Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə35/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

138
Əmtəənin 
inkişaf  strategiyası 
-  
köhnə 
məhsulların, 
xidmətlərin yeni  imkanları  haqqında həmişə düşünmək  lazımdır. 
Həmin  «McDonalds»  qamburqerlər  və  qızardılmış  kartoflarda 
ixtisaslaşaraq,  məsələn,  Havay  adalarında  yerli  mətbəxə  məxsus 
xörəkləri  də təklif edə bilər.
Gəlir  strategiyası  üçün  mütəxəssislərin  seçilməsi  (intensiv 
artım)  standart  prosedura  və  qaydaların  istifadəsi  ilə  baş  verir. 
Yalnız  o  işçilər  yaxınlaşır  ki,  həmin  anda  onun  xidmətinə 
təşkilatın  ehtiyacı  var  (dar  istiqamətli  seçim).  İdarəetmədə 
iştirak etmək zəruri deyil və  mükafatlandırılmır.
Ləğvetmə  strategiyasını  gəlir  götürmək  nöqteyi-nəzərdən 
əsas  fəaliyyət  istiqamətləri  tənəzzüldə  olan  təşkilatlar  seçirlər. 
Bu  halda  işçilərin  sosial  müdaxiləsi  tədbirləri  böyük  əhəmiyyət 
kəsb  edir  -   işçilərin  sayının  ixtisar  olunmasının  maksimum 
ağrısız üsullarının axtarışı:
- natamam iş həftəsinə keçid;
- qısaldılmış iş günü;
- daxili yerdəyişmə.
İşçilərin 
mükafatlandırılması 
müstəsna 
olaraq 
vəzifə 
maaşlarına uyğun şəkildə həyata keçirilir.
Əlbəttə  ki,  işçi  heyətin  idarə  olunması  strategiyasının 
gətirilmiş  variantları  ilə  bütün  mümkün  variantlar  heç  də 
qurtarmır.
5.2.  İşçi heyətə tələbatın  təyin olunması,
kadrların  axını və əmək məhsuldarlığı
İşçi  heyətə tələbatın təyin  olunması  -   müəyyən  zaman  ərzin­
də  işçi  heyətin  zəruri  kəmiyyət  və  keyfiyyət  tərkibini  təyin 
etməyə  imkan  verən,  işçi  heyətin  idarə  olunmasının  planlaş- 
dırılmasmın vacib mərhələlərindən biridir.  İşçi heyətdə təşkilatın 
tələbinə  təsir  edən  amillərin  dinamikasının  başa  düşülməsi.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
139
turizmdə  və  qonaqpərvərlikdə  insan  ehtiyatlarının  planlaşdırıl- 
masının əsasıdır.
Keyfiyyət  tələbatı  adı  altında  peşəsinə,  ixtisasına,  əxlaqı 
keyfiyyətlərinə  və  s.  görə  işçilərə  olan  tələbat  başa  düşülür.  İşçi 
heyətə  miqdarca  tələbatın  müəyyən  olunması  vəzifəsi  həm 
əməkdaşların  sayının  hesablanması  metodunun  seçilməsinə, 
həm də  hesabat üçün başlanğıc məlumatların  və  müəyyən  zaman 
ərzində  işçilərin  zəruri  sayının  birbaşa  hesablanmasının  təyin 
olunmasına müntəzir olunur.
Turizm  və  qonaqpərvərlikdə  işçi  heyətə  tələbatın  təyin 
olunmasının  əsas  mürəkkəbliyi  -   kadrların  böyük  axınıdır. 
F.Kotlerin  məlumatlarına  görə  keçən  əsrin  80-ci  illərinin 
axırlarında  kadrların  axınının  dəyəri  1  saat  ərzində  (saathesabı 
ödəniş  zamanı)  orta  hesabla  2100  ABŞ  dolları  təşkil  edirdi.  Bu 
onu  göstərir  ki,  200  xidmətçisi  və  100  %  axını  olan 
mehmanxanalar üçün  bu  rəqəm  artıq  400.000  ABŞ  dolları  təşkil 
edir.  Bu gün kadr axınının «qiyməti» daha yüksək olmuşdur.
Odur  ki,  işçi  heyətə  tələbatın  təyin  olunması  zamanı 
kadrların  axını  əmsalı  (F)  nəzərə  alınır.  O,  isə  bu  formulla 
hesablanır:
M
Burada  N  -   işdən  çıxarılanların  100-ə  vurulmuş  orta  illik 
sayı;  M -  işçi heyətin orta illik sayıdır
Görünən  fakt  odur  ki,  hər  şeyi  olduğu  kimi  saxlamaqdan- 
dırsa,  işçi  heyətin  axını  ilə  mübarizə  aparmaq  daha  düzgündür. 
Məsələn, 
«La 
Quinta 
Motor 
İnns» 
mehmanxanasının 
menecerləri  işçi  heyətlə  işlərin  planlaşdırılmasının  dörd  maraqlı 
prinsiplərinin köməyi  ilə axını  il  ərzində  36 %-dən  21  %-ə qədər 
azaltmağı  bacarmışlar:
1) 
işçi heyətin seçilməsi  -  işə qəbul zamanı ər-arvadlara daha 
çox  oriyentasiya olunması;
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


1 4 0
2)  peşəkarlığa  oriyentasiya  -   hər  bir  ailə  (ər-arvad)  13 
həftəlik  intensiv  təlim  kursunu  və  əlavə  olaraq  iş  yerində  təlimi 
bitirməlidir;
3)  sabitlik  -   ər-arvadlar  bir  illik  iş  müddəti  qurtarana  qədər 
başqa vəzifəyə köçürülmələri  barədə xahiş  edə bilmirlər;
4)  inkişaf və  karyera -  «La Quinta»da  işçi  heyətin ixtisasının 
həmişə yüksəldilməsinə çox  fikir verilir.
Restoran  biznesində  kadr  axmı  problemini  öyrənən  ekspert­
lər aşağıdakı nəticələrə gəlmişlər:
-  böyük  kadr  axını  vəsaitlərin  yerləşdirilməsində  qidalan­
manın  təşkili  üzrə  menecerlər  arasından  daha  çox,  restoran 
menecerləri arasında müşahidə olunur;
-  baş  menecerlərə  nisbətən  menecerlərin  köməkçiləri  iş 
yerlərinin dəyişdirilməsinə daha çox meyllidir;
-  baş  menecerlər  öz  köməkçilərinə  nisbətən  simasızlaşdırıl- 
maqdan daha çox əziyyət çəkirlər;
-  kadr  axmı  tendensiyası  tənha  adamlar  arasında  evli 
adamlara nisbətən daha yüksəkdir;
-  kişilər  qadınlara  nisbətən  bu  hadisəyə  daha  az  məruz 
qalırlar;
-  baş  menecerlər  tərəfindən  göstərilən  yaxşı  münasibət 
onların köməkçiləri arasında kadr axınını  azaldır.
Əlbəttə  ki,  ixtisaslaşdırılmış  menecerləri  müxtəlif amillərin 
(əmək  haqqı  və  maddi  nemətlərlə  yanaşı)  köməyi  ilə  saxlamaq 
olar ki, bunlardan əsas olanları aşağıdakılardır:
- xidmətdə yüksəlmək imkanları;
- maraqlı iş;
- menecerin məsuliyyətinin artması;
- yaxşı iş şəraiti;
- özün komandanın bir hissəsi olduğunu dərk etmək hissi;
-  menecerin  yerinə  yetirdiyi  işin  vacibliyinin  yüksək 
qiymətləndirilməsi;
-  işin təhlükəsizliyi;
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
141
- yaxşı hazırlanmış  təlim proqramı;
-  kompaniyanın  menecerə  şəxsləndirilmiş  loyallığı  (işə 
vicdanla yanaşan adam kimi  baxması);
- yaxşı  əməkdaşların kollektivi -  komanda;
-  əlavə  güzəştlər  (pensiyalar,  ödənişli  məzuniyyətlər, 
mükafatlandırma kimi turlar və s.);
-  coğrafi  mövqeyi;
-  rahat iş yeri;
- şəxsi problemlərin həllində köməklik.
İşçi  heyətə  olan  miqdarca  tələbatı  təyin  etmək  üçün  zəruri, 
əsas,  başlanğıc  məlumatlar  istehsal  normaları  və  əmək  məhsul­
darlığıdır.  İstehsal  norması  praktiki  olaraq  hər  bir  iş  yerində 
müəyyən  oluna  bilər.  Məsələn,  əməliyyatın  və  ya  tapşırığın 
yerinə  yetirilməsi  üçün  xronometrləşdirilməsi,  yəni  orta  vaxtın 
təyin olunması.  Beləliklə bir xidmətçi üçün növbə ərzində  15-20 
nömrənin  təmizlənməsi  -   nömrə  fondunun  xidməti  üçün 
gündəlik  istehsal  normasını  təyin  etmək  olar.  Mehmanxanaların 
yerlərinin 
proqnozlaşdırılan 
doldurulmasını 
hesablamaqla 
mövsüm  ərzində  xidmətçiyə  olan  ümumi  tələbatı  hesablayırlar. 
Ofisiantların  əmək  məhsuldarlığını  xidmət  göstərilmiş  qonaq­
ların  orta  sayını  ofisiantların  sayına  bölməklə  təyin  etmək  olar. 
Analoji  olaraq  əmək  məhsuldarlığını  yerləşdirmə  xidməti  üçün 
yerləşdirilmiş  qonaqların  sayını  baş  inzibatçının  ofisində  olan 
xidmətçilərin sayma bölməklə hesablamaq olar.
Turist təşkilatının  bütün  işçi  heyətinin  əmək  məhsuldarlığı  К 
aşağıdakı  formulla təyin olunur:
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülahyev
R
Burada S -  satışdan hasil olan ümumi mədaxil;

-  
işçi 
heyətin 
xərcləri 
(əmək 
haqqı, 
maddi 
mükafatlandırma və s.)


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə