Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

114
cümlədən  onların  elementi  kimi  yoluxucu  xəstəliklərin  təbii 
ocaqları  olan ərazilərdə həyata keçirilir.
İnfeksion  xəstəliklərə  yoluxma  riski  isti  iqlımli  ölkələrdə 
yüksək  olur  ki,  bizim  ölkəmiz  də  onların  sırasındadır.  Burada 
aşağıdakı  xəstəliklərə  yoluxma  ehtimalı  daha  böyükdür: 
malyariya,  sarı  qızdırma,  qarın  yatalağı,  QİÇS-infeksiya,  hepatit 
B,  hepatit  C  və 
s.  Odur  ki,  dünyanın  digər  subtropik  və 
mülayim  iqlimli  ölkələrində  olduğu  kimi  burada  da  xəstəliklərə 
yoluxmamaq üçün turistlər bir sıra profilaktiki  tədbirlər görməli: 
şəxsi  gigiyena  qaydalarına  əməl  olunmalı,  çiy  su  içilməməli, 
meyvə  və  tərəvəz  yeməzdən  qabaq  yuyulmalı,  sterilizasiyadan 
keçməmiş  süd  və  süd  məhsulları  istifadə  olunmamalı,  kiçik 
yeməkxanalarda  və  yol  kənarında  hazırlanan  xörəklərdən 
mümkün  qədər  qidalanmamalı,  cinsi  əlaqədən  çəkinməli,  ev 
heyvanları  ilə təmasdan qaçmalıdırlar.
Ekoturizm  zamanı  hər  bir  turistin  tibbi  ləvazimat  qutusu 
olmalıdır.  Orada  getdiyi  ölkəyə  uyğun  antiseptik  və  göbələyə 
qarşı  müxtəlif mazlar,  antibiotiklər,  allergiyaya qarşı  preparatlar, 
ağrıkəsici  dərmanlar,  birdəfəlik  şprislər,  sarğı  materialları, 
dezinfeksiya  edici  maddələr  -   yod,  marqancs,  təmiz  spirt  və  s. 
olmalıdır.  Bütün  bunlar  ilkin  tibbi  yardım  zamanı  istifadə 
olunmalıdır.  Lakin  şəhərə  qayıdan  zaman  mütləq  həkimə 
müraciət  etmək  lazımdır.  Bunun  üçün  yaşadığınız  otelin 
müdiriyyətinə,  səfirliyə və ya  konsulluğa müraciət olunmalıdır.
4.8.  Beynəlxalq  turistlər  üçün təhlükəsizlik  üzrə yaddaş
Turistlərin  təhlükəsizliyinin  təmin  olunmasının  yuxarıda 
araşdırılmış  xüsusiyyətlərini  nəzərə  almaqla,  həmçinin  ABŞ 
Dövlət  Departamentinin  tövsiyələri  əsasında  aşağıda  təqdim 
olunmuş  beynəlxalq  turistin  fərdi  təhlükəsizlik  yaddaşı  tərtib 
olunmuşdur:
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
1.  Ön  söz
Əziz  səyahətçilər.  Yadda  saxlayın  ki,  ancaq  Siz  səyahətin 
təhlükəsizlik  və  uğurlu  olmasında  daha  çox  maraqlısınız. 
Meydana  çıxmış  təhlükənin  qarşısını  almaq,  dəymiş  zərəri 
neytrallaşdınnaq  və  əvəzini  ödəməkdən,  xüsusən  də  əgər  söhbət 
insanların  sağlamlığından  gedirsə,  daha  asandır.  Təhlükəli 
vəziyyətdə  davranmağın  ən  yaxşı  üsulu  -   belə  vəziyyətə  heç 
vaxt  düşməməkdir.  Odur  ki,  aşağıda  göstərən  tövsiyələrə  əməl 
etməyiniz xahiş olunur.
2.  Səyahətə  hazırlıq.
Səyahətin  təhlükəsizliyinin  təmin  olunması  məsələsinə  diq­
qət yetirmək hələ turun planlaşdırılması  mərhələsində lazımdır.
Konservativ  geyinin. 
Sizi  yerli  əhalidən  fərqləndirən 
dəbdəbəli  paltar,  Sizin  turist  olduğunuzu  dəqiq  təyin  etməyə 
imkan  verir.  Çalışın  öz  var-dövlətinizi  nümayiş  etdirməkdən 
çəkinin.
Səyahəti  sutkanın  gündüz  vaxtlarma  planlaşdırın.  Özünüzlə 
turda  zəruri  olan  mümkün  qədər  az  miqdarda  qiymətli  əşyalar 
götürün.  Onları  harada  saxlayacağınız  yeri  fikirləşin.  Pasport, 
nağd  pullar,  kredit kartlarını  mehmanxananın  seyfində saxlamaq 
ən  təhlükəsiz  yerdir.  Qiymətli  şeyləri  bir  yerdən  başqa  yerə 
apardıqda  onları  bir  neçə  müxtəlif  yerlərə  qoyun.  Yükün 
bükülməsində  polietilen  paketlərdən  (torbalardan)  mümkün 
qədər  istifadə  etməyin.  Paltarın  üst cibləri  oğrular  üçün  girməyə 
daha  asandır.  Alt  ciblər  və  uzun  kəmərli  möhkəm  çantalar  daha 
təhlükəsiz  olardı.  Ən  yaxşısı  isə  paltarın  altından  taxılan,  pul 
üçün  xüsusi kəmərdən  istifadə etmək  lazımdır.
Sizə  lazım  olan  dərmanları  da  həmçinin  bütün  yüklərdən 
ayrıca  saxlamaq  lazımdır.  Hava  limanında  nəzarət  yoxlanışın- 
dan,  gömrük  nəzarətindən  keçən  zaman  problemlərdən  qaçmaq 
üçün  dərmanları  onların  istehsal  edildiyi  qablarda  saxlamaq 
zəruridir.  Əgər  dərmanın  tərkibində  qadağan  olunmuş  birləş­
mələr  varsa,  o  zaman  Özünüzlə  həmin  dərmanın  qəbul  edil­
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev 
115


məsinin  vacibliyi  haqqında  Sizi  müalicə  edən  həkimin  verdiyi 
arayışı və ya resepti götürün.
Nağd pul əvəzinə kredit kartlarından, yol çeklərindən  istifadə 
edin.
Pasportla  biletlərin  və  kredit  kartlarının  surətlərinin  bir 
dəstini  aynca  büküb  özünüzlə  götürün,  daha  bir  dəstini  evdə 
saxlayın.  Belə  ki,  surətlərin  mövcudluğu  onların  itməsi  və  ya 
oğurlanması  halında  həmin  sənədlərin  dublikatının  alınmasını 
asanlaşdırır.
Adınız,  ünvanınız  və  telefon  nömrələriniz  yazılmış  kartınızı 
yükün həm içərisində, həm də üzərində yerləşdirin.  Bunları evdə 
saxlayın:  a)  itirməkdən  qorxduğunuz  əşyaları;  b)  qiymətli  və 
bahalı  əşyaları;  c)  əvəzolunmayan  əşyaları;  ç)  səyahət  zamanı 
lazım olmayan kredit kartlarını.
Öz  qohumlarınıza,  dostlarınıza  Sizinlə  çətin  vəziyyətlərdə 
əlaqəyə  girə  bilmələri  üçün  səyahətin  marşrutu  haqqında 
informasiya saxlayın.
Hər ehtimala qarşı öz sığorta sənədlərinizi qaydaya  salın.
Unutmayın  ki,  səyahət  zamanı  Siz  yerli  qanunlara  tabe 
olmalısınız.  Odur  ki,  əvvəlcədən  Sizin  turagentin  köməkliyi  ilə 
səfirliyin  səyahətçilərə  tələblərini  dəqiqləşdirin.  Bundan  başqa 
yerli  KİV-in nəşrlərinə  müraciət edin  və  nəzərdə  tutulan  səyahət 
yerində baş vermiş son hadisələrlə tanış  olun.
Böyük  mehmanxanalarda  yerləşməyi  planlaşdırın.  Onlar 
daha  mürəkkəb  təhlükəsizlik  sisteminə  malikdirlər.  Bu  zaman 
təhlükəsizlik baxımından  ikinci  mərtəbədən  yeddinci  mərtəbəyə 
kimi  olan nömrələr ən yaxşı hesab olunurlar.
Səyahət  edəcəyiniz  yerə  təyyarə  ilə  uçacağınız  halda  birbaşa 
reyslərdən  istifadə  edin,  belə  ki,  qalxma  və  enmə  -   uçuş  zamanı 
ən  təhlükəli  mərhələdir.  Əmin  olun  ki,  Sizin  sığortanız  xaricdə 
də  öz  qüvvəsini  saxlayır.  Əks  halda  səyahətçilər  üçün  sığorta 
vərəqi  alın.
116_____________________ Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Gıtlalıyev
1 1 7
3.  Şəhərdə təhlükəsizlik
Adamlarla  dolu  olan  metro  stansiyalarından,  vağzallardan, 
qaldırımlardan,  bazardan,  həmçinin  adamların  olmadığı  şəhər 
ətrafı  ərazilərdə olmaqdan  çəkinin.
Gecələr küçədə tək qalmayın.
İctimai  nümayişlər,  tətillər,  vətəndaş  itaətsizliyi,  kütləvi 
qarışıqlıqlar olan yerlərdən kənar olun.
Özünüzü təmkinli, diqqətli aparın.
Ucadan danışmaq lazım deyil.
Öz planlarınızı tanış olmayan adamlarla müzakirə etməyin.
Cibəgirənlərdən  özünüzü  qoruyun. 
Çox  vaxt  onlann 
cinayətkar  yoldaşları  olur  ki,  bu  adamlar  Sizi  itələyə,  hər  hansı 
bir  sual  verə,  əyninizdəki  çatışmazlıqları  göstərə  və  bununla  da 
Sizin  diqqətinizi  yayındıra  bilər.  Cibəgirən  hətta  uşaq  və  ya 
körpəsi  olan  qadın  ola  bilər.  Çox  vaxt  isə  səfil  uşaqlar  belə 
işlərlə məşğul olur.
İdman  çantası  götürün,  onun  boyun  qayışını  isə  çiyninizə 
yox, boynunuzdan keçirərək  sinənizə keçirin.
Küçə  ilə  gedəndə,  hətta  azanda  da  özünüzü  aydın  məqsədli 
adam  kimi göstərin,  hay-küy salmayın.
Olduğunuz  yer  və  mehmanxanaya  gedən  yol,  görüş  yeri 
haqqında  suallarınızı  çalışın  ki,  yalnız hakimiyyət nümayəndələ­
rinə verəsiniz.
Əl  çantanızı,  onu  sizin  əlinizdən  alıb  qaçmasınlar  deyə 
çiyninizə keçirin və səkinin kənarı  ilə hərəkət edin.
Ödənişli  telefondan  istifadə  etmək  qaydalarını  aydınlaşdırın 
və özünüzlə xırda pul  götürün.
Siz  lazım  gəldikdə  polisi  və  ya  həkimi  köməyə  çağırmaq 
üçün yerli xalqın dilində bəzi  sözləri deməyi  öyrənin.
Lazım  olan  telefon  nömrələrini  özünüzlə  yazıb  götürün: 
polis,  yanğınsöndürən,  yaşadığınız otelin  telefonu,  səfirlik və ya 
konsulluğun telefon nömrələri.
Ə.T.Əsgərov

B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə