ģeri
oxuyun və uĢaqlıqdan xahiĢ edin ki, gözlərini yumsunlar və zehinlərində
Ģeri müvafiq Ģəkillər üzrə təsvir etsinlər.
Oxuyub qurtardıqdan sonra onlardan gözlərini açmağı xahiĢ et və
uĢaqların təsvir etdikləri Ģəkillər barədə söhbət aç.
UĢaqlara verilən Ģifahi informasiyaya müvafiq reaksiya göstərmək
iĢində kömək et.
Verilən göstəriĢlərə əməl etməkdə çətinlik çəkən uĢaq üçün
həmin göstəriĢin yalnız bir hissəsini izah etməkdə sözünə baĢla, məsələn
«Mavi topu mənə ver», yaxud «Kitabı dolaba qoy». Sonra müvafiq
göstəriĢin növbəti hissəsinə keç. Ģübhəsiz ki, siz hər dəfə göstəriĢin
təkrar olunmasını tələb etməlisiniz.
Dostları ilə paylaş: |