Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

9 8
-  subyektiv  təhlükələr  üçün  -   daha  çox  ehtimal  olunan 
təhlükəli 
vəziyyətlərdə 
turistlərin 
xilasetmə 
vərdişlərinə 
yiyələnməsi,  lazım olan bələdçilərin və  ləvazimatların  seçilməsi, 
səyahətdə  iştirak  edən  turistlərin  hazırlanmasına  tələblərin, 
xidmət  proqramının  (səyahətin  taktikasının),  səyahət  qrafiki  və 
rejiminin  işlənib  hazırlanması,  yuxarıda  araşdırılmış  infor­
masiyaya uyğun olaraq səyahətin marşrutunun dəqiq  işlənilməsi, 
Bu  tədbirlərə  etinasızlıq  və  ya  onların  həyata  keçirilməsi  üçün 
müəyyən  vərdişlərin  olmaması  səyahətlərin  təhlükəl iliyinin 
artmasına  aparır.  Təsadüfi  deyildir  ki,  özfəaliyyət  turizmi  təşkil 
olunmuş  turizmdən  həmişə  daha  təhlükəlidir.  Bədbəxt  hadi­
sələrin  sayı  özfəaliyyət turistlərində turfırmalara  nisbətən  2  dəfə 
yüksəkdir.
Göstərilən  tədbirləri  həyata  keçirən  zaman  yadda  saxlamaq 
lazımdır  ki,  turizmdə  bədbəxt  hadisələrin  sayı  xidmət  olunmuş 
turistlərin  sayı  ilə  düz  mütənasibdir.  Statistikaya  görə  bədbəxt 
hadisələr şənbə  və  bazar günləri,  yəni  istirahət günləri  turlarında və 
bir  günlük  ekskursiyalarda  daha  təhlükəlidir.  Odur  ki,  xidmət 
olunmuş  turistlərin  sayı  artdıqca  menecerlərdə  əvvəllər  bədbəxt 
hadisənin  olmadığı  üçün  yalan  təsəvvür  yaranmamalıdır.  Əksinə, 
təhlükəsizliyə xüsusi fikir vermək lazımdır.
Bundan  başqa  aşkar  olmuşdur  ki,  sutkalıq  dinamikada  bəd­
bəxt hadisələrin  ən  çox  miqdarı  günün  ikinci  yarısında baş  verir. 
Bu  isə  həmin  vaxtlarda  turistlərin  yorulması  və  mümkün 
təhlükələrə  diqqətin  azalması  ilə  izah  olunur.  Belə  vəziyyət 
dağlıq  şəraitdə  həmçinin  daş  uçqunu  təhlükəsinin  artması  (külə­
yin  intensivliyinin  artmasına  görə),  qar  uçqunu,  dağ  çaylarında 
suyun  səviyyəsinin  yüksəlməsi  (buzlaqların  əriməsinin  güclən­
məsi) və s.  ilə izah  olunur.
Qeyd  etmək  lazımdır  ki,  «əlverişsiz  hava  şəraiti»  və  «təhlü­
kəli təbiət hadisələri» anlayışları kifayət qədər şərti anlayışlardır. 
Təbiət  hadisəsinin  təhlükəli  olduğuna  aid  edilməsinin  meyarı
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Güla/ıyev
Ə.T.ƏsgıWov,  B. Ə.Bilalov,  Ç.G.Giilahvev
99
kimi  turistləri  bədbəxt hadisəyə apara  biləcək belə  bir  vəziyyətin 
meydana çıxması ehtimalı  xidmət edir.
Y.A.Ştyumerin 
verdiyi 
məlumata 
görə 
Rusiya 
Federasiyasında  dörd  il  ərzində  turistlərlə  baş  vermiş  və  ölümlə 
nəticələnmiş  bədbəxt  hadisələr  arasında  hava  şəraitinin  əsas  və 
yeganə  səbəb  olduğu  haqqında  heç  bir  dəqiq  məlumat  yoxdur. 
Hətta  ildırım,  güclü  külək,  sel,  fırtına  kimi  təbiət  hadisələrindən 
zərərçəkmişlərin  müdafiə  vasitələri  olmuşdur  ki,  bu  da  vaxtında 
hansısa profilaktik tədbirlərin görülmədiyi  haqqında  danışıqların 
əsassız olduğunu göstərir.
Yuxarıda  qeyd  olunduğu  kimi  turizmdə  bədbəxt  hadisələrin 
profilaktikası tədbirlərindən  biri  də qarşıdakı  səyahətə turistlərin 
fiziki  hazırlığıdır.  Dağ  turlarında  o  hər  şeydən  əvvəl  insan 
orqanizminin  yüksək  dağ  şəraitinə  -   havada  oksigenin  miq­
darının,  atmosfer  təzyiqinin  aşağı  olduğu,  günəş  radiasiyasının 
yüksək  olduğu  və  s.-lərə  adaptasiyası  (uyğunlaşması)  ilə 
əlaqədardır.  Odur  ki,  turistlərin  belə  şəraitə  məqsədyönlü 
adaptasiyası prosesi -  akklimatizasiyası  (iqlimə uyğunlaşması) -  
da  həmçinin  bədbəxt  hadisələrin  profilaktikası  üzrə  tədbirlərin 
sırasına daxildir.
Hazırda  bütün  dünyada  vaxtilə  SSRİ-nin  dağaçıxanları  tə­
rəfindən  işlənib hazırlanmış  aktiv  iqlimə  uyğunlaşma  sxemindən 
istifadə  olunur.  Onun  mənası  istirahət  üçün  turistləri  sərbəst 
buraxmaqla  yüksəkliyə  tədricən  qalxmaqdan  ibarətdir.  Dağlara 
səyahətin  xidmət  proqramı  akklimatizasiya  (iqlimə  uyğunlaşma) 
proqramına müvafiq olaraq qurulur.  (Cədvəl  6-ya bax)


100
Cədvəl 6
Aktiv iqlimə uyğunlaşmanın turist xidməti 
proqramına daxil edilməsi nümunəsi
_____________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Turizm   xidm əti proqramı
Tur -  M onblana çıxm a
Tur -   Elbrusa çıxm a
1
-c

g
ü
n
Le Tour kəndinə ekskursiya Albert 
Ler  Hut (2 7 7 0  m )  daxm asına 
qalxm a v ə  orada g ecələm ə
Ç eqet  şəhərinə  ekskursiya 
2 8 0 0  m  yü k sək liyə qalxm a.
Enm ə  v ə  «İtkol» 
m ehm anxanasında g ecələm ə
2
-c

g
ü
n
A ig u ille du Tour zirvəsin ə (3 5 1 6 
m ) qalxma.  C ham onix  q əsəbəsinə 
enm ə  və orada g ecələm ə
Cankuat  buzlağına ekskursiya. 
L ojnıy Q um açi  (3 2 0 0  m )  aşırı­
m ına qədər qalxm a.  E nm ə və 
«İtkol»  m ehm anxanasında 
g e c ə lə m ə
3
-c
ü
 g
ü
n
Tete R ousse (3 1 5 0   m)  daxm asına 
qədər qalxma
«O nbirlər sığıııcağın a» (4 2 0 0  
m )  qalxm a.  E nm ə və  «Qara- 
B aşi» (3 8 0 0   m )  sığınacağında 
g e c ə lə m ə
4
-c
ü
 g
ü
n
Gouter (3818  m )  daxm asına  qədər 
qalxma  və  orada  g ecələm ə
Pastuxova (4 8 0 0  m)  qayasına 
qalxm a.  Enm ə  v ə  «Qara Başı» 
sığın acağın d a g ecələm ə
5
-c

g
ü
n
M onblana (4 8 0 8   m)  çıxm a
İstirahət  günü.  A zay (2 8 0 0   m) 
q əsəb əsin ə enm ə.  «Qara  Başi» 
sığın acağın d a g ecələm ə
6
-c
ı 
g
ü
n
Cham onix  q əsəb əsin ə enm ə
Elbrus (5 6 4 2   m )  dağına  çıxına
101
4.4.  MDB ölkələrində ekoloji və  macəra dağ turizmində
bədbəxt hadisələrin strukturu və səbəbləri
MDB  ərazisində  ekoloji  və  macəra  dağ  turizmində  bədbəxt 
hadisələrin  strukturu  və  səbəblərinin  analizi  1978-1981,  1989- 
1990  və  1999-2001-ci  illərin məlumatları əsasında aparılmışdır.
Dağ 
turizmində 
və 
alpinizmdə 
bədbəxt 
hadisələrin 
göstəricilərinin  turizmin  digər  növləri  üzrə  analoji  məlumatlar 
toplusu  ilə  müqayisəsi  göstərir  ki,  dağ  turizmi  itkilərə  görə 
liderlik  edir.  Belə  ki,  1987-ci  ildə  zərərçəkənlərin  miqdan 
ümumi  sayın  71,0  %-ni,  1988-ci  ildə  -   31,8  %-ni,  1989-cu  ildə 
isə -  69,8 %-ni təşkil etmişdir.
Analiz  göstərdi  ki,  ənənəvi  olaraq  Qafqaz üzrə  səyahətdə  ən 
çox  sayda  bədbəxt  hadisə  baş  verir:  1989-cu  ildə  45,3  %.  Bu 
göstəricilərə  görə  stabil  olaraq  «liderlər»  sırasında  olan  Pamirin 
payına  zərərçəkənlərin  ümumi  sayının  29,7  %-i  düşür.  Eyni 
zamanda o ölənlərin  sayına görə (18  adam)  də  liderlik edir.  Tam 
özfəaliyyət turizmində, yəni  idman turizmi və alpinizm orqanları 
tərəfindən  nəzarət  olunmayan  turizmində  zərərçəkmişlərin 
sayının  çox  olması  -   21,9  %  zərərçəkmiş  və  13  nəfər  həlak 
olmuş şəxsin mövcudluğu da özünə diqqəti  cəlb edir.
Araşdırılan  dövrdə  qrupların  və  iştirakçıların  sayının  artması 
tendensiyası  müşahidə  olunmuşdur.  Yalnız  1989-cu  ildə  qrup­
ların  və  iştirakçıların  sayının  qismən  azalması  qeyd olunmuşdur 
ki,  bu  da  Qafqaz  və  Pamir-Alay  rayonlarında  millətlərarası 
münasibətlərin mürəkkəbləşməsi ilə izah oluna bilər.
Bütün  illər  üzrə  nisbi  itkilərə  görə  məlumatları  məşhur  bir 
həqiqət 
də  təsdiq 
edir 
ki, 
səyahətlərin  və  yürüşlərin 
mürəkkəbliyi  artdıqca  zərərçəkənlərin  nisbi  sayı  (faizi)  də  artır. 
Əksər  hallarda  zərərçəkənlərin  miqdarı  iştirakçıların  ümumi 
misli  sayından  1  %  az  olur.  Yalnız  1987-ci  ildə  VI  kateqoriyalı 
mürəkkəbliklə  yürüşlərdə  itkilər  1,57  %,  1989-cu  ildə  isə  V 
kateqoriyalı mürəkkəblikli yürüşlərdə -   1,  16 % təşkil etmişdir.
Ə.T.Əsg'Vov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə