Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

126
Əgər  xaricdə  olduğunuz  zaman  pulunuz  qurtararsa  və  Sizə 
heç  kim  borc  pul  vermirsə,  konsulluğun  nümayəndəsi  Sizə 
ailənizlə, dostlarımzla, bankla,  iş yeri  ilə əlaqə yaratmağa kömək 
edə  bilər  və  onları  Sizə  lazım  olan  pul  vəsaitlərini  necə 
çatdırmaq haqqında məlumatlandıra bilər.
Əgər  Sizdə  qanunla  bağlı  hansısa  çətinliklər yaranıbsa,  onda 
təcili  olaraq  konsulluğun  nümayəndəsi  ilə  əlaqə  yaradın.  Dəqiq 
başa  düşmək  lazımdır  ki,  konsulluğun  nümayəndəsi  Sizi 
həbsxanadan  azad  etdirə,  vəkil  xidməti  təklif edə  və  ya  hüquqi 
məsləhət  verə  bilməz.  Onun  xidməti  təklif  edə  və  ya  hüquqi 
məsləhət  verə  bilməz.  Onun  edə  biləcəyi  və  ya  bacardığı  iş  -  
Sizə 
ingilis 
və 
rus 
dillərində 
danışan 
və 
ölkəmizin 
vətəndaşlarının  maraqlarını  qorumaq  təcrübəsi  olan  yerli 
vəkillərin adları  və  soyadları yazılmış  siyahını təklif etməkdir.
Əgər  Siz  həbs  olunubsunuzsa,  konsulluğun  nümayəndəsi 
Sizə  baş  çəkəcək,  yerli  qanunvericiliyə  uyğun  daraq  Sizin 
hüquqlarınız  haqqında  danışacaq  və  Sizin  nonnal  məişət  şərai­
tində  olacağınıza  və  Sizinlə  yerli  qanunlara  riayət  olunmaqla 
davranılacağına  zəmanət  verəcək.  Sizin  arzunuzla  konsulluğun 
nümayəndəsi  həmçinin  ailənizə  və  dostlarınıza  yaranmış 
vəziyyət  haqqında  xəbər  verir.  Əgər  lazım  gələrsə,  o  həmçinin 
evdən  pul  vəsaitinin  alınmasına  kömək  edə  bilər  və  ehtiyac 
olduğu halda Sizin üçün  ərzaq və paltar almağa çalışar.
Əgər  Siz  həbs  olunmuşsunuzsa,  yadda  saxlayın  ki. 
beynəlxalq  müqaviləyə  görə  Sizin  ABŞ-ın  konsulluğu  ilə 
danışmaq  hüququnuz  vardır.  Bundan  imtina  olunarsa,  təkidlə 
tələb  edin.
9.  İnfeksiya və virus xəstəliklərindən  müdafiə.
Yoluxmuş  qida  və  su  mədə-bağırsaq  xəstəliklərinin  başlıca 
səbəbidir. 
Ən 
təhlükəsiz 
içkilər 
bunlardır: 
kofe, 
çay,
qaynadılmış  su,  qablaşdırılmış  mineral  su,  pivə,  şərab  və s.  Suyu 
içmək 
üçün  təhlükəsiz  etməyin 
ən 
yaxşı 
üsulu  onun 
qaynadılmasıdır.  Bundan  başqa  sirkə  məhlulu,  yod,  tetrasiklın
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.GiHalıyev
127
həbləri  və  digər  kimyəvi  dezinfeksiyaedici  vasitələrdən  də 
istifadə  etmək olar.
Qidalan,  xüsusən  də  salatları,  termiki  cəhətdən  emal  olun­
mamış  meyvə-tərəvəzləri,  pasterizə olunmamış  süd məhlullarını, 
molyuskaları  ehtiyatla  seçmək  lazımdır.  Bəzi  balıq  növləri  (tro­
pik  rif  balıqları,  qıntıızı  balıq,  dəniz  xanı  balığı,  dəniz  duma- 
balığı)  özünə  zəhərli  toksinlər  yığmaq  qabiliyyətinə  malikdir, 
odur ki,  onların istifadəsindən çəkinmək  lazımdır.
Mədə-bağırsaq  xəstəliklərinin  profilaktikası  məqsədi  ilə 
aşağıdakı tövsiyələrə əməl edin:
-  əllərinizi  tez-tez sabunla yuyun;
- yalnız qaynadılmış və ya qablaşdırılmış mineral su için;
- əsaslı şəkildə termiki  emal olunmuş qidalan  yeyin;
-  tərəvəzləri,  meyvələri  istifadə  etməzdən  əvvəl  özünüz 
yuyun  və təmizləyin və ya istifadə etməyin;
-  içkiləri buzla içməyin.  Ola bilər ki, buz çiy,  qaynadılmamış 
sudan  hazırlansın;
-  həşəratlardan  qorunmaq  üçün  hər  dörd  saatdan  bir  xüsusi 
dərman  vasitələrindən  istifadə  edin.  Əyninizə  uzun  qolu  olan 
köynək  və  çəkməyə  qədər  çatan  şalvar  geyinin.  Ayaqyalın 
gəzməyin (bu daha çox tropik ölkələr üçün aktualdır);
-  yalnız  özünüzə  məxsus  fərdi  diş  fırçası,  daraq,  tikiş  iynəsi, 
birdəfəlik şprisdən  istifadə edin;
-  cinsi  yolla  keçən  xəstəliklərdən  qorunmaq  üçün  təsadüfü 
cinsi  əlaqələr  zamanı  xüsusi  qoruyucu  vasitələrdən  istifadə 
etməyi  unutmayın;
-  dişləmədən  və  yoluxmadan,  o  cümlədən  quduzluq  və  ya 
taun  xəstəliklərində qorunmaq  üçün  heyvanlara toxunmayın.
Yaxşı  məlumatlandırılmış  səyahətçi  olmaq  üçün  vaxtınızı 
sərf etdiyinizə  görə  Sizə  təşəkkür  edirik.  Biz  Sizə  təhlükəsiz  və 
gözəl  səyahət arzulayırıq.
Ə. T.Əsgarov,  B.Ə.Bilalov,  Ç.G.GiHalıyev


Yoxlama sualları və tap şırıq lar
1.  Turizmin təhlükəsizliyinə tərif verin.
2.  Səyahətin təşkili zamanı  təhlükəsizlik üzrə tələbləri 
müəyyən edən sənədləri sadalayın.
3.  Dağlarda turistləri gözləyən təhlükələri  sadalayın və 
xarakterizə edin.
4.  Ölkəmizdə əcnəbi  turistlər üçün əsas  təhlükələrin adlarını 
deyin.
5.  Ölkəmizdə ekoloji turizmdə bədbəxt hadisələrin strukturu 
necədir?
6.  Macəra turizmində bədbəxt hadisələrin profilaktikası üçün 
hansı tədbirlərdən istifadə olunur?
____________________ Ə. T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilaltyev
129
Beşinci  fəsil
Ekoturizmdə insan ehtiyatlarının  menecmenti
Əvvəlki  fəsillərdən  göründüyü  kimi  ekoturizmdə  personal, 
hər  şeydən  öncə  isə  bələdçilər  səyahətin  müvəffəqiyyətlə 
keçməsində ən vacib amildir.
Turizmin  müasir  inkişafı  və  qonaqpərvərlik  təbii,  sosial- 
iqtisadi,  mədəni-tarixi  və  əlbəttə ki,  əmək resurslarına əsaslanır. 
Turizm fəaliyyət sahəsi kimi  insanlar tərəfindən və insanlar üçün 
yaradılmışdır,  çünki  məhz  qonaqpərvərlik  onlara  xasdır.  Hər 
hansı  digər  resurs,  süni  mexanizm  qonaqpərvərliyi  o  səbəbdən 
əvəz  edə  bilməz  ki,  bu  bizim  başqa  insanlara  qarşı  və  onlara 
münasibətdə  duyduğumuz  hissdir.  Odur  ki,  turizmin  inkişafının 
əsas ehtiyatları  həmişə adamlar,  insan ehtiyatlan  olacaq.
Turizm  sənayesində  əməyin  mexanikləşdirilməsi  dərəcəsi 
sənayenin  digər  sahələri  ilə  müqayisədə  həddən  artıq  aşağıdır. 
Hazırda  insanların  idarə  olunması  maddi  (təşkilatı  texnika,  sıra 
fondu  və  s.)  və  təbii  (kurort  yerləri,  təbiət  abidələri  və  s.) 
ehtiyatların  idarə  olunması  ilə  yanaşı  hər  bir  turist  təşkilatının 
menecmentinin ən vacib komponentidir və məcburidir.
Əmək  resursları  ehtiyatların  digər növlərindən  xeyli  fərqlənir 
və  müvafiq  olaraq  idarə  etmənin  xüsusi  metodlarının  tətbiq 
olunmasını  tələb  edir.  Turizmdə  və  qonaqpərvərlikdə  insan 
ehtiyatlarının  məxsusiliyi  aşağıdakılardan  ibarətdir:
1)  insanlar  turizm  sahəsinə  «turfirmalara  şüurlu  şəkildə  və 
müəyyən  məqsədlərlə,  niyyətlərlə  gəlir.  Onlar  özlərini  reallaş­
dırmaq  üçün  kömək  gözləyirlər.  Onları  daha  çox  bu  sənayenin 
xarakteri,  maddi üstünlükləri, karyera qurmaq cəlb edir;
2)  maşın  və  xammaldan  fərqli  olaraq  insanları  idarəetməyə 
reaksiyası, xarici təsiri -  emosional-şüurludur;
Turizm  üzrə  menecer  həmişə  iki  haldan  birində  olur:  ya 
təşkilatın  işinə  kömək  edir,  ya  da  mane  olur.  O  işə  ac,  yuxusuz
Ə. T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giihılıyev_______   _


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə