Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

94
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıye,
Cədvəl  4
Ekoturistlər üçün  təhlükələr
Hər  bir ölkədə  təhlükəsizlik tələblərinin  yerinə  yetirilməsinə 
görə 
nəzarət 
turizm 
mövsümünün 
əvvəlində 
və 
carı 
yoxlamaların  gedişində  öz  səlahiyyətlərinə  uyğun  olaraq 
müvafiq  idarəetmə  orqanları  tərəfindən həyata keçirilir.
Hazırda  dünyada  turizmin  müxtəlif  növləri  üçün  xarakterik 
olan  təhlükələrlə  şərtlənmiş  tipik  bədbəxt  hadisələrin  dəsti 
mövcuddur.  (Cədvəl 5-ə bax)
Ö T Ə  sgjrov,  B.Ə.Bilalov,  Ç.G.Giila/ıyev
9 5
Cədvəl 5
Ekoloji və  macəra turizminin  müxtəlif növləri  üçün 
xarakterik olan  təhlükələr və  bədbəxt hadisələr
T u rizm in
növü
T ə h lü k ə n in   xarak teri
B ə d b ə x t  h ad isələrin   və 
z ə d ələ rin   tip ləri
Piyada
Dərə-təpəli relyefin xarakten, ayaq­
qabının, paltarın düzgün seçilməməsi
Sürtülmə,  əzələ  bağları­
nın  dartılması
Su  ilə
Paltarın,  təchizatın  islanm ası,  üzm ə 
vasitələrinin  çevrilm əsi,  suya düş­
m ə,  köpək  balığının  hücumu,  day- 
vinq  üçiin  ləvazim atların  istifadə­
sində buraxılm ış  səhvlər
Soyuqdəym ə 
xəstəlikləri,  suda batma, 
soyuqdan  donma, 
yaralanma,  orqanizmdə 
m übadilə  proseslərinin 
pozulm ası
D ağ  ilə
Dağlıq relyeiin təhlükələri (daş uçqu­
nu, torpaq sürüşməsi, sel), günəş ra­
diasiyası, meteoroloji şəraitin kəskin 
dəyişm əsi, istiqamətin itirilməsi və s.
Sınıq, çıxıq, donvunna, 
göz xəstəlikləri, kəsici 
predmetlərlə (buzqıran, 
qarmaq və s.) yaralan­
malar
V elosiped
ilə
Y ıxılm a,  ayaqqabının  və paltarın 
düzgün  se çilm ə m əsi,  ləvazim at­
ların olm am ası
Ç ıxıq ,  sınıq,  beyin 
sirkələnm əsi, g ö z ə  yad 
cisim lərin  diişm əsi
Q ış
Qar relyefinin xarakteri, asılqan əş­
yaların  buz bağlaması (ağacların bu­
daqlarının, məftilin  və s.), qar kar- 
nizlərinin qırılması, buz çatlan va­
sitəsi  ilə körpülərin uçması, sürüşmə
Ç ıxıq,  sınıq,  sürüşmə 
altında  qalaraq  boğulub 
ölm ək,  donm aq,  isti q i­
dadan, qızdırıcının  alo­
vundan  əm əl  gələn  ya­
nıq
Elmi
V əh şi  heyvanların  hücumu, 
infeksiya
Yaralanm a,  çıxıq,  beyin 
sirkələnm əsi, orqaniz­
min  m üdafiə  funksiya­
sının,  im munitetin  z ə if­
ləm əsi,  infeksıon  xəstə­
liklər
Y.A.Ştyumerin  verdiyi  məlumata  görə  (1983)  bədbəxt 
hadisələrin  böyük  hissəsini  (87. %-ə yaxın)  yüngül  travma  təşkil


96
Ə. T. Əsgəro v,  В. Ə. В Halo у,  ÇG . G filalıyev
edir  ki,  bunlar  da  əmək  qabiliyyətinin  itirilməsinə  səbəb  olmur. 
Əmək  qabiliyyətini  müvəqqəti  (2  aya  qədər)  itirməyə  səbəb 
olmuş  orta  travmalar  on  bədbəxt  hadisədən  birində  rast  gəlinir. 
Ağır  (əmək  qabiliyyətinin  tam  itirilməsi)  və  çox  ağır  (ölümlə 
nəticələnən)  hallar  -   cəmi  3  %-ə  yaxın  olur,  yəni  ölümlə 
nəticələnən  bir  hala  20-30-a  qədər  orta  ağırlıqh  travma,  100- 
200-ə qədər yüngül travma düşür.
Adətən,  bədbəxt  hadisələrin  əksər  hissəsi  coğrafi  olaraq 
təhlükələrin  çox  olduğu  ərazilərlə  yox,  turistlərin  daha  çox 
gəldiyi və daha yaxşı mənimsənilmiş rayonlarla bağlıdır.
Məsələn, 
Rusiya  Federasiyasının 
turizm 
rayonlarında 
bədbəxt  hadisələr haqqında  məlumatların  10  illik  təhlili  göstərir 
ki,  Dağlıq  Qafqaz  turizm  makrorayonunda  bədbəxt  hadisələr 
daha  çox  Mərkəzi  Qafqazın  çətin  keçilən  dağlarının  yox,  Qara 
dəniz  ətrafı  yamaclarda  yerləşən  Qərbi  Qafqazın  payına  düşür. 
Ən  az bədbəxt hadisələr ənənəvi olaraq yüksək təhlükəli  ərazilər 
hesab  olunan  Uzaq  Şərqdə  və  Kola  yarımadasında  qeydə 
alınmışdır.  Belə  vəziyyət  təkcə  rayona  çoxsaylı  turist  axını  və 
bədbəxt hadisələrin  miqdarı  arasında birbaşa əlaqə  ilə deyil, həm 
də  ilk  baxışda  paradoksal  görünən,  rayonun  nəqliyyat  üçün 
əlverişliliyi  və bədbəxt  hadisələrin miqdarı  arasında  olan birbaşa 
əlaqə  ilə  şərtlənmişdir.  Bu  isə  yenə  də  turistlərin  psixologiyası 
və davranışı ilə əlaqədardır.
Turizm  infrastrukturunun  inkişafının  nəticəsi  kimi  istirahətə 
gələnlərdə  onların  müdafiəsi  və  təhlükəsizliyi  haqqında  yalan 
təsəvvür  formalaşır.  Onlar  səhlənkar,  sadəlövh,  gözlənilməz  və 
riskli  hərəkətlərə  meylli  olurlar.  Eyni  zamanda,  turistlər  çətin 
keçilən  rayonlarda  olarkən  və  köməyin  tezliklə  gəlməyəcəyini 
bilərək  həmişə  ehtiyatlı  olurlar,  hər  addımların  diqqətlə  götür- 
qoy  edirlər.  Bundan  başqa,  səyahətə  hazırlıq  daha  diqqətlə  və 
uzunmüddətli aparılır.
Turizm  firmasına  turistləri  təkcə  marşrutda  davranış 
qaydaları  ilə  «qol  çəkdirməklə»  tanış  etmək  yox,  həm  d?
97
olduqları  ölkədə,  rayonda,  şəhərdə,  mehmanxanada  mövcud 
olan  davranış  qaydaları  ilə  tanış  etmək  lazımdır.  Ekoturizmdə 
yüksək  dərəcəli  təhlükəsizliyə  bu  işlə  əlaqəsi  olan  bütün 
şəxslərlə  yalnız,  hərtərəfli  profilaktiki  iş  zamanı  nail  olmaq  olar: 
dövlət 
turizm 
idarələrindən 
başlamış 
turoperatorlara  və 
bələdçilərə qədər bu tədbir hamıya aid olmalıdır.
4.3. 
Dağlıq ekoloji və macəra turlarında təhlükələrin 
profilaktikası
Turistlərin məlumatlandırılması, marşrutun hazırlanması  və 
iqlimə uyğunlaşma.
Turizmdə  bədbəxt  hadisələrdən  qaçmağın  əsas  üsulu  onunla 
əlaqədar  həyata  keçirilən  profilaktiki  tədbirlərdir.  Təhlükəli 
vəziyyətlərin faciəsi  ondadır ki, orada baş verən hadisələr adətən 
sürətlə  inkişaf edir.  İnsanlar  o  zaman  həmişə  vaxt  çatışmazlığı 
hiss  edirlər,  sanki  seytnota  düşürlər.  Fikirləşməyə,  vəziyyəti 
analiz  etməyə və yeganə düzgün qərar qəbul  etməyə vaxt olmur. 
Odur  ki,  təhlükələri  və  böhran  vəziyyətlərini  aradan  qaldırmaq 
üçün  əvvəlcədən  hazırlaşmaq  lazımdır.  Praktikada  təhlükəli 
vəziyyətlərin  qarşısını  almağın  aşağıdakı  metodları  daha  geniş 
yayılmışdır:
-  «məlum  naməlum»  tipli  obyektiv  təhlükələr  üçün 
«əvvəlcədən  görmək  mümkün  olan,  lakin  nə  vaxt  və  kimin 
başına  gələcəyi  aydın  olmayan)  -   bütün  mümkün  aspektlərdə 
təhlükəli  vəziyyətlərin  meydana  çıxması  ehtimalı  haqqında 
informasiyanın  analizi  (müvəqqəti,  yəni  ilin,  sutkanın  hansı 
dövründə,  baş  vermə  ehtimalı  daha  çox  olan,  coğrafi  olaraq  -  
hansı  ərazilər  üçün  ehtimalı  daha  çox  olan  və  s.),  davranış 
alqoritminin  işlənib  hazırlanması,  ən  çox  ehtimal  olunan 
təhlükəli  vəziyyətlərin  yaranması  halında  hərəkətlər  və  bu 
alqoritmin bələdçilər komandası  və turistlərlə məşq edilməsi;
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.GuUılıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə