Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

Tibbi  komissiya  enerji  cəhətdən  qiymətli  maddə  kimi 
vitaminlər,  L-kamitin,  qlyukoza  həbləri  və  məhsullarını, 
həmçinin alkoqollu  içkilərin müxtəlif formalarını  istifadə  etməyi 
tövsiyə etmir.
Qidalanma  üzrə  dünyanın  müxtəlif elmi-tədqiqat  institutlan 
tərəfindən  səyahətdə  tövsiyə  olunan  ən  düzgün  qidalanma  rejim 
qida  qəbulu  arasında  4-5  saatlıq  interval  olan  dörd  dəfəlik 
qidalanmaqdır.  Göründüyü  kimi  vəhşi  təbiət  üzrə  səyahət 
şəraitində  belə  rejimi  saxlamaq  asan  deyir.  Odur  ki,  isti  yemək 
gündə  2-3  dəfə  təşkil  olunur,  qalan  qida  qəbulu  isə  böyük 
aşırımlarda  (hər  2-3  saat  yol  getdikdən  sonra)  həyata  keçirilir. 
Bunun  üçün  turistlərə  gündüz  marşrutlarına  çıxmamışdan  qabaq 
içərisində  karbohidratlarla  (şokolad,  konfet,  enerji  batonlan, 
quru  meyvələr  və  s.)  zəngin  olan  ərzaqlar  olan  lanç-paketlər 
paylanır və  turistlərin  fərdi  termosu  çay,  kofe,  qaynar su  və  s.-lə 
doldurulur.
Nümunəvi  menyu  turist  mövsümünün  əvvəlində,  günlər  üzrə 
bölünməklə  həftəlik  müddətə,  hər  qrupa  turist  xidməti  proqramı 
nəzərə  alınmaqla  tərtib  olunur.  Səyahətin  davam  etmə  müddəti  7 
gündən çox olduqda nümunəvi menyu təkrar olunur.
Səyahətin  ilk günləri  yaxşı  olar ki,  gündüz keçidləri  zamanı  iki 
dəfə  «qəlyanaltı»  ilə  üçdə fəlik  isti  yeməklə  qidalanmaya  tərəfdar 
olsunlar.  Bu yeni qidalanma şəraitinə uyğunlaşmağa və orqanizmin 
iqlimləşməsinə  kömək  edir.  Bu  zaman  milli  mətbəx  xörəklərinin 
qəbulu, xüsusən də əcnəbi turistlər üçün istisna olunur.
Səhər yeməyi  bir tərəfdən  işləmək üçün  (turistlər öz işlərinin 
çox  hissəsini  nahara  qədər görürlər)  enerji  ehtiyatı  yaratmaqdan 
ötrü yüksək  kalorili  olmalıdır,  digər tərəfdən  çox az adam tapılar 
ki,  səhər  çoxlu  qida  qəbul  etsin.  Gündəlik  kalorilik  rasionun  30 
%-i  səhər  yeməyinin  payına  düşməlidir.  O,  asan  mənimsənilən 
karbohidratlarla (şəkər, peçenye,  bal, quru  meyvələr,  təbii şirələr 
və s.) zəngin olmalıdır.
_____________________ Ə.T.Əsgarov,  В .Ə.Bilalov,  Ç.G.Giilalıyev
Ə. T.Osgərov,  B.Ə.Bilalov.  Ç.G.Giilalıyev
79
Nahar  yeməyi  qidalanmanın  ümumi  kaloriliyi  və  marşrutda 
2500  kkal  və  daha  çox  tələb  edən  işin  intensivliyi  arasında 
uyğunsuzluq nəticəsində orqanizmdə  əmələ gələn  enerji  məsarifi 
qıtlığını  doldurmalıdır.  O,  ümumi  sutkalıq  kaloriliyin  30  %-ə 
qədərinə  malik  olmalıdır.  Nahara tərkibində  çətin  mənimsənilən 
inqrediyentlər, məsələn,  sellüloza olan məhsullardan hazırlanmış 
xörəklər hazırlamaq lazımdır.
Şam  yeməyinin  məqsədi  -   gündüz  işləri  zamanı  sərf 
olunmuş  kalorilərin  yerin  doldurmaq  və  orqanizmi  sonrakı  gün 
üçün  hərəkətə  hazırlamaqdır.  O,  bir  tərəfdən  enerji  çatışmazlığı 
nəticəsində  əzələ  toxumalarının  labüd  parçalanmasının  yerini 
doldurmalı  olan  böyük  miqdarda  zülallara  malik  olmalı,  digər 
tərəfdən  tərkibində  minimal  miqdarda  çətin  mənimsənilən  və 
əsəb  sisteminin  fəaliyyətini  artıran  məhsullar  olmalıdır.  Bu 
xüsusən  çadırlarda  yerləşdirilən  qış  səyahətləri  üçün  aktualdır. 
Belə  ki,  tezliklə  turistlər  şam  yeməyindən  sonra  yatmaq  üçün 
uzanırlar  və  dolmuş  mədə  diafraqmanı  sıxmağa  başlayır,  ürəyin 
və  ciyərin  normal  fəaliyyətinə  mane  olur.  Belə  şəraitdə  yuxu 
keyfiyyətsiz olur və  lazım olan  istirahət alınmır.
Səhər  yeməyi  hazırlayan  aşbazm  işində  böyük  kömək 
avtoklavlardır  (tezbişirən).  Səhər  yeməyini  axşamdan  hazır­
lamaq  olar,  sonra  avtoklavı  yatacaq  kisələrinə  qoyub  saxlasaq, 
səhər  tezdən  turistlərin  isti  yeməyi  olacaqdır.  Bu  onlara  səhərin 
soyuğunda  qızınmağa,  tezliklə  iş  rejiminə  daxil  olmağa  kömək 
edər,  isti  yeməyin  hazırlanması  üçün  dayanacaq larin  ləğv 
olunması  hesabına  hərəkət  saatlarının  sayını  artırmağa  imkan 
verərdi.
Nümunəvi  tipik  üçgünlük  menyu  Mərkəzi  Qafqaz  üzrə  turda 
alman  turistlərin  qidalanmasının  təşkili  praktikasından  götürül­
müşdür (cədvələ bax).


Nümunəvi  üçgünlük menyu
_____________________ Ə.T.Əsgarov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Ig ü n
II  gün
III  gün
S
ə
h
ə
r
y
e
m
ə
y
i
Südlü  sıyıq 
Paştetli  buterbrod 
Çay, kofe,  bal, 
peçenye
Pendirli  makaron 
H isə verilm iş  k o l­
basa  ilə  buterbrod 
K akao,  bal, p eçen ­
ye
Quru  m eyvə  ilə 
y u la f aşı
Soyutm a yumurta 
Pendirli  sendvic 
Çay,  k ofe,  bal,  peçenye
N
a
h
a
r
 y
e
m
ə
y
i
Təzə  tərəvəzdən 
hazırlanmış  salat 
Borş
D ənizçi  makaronu 
K isel
D əniz
məhsullarından
salat
Sup
Ə t ilə  qaynadılmış 
düyü
Südlü  kofe
G ö y  noxuddan 
hazırlanm ış salat 
X arço  (bozbaşa oxşar 
xörək)
Q ızardılm ış kartof 
Quru  m eyvədən  ha­
zırlanm ış  kompot
Ş
a
m
y
e
m
ə
y
i
Ə t ilə qaynadılm ış 
kartof 
Kakao
K onservləşdirilm iş
ananas
Q ızardılm ış  döş  əti 
ilə qayqanaq 
K onservləşdirilm i 
ş  şaftalıdan  hazır­
lanm ış  kompot
Ət ilə konservləşdiril­
miş  pörtülmüş  tərəvəz 
K isel
Menyunu  tərtib  etməmişdən  əvvəl  turistlərin  hansı  dadları 
xoşladıqlarını  dəqiqləşdirmək  lazımdır.  Məsələn,  qarabaşaq 
sıyığı  rus  turistləri  arasında  çox  məşhurdur və  alman turist üçün 
qəbuledilməzdir  (Almaniyada  qarabaşaq  yarması  ilə  donuzları 
yedizdirirdilər).  Diabet  xəstəliyindən  əziyyət  çəkənlər  üçün 
şəkərin  süni  əvəz  edicisinə,  vegetarianlar  üçün  məxsusi  menyu 
variantlarına malik olmaq lazımdır və s.
Ərzaq  məhsullarının fərdi qaydada tərəzidə çəkilib-bükülmüş 
və zavod  qablaşdırılmasmda lanç-paketlərdə  istifadə olunmasına 
fikir vermək lazımdır.
3.3.  Xidmət proqramının yerinə yetirilməsi
Bir  çox  hallarda  xidmət  proqramının  yerinə  yetirilməsi  qo­
naqlarla  işləmək  üçün  işçi  heyətə  verilmiş  ümumi  daxili  göstə-
81
rışdən  asılıdır.  Hava  şəraiti  deyil,  məhz işçi  heyət turistlərlə  xid­
mət müqaviləsinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Adətən  xidmət  proqramının  könülsüz  yerinə  yetirilməsi, 
turistlərin  fiziki  və  emosional  vəziyyətinin  nəzərə  alınmaması 
onların narazılığına gətirib çıxarır.
Məsələn,  əcnəbilərin  Qafqazın  ən  yüksək  zirvəsi  olan  -  
Elbrus  dağlarına  (5642  m)  qalxmasının  təşkili  zamanı  iki 
nümunəvi,  lakin  prinsipial  olaraq  fərqli  xidmət  proqramından 
istifadə edirlər.
Birinci  proqram  yüksəklikdə  turistlərin  olması  xərclərinin 
ixtisar  olunmasına  istiqamətlənmişdir.  Belə  ki,  yüksəklikdə  olan 
sığınacaqlarda  yaşamaq  və  qidalanma  xərcləri  vadiyə  nisbətən 
çoxdur.  Uyğun  olaraq  dağlarda  qalmağın  ümumi  davametmə 
müddəti  və iqlimləşmə proqramı  da ixtisara düşür. Zirvəyə qalxma 
artıq  Elbrusa  çatan  gündən  üç  gün  sonra  başa  çatır.  Bu  zaman 
mövsüm  ərzində  xidmət  olunmuş  qrupların  sayı  artır  ki,  bu  da 
həmin  yanaşmanın  ekstensiv  kimi  təyin  olunmasına  imkan  verir. 
Xidmət müqaviləsində göstərilir ki, əgər turist zəif fiziki hazırlığına 
görə  zirvəyə  qalxa  bilməmişdirsə,  buna  görə  turoperator 
məsuliyyət daşımır.  Birinci  xidmət proqramı  qruplarında dırmaşıb 
çıxanların sayı 70 %-i ötmür.
İkinci 
proqram 
zirvəyə 
dırmaşıb 
çıxanların 
sayının 
maksimum  olmasına  istiqamətlənmişdir.  Lakin  burda  da  zəif 
fiziki  hazırlığa  görə  məsuliyyət  haqqında  xəbərdarlıq  edilir. 
İqlimləşmə  proqramı  uzunmüddətlidir  (ən  azı  5  gün)  və  ora 
qalxmadan  əvvəlki  istirahət  günü  də  daxildir.  Bələdçi  zirvədən 
əvvəl  qonaqlar  «təslim»  olduğu  hallarda  onları  müstəqil  olaraq 
aşağı  göndərmir,  onun  kürək  çantasındakı  şeyləri  boşaldaraq  öz 
əşyalarının  yanına  yığır.  Zirvəyə  dırmaşanların  faizi,  uyğun 
olaraq  həmin  xidmət  proqramından  razı  qalan  müştərilərin  və 
bələdçilərin  işi  95  %-i  ötür  ki,  bu  da  belə  yanaşmanı  intensiv 
yanaşma kimi təyin etməyə  imkan verir.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə