Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

Əgər  Siz  cinayətkarla  qarşı-qarşıya  gəlsəniz,  o  zaman 
müqavimət  göstərməyin,  öz  qiymətli  əşyalarınızı,  pullarınızı, 
pasportunuzu  Sizdən tələb  etsə,  ona verin.  Belə  ki,  bütün  bunları 
yerinə  qaytarmaq olar,  Sizin həyatınızı  isə -  yox.
Bir  çox  ölkələrdə  Sizi  polis  və  ya  hərbi  müəssisələrin, 
hökumət  binalarının  və  sərhəd  ərazilərinin,  həmçinin  hərbi 
nəqliyyat  vasitələrinin  istehsalı  üzrə  zavodlarının  şəklini 
çəkdiyinizə  görə  tuta  bilərlər.  Odur  ki,  bu  zaman  Sizdə  şübhə 
yaranarsa,  şəkil  çəkməmişdən  əvvəl  müvafiq  qaydada  icazə 
istəyin.
Sizi  əntiq  əşya  olan  və  ya  əntiq  əşya  kimi  görünən,  habelə 
yerli  hakimiyyət  orqanlarının  fikrinə  görə  ölkənin  milli  sərvəti 
hesab  olunan  suvenirləri  aldığınıza  və  ya  əldə  etdiyinizə  görə 
həbs  edə  bilərlər.  Belə  hallar  daha  çox  Türkiyə,  Misir  və 
Meksika  üçün  xarakterikdir.  Bu  cür  qəbildən  olan  problemlərin 
meydana  çıxa  biləcəyi  ölkələrdə  aldığınız  əşyaların  əntiq 
olmadığını  sübut etmək üçün onu sənədləşdirmək  lazımdır. Əgər 
həmin  əşyalar  həqiqətən  əntiqdirsə,  o  zaman  onların  ölkədən 
çıxarılmasına  icazə  almağın  qayğısına  qalın.  Adətən  belə 
icazələri milli  muzeylər verir.
4.  Oteldə təhlükəsizlik.
Çalışın  ki,  oteldəki  nömrənizin  giriş  qapısını  açarla 
bağlayasınız.
Qonaqlarla otelin vestibülündə görüşün.
Siz  əgər  harasa  çıxıb  gedirsinizsə,  o  zaman  pullarınızı  və 
digər qiymətli əşyalarınızı oteldəki nömrənizdə qoymayın. Onla­
rın  saxlanması üçün otelin seyfindən istifadə edin.
Əgər  Siz  gecə  yarısına  kimi  küçədə  gəzirsinizsə,  o  zaman 
qayıtmağınızın vaxtı  barədə qrupunuzdan kimisə xəbərdar edin.
Əgər  liftdə  şübhəli  adam  varsa,  o  zaman  ondan  istifadə 
etməməyə çalışın.
Nömrədə  texniki  təhlükəsizlik  üzrə  təlimatla  tanış  olun. 
Ehtiyat  çıxışın  harada  olduğunu  bildiyinizə  əmin  olun.
118_____________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Yaxınlıqdakı  çıxışla  Sizin  nömrəniz  arasındakı  qapıların  sayını 
öyrənin.  Bu  Sizə  yanğın  zamanı  tüstü  ilə  dolu  olan  dəhlizdən 
sürünərək çölə çıxmağa kömək edər.
5.  İctimai nəqliyyatda  təhlükəsizlik.
Avtomobilə  yalnız  onun  üzərində  rəsmi  taksi  işarəsi 
olduğuna tam əmin olduqdan sonra əyləşin.
Tanınmış  turist  marşrutları  ilə  hərəkət  edən  qatarlarda 
sərnişinlərin,  xüsusən  gecə  saatlarında  sistematik  olaraq  yaxşı 
təşkil olunmuş qarət edilməsi  ciddi problemdir.
Əgər tanış olmayan  şəxsin  Sizin  yolunuzu  kəsdiyini, arxadan 
isə  tanış  olmayan  adamın  Sizə  həddən  artıq 
yaxınlaşdığını 
müşahidə  etmişsinizsə,  o  zaman  kənara  qaçmağa  çalışın  və 
köməyə adam çağırın.
Tanımadığınız  adamlardan,  xüsusən  də  onlar  Sizə  yemək  və 
ya  içmək  təklif edirlərsə,  qida  və  ya  içki  götürməyin,  belə  ki, 
cinayətkarlar  ora  narkotik  tökə  bilərlər.  Onlar  həmçinin  kupeyə 
gözyaşardıcı qaz buraxa bilərlər.
Əgər  mümkünsə,  o  zaman  kupeni  bağlamağa  çalışın.  Əgər 
bu  mümkün  deyilsə,  onda  öz yol  yoldaşınızla növbə  ilə yatın  və 
ya  heç  yatmayın.  Ən  nəhayət  yükünüzü  və  qiymətli  əşyalarınızı 
özünüzə yaxın çəkib, onların  üstündə yatın.
Əgər  Siz  təhlükəni  hiss  edirsinizsə,  bu  barədə  hakimiyyət 
orqanlarını  xəbərdar etməkdən  qorxmayın.  Çox  vaxt  cinayət baş 
verməsi  təhlükəsi  böyük  olan  marşrutlarda  polis  müşayiəti  təyin 
olunur.
6. Avtomobil sürən zaman təhlükəsizlik.
Maşın  icarəyə götürdüyünüz zaman  Siz ekzotika axtarmayın, 
yolun  yaxşısını  seçin.  Əgər  mümkünsə,  icarəyə  götürülmüş 
maşınlarla adətən, hansı yolla hərəkət edildiyini  soruşun.
Maşının  texniki  cəhətdən  saz  olduğuna  əmin  olun.  Əgər 
imkan  varsa,  qapılarında  universal  qıfılı  olan,  sürücüyə  idarəet­
məni  asanlıqla  nəzarətdə  saxlamağa  imkan  verən  möhkəm 
şüşələri  və kondisioneri olan maşın seçin.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıvev  ___ ________  
119


120
Maşının qapılarını  və pəncərələrini açıq qoymayın. 
Təhlükəsizlik kəmərlərini bağlayın.
Maşında qiymətli  əşyalar saxlamayın.
Gecə maşını  küçədə  saxlamayın.  Əgər yaşadığınız otel  və ya 
bələdiyyə  xidməti  qaraj  və  ya  digər  mühafizə  olunan  ərazi 
təqdim etmirsə, maşını saxlamaq üçün yaxşı  işıqlanan yer seçin.
.  Heç vaxt özünüzlə təsadüfi yol yoldaşı götürməyin.
Əgər yaxınlıqda  Sizi  müşahidə  edən  şübhəli  adamlar  görmü­
sünüzsə, maşından çıxmayın.  Tez maşını sürüb oradan uzaqlaşın.
Siz  turistlərin  yığışdığı  yerə  gəldiyiniz  zaman  soyğunçu­
lardan  necə  qaçmaq  haqqında  maşını  icarəyə  verənlə  məsləhət­
ləşməlisiniz.
Qarətçilər  yol  boyu  tikilmiş  çoxsaylı  yanacaqdoldurma 
məntəqələrində  «işləyirlər».  Siz  maşında  oturarkən  və  ya  onun 
yanında  dayanarkən  Sizi  salamlayan  və  ya  diqqətinizi  cəlb 
etməyə  çalışan  şəxslərlə  ehtiyatlı  olun.  Cinayətkarlar  müxtəlif 
hiylələrdən  istifadə  edirlər.  Onlar,  əgər  Sizin  maşının  təkəri 
deşilibsə,  Sizə  öz  köməyini  təklif edən  nəcib  insan  kimi  özlərini 
göstərə  bilərlər.  Onlar  həmçinin  maşınlarını  saxlayıb  Sizdən 
kömək  xahiş  edə  bilərlər  və  bu  zaman  Sizin  əşyalarınızı  və  ya 
maşınınızı  qarət  edə  bilərlər.  Adətən  onlar  qrup  halında 
«işləyirlər»  və  biri  hiylə  işlədərək  Sizin  diqqətinizi  özünə  cəlb 
edir,  digərləri  isə bu  zaman  Sizi  qarət edir.
Elə  cinayətkarlar  var  ki,  Sizi  təhqir  edib  özünüzdən  çıxarır 
və  bununla  da  diqqətimizi  özünə  cəlb  edir.  Digərləri  isə  Sizin 
maşınınızı  yolun  kənarına itələməyə  çalışır və  ya bədbəxt hadisə 
təşkil edir.
Şəhər daxilində  cinayətkarların hiylə  işlətməyə  vaxtı  yoxdur, 
onlar  sadəcə  avtomobilin  şüşəsini  sındırır,  oradan  qiymətli 
əşyaları  oğurlayır  və  dərhal  oradan  qaçırlar  və  ya  maşını 
qaçırdırlar.
Dünyanın  bütün  şəhərlərində  yollarda  bədbəxt  hadisələrdən 
qorunmaq  üçün  ehtiyat  tədbirlərin  daxil  olduğu  «müdafiə
Ə.T.Əsgərov,  B.Ə.Bİİ
ü
I
üv
,  Ç.G.Giilalıyev
121
idarəetmə»  terminindən  istifadə  edilir.  Avtomobili  sürən  üçün 
bu  potensial  cinayətkardan:  piyadadan,  velosipedçidən  və 
motoroller sürücüsündən gözünü ayırmamaq deməkdir.
7. Pulu təhlükəsiz yerdə necə saxlamalı.
Əgər  Sizə  valyuta  lazımdırsa,  o  zaman  böyük  məbləğdə 
pulların  özünüzlə  daşınmasından  xilas  olmaq  üçün  çekləri 
dəyişdirin (mübadilə edin).
Aldığınız  şeylərə  görə  hesablaşma  zamanı  böyük  məbləğdə 
pulunuz  olduğunu  göstərməyin,  ödənişdən  sonra  kredit  kartını­
zın qayıtdığına əmin olun.
Pullarınızı  «qara  bazarda»  yox,  xüsusi  ixtisaslaşdırılmış 
müəssisələrdə  dəyişdirin,  aviabilet  və  suvenirləri  də  elə  oradan 
alın.
Əgər  Sizin  şəxsi  əşyalarınız  itmişsə  və  ya  oğurlanmışsa,  o 
zaman  bu  barədə  yerli  polis  bölməsinə  təcili  xəbər  verin. 
Ərizənizin  surətini  yaranmış,  vəziyyəti  aydınlaşdırmaq  və 
sığorta kompaniyası qarşısında tələb  irəli sürmək üçün özünüzdə 
saxlayın.
İtmiş  əşyaları polisə xəbər verdikdən sonra itki  və ya oğurluq 
haqqında ayrıca ərizə yazın:
-  turist  çeki  haqqında  -   onu  buraxmış  kompaniyanın 
yaxınlıqdakı nümayəndəliyinə;
-  kredit kartı haqqında -  onu buraxan kompaniyaya;
-  aviabiletlər haqqında -  avia- və turagentliyə;
-  pasport haqqında -  yaxınlıqdakı  səfirliyə və ya  konsulluğa.
8. Terrorçulardan  müdafiə.
Terror  aktı  gözlənilməz  olduğundan  ondan  tam  müdafiə 
mümkün deyil.
İlkin  və  Ən  yaxşı  müdafiə  -   terror  faktının  və  adamların 
oğurlandığının  qeydə 
alındığı 
ölkələrə 
səyahət  etməkdən 
çəkinməkdir.  Bir çox  regionlarda  terror aktının  qarşısının  alınması 
və  ictimai  asayişin  qorunması  üzrə  təcrübə  vardır,  həmçinin
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə