Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

tibbi  yardım  göstərmək  üçün  tədbirlər  görür,  hadisənin 
miqyasından  və  vəziyyətdən  asılı  olaraq  digər  qruplardan  olan 
turistləri  xilasetmə işlərində iştirak etmək üçün cəlb edir.
NXM  işçiləri  bədbəxt  hadisələrin  başvermə  səbəbinin 
araşdırılmasını  aparır  və  turizmin  təhlükəsizliyinin  təmin 
olunmasında  turist  qruplarının  rəhbərlərinin  və  bələdçilərinin 
gördüyü tədbirlərə nəzarəti həyata keçirir.
Rusiyada  xilasedici  dəstələr  adətən,  alpinistlərin  və  turist­
lərin  təlim-məşq toplantısı  iştirakçılarından  yaradılır.  Onlar 6-12 
nəfər  yaxşı  hazırlanmış  insandan  ibarətdir  və  ixtiyarında 
xilasedici  fond-xilasetmə  işlərinin  aparılması  üçün  vacib  olan 
ləvazimatlar  və  ərzaqlar  olan  xilasedici  dəstənin  rəisi  tərəfindən 
rəhbərlik edilir.
Axtarış  və  xilasetmə  işləri  qarşıya  qoyulmuş  vəzifələrin 
xarakterinə  uyğun  olaraq  aparılır:  əlaqə  kəsilmiş  və  ya  nəzərdə 
tutulmuş 
vaxtda 
qayıtmamış 
qrupun 
axtarışının 
təşkili, 
bədbəxtlik üz verənlərə  kömək  etmək üçün  çıxış  həyata keçirilir. 
Çox  vaxt  axtarış  və  xilasetmə  işləri  qarşılıqlı  əlaqəli  olur  -  
axtarış  işləri  xilasetmə  işlərinə  keçə  bilər  və  əksinə,  xilasetmə 
işləri  aparılan  zaman  məsələn,  qar  uçqununda  qəzaya  düşmüş 
qrupun  ayrıca  bir  üzvünün  axtarılmasını  tələb  edən  vəziyyət 
ortaya çıxa bilər.
Axtarış qrupu aşağıdakı hallarda öz işinə başlayır:
-  turist  qrupu  nəzərdə  tutulmuş  vaxtda  geri  qayıtmamışdırsa 
və  onların  təhlükəsiz  yerdə  olduqları  barədə  dəqiq  məlumat 
yoxdursa;
-  daimi  əlaqə  saxlamaq  üçün  bütün  vasitələrə  malik  olan 
(radiostansiya, siqnal raketləri və s.) qrupla əlaqə  itərsə;
-  turist  qrupu  marşrutun  mürəkkəb  sahəsində  olduğu  zaman 
qəflətən və kəskin şəkildə hava şəraiti  pisləşərsə.
Axtarışa  ləvazimatla,  qida  ilə,  tibbi  vasitələrlə,  rabitə  və 
siqnalizasiya  ilə,  həmçinin  yerlərə  baxmaq  üçün  binoklla  təchiz 
olunmuş,  dörd  adamdan  çox  olmayan  mobil  qruplarla  çıxırlar.
' _____________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gii/a/ıyev
O.T.Əsgarov,  В Ə Bilalov,  Ç.G.Giilalıyev
Onların  vəzifəsi  -   itənləri  tapmaq,  onlara  ilk  tibbi  yardım 
göstənnək, 
zərərçəkmişləri 
köçürmək 
üçün 
hazırlamaq, 
xilasedici  dəstənin  çıxışı  üçün  lazım  olan  məlumatları  NXM-ə 
çatdınnaq,  həmçinin 
mümkün  qədər  xilasedici 
dəstənin 
yaxınlaşmasını  asanlaşdırmaqdır  (qarda  iz  açmaq,  mürəkkəb  və 
təhlükəli  yerlərdə kəndir çəkmək və s.).
Xilasedici  dəstənin  çıxışı  bədbəxt  hadisə  haqqında  informa­
siya  alındığı  halda  həyata  keçirilir.  Adətən,  altı  nəfərdən  təşkil 
olunmuş əsas dəstə aşağıdakı  şəkildə formalaşır:
1)  iki  xilasedici  ilk  tibbi  yardım  göstənnək  və  daşımanın 
üsulunu təyin etmək üçün rabitə vasitələri  və tibbi  ləvazimatlarla 
birbaşa qəza yerinə gedir;
2)  qalan  dörd  nəfər  xilasetmə  işlərini  həyata  keçirmək  üçün 
onların  arxasınca  gələn  yüklü  dəstə  üçün  yol  hazırlayaraq  qəza 
yerinə hərəkət edir.
Xilasetmə  işlərinin  planı  tərtib  olunanda  aşağıdakılar  təyin 
olunur:
-  hər bir xilasetmə  və  axtarış dəstəsi  üçün ümumi  və konkret 
mərhələli vəzifələr;
- dəstələrin nümunəvi hərəkət vaxtının hesabatı;
- dəstələrin və onlarda olan  xilasedicilərin  sayı;
- rabitə və siqnal  sxemi;
-  qarşısında qoyulmuş vəzifəyə  uyğun  olaraq  hər bir dəstənin 
təchizatı.
4.7. 
Azərbaycan  Respublikasında əcnəbi turistlər üçün 
təhlükələr
Təhlükəsizlik  -   turizmdə  ən  vacib  məsələlərdən  biridir. 
Ekoloji  turizm  bu  mənada  istisnalıq  təşkil  etmir.  Əksinə,  bu 
turizm  növü  ilə  məşğul  olanların  səyahət  etmək  istədiyi  ərazilər 
adətən  az  məskunlaşmış  və  ya  məskunlaşmamış  ərazilər  olub, 
çox  vaxt  insan  ayağı  dəyməmiş  yerlər hesab  olunurlar.  Artıq  bu


112
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
faktın  özü  ekoloji  turizmlə  məşğul  olanların  təhlükəsizliyinə 
daha çox  diqqət ayrılmasını  tələb  edir.  Ölkəmizdə  ekoloji  turizm 
nöqteyi-nəzərdən  təhlil  olunduqda,  belə  ərazilərin  daha  çox 
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  (20  %-ə  yaxın)  keçən 
əsrin  90-cı  illərində  işğal  olunduğu  və  bu  gün  də  işğal  altında 
qaldığı,  həmçinin  bu  ərazilərlə  həmsərhəd  olan  rayonların  və 
işğalçı  Ermənistanla  həmsərhəd  rayonların  torpaqları  olduğu 
nəzərə alınmalıdır.
Belə  ki,  həmin  ərazilərdə  I  Qarabağ  müharibəsi  zamanı 
qoyulmuş və ya erməni  kəşfiyyat qruplarının basdırdığı  minalar, 
işğal  olunmuş ərazilərdən su  ilə  axdılmış  üzən  minalar,  təhlükəli 
radioaktiv  maddələr,  zəhərli  kimyəvi  birləşmələr  və  onların 
tullantıları  təkcə  yerli  əhali  üçün  deyil,  həm  də  turistlər  üçün 
təhlükə  mənbəyidir.  Bu  ərazilərdə  m üxtəlif yoluxucu  xəstəlik­
lərə  tutulmuş  gəmirici  və  yırtıcı  heyvanların  tez-tez  görünməsi 
də  təsadüfi  hadisə  olmayıb,  düşmənin  planlı  şəkildə  həyata 
keçirdiyi tədbirlərin bizə məlum olan hissəsidir.
Odur ki,  təhlükəsizlik baxımından bu yerlərə turizm marşrut­
larını  hələlik  təxirə  salmaq  və  ya  çox  ciddi  təhlükəsizlik 
tədbirləri  görülməli,  əcnəbi  qonaqlara bu  barədə  ətraflı  məlumat 
verilməlidir.
Son vaxtlar ABŞ,  Böyük Britaniya və İsrail kimi  dövlətlər öz 
vətəndaşlarını  internet  saytlarında  Azərbaycana  getməkdən 
çəkindirməsi  və  burada  onların  terror  təhlükəsi  ilə  üzləşmək 
ehtimalı  olduqlarını  yazmaları  da həmin  ölkələrin  xüsusi  xidmət 
orqanlarında  belə  təhlükələrin  olması  haqqında  informasiyanın 
mövcudluğundan  irəli  gəlir.  Təəssüflər  olsun  ki,  bu  zaman 
həmin  saytlarda  ehtimal  olunan  təhlükənin  dəqiq  mənbəyi  və 
onu  həyata keçirməyə  çalışan  terrorçu  təşkilatların adı  və ünvanı 
açıqlanmır.  Lakin  90-cı  illərin  acı  təcrübəsi  bizi  daha  çox  bu 
mənfur  «qonşulardan»  qorunmağa  sövq  edir.  Eyni  zamanda 
digər  dünyada  tanınmış  terrorçu  təşkilatlan  da  nəzərdən  qaçır­
maq olmaz.
Son  vaxtlar  Avropa  İttifaqının  aparıcı  dövlətləri  olan  Alma­
niya  və  Fransanın dövlət orqanları  öz  internet  saytlarında  Dağlıq 
Qarabağın  və  onun  ətrafındakı  ərazilərin  Azərbaycan  ərazi 
olduğu  və  Ennənistan  ordusu  tərəfindən  işğal  olunduğu  qeyd 
olunması  və  bu  səbəbdən  də  o  yerlərə  hər  hansı  formada 
səyahətin  təhlükəli  olduğundan  öz  vətəndaşlarını  xəbərdar 
etməsi,  həmçinin  oradakı  qondanna  qurumun  viza  rejimini 
təsdiqləyən 
möhürün 
vurulduğu 
pasportların 
sahiblərinin 
sonradan  Azərbaycan  Respublikası  ərazisinə  girişinin  bizim 
dövlət qurumları  tərəfindən  qadağan olunduğunu açıqlaması, bir 
tərəfdən  həmin  ölkələrin  Azərbaycan  Respublikasının  ərazi 
bütövlüyünü tanımasını göstərirsə, digər tərəfdən bizim yuxanda 
dediklərimizi təsdiqləmiş olur.
Ölkəmizdə  insanların  tarixən  müxtəlif  dinə,  irqə  və  etnik 
qrupa  məxsus  olan  digər  insanlara  qarşı  tolerant  olması  və  bu 
səbəbdən  də  Azərbaycanda,  xüsusən  də  onun  mərkəzi  şəhərlə­
rində  dini  və  irqi  zəmində  toqquşmalann  qeydə  alınmaması, 
qonaqpərvərliyi  dünyanın  bütün  aparıcı  dövlətləri  tərəfindən 
xüsusi  qeyd  olunur.  Lakin  bütün  bunlar  ekoloji  turizm  üzrə 
ölkəmizə  gəlmiş  qonaqları  baş  verə biləcək  digər təhlükələrdən: 
oğurluq, 
quldurluq, 
soyğunçuluq, 
xuliqanlıq, 
dələduzluq, 
zorakılıq,  etibardan  sui-istifadə  etmə  və  s.  kimi  hallardan 
sığortalamır.
Eyni  zamanda  gəlmə  turistlərə  nadir  və  əntiq  əşyaların  ölkə 
ərazisindən  çıxarılmasına  qanunla  icazə  verilmədiyi,  əks 
təqdirdə  cəzalandırılacağı,  yabanı  flora  və  fauna  növlərinin 
ölkədən  çıxarılmasının  «Heyvanlar aləmi  haqqında»  Qanunla və 
digər 
qanunvericilik 
aktlarına 
uyğun 
həyata 
keçirildiyi 
bildirilməli  və  qanunvericiliyin  pozulduğu  zamanı  baş  verə 
biləcək məsuliyyət növləri onların diqqətinə çatdırılmalıdır.
Ekoloji  turizmdə  ərazinin  sanitar-epidemioloji  vəziyyəti 
xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki,  ekoloji  turlar  az 
mənimsənilmiş,  təbii  ekosistemlərin  qorunub  saxlandığı,  o
Ə  T Əsgərov,  В Ə.Bilalov,  Ç.G.Giilalıyev____ ________   ____   ПЗ


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə