Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

turistlərin  və  daimi  əhalinin  təşkili  üzrə  tədbirlər  nəzərdə 
tutulmuşdur.
Əksər terror aktları  -   uzun  və  dəqiq  planlaşmadan  sonra baş 
tutur.  Qapısı  bağlanmamış,  üstündə  açarı  qalmış  maşın 
əvvəlcədən  maşın  qaçıranları  cəlb  etdiyi  kimi,  müdafiə 
olunmayan  ərazilər,  asanlıqla  daxil  olunması  mümkün  olan 
ərazilər də terrorçuları  cəlb edir.
Az  məlum  olan  marşrut  və  ya  proqram  üzrə  səyahət  edən 
turistin  terrorun  qurbanı  olması  şansı  çox  böyükdür.  Bir  çox 
terrorçu  qruplar  öz  ölkələri  və  ya  regionları  çərçivəsində  siyasi 
xarakterli  reklamlar  axtardığı  üçün  tutmaq  obyekti  kimi  əcnəbi 
turistləri seçə bilərlər.
Aşağıda  göstərilən  məsləhətlər  terror  hücumlarının  obyekti 
olmamağınız  üçün  Sizə  kömək  edə  bilər.  Onlar  cinayətin 
qurbanı  olmaq  ehtimalından  özünü  qorumaq  kimi  yuxarıda 
göstərilən  məsləhətlərə  əlavə  kimi  baxıla  bilər.  Bu  ehtiyat 
tədbirləri  Sizə bəzi müdafiə dərəcələrini  təmin edər:
-  çalışın  ki,  aviasəyahət  zamanı  yüksək  riskli  ərazilərə  və 
ölkələrə  getməyəsiniz.  Qatar  kimi  digər  nəqliyyat  növlərini  də 
nəzərdən  keçirin;
-  cəhd  edin  ki,  ictimai  yerlərdə  keçirdiyimiz  vaxtı,  məsələn, 
ən az müdafiə olunan hava  limanında, minimuma endirəsiniz;
-  kassa aparatı  olan  yerdən  təhlükəsiz zonaya  mümkün  qədər 
tez  aralanın.  Gəldiyiniz  zaman  hava  limanını  mümkün  qədər tez 
tərk edin;
-  yükünüzün  və  paltarınızın  üstündə  olan  yarlıqdan,  Sizin 
əcnəbi  olduğunuzu  təyin  etməyə  imkan  verən  davranış tərzindən 
çəkinin;
-  bağlama  və  ya  digər əşyaları  qoyub  gedən  şübhəli  şəxslərə 
qarşı  diqqətli  olun.  Həmin  fakt  haqqında  hava  limanının 
mühafizəsinə  və  ya  digər  xidmətlərə  xəbər  verin  və  o  ərazini 
tezliklə tərk edin.
1 ^ _____________________ Ə. Т.Əsgərov,  В. Ə.Bilalov,  Ç. G. Giilalıyev
O  T.Əsgərov,  B. Ə. Bilalov,  Ç.G.Giilalıyev
123
Əgər  Siz  əvvəllər  terror  aktı  törədilmiş  və  ya  adam  oğurlan­
mış  rayona səyahətə yola düşürsünüzsə,  Sizə  aşağıdakılar vacib­
dir:
- əvvəlcədən gözlənilməz vəziyyət yarandıqda hərəkətlərinizi 
müzakirə  etmək.  Getməmişdən  qabaq  işlərinizin  və  sənədlə­
rinizin qaydasında olduğuna əmin olun;
-  həmin  yerə  gəlib  çatan  kimi  konsulluqda  və  ya  səfirlikdə 
qeydiyyatdan keçin;
-  səyahətin  proqramına  və  ya  marşrutuna  aid  olan  şəxsi 
məsələləri  müzakirə  edən  zaman  mehriban  olun,  lakin  ehtiyatlı 
olun;
-  şəxsi (işgüzar)  kağızları  otel otağında qoymayın;
-  Sizin  gəlməyinizi  və  getməyinizi  izləyən  adamları 
müşahidə edin;
-  polis  bölməsi,  otel,  xəstəxana  kimi  təhlükəsiz  yerləri 
həmişə yadda saxlayın;
-  qrupdan  kimsə  qoy  Sizin  planınız  haqqında  bilsin,  əgər  öz 
planınızı dəyişsəniz ona məlumat verin;
-  polisin hər hansı  şübhəli  aktivliyi  haqqında yaxınlıqda olan 
səfirliyə və ya konsulluğa xəbər verin;
-  bəxtə-bəxt  taksi  seçməyin.  Taksiyə  oxşamayan  avtomobilə 
əyləşməyin.  Sürücünün  sifət  quruluşunu  sürücülük  vəsiqəsin- 
dəki  şəkildə müqayisə edin;
-  mümkün  qədər təkcə səyahət etməyin;
-  öz  otel  otağınızın  qapısını  açdığınız  adamı  tanıdığınıza 
əmin  olun.  Naməlum  və  ya  uzaq  yerdə  tanımadığınız  adamlarla 
ünsiyyətə girməyin;
-  naməlum  bağlama  və  ya  çantadan  imtina  edin.  Silahdan 
atəş  açılarkən  və  ya  bomba  partladılması  zamanı  hərəkət 
planının  təyin edin;
-  sizin  maşınınızın ətrafında  hər hansı  şübhəli  məftil, naqil  və 
ya əşyanın mövcudluğunu yoxlayın;


1 2 4
-  əgər  Sizə  sürətli  şose  ilə  getmək  lazım  gələrsə, 
əyləşəcəyiniz  avtomobilin  (taksinin)  saz  vəziyyətdə  olduğuna 
əmin olun;
-  çalışın  ki,  adamların  çox  olduğu  küçə  ilə  getdiyiniz  zaman 
avtomobilin  pəncərələri  bağlı  olsun,  belə  ki,  bombam  açıq 
pəncərədən içəri ata bilərlər;
-  əgər  Siz  olduğunuz  yerdə  qəflətən  atışma  başlasa,  o  zaman 
yerə  uzanın.  Təhlükənin  keçdiyinə  əmin  olmayınca,  hərəkət 
etməyin.  Xilasedicilərə  köməklik  göstərməyə  cəhd  etməyin, 
silahı  qaldırmayın.  Əgər  mümkünsə,  özünüzü  hər  hansı  bərk 
şeylə örtün, qamı üstə sürünərək hərəkət edin.
Hər  bir  girov  götürülməsi  halının  fərdi  və  girov  düşmək 
ehtimalının  çox  az  olduğuna  baxmayaraq,  bu  məsələnin 
müzakirəsi  çox  vacibdir.  Ən  təhlükəli  olan  isə  təyyarəni 
qaçırmaq məqsədi  ilə edilən hücumdur.
Belə  ki,  bu  zaman  terrorçular  əvvəlcə  adətən  gərgin, 
asanlıqla özündən  çıxan  olurlar və  özlərini  ağılsız  apara bilərlər. 
Bu  halda  çox  vacibdir  ki,  Siz  öz  təmkinliyinizi  qoruyasınız, 
hərəkətlərinizə nəzarət edəsiniz və hər şeyə hazır olasınız:
-  müqavimət  göstərməyin  və  kəskin  hərəkətlərdən  qaçın. 
Əgər müvəffəqiyyətə  inamınız yoxdursa müqavimət  göstərməyə 
və  ya  qaçmağa  cəhd  etməyin.  Bir  qədər  özünüzə  gəlmək, 
dincəlmək  üçün  tədbir  görün.  Dərindən  nəfəs  alın  və  özünüzü 
mümkün  ola  bilən  çətin  sınağa  mənəvi,  fiziki  və  emosional 
olaraq hazırlayın;
-  çalışın  ki,  diqqətdən  kənarda  qalasınız,  terrorçuların 
gözlərinə baxmaqdan,  həmçinin  onlara  irad  tutmaqdan  və onlara 
qarşı digər münasibətlərdən qaçın;
-  həmin  vəziyyətdə  sərxoş  olmamaq  üçün  alkoqollu  içkilər 
qəbul etmək, həmçinin çoxlu yemək və içmək lazım deyil;
-  əməkdaşlıq  etməkdə  passiv  olun.  Sakit  danışın.  Öz 
narazılığınızı  bildirməyin,  konfliktdə  girməkdən  çəkinin  və 
bütün əmrlərə və təlimatlara tabe olun;
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.GGiilalıyev
1 2 5
-  əgər  Sizdən  nəyisə  soruşurlarsa,  qısa  cavab  verin.  Könüllü 
olaraq  informasiya  təklif  etməyin  və  danışıqlarda  lüzumsuz 
təşəbbüs göstərməyin;
-  özünüzü  və  ətrafımzdakıları  təhlükə  altında  qoyaraq, 
qəhrəman olmağa çalışmayın;
-  özünüzü  ləyaqətli  aparın  və  tədricən  öz  rahatlığınıza  olan 
tələbləri  artırın.  Tələbləri  təqdim  etmək  üçün  ağıllı  danışıq  tonu 
seçin;
-  çalışın ki, hansısa əqli və ya fiziki  işlə məşğul  olasınız.  Sizə 
lazım  olan  şeyləri  -   dərmanları,  kitabları,  karandaşlan,  kağızları 
istəməkdən qorxmayın;
-  terrorçuların  təklif etdikləri  hər  şeyi,  hətta  onlar  iştahaaçan 
və  dadlı  görünməsələr  belə  yemək  lazımdır.  Bu  ilk  növbədə 
banditləri  qıcıqlandırmamaq  üçün,  sonra  isə  fiziki  gücünüzü 
qorumaq üçün vacibdir;
-  yadda  saxlayın,  Siz  terrorçular  üçün  çox  qiymətlisiniz. 
Onlara lazımdır ki,  Siz sağlam və toxunulmaz qalasınız.
Əgər  Siz  xaricdə  bir  yerdə  iki  həftədən  çox  qalmağı 
planlaşdırırsınızsa,  Sizin olduğunuz ərazidə vətəndaş  müharibəsi 
və  ya  təbii  fəlakət  baş  verirsə  və  ya  əgər  Siz  hansısa  uzaq  bir 
yerə  yola  düşməyi  planlaşdırırsınızsa,  yaxşı  olar  ki,  ölkəmizin 
səfirliyində və ya konsulluğunda qeydiyyatdan keçəsiniz.
Konsulluqla  əlaqə  yaratmağın  digər  səbəbi  -   Sizin  getməyə 
hazırlaşdığınız ölkədəki vəziyyət haqqında informasiyadır.
Əgər  Siz  yaralanmısmızsa  və  ya  xəstələnmisinizsə,  o  zaman 
ölkəmizin  yaxınlıqdakı  səfirliyindən  və  ya  konsulluğundan 
tövsiyə  olunan  yerli  dərman  vasitələrinin  siyahısını  soruşun. 
Əgər  xəstəlik  ciddidirsə,  onda  konsulluğun  nümayəndəsi  Sizə 
tibbi  yardım  göstərilməsi  üçün  yer  tapmalı  və  sizin  xahişinizlə 
qohumlarınızı  və  dostlarınızı  xəstəlik  haqqında  məlumatlan­
dırmalıdır.  Lazım gələrsə, konsul qohumlardan və dostlardan pul 
vəsaiti  alınmasında  köməklik  göstərə  bilər.  Xəstəxanadakı 
xidmətlər və digər xərclərə görə ödənişləri  Siz etməlisiniz.
O  T Əsgərov,  B. Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə