Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

5) ərzaqların lazımi  miqdarının hesablanması;
6)  mətbəx  ləvazimatlarının  (mətbəx  qabları,  yanacaq  və 
soba, 
tullantı 
qabları, 
yuyucu 
vasitələr), 
yeməkxana 
geyimlərinin və qabların zəruri  miqdarının  hesablanması.
Yadda  saxlamaq  lazımdır  ki,  keyfiyyətli  qidalanma  -   nəinki 
bütövlükdə 
xidmətin 
keyfiyyətinin, 
həm 
də 
turistlərin 
təhlükəsizliyinin  rəhnidir.  Məsələn,  kələ-kötür  yerlərdə  aktiv 
hərəkət üçün xarakterik olan turistlərin çoxlu tərləməsi həmin tər 
vasitəsi  ilə  mikroelementlərin  itirilməsinə  gətirib  çıxarır. 
Turistlərin  dağ  çaylarından  içdiyi  buzlu  suda  praktiki  olaraq 
mikroelementlər  olmur,  odur  ki,  orqanizm  sümüklərin,  dişlərin 
emalının və s.  öz növbəsində  nazikləşməsinə səbəb olan kalsium 
çatışmazlığı  hiss  edir.  Odur  ki,  çoxlu  yüklənmə  zamanı 
(məsələn,  dağın  yamacındakı  cığırla  düşdükdə)  ayağın  sınması 
riski dəfələrlə artır.
Turistlərin  enerji  məsrəflərinin  təyini  və  qidalanmanın 
kaloriliyinin 
hesablanması 
zamanı 
Beynəlxalq 
alpinizm 
federasiyasının  Tibbi  komissiyasının  və  idman  dietoloqlarınm 
tövsiyələrini  əldə rəhbər tutmaq  lazımdır.
Hər şeydən əvvəl  qeyd etmək lazımdır ki, çoxlarının şəhərdə, 
adi  qidalanma  şəraitində  əməl  etdiyi  aclıq  və  toxluq  hissi 
dağlarda  qidalanmada,  xüsusən  də  yorğunluq  zamanı  tələbatın 
qeyri-dəqiq  indikatorlarıdır.  Böyük  yüksəkliklərdə  iştahanın 
olmaması  adi  haldır.  Hətta,  elmi  cəhətdən  müəyyən  olunmuşdur 
ki,  turist  susuzluğunu  orqanizmdə  su  çatışmazlığı  iki  litrə 
bərabər olduqda hiss etməyə başlayır.
Tibbi  komissiyanın  məlumatlarına  görə  yüksəkliyə  qalxma 
zamanı  enerji  itkisi  kürək  çantası  olmadan  6  kkal  /kq  çəki/  saat 
səviyyədə  və  20  kq  çəkili  kürək  çantası  ilə  9  kkal  /kq/  saatdan 
çox  olur.  Beləliklə,  marşrutda  gündə  10  saat  işləyən,  çəkisi  80 
kq  olan  dağa  çıxan  adama  yalnız  itirdiyi  enerjini  bərpa  etmək 
üçün  gündə  4800  kkal  lazımdır.  Müqayisə  üçün  qeyd  edək  ki, 
əqli  işlə  məşğul  olan  menecerin  enerji  tələbatı  gündə  2200  kkal-
74  _____________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
ı). T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
15
dən  çox  deyil.  Göründüyü  kimi  adi  rejim  və  qida  rasionu 
şəraitində  bu  tələbatı  ödəmək  mümkün  deyil.  Hətta  ayrı-ayrı 
makroelementlərin 
(zülalların, 
karbohidratların, 
yağların) 
qidanın  birdəfəlik  qəbulu  zamanı  mənimsənilməsi  də  həmçinin 
sonsuz  deyil.  Yüksəkliyə qalxmaq  kimi  ağır işdən  sonra itirilmiş 
enerjinin  bərpasına keçmək  üçün 24-36  saat  vaxtın  lazım  olduğu 
indi  aydın  olur.  Hətta  əgər  turistlər  yorulmasa  belə,  istənilən 
halda  yüksəkliyə  qalxma  ilə  çoxlu  miqdarda  zülalı  olan  qida  ilə 
güclü qidalanma arasında turistlərə bir gün  istirahət verilməlidir.
Turistlərə  lazım  olan  enerjinin  miqdarını  təyin  etdikdən 
sonra  onun  mənbəyini  təyin  etməyə  keçmək  olar.  Qidanın 
markoelementləri  arasında  aşağıdakılar  daha  çox  əhəmiyyətə 
malikdir (əhəmiyyətinin azalması sırası  ilə).
Karbohidratlar -  səyahət zamanı  ən  vacib  enerji  mənbəyidir. 
Orqanizm karbohidratdan enerjini yağlara nisbətən 3  dəfə  tez və 
daha  az  oksigen  sərf  etməklə  alır.  Turistlərin  qida  rasionunun 
yarıdan  çoxu  karbohidratdan  ibarət  olmalıdır.  Onları  hər  2 
saatdan  bir  formanın  (qanda  qlükozanın  səviyyəsinin),  hissetmə 
qabiliyyətinin  sabitləşməsi  üçün  qəbul  etmək  lazımdır.  Bu 
zaman  karbohidratlar  mədənin  həddən  çox  yüklənməməsi  üçün 
asan  mənimsənilən  formada  olmalıdırlar.  Karbohidratların  ən 
yaxşı  mənbəyi -  quru meyvələr, şəkər, şokolad, biskvit və s.-dir.
Yağlar -   həmçinin  vacib  qida  komponentidir,  lakin  daha  az 
qiymətlidir.  Buna  səbəb  onların  enerji  mənbəyi  kimi  istifadəsi 
zamanı  mənimsənilməsinə  daha  çox  vaxtın  və  kalorinin  sərf 
olunmasıdır.  Bundan  savayı  orqanizm  yağdan  enerji  almaq  üçün 
çoxlu  su  sərf edir.  Yağdan  alman  kalorinin  miqdarı  isə  gündəlik 
rasionun  30-35  %-ni  ötməməlidir.  Odur ki,  onların  məqsədyönlü 
şəkildə  qəbuluna  ehtiyac  yoxdur.  Belə  ki,  ərzaqların  və 
xörəklərin çox hissəsi  yağlardan təşkil  olunmuşdur.  Döş  ətindən 
hazırlanmış  qızartma,  kolbasalar  və  digər  hisə  verilmiş  ərzaqlar 
yağ mənbəyidir.


76
Zülallar  -   fiziki  formanı  saxlamaq  və  yaxşılaşdırmaq  üçün 
çox  vacibdir.  Bitki  və  heyvan  zülallarının  balanslaşdırılmış 
uzlaşmasına  diqqət  yetirmək  çox  zəruridir. 
Təəssüf  ki, 
vegetarian  rasionu orqanizmin  əvəz  olunmayan  amin turşularına 
olan  tələbatını  ödəmir.  Odur  ki,  onları  həb  şəklində  əlavə  qəbul 
etməklə  çıxış  yolu  tapmaq  olar.  Zülallarla -  alman  kalorinin 
miqdarı  10-20  %-i  ötməməlidir.  Zülal  mənbələri  -   ət,  süd, 
pendir,  yumurta, qoz, bəzi  tərəvəzlər və  s.-dir.
Vitaminlər -  orqanizm  sisteminin  fəaliyyətini  tənzimləyir və 
onu  müdafiə  edir.  Onlar  orqanizmə  təzə  halda  istifadə  olunan 
qida  ilə  birlikdə  daxil  olurlar.  Lakin  multivitamin  kompleksləri 
şəklində  orqanizmə  kömək  etmək  davametmə  müddəti  həftədən 
çox  olan  ekspedisiyalar  zamanı,  balanslaşmamış  qidalanma, 
vitamin  çatışmazlığı  dövründə,  qəbul  olunan  qidanın  tərkibində 
onların  miqdarı  az  olduqda  (konservləşdirilmiş  ərzaqlar)  mütləq 
lazımdır.
Su  orqanizmdə  bir  çox  vacib  funksiyaları,  o  cümlədən  ürək 
fəaliyyətinin  tənzimlənməsini  yerinə  yetirir.  Yüksək  dağlıq 
şəraitində  və  soyuqda  ağır  iş  saatda  2  litrdən  çox  su  itkisinə 
səbəb  olur.  Su  həmçinin  sidiklə,  tərlə,  tənəffüslə,  xüsusən  də 
diarei  zamanı  (itki  gündə  8  litrdən  çox  olur),  həmçinin  «dağ 
xəstəliyi»  zamanı  ayrılır.  Su  itkisi  vaxtında  bərpa  olunmalıdır, 
əks  təqdirdə  dağa  qalxan  şəxs  tromboflebit,  ürək  çatışmazlığı 
kimi  ürək  pozuntusu  xəstəlikləri  ilə  xəstələnmək  riskinə  məruz 
qalır.  Odur  ki,  bələdçi  həmişə  marşrutda  turistlərin  kürək 
çantasında  içmək  üçün  (çay,  vitaminli  içkilər  və  s.)  maye 
doldurulmuş termosun olmasında israr etməlidir.
Mikroelementlər  orqanizmdə  elektrolitik  balansa  riayət 
olunmasına,  sümüklərin,  dişlərin,  hormonların,  enzimlərin, 
hemoqlobin  üçün  tikinti  materialı  kimi  vacibdir.  Belə  ki,  əksər 
hallarda  buzlaq  sularının  tərkibində  mikroelementlər  olmur. 
Onların  isə  orqanizmdən  aktiv  «yuyulması»  baş  verir  ki,  bu  da 
mikroelement  çatışmazlığına  (xüsusən  də  kalsium)  gətirib
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
11
çıxarır.  Nəticədə  bır  çox  dağa  çıxanlar  arasında  tez-tez 
sümüklərin  və  dişlərin  nazilməsi,  oynaqların  zədələnməsi 
müşahidə  olunur.  Kalsium  preparatlarının  əlavə  qəbul  olunması 
(ən azı  kalsium qlyukanatın)  bundan qaçmağa  imkan verir.
Sellüloza  mədə  və  həzm  üçün,  xüsusən  də  səyahət  zamanı 
orqanizmin  yeni  qidalanma  rejiminə  keçidi  dövründə  yüksək 
dağlıq  şəraitində  çox  faydalıdır.  Lakin  onu  yüksək  dağlıq 
ərazilərə  səyahət  zamanı  yüksəklik  meteorizminin  inkişafına 
səbəb olduğu üçün qəbul etməyi məsləhət görmürlər.
Tamil  əlavələr  (souslar  -   mayonez,  ketçup,  xardal,  xren  və 
s.,  ədviyyələr,  sarımsaq,  soğan  və  s.)  iştahanı  artırır  ki,  bu  da 
akklimativasiya zamanı  onun  müvəqqəti  itirilməsi  dövründə çox 
vacibdir.  Bəzi  tərəvəzlər  isə  (istiot,  sarımsaq,  soğan)  bir  çox 
xəstəliklərə  qarşı  çox  yaxşı  profilaktiki  vasitədir.  Bundan  başqa 
sarımsaq  xəstəlik  törədən  mikroorqanizmlərin  qarşısını  alır  və 
həzm  prosesinin  yaxşılaşmasına  kömək  edir.  Yadda  saxlamaq 
lazımdır ki, yüksəklik şəraitində hansı  qidaya üstünlük verilməsi 
tez-tez  dəyişir  və  səyahət  təcrübəsi  artdıqca  bu daha  çox  çeşidli 
olur.
Qida rejimi  və menyu tərtib olunan zaman Tibbi  komissiyanı 
tövsiyə etdiyi aşağıdakı qaydalara əməl etmək lazımdır:
- gündüz rasionunda mümkün qədər daha çox müxtəliflik;
-  çalışın  ki,  qida  konsentratlarından  yemək  hazırlamayasınız 
və  eynicinsli  qida  ilə  (məsələn,  yalnız  vegetarian)  qidalanma­
yasınız;
-  səhər  gəzintiyə  çıxmamışdan  qabaq  yüngül  qəlyanaltı  ilə 
çoxlu maye qəbul etmək tövsiyə olunur;
-  gəzinti  hərəkəti  zamanı  hər  iki  saatdan  bir  qısa  istirahət 
edin  ki,  turistlər  az  da  olsa  yeyib-içsinlər.  Alkoqollu  içkilər 
yolverilməzdir;
-  gəzinti  günü qurtardıqdan  sonra  turistləri  tərkibində  karbo- 
hidratların  və mayenin  çox  olduğu qida  ilə  təcili  yedizdirin,  belə 
ki, bu ən  vacib qida qəbuludur.


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə