Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

70
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
azacıq 
rahatlığı, 
həmçinin 
daha 
çox 
müəyyən 
turist 
kateqoriyalarına  (balıqçılar,  ovçular,  alpinistlər,  «su»  turistləri, 
yerli  əhalinin  mədəniyyətini  və  təbiəti  tədqiq  edənlər  və  s.) 
xidmətlə  fərqlənirlər.  Təqdim  olunan  xidmətlərin  siyahısı 
birbaşa  göstərilən  şəxslərin  ehtiyacları  ilə  bağlıdır.  Alpinistlər 
üçün  -   dağ  marşrutlarının  təsviri  və  ləvazimatların  kirayəsi, 
balıqçılar  və  ovçular  üçün  -   ovun  bölünməsi  üçün  alətlər,  ov 
itlərinin  saxlanması,  patron  alınması,  ləvazimatların  təmiri  və  s. 
Burada  avtoturbazalan  da  misal  göstərmək  olar.  Belə  ki,  adi 
turbazadan  fərqli  olaraq  onlar  əsasən  avtoturistlər  üçün  təyin 
olunmuşlar  və  avtomobil  dayanacağına,  avtoyuyucuya,  avto­
mobillərin texniki baxışı  və təmiri  üçün yerə malikdirlər.
İxtisaslaşdırılmış  və  digər  kollektiv  yerləşmə  vasitələrinin 
növlərini  dağ turizmi  və alpinizmin nümunəsində araşdıraq.
Turist  bazaları  (turbazalar)  -   turist  qruplarına  gecələmək, 
qidalanmaq  imkanı  verən  və  onların  turist-ekskursiya,  mədəni- 
məişət  və  fiziki-sağlamlıq  xidmətini  təmin  edən  mehmanxana 
tipli  müəssisələrdir.  Əvvəllər  turbazalar  planlı  turist  marşrutları 
adlanan  yerlərin  başlanğıcında,  sonunda  və  ya  bir  neçə 
marşrutun 
kəsişdiyi 
yerdə 
tikilirdi. 
Onlar 
turistlərin 
uzunmüddətli  yaşamaları  üçün  yönəldilməmişdir.  Odur  ki, 
burada  nömrələr  böyük  həcmli  və  minimal  rahatlığa  malik 
olmuşlar.  Mehmanxanalardan  fərqli  olaraq  turbazalar  üçün  bir 
neçə  binada  yerləşmə,  həmçinin  mövsümü  yaşayış  sahəsinin 
mövcudluğu  xarakterikdir.  Bəzi  turbazalar marşrutlarda öz turist 
sığınacaqlarına  malikdirlər.  Turist  bazalarının  orta  tutumu  200 
nəfərdən  1500  nəfərədək  dəyişir.  MDB  ölkələrində  turbazalar 
daxili  ekoturistlərin  kollektiv  yerləşdirilməsinin  geniş  yayılmış 
növlərindən biridir.
Alpinist  düşərgəsi  (alpdüşərgə)  -   alpinistlərin  təlimi  və 
onların  ustalıqlarının  təkmilləşdirilməsi  üçün  nəzərdə  tutulmuş 
idman  bazasıdır.  Hazırda  onlar  adi  turistlərin  də  -   orta  dağlıq 
şəraitində  hazırlıq  keçən  turistlərin,  idmançıların  (güləşçilərin,
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
71
yüngül  atletikaçıların  və  s.),  uşaq  turist  qruplarının,  fərdi 
turistlərin  xidmətinə  istiqamətləndirilmişdir.  Adətən,  alpinist 
düşərgəsində  yay  daxmaları,  əsaslı  tikintilər  (inzibati  və  yaşayış 
binaları),  metodiki  və  həkim  kabinetləri,  alpinist  və  dağ-xizək 
ləvazimatlarının  kirayə  məntəqəsi,  xilasedici  dəstə  -   palatka 
düşərgələri  üçün  yer  olur.  Onlarda  turistlərin  yerləşdirilməsi  və 
qidalanması, 
onların  mədəni-kütləvi 
və  məişət  xidməti, 
alpinistlər  tərəfindən  təlim-məşq  və  idman  planlarının  yerinə 
yetirilməsi  nəzərdə  tutulmuşdur.  Əksər  alpinist  düşərgələri 
(mövsümi və  il  boyu) əvvəllər həmkarlar ittifaqına,  az bir hissəsi 
isə -  müxtəlif idarələrə  və təşkilatlara məxsus idi.
İlk  sovet  alpinist  düşərgəsi  olan  «RotFront»  (indi  «Baksan» 
adlanır)  Şimali  Qafqazda  Kabardin-Balkar  Muxtar  Respub­
likasında  Baksan  dərəsində  kino-  və  foto  işçilərin  həmkarlar 
ittifaqı  tərəfindən  1932-ci  ildə  yaradılmışdır.  1989-cu  ildə 
keçmiş  SSRİ-də  təkcə  22  həmkarlar  ittifaqı  alpinist  düşərgəsi 
fəaliyyət göstərirdi  ki,  onlann  da  xidmət  qabiliyyəti  ildə  20  min 
nəfər  idi.  Onlardan  15-i  Qafqazda,  7-si  isə  Orta  Asiya  və 
Qazaxıstanda yerləşmişdi.  Qışda alpinist düşərgələri -  dağ-xizək 
bazası kimi  fəaliyyət göstərirlər.
Alp dağlarında və XX  əsrin əvvəllərindən  başlayaraq  Qafqaz 
dağlarında  geniş  yayılmış  daha  bir  xüsusi  yerləşmə  vasitəsi  -  
dağ  komaları  və  sığınacaqlarıdır.  Adətən  onlar  müxtəlif  turist, 
alpinist  klubları,  federasiyaları,  bəzi  hallarda  dövlət  və  ya 
xilasetmə  xidmətləri  üçün  tikilir  və  onlara  məxsus  olur  və 
havanın  dəyişməsini  gözləmək  üçün  zirvəyə  qalxmamışdan 
əvvəl  və  ya  sonra  alpinistlərin  və  ya  turistlərin  qısamüddətli 
qalmaları  üçün  nəzərdə  tutulmuşdur.  Çox  vaxt  gecələmək  üçün 
otaq,  mətbəx,  tualetlə  təchiz  olunurlar  və  radioəlaqəyə  malik 
olurlar.  Dağ  turistləri  və  alpinistlər  arasında  daha  çox  məşhur 
olan  yerlərdə  tikilir.  Bunlara  misal  kimi  Elbrus  dağlarında 
«Qara-başı»  sığınacağını, 
Monblan  dağlarında  «Kosmik» 
komasını göstərmək olar.


72
Dayanacaq  -   gecələmək,  istirahət  üçün  turist  qruplarının 
yerləşmə  yeridir.  Macəralı  turizmdə  dayanacağın  bir  neçə 
növünü  fərqləndirirlər  -   çadır,  gecələmək  yeri,  baza  aralıq 
dayanacaqları. 
Dayanacaqlarda 
adətən, 
çadır 
və 
yataq 
kisələrindən  istifadə  olunur,  qidanın  hazırlanması,  tualet  üçün 
yer ayrılır.  Dayanacağın  yerinin  seçilməsinə  olan  əsas  tələblər -  
turistlərin təhlükəsizliyi,  istirahətin rahat olmasıdır (suyun, meşə 
zonasında -   doğranmış  ağacın,  çadır qurmaq  üçün  düz  sahənin, 
küləkdən  qorunmaq  üçün  yerin  mövcudluğudur. 
Yadda 
saxlamaq  lazımdır  ki,  dayanacaqdan  zibilləri  xüsusi  ayrılmış 
yerlərdə basdırmaq və ya sonradan öz gücü  ilə daşınmalıdır.
Düşərgə (almanca biwak,  fransızca bivauak)  -  gecələmək və 
ya  istirahət  üçün  marşrutda  turist  qruplarının  yerləşməsi  üçün 
yerdir.  Qışda  yüksək  dağlıq  şəraitində  düşərgə  bəzən  qar 
mağaralarının,  komalarının,  çaparxanalannın  qurulması  yolu  ilə 
təşkil  olunur.  Mürəkkəb  divarşəkilli  qalxmalar  zamanı  adi 
çadırları  qurmaq  mümkün  olmadıqda  (üfüqü  sahə  olmadıqda) 
platformalarda xüsusi  asılqan çadırlardan  istifadə olunur.
«Aralıq  düşərgə»  termini  öz  mənasına  görə  «bivak»  (düşər­
gə)  termininə  çox  yaxındır.  O,  daha  çox  yüksəklik  yürüşlərində 
(dəniz  səviyyəsindən  6000  m.  yüksək)  və  qalxmalarında  istifadə 
olunur.  Düşərgədən  fərqi  odur  ki,  turistlər,  alpinistlər  burada  öz 
ləvazimatlarını,  ərzaqlarını  qurulmuş  çadırlarda  (və  ya  qazılmış 
qar mağaralarda)  saxlayırlar  və  yenidən  bura  qayıdırlar.  Adətən, 
aralıq  düşərgə  qruplar  marşrutdan  qayıtdıqları  zaman  və  ya 
qalxmalardan sonra  ləğv olunur.
Gecələmə  yeri  -  qalxmaların  planlaşdırıldığı  dağların  altında 
alpinist  qruplarının  yerləşməsi  yeri  kimi  məlumdur  və  çox  vaxt 
istifadə  olunur.  Gecələmələr  daha  çox  Qafqazda  geniş 
yayılmışdır.  Onların  öz  adları  var  (Alman  gecələmələri,  Yuxarı- 
Sofrucin  gecələmələri,  Yaşıl  mehmanxana  və  s.)  və  çox  vaxt 
turist xəritələrində qeyd olunur.
Ə  T. Əs gə row  В .Ə.Bilalov.  Ç.G.Giilalıyev
Ə.TƏsgjrov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
73
Baza  düşərgəsi  -   dəfələrlə  və  uzunmüddətli  istifadə  olunan, 
qrupların  bütün  iştirakçıları  tərəfindən  təşkil  olunan,  turistlərin 
(alpinistlərin)  təlim  və  məşqə,  marşrutlara  və  qalxmalara  yola 
düşdüyü  düşərgədir.  Bu  dayanacaq  növü  daha  çox  idman  və 
elmi  ekspedisiyalarda,  alpiniadalarda  (alpinistlərin  kütləvi 
yürüşü)  və  turiadalarda  (turistlərin  kütləvi  yürüşü)  alpinistlərin 
və  turistlərin  təlim-məşq  toplantısının  təşkili  zamanı  istifadə 
olunur.  Burada  səyahət  üçün  zəruri  olan  ərzaqlar,  ləvazimatlar, 
radiostansiya,  hamam,  xilasedici  dəstə,  təchiz  edilmiş  tualet, 
zibil  çalası  olur.  Çox  vaxt  burada  mətbəxin  təşkili  üçün  böyük 
çadırlar da, qaz balonu  ilə  işləyən yeməkxana da,  tibb məntəqəsi 
də  olur.  Düşərgənin  bu  növü  10 gün  və  daha çox  müddətə  xeyli 
sayda  adamlar  üçün  təşkil  olunur,  odur  ki,  burada  ətraf mühitin 
mühafizəsi və bütün təhlükəsizlik tədbirləri  görülməlidir.
Fərdi  yerləşmə  vasitələri  arasında  ekoloji  və  macəra 
turizmində istifadə olunan,  aqrar turizmdə  və etnoqrafik turlarda 
geniş  istifadə  olunan,  xüsusi  sektorda  yerləşdirilən  və  Himalay 
dağlarında yayılmış  lociyaları  (yerli əhalidən  icarəyə götürülmüş 
xüsusi  tikinti) qeyd etmək  lazımdır.
Ekoturun  marşrutu  və  onun  keçmə  taktikası,  turizm  xidməti 
proqramından 
asılı 
olaraq 
göstərilən 
müxtəlif  yerləşmə 
növlərindən yalnız biri  istifadə oluna bilər.
3.2. 
Ekoloji  və macəra  turlarında  turistlərin 
qidalanmasının  təşkili
Ekoloji  və  macəra  turizmində  qidalanmanın  təşkili  aşağıda­
kılardan  formalaşır:
1)  turistlərin  enerji  məsrəflərinin  təyini  və  qidalanmanın 
kaloriliyinin hesablanması;
2) turistlərin  önəm verdiyi taamların təyini;
3) qida rejiminin  işlənib hazırlanması;
4)  nümunəvi  menyunun  işlənib hazırlanması;


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə