Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

106
səbəblərə  görə qar uçqunu baş  vermir ki,  bunu qarlı  zonalara aid 
etmək olmaz.
Qarın  vəziyyətindən  asılı  olaraq:  yaş  tozşəkilli  qar  uçqunu, 
qar «taxta»smdan qar uçqunu  ayrılır.  Birinci,  yüksək  qar sıxlıqlı 
və  dayanan  zaman  onun  tez  kipləşməsi,  ikinci  -   boğucu  təsiri 
olan  qar  tozu  və  güclü  dalğa  zərbəsi,  üçüncü  -   geniş  hərəkət 
cəbhəsi 
təhlükəsidir.  Hər  bir  dağlıq  rayon  üçün  qar  uçqunu 
əmələ  gəlməsi  təhlükəsinin  öz  şəraiti  xarakterikdir.  Qar  uçqunu 
təhlükəsi  üzrə  məlumatlar  nəzarət  xilasedici  məntəqələrin  işçi­
ləri tərəfindən toplanır və təhlil edilir.
Qar uçqunu təhlükəsinin əsas  əlamətləri  aşağıdakılardır:
- güclü qar yağması;
- havanın kəskin dəyişməsi;
- havanın kəskin dəyişməsi;
- güclü külək nəticəsində qarın sovrulması;
- xarakterik səslə qarın yatması;
-  öz-özünə  əmələ  gələn  və  yamac  üzrə  qar  topalarının 
yuvarlanması -  “ilbizin” əmələ gəlməsi;
- öz ağırlığı altında qarın aşağı “sürüşməsi”.
Qar 
uçqunu 
quyusunda 
qar 
qatlarının 
yerləşməsini 
“oxumaqla” qar uçqunu təhlükəsini  daha dəqiq təyin etmək olar. 
Bu işi təşkil olunmuş turizmdə  bələdçilər yerinə yetirir.
Qar  uçqunu  təhlükəsi  zamanı  davranış  qaydaları  aşağıdakı­
lardır:
1)  qar  uçqunu  təhlükəsi  olan  yamac  üzrə  hərəkət  etməkdən 
qaçmağa çalışmaq  lazımdır;
2)  sakitliyə  riayət  etməklə,  bir  qayadan  o  birisinə  hərəkət 
etməklə  lazım  olduğu  halda  yamacı  kəsib  keçmək,  müşahidəçi 
qoymaq  və tək-tək,  mümkün  qədər tez və yüngül yerişlə getmək. 
Bundan  əvvəl  kürək  çantasmdakı  boyun  qayışını  boşaltmaq, 
əlləri 
xizək 
ağacının 
qayışlarından 
çıxarmaq, 
paltarları 
düymələmək,  qar  uçqunu  mayakını  qoşmaq  və  ya  qar  uçqunu 
məftilini  buraxmaq  lazımdır;
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç G Gii/a/ıyev
107
Ə.T.Əsgarov,  B.Ə.Bilalov,  Ç.G.GiHalıyev
3)  qar  sürüşməsi  zamanı  ondan  qaçmağa  çalışmaq  lazımdır. 
Əgər bu mümkün deyilsə, o zaman kürək çantasını, xizəkləri, onun 
ağaclarını  atmaq  və  uçqunda  “üzürmüş”  kimi  güclü  üzgəc 
hərəkətləri  etməklə  uçqunun  səthində  qalmağa  çalışmaq  lazımdır. 
Əgər  uçqun  dərinə  çəkib  aparsa,  o  zaman  əllərlə  üzü  tutmaq  və 
ağızın  ətrafında nəfəs almaq üçün boş sahə  saxlamaq  lazımdır.  Qar 
uçqunu  dayandığı  anda  şaquli  olaraq  öz  vəziyyətini  təyin  etməyə 
çalışmaq  lazımdır  (bunun  üçün  ağızdan  tüpürcək  buraxmaq 
vacibdir).  Sonra  cəld  hərəkətlərlə  ağız  boşluğu  ətrafında  sahəni 
genişləndirmək  və  ya  əgər yuxanda  işıq  görünürsə,  səthə  çıxmağa 
çalışmaq lazımdır;
4)  əgər  insanların  səsi  eşidilirsə,  qar  uçqunu  dayanan  zaman 
insanları  uca  səslə  köməyə  çağınnalı;  Qar  -   çox  güclü  səs 
izoləedicidir;
5)  çadırı  yalnız  qar  uçqunu  təhlükəsi  olmayan  yerdə -  kamiz 
formalı  qayaların müdafiə etdiyi təpəlik ərazilərdə qurmaq olar;
6)  qar  uçqununda  itkin  düşənlərin  axtarışına  turist  qrup­
larının köməyi  ilə təcili  olaraq başlamaq  lazımdır.
Dağlarda  adları  çəkilənlərlə  yanaşı  birlikdə  turizmin 
təhlükəsizliyinə  ciddi  təhlükə  yarada  bilən  bir  sıra  təbii  təhlü­
kələr də müşahidə olunur:
-  qar  düşməsi  istiqamətin  müəyyən  olunmasının,  hərəkətin 
və çadırın qurulmasının  mürəkkəbliyi  ilə təhlükəlidir;
-  külək və qar fırtınası təpəlik ərazilərdən keçən  marşrutlarda 
çox  böyük gücə  malik  ola  bilər,  gözlənilmədən  əsən  küləyin  ani 
şiddəti  isə  tarazlığın  itməsinə, çadırın cırılmasına  və  s.  səbəb  ola 
bilər;
-  yağış  və  sulu  qar  turistlərin  orqanizminin  həddən  artıq 
soyumasına səbəb ola bilər;
-  ildırımlı  yağış  -   dağlarda  ən  təhlükəli  təbiət  hadisəsidir. 
Onun  yaxınlaşması  zamanı  təpəlik  ərazilərdən  qaçmaq,  bütün 
metal  ləvazimatları  kənara qoymaq və qayaların  altında quru yer 
tapıb gizlənmək lazımdır;


1 0 8
-  dumanlı  havada  əsas  təhlükə  -   görüntünün  itməsi  və  qar 
uçqunu təhlükəsi olan yamaca çıxmağın mümkünlüyüdür;
-  buzlaqlarda  yaranmış  çatlar,  xüsusən  də  qarla  örtülü 
buzlaqlarda  buzun  altına  düşmək  təhlükəsinə  görə  qorxuludur. 
Odur  ki,  turistlər  qarla  örtülü  buzlaqlarda  yıxılanın  çıxarılması 
kimi  hərəkətə hazır vəziyyətdə dəstə halında getməlidirlər.
4.6. 
Ekoloji və m acəra turizm ində axtarış və xilasetmə 
işlərinin  təşkili
Artıq  qeyd  olunduğu  kimi  turizm  həddən  artıq  mürəkkəb 
sistemdir.  Onun  fəaliyyət  göstərməsi  bir  çox  amillərdən, 
xüsusən  də  insan  amilindən  asılıdır.  Odur  ki,  hətta  bədbəxt 
hadisələrin  hərtərəfli  profilaktikası  da  onlardan  tam  qaçmağı 
mümkünsüz edir.
Bununla  əlaqədar  olaraq  baş  vermiş  bədbəxt  hadisələrin 
nəticələrinin tez və  səmərəli  şəkildə neytrallaşdırılması  haqqında 
sual  ortaya  çıxır.  Göründüyü  kimi  zərərçəkmişlərin  həyatı, 
sağlamlıqları  uğrunda  mübarizəyə  daha  operativ  şəkildə 
bələdçilərin  rəhbərlik  etdiyi  turist  qruplarının  özü  başlaya  bilər. 
Bu  həmçinin  mürəkkəb  hava  şəraiti  ucbatından  (duman,  çovğun 
və s.) və ya bir və ya bir neçə turistin özünü pis hiss  etdiyinə  gö­
rə  yollarını  azdıqlarından,  geridə  qaldıqlarından  aparılan  axtarış 
işlərinə  də  aiddir.  Lakin  çətin  vəziyyətlərdə  və  ya  zərər- 
çəkmişləri  daşımaq  üçün  Fövqəladə  Hallar  Nazirliyinin  axtarış- 
xilasetmə  dəstələri  və  yaxınlıqda  yerləşən  turist  qruplarının 
xilasetmə dəstələri  işə cəlb oluna bilərlər.
Xilasedici  dəstənin  vəzifəsi  ondan  ibarətdir  ki,  qısa 
müddətdə zərərçəkmişləri  relyefin mürəkkəbliyindən,  hava  şəra­
itindən  və  marşrutun  uzunluğundan  asılı  olmayaraq  xəstə­
xanalara  çatdırsınlar.  Odur  ki,  bütün  turistlər  müxtəlif  relyef 
formalarında  zərərçəkmişləri  daşımaq  və  ilkin  tibbi  yardım 
göstərmək  vərdişlərini təkmilləşdirməlidirlər.
Ə.T.Əsgarov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
1 0 9
Xilasetmə  işlərinin  müvəffəqiyyətlə  aparılması  bütövlükdə 
bələdçilərin  və  turistlərin  hazırlıq  dərəcəsindən,  onların  təcrübə­
sindən,  ixtisaslaşmasından  asılıdır.  Yüksək  mənəvi  keyfiyyətlər, 
cəsarət,  dözüm  və  fərasət  -   dağlarda  bədbəxtliyə  düçar  olanlara 
müvəffəqiyyətlə  köməklik  göstənnək  üçün  lazım  olan  keyfiy­
yətlərdir.
İlk  xilasedici  dəstələr  keçmiş  SSRİ-də  XX  əsrin  30-cu 
illərində  yaradılmağa  başladı.  Onlar  daha  çox  Qafqazda 
yerləşmişdir (Bəzəngi, Çəgəm,  Adır-su,  Elbrus, Dombay).  1938- 
ci  ildə  sonralar  ilk  xilasedici  məntəqələrə  rəhbərlik  etmiş 
xilasetmə  xidmətinin  işçilərinin  hazırlığı  üzrə  ilk  kurslar  təşkil 
olunmuşdur.  II  Dünya  müharibəsi  zamanı  onlar  hamısı  dağıl­
mışdır.  Xilasedicilərin  hazırlığı  1947-ci  ildə  yenidən  bərpa 
olunmuş  və  həmin  vaxtdan  etibarən  hər  il  qısa  müddətli  kurslar 
aparılır.  Turizm  və  alpinizm  təlimatçılarmm  hazırlığı  proq­
ramına «Xilasetmə işləri» bölməsi daxil edilmişdir.
1958-ci  ildə  bütün  il  boyu  fəaliyyətdə  olan  və  1960-cı  ildən 
Ümumittifaq  həmkarlar  ittifaqının  sərəncamına  verilən  nəzarət- 
xilasetmə  məntəqələrinin  yaradılmasına  başlanmışdır.  Nəzarət- 
xilasetmə  məntəqəsinin  (NXM)  fəaliyyətinin  əsasını  -   bədbəxt 
hadisələrin  profilaktikası,  xilasedici  kadrların  hazırlığı  və 
fəlakətə düçar olanlara kömək edilməsi təşkil edir.
Bədbəxt  hadisələrin  qarşısının  alınması  məqsədi  ilə  NXM 
işçiləri  turistlərin  düşərgələrinin,  cığırlar,  aşırımlar,  dolaylar  və 
zirvələrdən  keçən  marşrutlarında  olduğu  yerin  yoxlanılmasını 
həyata  keçirir,  qar  uçqunu  təhlükəsi  haqqında  məlumatların 
toplanması  və  müşahidə  aparır,  hava  haqqında  proqnozların 
yayılması  ilə  məşğul  olur,  rayonda  səyahətin  xüsusiyyətləri  üzrə 
turistlərə  məsləhətlər  verir,  qrupların  marşrutdan  qayıtmasının 
nəzarət müddətlərini  işləyib hazırlayır.
Bədbəxt  hadisələr  haqqında  informasiya  daxil  olduğu  halda 
NXM-nin  işçiləri  axtarış  və  xilasetmə  işlərinə  rəhbərliyi  öz üzə­
rinə  götürür  və  onları  koordinasiya  edir,  zərərçəkmişlərə  təcili
Ə. T. Əsgərov,  B. Ə.Bilcılov,  Ç G. Gükıhyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə