Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

66
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
(bələdçilərlə)  hazırlıq  toplantılarında  iştirak  edirlər  və  yükün 
yığılması üzrə tövsiyələr alırlar.
«Nahanni 
River  Adventures» 
şirkətində 
çox 
hissəsi 
əvvəlcədən  hazırlığa  həsr  olunmuş  və  müvafiq  ədəbiyyatlara 
istinad  edən,  200-dən  çox  səhifəsi  olan  böyük  veb-sayt 
yaratmışlar.
Səyahətdən  sonra  da  turistlərlə  əlaqə  saxlamaq  çox  vacibdir. 
Yenidən  müraciət  etməyə  müştərini  inandırmaq  -   əksər 
kompaniyaların  almaq  istədiyi  nəticədir.  Bunun  üçün  isə  təkcə 
müştəriyə keyfiyyətli xidmət yox, həm də tur qurtardıqdan sonra 
onunla həmişə əlaqə saxlamaq lazımdır.
«Timberline  Tours»  şirkəti  öz  turistlərinə  milad  günü 
münasibəti  ilə  səyahət  haqqında  gözəl  xatirə  kimi  açıqcalar  və 
fotoşəkillər  göndərir,  «Sawyer  Lake  Adventures»  şirkəti  adətən 
qeyri-adi  hədiyyələr  vasitəsi  ilə,  məsələn,  böyük  ağ  bayquşun 
(əgər  bu  quş  tur  zamanı  turistlərin  marağına  səbəb  olmuşsa) 
lələyini  göndərərək  əlaqə  saxlayır.  «Ekstre»  dağ  klubunda 
bələdçilər  tur  qurtardıqdan  sonra  turistlərlə  öz  şəkillərini 
mübadilə  edirlər  və  gələcək  marşrut  barədə  müştərilərlə 
məsləhətləşirlər.
«Bathurst  İntel  Lodge»şirkətində  turistlərlə  30  ildən  çox 
yazışaraq  müştərilərin  25-30  %-nin  yenidən  onlara  müraciət 
etmələrinə  nail  olmuşlar.  Bu  zaman  qonaqlara  nə  lazım 
olduğunu  da  özləri  üçün  anlamışlar.  «Fərdi 
əlaqə  və  daimi 
xidmət.  Yerləşdikləri  vasitələrin  sahibləri  ilə  fərdi  ünsiyyətin 
mümkünlüyü  və  bu  yerin  gözəlliyi,  həmçinin  işgüzar  ləyaqəti 
ləkələnməmiş  peşəkar -   səyahətçilərlə  ünsiyyət  faktı  və  tədrisin 
mümkünlüyü 
onların 
xoşuna 
gəlir» 

həmin 
firmanın 
nümayəndələri belə hesab  edirlər.
Qonaqların  şikayətləri 
ilə 
işləmək 
bacarığı 
da  çox 
əhəmiyyətlidir.  Burada  formal  yox,  həqiqi  qayğı  nümayiş 
etdirmək lazımdır.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
67
«M  və  W  Guides»  şirkətində  müştərilərin  bütün  şikayətləri 
araşdırılır.  Onlara  yazılı  formada  cavab  verilir  və  müştərinin 
nəticədən razı qalıb-qalmadığını  yoxlayırlar.
«Boreal  Wilderness  Guides»  şirkətində  əvvəlcə  qeyrət 
nümayiş  etdirərək  şikayətdə  qeyd  olunan  problemləri  həll 
etməyə  çalışırlar.  Sonra  isə  ardıcıl  olaraq  ilkin  dəyərini 
azaldaraq 50 %  güzəştlə turlar təklif edirlər.
Təşəkkür  etməyə  gəldikdə  isə,  o  zaman,  məsələn,  «İnside 
Out»  şirkətində  müştərilərə  müsbət  rəy  yazılmış  məktublara 
görə 
telefonla  təşəkkür  edirlər  və  reklam  məqsədi  üçün 
onlardan sitat kimi  istifadə etməyə icazə istəyirlər.
Geriyə  əlaqənin  hər  hansı  növünə  müştərilərin  həvəsini 
oyatmaq  lazımdır:  diskussiyalar,  rəy  kitabları,  menecerlərin  və 
xidmətçi  heyətin  daimi  görüşləri,  agentlər  vasitəsi  ilə  geriyə 
əlaqə,  pres-relizlər,  müxtəlif tədqiqatlar,  məktublara  cavablar və 
müştərilərin zəngləri.
Bununla  əlaqədar  olaraq  qonaqlardan  onlarla  məktub  və 
fotoqrafıya  alan  «Voyagwur  Quest»  şirkətinin 
təcrübəsi 
maraqlıdır.  Bütün  məktublar  ofisin  divarında  asılmışdır, 
fotoşəkillər  isə  xüsusi  albomda  saxlanılır.  İlin  axırında 
fotoqrafıya  müsabiqəsi  keçirilir.  Qalib  gələni  4  günə  qədər 
müddətə pulsuz putyovka (yollayış) gözləyir.
Yoxlama sualları  və  tapşırıqlar
1.  «Turopereytinq»  anlayışının mahiyyətini  açm.
2.  Layihələşdirilən  turist xidmətinə hansı tələblər irəli 
sürülür?
3.  Bələdçinin qonaqlarla  işi  nədən  ibarətdir?
4.  Ekoturistlərin rekreasiya tələbatı  haqqında danışın.
5.  Turoperatorların qonaqlarla informasiya əlaqəsi  necə 
həyata keçirilir?


68
Jd.T.Əsgərov,  B.Ə.Bi/alov,  Ç G.Giilalıyev 
Üçüncü fəsil
Ekoturistlərin xidmət menecmenti
3.1.  Ekoturistlərin yerləşdirilməsinin  təşkili
Ümumdünya  Turizm  Təşkilatı  gecələmək  üçün  turistlərə 
mtitəmadi  və  ya  epizodik  olaraq  yer  təqdim  edən  hər  hansı 
obyekt kimi  yerləşmə  vasitələrini  təyin  edir.  Yerləşmə  vasitələri 
kollektiv və fərdi olmaqla iki yerə bölünürlər (Cədvələ bax).
Ekoturistlərin yerləşmə vasitələrinin  standart təsnifatı
Y e r lə şm ə
v a sitəsin in
k a teq o riy a sı
D ə r ə c ə
Q r u p
K ollektiv
M ehm anxana  və 
analoji  m ü əssisə
M ehm anxanalar
D ağ  otelləri
Turbazalar
O vçu  v ə   balıqçı  evi
İxtisaslaşdırılm ış 
yerləşm ə  vasitələri
Turist  sığınacaqları
A lpdüşərgə  (alpinist düşərgəsi)
Turist dayanacaqları
D igər k o llek tiv  
y erləşm ə  vasitələri
Stasionar çadır düşərgəsi
Baza  düşərgəsi
G ecə ləm ə  yeri
Fərdi
Fərdi  y erləşm ə 
vasitələri
X ü su si  y aşayış  sahəsi (bağ  evi,
ev)
A ilə v i  evlərdə  icazə  olunan  otaq
Ş əxsi  adamlarda  və  ya agentlikdə 
ica zə  verilən  yaşayış sahəsi
Q ohum ların v ə   ya  tanışların pul­
su z   təqdim   etd iyi  yerləşm ə
Fərdi  əsasda (avtofurqon,  çadır 
v ə   s.)  digər yerləşm ə növləri
Kollektiv  yerləşmənin  fərqi  ondan  ibarətdir  ki,  onlarda 
yerlərin  sayı  müəyyən  minimumdan  çox  olmalıdır,  obyektin
69
vahid  rəhbərliyi  olmalıdır,  idarə  etmə  isə  kommersiya  əsasında 
qurulmalıdır.
Kollektiv  yerləşmə  vasitələrinə  ümumi  tələbat  (o  cümlədən 
ixtisaslaşdırılmış) xüsusi dövlət standartının tərkibində olur.
Mehmanxanalar  -   adi  turistləri  yerləşdirməyin  əsas  klassik 
tipi  olub, ekoturizmdə bir qədər fərqlidir.  Yerləşmə vasitəsi kimi 
mehmanxanaların  əlamətləri  -   ayrıca  nömrələrin  olması, 
standartlara  uyğun  zəruri  xidmətlər  dəsti  (otağın  təmizlənməsi, 
mələfələrin  dəyişdirilməsi,  yataqların  yığışdırılması,  qiymətli 
əşyaların,  yükün  saxlanması,  müştərini  təyin  olunmuş  vaxtda 
oyatmaq,  nömrəyə  qəzetlərin  çatdırılması  və  s.)  və  əlavə 
xidmətlər.
Dağ  otelləri -  binanın  arxitekturası,  əlavə  xidmətlər dəsti  ilə 
fərqlənir.  Məsələn,  Niderlandda  səyahət  edən  turistlər  bürünc 
dövrün  kənd  həyətində  vaxtı  qısaldaraq  Lelistadda  ağsaçlı 
qocalığı  hiss  edə  bilərlər,  Anmendə  torfdan  tikilmiş  komada 
gecələyə  bilərlər.  İrlandiyada  bəzi  otellər  qədim  qəsrlərdə 
yerləşmişlər,  Qütb  dairəsi  arxasında  olan  İsveçin  Yukkasyarvi 
şəhərciyində  hər  il  buzdan  və  qardan  restoranı,  kiçik  kilsəsi, 
kinoteatrı  və  sərgi  zalı  olan  mehmanxana  kompleksi  «Arktik 
Holl»  tikilir.
Riu-Neqru çayının Amazonka çayına töküldüyü yerdə «Arou 
Canql  Tauer»  oteli  yerləşmişdir.  Onun  nömrəli  ağac  gülləsi 
böyük  bir  ağacın  üzərində  yerləşmişdir.  Ən  yüksək  -   «Aşiq 
Tarzan» 
qülləsi 
yerdən 
60 

yüksəyə 
qaldırılmışdır. 
Mehmanxananın  bu  cür yerləşməsi  inşaatçıların,  arxitektorların, 
ən  başlıcası  -   turistlərin  Amazonka  çayının  təbiətinə  qayğıkeş 
münasibəti  ilə izah olunur.  Tikinti zamanı bir dənə də olsun ağac 
kəsilməmişdir.  Bundan  savayı,  qüllə  altındakı  ərazi  yağışlar 
dövründə  15-20 m su ilə dolur.
İxtisaslaşdırılmış 
yerləşmə 
vasitələri 
mehmanxanadan 
təqdim  olunan  məcburi  və  əlavə  xidmətlərin  minimum  dəsti, 
nömrələrin  və  kotteclərin  (şəhər  kənarında  bir  ailəlik  kiçik  ev)
Ə.T.Əsgərov,  B.Ə.Bilalov.  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə