Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

90
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyex
yönəlmiş xəbərdaredici  tədbirləri  həyata keçirməyə borcludurlar. 
Analoji  tələblər  başqa  ölkələrin  də  turoperatorlarınm  qarşısında 
qoyulur.  Məsələn,  2001-ci  ilin  dekabrında  İsveçrədə  «Səyahət 
dünyası»  gənc  turoperator  firmasının  rəhbərlərinə  15  əcnəbi 
turistin  və  3  bələdçinin  qəsddən  edilməyən  ölümünə  görə 
ittiham  hökmü  çıxarılmışdır.  Belə  ki,  başlayan  leysan  yağış 
nəticəsində  onları 
İsveçrə  Alpının  dar  kanyonunda  sel 
aparmışdır.  Turoperator  vaxtında  havanın  pisləşməsinin  müm­
künlüyü haqqında onları  xəbərdar etməmişdir.
Turist  xidməti  göstərilən  zaman  turistlərin  həyatı  və 
sağlamlığı  üçün  riskin  qəbul  oluna  bilən  səviyyəsi  təmin 
olunmalıdır.  Göründüyü  kimi  riskin  qəbul  oluna  bilən  səviy­
yəsini  ölçmək  nəinki  müxtəlif  turizm  növləri  üçün  (məsələn, 
macəra  və  işgüzar  turizm  üçün),  həm  də  müxtəlif  adamlar 
(turistlər) üçün çox mürəkkəbdir.
Qeyd  etmək  lazımdır  ki,  turistin  həyatı  və  sağlamlığı  üçün 
risk aşağıdakı  şərtlər zamanı  meydana çıxa bilər:
- riskin mənbəyi  mövcud olduqda;
-  həmin  mənbənin  insan  üçün  təhlükəli  səviyyədə  olduğu 
ortaya çıxdıqda;
-  insan təhlükə mənbəyinin təsirinə meylli olduqda.
Turizmdə  təhlükəli  vəziyyətin  araşdırılması  praktikasında
tez-tez  «bədbəxt  hadisə»  termini  istifadə  olunur.  Onu  qəsddən 
edilməyən  travma  kimi  və  ya  turist  səyahəti  zamanı  gözlə­
nilmədən zədə yetirmiş təsir nəticəsində  baş vermiş  insan  ölümü 
kimi  müəyyən etmək olar.
4.2.  Turizmdə təhlükənin  növləri
Turizmdə  təhlükələrin  aşkara  çıxarılmasının  əsas  problemi 
turistlərlə  əlaqədar  bədbəxt  hadisələrin  təhlili  üzrə  aparılmış 
məqsədyönlü  işlərin  olmamasıdır.  Qəza vəziyyətlərinin  uçotu  və 
təhlili  idarələr  tərəfindən  bir-birindən  ayrılmışdır.  Məsələn.
turist  daşımalarının  həyata  keçirilməsi  zamanı  baş  vermiş 
qəzalar  -   Yol  Patrul  Xidməti  (YPX)  tərəfindən,  dənizdə  və 
daxili  sututarlarda  səyahətçilərin  həlak  olması  -   su  xilasetmə 
işini  həyata  keçirən  Fövqəladə  Hallar  Nazirliyi  (FHN) 
tərəfindən,  dağlarda  baş  vermiş  bədbəxt  hadisələr  -   alpinist 
federasiyaları  və  klubları  tərəfindən  və  s.  qeydə  almır.  Nəticədə 
əgər  zədələnmələr  ölümlə  qurtararsa  və  bu  zaman  hər  şey 
məlum olarsa,  o zaman orta ağırlıqlı hər on zədələnmədən yalnız 
biri  nəzərə  alınır.  Faciə  ilə  qurtarmayan  yüngül  zədələr  və  qəza 
vəziyyətləri  isə  ancaq  bir qrup  insana  məlum  olur.  Bütün  bunlar 
turizmdə  təhlükələrin  bütün  növlərinin  aşkara  çıxarılmasını  və 
dərindən təhlilini  mümkünsüz edir.
Bununla belə bəzi  mütəxəssislərin  etdiyi  kimi  aktiv turizmdə 
və  turist  fəaliyyətinin  digər  növlərində baş  vermiş  təhlükələri  və 
bədbəxt  hadisələri  süni  şəkildə  bir-birindən  ayırmaq,  sonuncu­
ları  məişət hadisələrinə aid  etmək düzgün  deyil.  Müasir turizm -  
geniş anlayışdır,  belə ki, turizm xidmətində bir çox  proseslər bir- 
biri  ilə  vahid  şəkildə  bağlıdır.  Odur  ki,  xidmətin  bir  sistemində 
baş  vermiş  xəta  (məsələn,  qidalanma)  nəticəsində  turistlərlə 
bədbəxt  hadisə  baş  verir  (qida  zəhərlənməsi)  ki,  bu  da  öz 
növbəsində  bütün  turist  kompleksinin  sıradan  çıxmasına  aparıb 
çıxarır  (turist  tələbatı  aşağı  düşür,  cərimə  sanksiyaları  tətbiq 
olunur,  turizmdən  gələn gəlirlər azalır).
Elə  ona  görə  də  turistlərlə  baş  vermiş  bədbəxt  hadisələrin 
əksər  hissəsi  təkcə  mürəkkəb  marşrutlarda  yox,  «məişət»  həyatı 
zamanı  düşərgədə  (ocağın  odundan  yanma,  balta  ilə  yaralanma), 
mehmanxanada  (hamamda  sürüşüb  yıxılmaq),  restoranda  (isti 
xörəkdən yanma) baş  verir.
İstirahət  edən  insanın  psixologiyası  belədir.  Gündəlik  həyat 
qaydalarından  qopub  ayrılmağa  can  atarkən  o,  təhlükəli, 
düşünülməmiş  və  adi  həyatda  ona  xas  olmayan  hərəkətlərə  yol 
yerir  və  bu  zaman  daha  az  ehtiyatlı  və  səhlənkar  olur.  Vəziy­
yətin  bu  cür  inkişaf etməsinə  həm  də  turistlərdə  yaranmış  belə
Ə.T.Əsgərov,  B.Ə Bilalov,  Ç.G.Giilalıycv 
__  
___  
91


92
bir  yanlış  inam  səbəb  olur  ki,  onların  şəxsi  təhlükəsizliyi 
problemi onların yox, pul ödədikləri şəxslərin problemidir.
Bundan  başqa  yerli  turistlərə,  xüsusən  də  xarici  ölkələrdə 
səyahət  edənlərə  pul  ödədiyi  hər  şeyi  yemək  istəyi,  mümkün 
qədər  az  pul  ödəmək,  daha  hərtərəfli  dincəlmək,  həmçinin  öz 
sağlamlığına  və  gigiyena  etinasız  yanaşmaq  kimi  xüsusiyyətlər 
xasdır.  Bu  mənada  nümunə  kimi  Türkiyəni  göstərmək  olar. 
N.Aleksevskinin  məlumatlarına  görə  100  nəfər  rusiyalı  turistin 
80  nəfəri  bu  və  ya  başqa  səbəbdən  orada  sığortadan  istifadə 
etməli  olur.  Səbəb  isə  çox  mənasızdır.  Belə  ki,  rusiyalı  turistlər 
qidalanmada və  yeməyin  keyfiyyətində qənaət edərək daha ucuz 
kafelərdə  və  dönərxanalarda  nahar  edirlər.  «İsveç  stolu»  hər 
şeyin  dadma  baxmağı,  hətta  bir-biri  ilə  uyuşmayan  yeməkləri 
yeməyi  nəzərdə  tutur.  Bir  çox  turistlər  dənizdə  çimdikdən  sonra 
duş  qəbul  etməyi  lazım  bilmir.  Qulaqlarda  çirkin  və  duzun 
yüksək qatılıqda toplanması  havanın yüksək temperaturu zamanı 
xəstəliyə  səbəb  olur.  Unudurlar  ki,  isti  ekzotik  ölkələrdə  təmiz 
su ilə yuyulmamış meyvə-tərəvəzi yemək olmaz.
Ekoturizmdə  təhlükələrin  bütün  növlərini  təhlükəli  vəziyyətlə­
rin  meydana  çıxmasında  hadisələrin  təbiətinə  və  turistlərin  roluna 
(başqa adamlann) görə təsnifləşdirmək olar. (Cədvəl 4-ə bax)
Təhlükələrin  subyektiv  (insanların  səhvi  ucbatından  baş 
vermiş)  və  obyektiv  (dağın  təbiəti  ilə  şərtlənmiş)  formalarını 
ayırırlar.
Eyni  zamanda  turizmdə  risk  amilləri  onların  təbiətinə  görə 
təsnif olunur:
-  travma  təhlükəli  -   mexanizmlərin  və  predmetlərin 
yerdəyişməsi  (daş  uçqunu,  sürüşmə  və  s.),  təchizatın  yaxşı 
olmayan  erqonomik  xarakteri  (dar ayaqqabı,  keyfiyyətsiz sığorta 
sistemi  və  s.),  təhlükəli  atmosfer  hadisələri  (ildırım  çaxması  və 
s.) nəticəsində;
-  ətraf mühitin  təsiri  -   kəskin  hava  şəraitinin  ortaya  çıxması 
təhlükəsi;
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
93
- yanğın təhlükəsi;
-  bioloji  təsir  -   insan  orqanizminə  zəhərli  mikroorqanizmlə- 
rin  düşməsi,  heyvanların,  zəhərli  həşəratların,  infeksiya  daşıyı­
cılarının dişləməsi  riski;
-  psixofızioloji  gərginlik  -   marşrutun  çətin,  təhlükəli 
sahələrinin  keçilməsi  zamanı  turistlərdə  fiziki  və  ruhi-əsəb 
yüklənməsinin  meydana çıxması  riski;
- ultrabənövşəyi  və radioloji şüalanma təhlükəsi;
-  kimyəvi  təsir  -   zəhərli,  qıcıqlandırıcı,  sensibilizasiya  edıci 
(bir  təsirə  qarşı  orqanizmin,  onun  hüceyrə  və  toxumalarının 
həssaslığının artması);
-  yüksək  toz  və  qaz  yığılması  -   daha  çox  otaqlarda  və 
nəqliyyat vasitələrində;
-  digər  risk  amilləri  -   xidmət  haqqında  zəruri  məlumatların 
olmaması  ilə əlaqədar olan təhlükələr;
-  spesifik  risk  amilləri  -   marşrutda  təbii  və  texnogen 
katastroflann,  digər  fövqəladə  vəziyyətlərin  meydana  çıxması­
nın  mümkünlüyü;  turizm  obyektlərinin  maddi-texniki  bazasının 
(qaldırımların,  yerdəyişmə  vasitələrinin  və  s.)  pis  texniki 
vəziyyəti;  marşrutu  keçmək  üçün  turistlərin  və  xidmətçi  heyətin 
aşağı  hazırlıq  səviyyəsi;  marşrutda  informasiya  təminatının 
(marşrutun nişanlanması, hava proqnozu və s.) çatışmazlığı.


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə