Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

1Ü2
Bədbəxt  hadisələrin  ortaya  çıxması  vəziyyətinin  öyrənilməsi 
müəyyən  etməyə  imkan  verdi  ki,  onların  əsasında -   dağ  turizmi 
üçün  tipik  olan  qəza  növləri  durur  və  bunlar  da  əvvəlki  illərin 
qəza növlərindən çox az fərqlənir.
1989-cu  ildə  baş  vermiş  qəzalar  içərisində  birinci  yerdə 
enişdən qopardılmadır ki, bu  15  dəfə baş  vermiş  və bu zaman 20 
adam  (9-u  ölüb)  zərər  çəkmişdir.  Zərərçəkmişlərin  ümumi 
sayının  31,3  %-ni  bu qəza növü təşkil edir.  İkinci  yerdə -  6 dəfə 
baş  vermiş,  zərərçəkənlərin  26,6  %-ni  təşkil  edən  (17  nəfər)  qar 
uçqunu  qəzasıdır.  Üçüncü  yeri  zərərçəkmişlərin  sayma  görə  -  
15,6  %  (10  zərərçəkmiş  və  45  ölmüş)  göstərici  ilə  daş  uçqunu 
tutur.  Bu  üç  qəza  növü  uzun  illər  ərzində  dağ  turizmində  baş 
vermiş  bütün  qəza  növləri  arasında  qabaqcıl  yerləri  tutur.  Digər 
qəza  növləri  içərisində  həmçinin  bədbəxt  hadisələr  arasında 
müntəzəm  olaraq  yer  tutan  və  hər  il  2-3  insan  həyatına  son 
qoyan  «boğulmanı»  qeyd  etmək  lazımdır.  1989-cu  ildə  dağ 
səyahətlərində  4  nəfər  boğulmuşdur  ki,  bu  da  zərərçəkənlərin 
ümumi  sayının 6,3  %-ni  təşkil  edir.
Bədbəxt  hadisələrin  ortaya  çıxması  səbəbinin  əsas  hissəsi 
turistlərin  davranışı,  hər  şeydən  əvvəl  isə  zərərçəkmişlərin 
özlərinin davranışı  ilə  şərtlənmişdir.
«Pis  hazırlıq»  tipi  səhvlərin  böyük bir  qrupunu  birləşdirir  və 
səyahətə  turun  təşkilatçılarının  və  turistlərin  əvvəlcədən 
hazırlıqsız  olduqlarını  müxtəlif  tərəflərinin  ortaya  çıxması 
faktını  əks  etdirir.  Səhvlərin  bu  tipi  ən  çoxsaylıdır  və  ümumi 
səhvlərin 35,7 %-ni təşkil  edir.  Şəxsi hazırlığa aid tiplər arasında 
yalnız  sadə  səyahətlərdə  qeyd  olunan  texniki  və  taktiki  hazırlığı 
olmayanlar  liderlik  edir  (32,5  %).  Əgər  təşkil  olunmuş  turizmdə 
taktiki  səhvlərə  görə  məsuliyyət  bütövlükdə  turoperatorlann  və 
bələdçilərin  üzərinə  düşürsə,  özfəaliyyət turizmində  bu məsuliyyət 
iştirakçıların öz üzərilərinə düşür.  Yerlərdə olduğu ərazinin səmtini 
zəif  müəyyən  etməklə  ifadə  olunan,  səyahət  edilən  rayonu  pis 
bilmək hallarının  sayı  həddən  artıq çoxdur.  Turistlərin  öz  gücü  ilə
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Güla/ıyev
Ə.T.Əsgəruv,  B.Ə.Bi/aluv,  Ç.G.Giilcıltyev 
___ 
_____  
103
xilasetmə  işlərini  apara  bilməməsi  faktı  və  bunun  özfəaliyyət 
səyahətləri üçün daha çox xarakterik olması da təhlükəlidir.
«Texniki  səhvlər»  tipi  konkret  meydana  çıxma  formalarını 
xarakterizə  edən  şəxsi  səhvlərin  beş  yaıımtipini  birləşdirir.  Belə 
səhvlər  onların  ümumi  sayma  nisbətən  aparıcı  yerlərdən  birini 
tutur  (17,8%),  əsas  səhvlərin  sayma  görə  isə  birinci  yerə  çıxır 
(48,2  %).  Sığorta  ilə  bağlı  səhvlər  (sığortanın  olmaması  və  ya 
özünü  sığorta,  keyfiyyətsiz  sığorta)  daha  çox  çəkiyə  malikdir. 
Bu  tip  səhvlər  hamısından  çox  mürəkkəb  səyahətlərdə  ortaya 
çıxır.
«Taktiki səhvlər» tipi yeddi yanmtipi birləşdirir. Bunlardan ən çox 
rast gəlinənlərin siyahısına aşağıdakılar daxildir: «marşrut üzrə hərəkət 
qrafikindən  geri  qalma  və  ya  onu  qabaqlama»  və  «təhlükəni 
proqnozlaşdırmağı  bacarmamaq».  Birinci  halda  bu  turistlərdə  dağ 
xəstəliyinin  inkişaf  etməsinə  və  iqlimə  uyğunlaşmanın  kifayət 
etməməsinə,  həmçinin  xroniki  xəstəliklərin  ağırlaşmasına  gətirib 
çıxarır.  Bədbəxt hadisələrin təhlili göstərir ki, bu zaman taktiki səhvlər 
20,1  % təşkil edir.  Sayma görə bu tip səhvlər ikinci yeri tutur. Taktiki 
səhvlərin  ən  çox  miqdarı  turistlərin  nadir  hallarda  getdiyi 
marşrutlardakı  mürəkkəb  səyahətlərin  payına  düşür.  Ənənəvi  olaraq 
«gec  çıxış» və «uzunmüddətli  kəskin hava şəraitindən sonra marşruta 
çıxış»  tipli  səhvlərin  payı  çox  olur.  Turist  qrupları  rəhbərlərinin  və 
bələdçilərin  hazırlığının  aşağı  səviyyədə  olduğunu  göstərən  «hərəkət 
yolunun  düzgün  seçilməməsi»  kimi  səhvlərin  payı  da  qeyri-adi 
dərəcədə yüksəkdir. «Zəif rəhbərlik» -  səhvin ənənəvi tipidir. O bütün 
səhvlərin 9,4  %-ni təşkil edir.  Görünür ki, turistlərin təhlükəsizliyinin 
təmin  olunmasından  özfəaliyyət  turistlərinin  qrup  rəhbərlərinin  və 
bələdçilərinin  rolu  həddən  artıq  böyükdür.  Bir çox  taktiki,  texniki  və 
təşkilatı səhvlərin zəif rəhbərliklə əlaqədar olduğu faktı indi heç kimdə 
şübhə doğurmur.
Turistlərin  təkcə  gəzməkdə  özünü  göstərdiyi  intizamsızlığı 
da,  həmçinin  tez-tez  faciə  ilə  qurtarır.  Dağ  turizmində  son  illər


104
bədbəxt  hadisələrin  səbəbi  kimi  intizamsızlıq  daha  çox  təsadüf 
edilir.
«Turist»  stajının  turistlərin  yaşı  ilə  sıx  bağlı  olduğu 
müşahidə  olunmuşdur.  Dünyanın  bir  çox  psixotexnikləri  əmək 
fəaliyyətinə görə  statistik məlumatlardan  istifadə  edərək belə  bir 
nəticəyə  gəlmişlər  ki,  25  yaşma  qədər  olan  şəxslər  bədbəxt 
hadisələrə  qarşı  çox  yüksək  meylliyə  malikdir.  Gənclik  amili 
ona  xas  olan  bütün  xüsusiyyətləri  ilə  birlikdə  özü-özlüyündə 
travmaların  alınmasına  kömək  edir.  Halbuki,  travmatizmi  yaşla 
yox, 
stajla 
əlaqələndirmək 
daha 
məqsədəuyğundur.
Travmatizmin  ən  çox  baş  verməsi  və  ya  səyahətçinin  «turist» 
həyatında  ilkin  laqeydlik  macəra  turizminin  mənimsənilməsinin 
başlanğıcında  (3-4-cü  il)  olur.  O,  bilik  və  təcrübənin  az  olması, 
mürəkkəb  vəziyyətlərdə  düzgün  qərar  qəbul  etmək  və  tez 
oriyentasiya  etməyi  bacarmamaqdan  irəli  gəlir.  Travmatizm 
ikinci  dəfə  daha  çox  təqribən  7-9-cu  illərdə  müşahidə  olunur. 
Onun  səbəbi  artıq  ehtiyatsızlıq  amili,  onda  olan  bütün 
imkanlardan  turistlərin  istifadə  etməməsi  və  ya  hazırlıq  zamanı 
müvəffəqiyyətsizliyə  uğramaqdır.  O,  sanki  dağlarla  «zarafat» 
edir,  halbuki  onun  çox  olmayan  stajı,  birtərəfli  və  tam  olmayan 
təcrübəsi  hələ  ona  bu  hüququ  vermir.  Öz  imkanlarını  belə 
həddən  artıq qiymətləndirmək və həddən artıq  özünə  inam sonda 
bədbəxtliyə  gətirib  çıxarır.  İkinci  laqeydlik  daha  çox  yüksək 
intellektual  səviyyəli 
və 
özfəaliyyətinə  gözəl 
münasibət 
bəsləyən,  yaxşı  turist hazırlığı  olan adamlarda  aşkara çıxır.  Odur 
ki,  dağ bələdçisi,  qrup  rəhbəri  həm  gənc  turistlərə  qarşı,  həm  də 
artıq  xeyli  staja  malik  olan  səyahətçilərə  qarşı  çox  diqqətli 
olmalıdır.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov.  Ç.G.Gülalıycv
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
105
4.5. 
Ekoloji və macəra dağ turizmində təbii təhlükələr və 
davranış qaydaları
Ekoloji  və  macəra  dağ  səyahətlərində  baş  verməsi  mümkün 
olan əsas təbii təhlükələri qısaca xarakterizə edək.
Daş  uçqunu  təhlükəsi  süxurların  küləyin  təsiri  ilə  aşınması 
nəticəsində  dağın  dağılması  prosesi  ilə  şərtlənmişdir.  Daş  uçqu­
nuna  səbəb  kimi  həmçinin  turistlərin  ehtiyatsız  hərəkəti  -  
hərəkət  zamanı  yerdə  qalmış  daşın  atılması,  qayadan  qopub 
ayrılmış  daş  parçasına  söykənilməsi  və  s.  ola  bilər.  Adətən, 
məhz  daş  uçqununun  bu  növü  bədbəxt  hadisələrə  səbəb  olur. 
Onun  qurbanlan  daş  uçqununun  baş  verdiyi  nöqtədən  aşağıda 
hərəkət  edən  və  qayalıq  relyefin  aşağı  formalarında  yerləşən 
turistlər olurlar.
Daş  uçqunundan  qaçmaq  üçün  aşağıdakı  əsas  qaydalara  ria­
yət etmək lazımdır:
1)  təpəliklərdə  daş  uçqunu  ehtimalının  minimum  olduğu 
daha çox səhər saatlarında hərəkət etməli;
2)  bütün  turistlər  daş  təhlükəsi  olan  sahələrdə  hərəkət  edən 
zaman başlarına kaska (qoruyucu papaq) qoymalıdır;
3)  turistlər  arasında  minimum  ara  məsafəsi  olmaqla  sıx 
qruplar  halında  hərəkət  etmək  lazımdır,  çünki  bu  zaman  düşən 
daş arxadan gələn turistlər tərəfindən dayandırılacaq;
4)  əgər  daş  uçqununu  dayandırmaq  artıq  mümkün  deyilsə,  o 
zaman  aşağıdakı  gedənləri  «Daş!»  deyə  qışqıraraq  xəbərdar 
etmək  lazımdır.  Bu  zaman  sonuncu  turist  təcili  olaraq  qayalıq­
larda  olan  sığınacaqlarda  gizlənməlidir.  Əgər  belə  sığınacaqlar 
yoxdursa,  o  zaman  turistlər  arxa  çantasının  altında  gizlən­
məlidirlər.
Dağlarda  daha  bir  təbii  təhlükə  hadisəsi  qar  uçqunudur. 
Qeyd  etmək  lazımdır ki,  qar uçqunundan  xilas  olmağın  ən  yaxşı 
üsulu  onun  altına  düşməməkdir.  Mailliyi  I2°-dən  çox  olan 
yamaclarda  qar  uçqunu  ola  bilər.  Meşəlik  zonalarda  məlum


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə