Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

86
Ə.T.Əsgərov,  B.Ə.Bilalov.  Ç.G.Giila/ıyev
tərəqqi  və  yeni  ləvazimat  növlərinin  meydana  çıxması  səbəb 
olur.  İlk  baxışda  paradoksal  vəziyyət  əmələ  gəlir  -   səyahət 
etmək  asanlaşır,  lakin  marşrutda  təhlükə  nəinki  azalmır,  hətta 
daha  da  artır.  Bu  vəziyyəti  Everestə  kommersiya  çıxışına uyğun 
olaraq  adamları  planetin  ən  yüksək  zirvəsinə  dəfələrlə  aparmış 
A.Bukreev  belə  şərh  edir:  «Hazırda,  yüksək  qiymətlərə 
baxmayaraq  Everestə  çıxmağın  məşhurluğu  artır.  Kommersiya 
alpinizmi  inkişaf  edir.  İnsanlar  özlərini  çətinliklərdə  və 
yüksəkliklərdə  sınamaq  üçün  Everestə  gedir.  Onların  Everesti 
xeyli  asan, keçilən və deməli Tensinq və Hillarininkinə (Everesti 
fəth edənlərə) nisbətən daha alçaqdır və Messnerin  (1979-cu  ildə 
əvvəlcə 
oksigen 
istifadə 
etmədən, 
sonra 
isə 
musson 
mövsümündə  təkcə  bu  zirvəyə  çıxmışdır)  Everesti  ilə  müqayisə 
edilə bilməz.  Lakin  o,  hazırlıqsız adamlar üçün daha az təhlükəli 
olmadı,  hətta  əksinə  bu  təhlükə  artdı...  Belə  çıxışların 
təhlükəsizliyi  haqqında  əfsanə-diletantlar  üçün  yanlış  fikirdir. 
Onu  dəstəkləmək  yox,  əlavə  oksigen  istifadə  etməklə  və 
təcrübəli  bələdçilərin  və  şerplərin  (yerli  xalqların)  köməyi  ilə 
böyük  yüksəkliklərin  keçirilməsini  reklam  etməklə  dağıtmaq 
lazımdır.
Yüksəkliklərə  kommersiya  çıxmalanm  qadağan  etmək  mümkün 
deyil.  Lakin  Everestə  gedən  adamlar  başa  düşməlidirlər  ki,  onların 
təhlükəsizliyinə  yüz  faiz  təminatı  heç  bir  bələdçi  verə  bilmir.  Əgər 
belə bir təminat verilirsə, deməli onun arxasında yalan durur. Oksigen 
haqqında əfsanə Everestdə biznesə faydalıdır, lakin ora gedən adamlar 
üçün təhlükəlidir.  Yadda  saxlamaq  lazımdır ki,  son  sözü  həmişə  Dağ 
deyəcək».
Müasir  kütləvi  turizmin  özünəməxsusluğu  onun  xarici  mühit 
şəraitinə  zəifliyindən  ibarətdir.  Turizm  iqtisadi,  siyasi,  sosial 
sabitlik  tələb  edir.  Bu,  xüsusən  bizim  ölkəmizə  aiddir.  Mövcud 
və  xəyali  terrorizm  təhlükəsi,  əcnəbi  və  yerli  turistlərə  qarşı 
neqativ  münasibət  dünyanın  bir  çox  regionlarında,  xüsusən  də
Ə.T.Əsgərov.  B.Ə.Bı/alov.  (,' G.Giilalıvcv
87
dondurulmuş  münaqişələrin  özünə  yer  aldığı  ölkələrdə  turizmin 
inkişafını  ləngidir.
Hazırda 
ekoloji 
və 
macəra 
turizminin 
təhlükəsizlik 
məsələlərinə,  xüsusən  elmi-tədqiqat  işləri  səviyyəsində  çox  az 
fikir  verilir.  Halbuki,  ölkəmizin  çətin  keçilən  guşələrinə 
turistlərin  gəlməsi  ilə  əlaqədar  olan  belə  səyahətlər  həmişə  risk 
elementləri  ilə  bağlıdır.  Bu  daha  çox  macəra  turizminə  aiddir. 
Həyat  fəaliyyətinin  təmin  olunması  texnologiyasının  inkişafı 
indiyə qədər qeyri-mümkün hesab olunan şəraitin yaradılması  və 
turistlərin  təhlükəsizliyində  saxta  inam  yaradır.  Səyahətin 
«ekstremallıq»  həddinin  yüksəlməsinin  müasir  tendensiyası, 
fiziki, texniki və psixoloji  cəhətdən  hazırlıqsız adamların turizm 
tarixinə  düşmək  hüququ  qazanmaq  üçün  çoxlu  pul  ödəməyə 
razılaşması  bədbəxt  hadisələrin  və  katastroflann  sayının 
artmasına aparıb çıxarır.
4.1.  Turizmdə təhlükəsizliyin təmin  olunması
Turizm  haqqında  Azərbaycan  Respublikasının  Qanununa 
görə  (04  iyun  1999-cu  il)  turistlərin  təhlükəsizliyi  -   səyahət 
müddətində  turistlərin  şəxsi  təhlükəsizliyi  və  onların  əmlakının 
qorunmasıdır  (maddə  12).  Göründüyü  kimi  qanunvericilikdə 
təhlükəsizlik təhlükənin olmaması kimi  təfsir edilir.
Məlum  olduğu  kimi  təhlükə  insanı  hər  zaman  və  hər  yerdə, 
hətta  gündəlik  həyatda  da  güdür.  Ay  Yerin  peyki  olduğu  kimi, 
təhlükə  də  insanın  peykidir.  Buna  misal  olaraq  aktiv  turistlərin 
peşə  xəstəliklərini  göstərmək  olar  (Cədvəl  3-ə  bax).  Odur  ki, 
söhbət  yalnız  təhlükəli  vəziyyətin  baş  verməsi  ehtimalının 
hansısa  yol  verilən  həddindən,  yəni  risk  haqqında  gedə  bilər. 
Ekoturızmdə,  haqqında  danışdığımız  bu  məsələ  daha  aktualdır, 
belə  ki,  ektorizmin  tərkib  hissəsi  olan  təbii  mühit  təhlükələrlə 
doludur.


88
Beləliklə,  «Turizm  haqqında»  Azərbaycan  Respublikasının 
Qanununa  uyğun  olaraq  ekoloji 
və  macəra  turizmində 
təhlükəsizlik  3  komponentdən  əmələ  gəlir:  ekoturistlərin  şəxsi 
təhlükəsizliyi;  onların  əmlakının  təhlükəsizliyi;  turistlərin 
səyahət  etdiyi  təbii  ətraf  mühitin  təhlükəsizliyi,  yəni  istifadə 
olunan təbii turist ehtiyatlarının faktiki təhlükəsizliyi.
Cədvəl 3
Macəra turizmində peşə xəstəlikləri
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gii/alıyev
Təhlükənin  növləri
Xəstəliyin tipləri
Kəskin meteoroloji şərait
Soyuqdəymə xəstəliyi
Yüksək dağ iqlimi
Ürəyin fəaliyyətinin 
pozulması, dağ xəstəliyi
Günəş radiasiyası
Göz xəstəlikləri, günəşin 
təsirindən əmələ gələn 
yanıqlar
Adi gündəlik rejimdən fərqli 
qidalanma
Bağırsaq pozuntusu, qastrit, 
mübadilə proseslərinin 
pozulması, bədənin 
susuzlaşması, oynaq 
xəstəlikləri
Uzunmüddətli  fiziki  gərginlik, 
ağır kürək çantası  ilə dərə- 
təpəli yerlərlə hərəkət zamanı 
yaranan çətinliklər
Onurğa sütununun əyilməsi, 
vena damarlarının 
genişlənməsi, oynaqların 
xəstələnməsi
Həşaratların dişləməsi
Gənə ensefaliti
Praktikada turizmdə təhlükəsizlik anlayışı  daha genişdir.  Axı 
fövqəladə  vəziyyətlər,  böhranlar  bu  sahədə  baş  verənlərdən 
nəinki  birbaşa  itkidən  asılı  olaraq  təhlükəlidir,  həm  də  iqtisadı 
nəticələrinə,  hər  şeydən  öncə  bu  regiona  səyahətə  turist
89
tələbatının  aşağı  düşməsi  ilə  təhlükəlidir.  Bu  halda  iqtisadi 
itkilər  və  istehlakçıların  inamının  bərpasına  çəkilən  xərclər  o 
qədər  böyükdür  ki,  regionda  turizmin  iflasına  səbəb  ola  bilər. 
Məsələn,  1989-cu  ildə  İraq  ordusunun  Küveytə  soxulmasından 
əvvəl  Fransada  müxtəlif istiqamətlərdə  18  min  qrup  halında  və 
50  minə  yaxın  fərdi  səyahət  ləğv  edilmişdir.  «Səhrada  fırtına 
əməliyyatından  sonra  beynəlxalq  turist  gəlmələrinin  hesab­
lanması  göstərdi  ki,  Avropa  1991-ci  ili  sıfır  artımla,  İtaliya, 
Böyük Britaniya, Almaniya və İsveçrə isə bu sahədə geriləmə ilə 
başa  vurmuşdur.  Amerikadan  turist  axmı  5  mln.  nəfərə  qədər 
azalmışdır.  2001-ci  ildə  11  sentyabrda ABŞ-da baş vermiş terror 
aktı  nəticəsində  beynəlxalq  sərnişin  aviadaşımalanna  olan 
tələbat demək olar ki, üç dəfə aşağı düşmüşdür.
Regional turizm bazarının  iqtisadi  təhlükəsizliyi  həm də yerli 
turizm  sənayesinin  daxili  müqavilə  münasibətlərinin  hüquqi 
xarakteri  ilə  təyin  olunur.  Göndərən  və  qəbul  edən  tərəflər 
arasında  müqavilənin  pozulması  turistlərin  «göndərilməsinin» 
azalmasına,  onlara xidmətin  keyfiyyətinin  pisləşməsinə  və  turist 
tələbatının  aşağı  düşməsinə  aparır.  Verginin  ödənilməsindən 
yayınma  da  həmçinin  turizm  infrastrukturunun  təkmilləşdiril­
məsi  üçün  yerli  büdcədə  vəsaitin  çatışmamasına  gətirib  çıxarır. 
Bunu  həmçinin  regionda  turizmin  iqtisadi  təhlükəsizliyinin 
tərkib  hissələrindən  biri  kimi  araşdırmaq  olar.  Məsələn,  Rusiya 
Federasiyasının  Kuba şəhərinin vergi polisinin apardığı «Kurort- 
2001»  əməliyyatının  gedişində  ilin  birinci  yarısında  sanitar- 
kurort  xidmətlərinin  realizə  olunmasında  2  mlrd,  rubldan  çox 
məbləğdə  qeydə  alınmamış  mədaxil  aşkara  çıxarılmışdır.  Bu 
zaman  14  cinayət  işi  qaldırılmış  və  8  mln.  rubldan  çox  pul 
cərimə formasında alınmışdır.
Qanunvericiliyə  uyğun  olaraq  ölkəmizdə  turoperatorlar  və 
turagentlər  turistlərə 
onların  rastlaşa 
biləcəyi 
səyahətin 
xüsusiyyətləri  və  təhlükələr haqqında  ətraflı  məlumatlan  təqdim 
etməyə,  həmçinin  turistlərin  təhlükəsizliyinin  təmin  olunmasına
Ə.T.ƏsgcVov,  B.Ə.Bila/ov,  Ç.G.Giila/ıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə