Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə15/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

58
müəllimlər və  s.-dən,  öyrənilməsi  asan  olan  insanlardan  seçərək 
öz bələdçiləri üçün  ixtisası artırma kursları  təşkil  edir.
Turizm xidməti  təchizatçılarım  seçən  zaman  (oteli,  restoranı, 
yükdaşıyanı  və  s.)  həmçinin  xidmətin  keyfiyyətinə  onların 
münasibətini  nəzərə  almaq  lazımdır.  Bişməmiş  və  soyuq  kabab 
bələdçiyə,  turoperatora  turistlərin  iddia  qaldırmasına  səbəb  ola 
bilər.  Halbuki  onların  bu  konfliktdə  praktiki  olaraq  heç  bir 
günahı  yoxdur.  Ölkənin  dağlıq  rayonlarında  və  kənd  yerlərində 
olan  mehmanxanalarda  yerlərin  saxlanma  vəziyyətinə  xüsusi 
diqqət  ayırmaq  lazımdır.  Mehmanxanalar  ən  azı  uyğunluq 
sertifikatına  malik  olmalıdırlar.  Çox  vaxt  böyük  olmayan,  lakin 
yeni  və rahat  xüsusi  mehmanxanaya  müraciət  etmək  20  il  əvvəl 
tikilmiş böyük oteldən daha sərfəlidir.
Ekoturizmin  turizmin  digər  növlərindən  əsas  fərqi  odur  ki, 
bələdçi  və  qrupu  müşayiət  edən  təbiətin  mühafizəsi  işində 
turistlərin  müəllimi  rolunu  yerinə  yetirir.  Beləliklə,  onlar  izah 
edə  bilərlər  ki,  öz  rahatlığın  ön  plana  qoyan  qonaqların  ənənəvi 
davranışı  ekoturlarda  qəbuledilməzdir.  Burada  təbiətin  müha­
fizəsinin  xeyrinə  rahatlığı  qurban  vermək  lazımdır.  Təcrübəli 
ekoturistlər  rahatlıqlarının  məhdudlaşmasına  və  «çöl»  həyat 
şəraitinə asanlıqla razılaşırlar.
Məsələn,  «Earth  Rhythms»  şirkəti  öz  müştərilərinə  onlar 
gələnə  qədər  rahatlığın  məhdudlaşdığı  siyahını  təqdim  edir.  Bu 
qonaqların  kompaniya  tərəfindən  müvafiq  və  gözlənilən  mədəni 
və  ekoloji  davranışının  əsasını  qoymağa,  həmçinin  yeni  gələnlər 
arasında  rahatlıq  haqqında  yalan  təsəvvürlərin  qarşısını  almağa 
imkan  verir.
«Espirit  Raftinq»  şirkətində  deyilir:  «Bizdə  müştərilər  üçün 
rəsmi  «davranış  norması»  yoxdur,  lakin  onlar  əvvəlcədən  səfər 
zamanı  spirtli  içkilərin və narkotiklərin  tələb  olunmasına qadağa 
haqqında  xəbərdar  olunurlar.  Biz  xahiş  edirik  ki,  bizim  qruplar 
«bizim  turistlərlə  problemin  bir  hissəsi  yox,  təbiəti  mühafizə 
probleminin  həllinin  bir  hissəsi»  olsunlar,  xüsusən  bu  ekoloji
Ə.T.Əsgərov,  В.Ə. Bilalov,  Ç.G.Giilalıyev
Ə. T. Əs g,у 'ov,  B.Ə.Bilalov.  Ç.G.Giilalıyev
59
cəhətdən  mübahisəli  məsələ  olan  yeməkdən  sonra  üzvi 
qalıqların  və  bütün  zibilin  kiçik  hissələr  halında  hər  yana 
atılması  yox,  onların  toplanmasına aid olduqda  bizimlə olsunlar. 
Bu  «davranış  normalarının»  bir  çoxu  həyat  nümunələrində 
formalaşmışdır.  Bu,  bizim  fikrimizcə,  əslində  ekoloji  cəhətdən 
məsuliyyətli turistləri bizə cəlb edir».
Əlbəttə  ki,  ekoloji  və  macəra  turlarının  iştirakçılarının 
davranışında  əhəmiyyətli  fərq  müşahidə  olunur.  Sonuncular 
təbiətə  münasibətdə  özlərini  daha  xudbin  aparırlar.  Çox  vaxt 
onlar  təbiətin  çirklənməsinin  minimuma  endirilməsinin  vacibli­
yini  dərk edirlər,  lakin öz vaxtlarının,  xüsusən  rahatlıqlarının  bir 
hissəsini  qurban  verməyə hazır deyillər ki,  ekoturistlərin  ümumi 
işinə öz töhfələrini versinlər.
Ekoturizmdə 
xidmətin 
keyfiyyəti 
həmçinin 
təbiətin 
mühafizəsinin  və  dərk  olunmasının  öyrənilməsinin  keyfiyyətini 
və  yerli  əhalinin  mədəniyyətini  nəzərdə  tutur.  Lakin,  yadda 
saxlamaq  lazımdır ki,  ekoturistləri öyrədərkən biz uşaqlarla yox, 
öz  nəzər  nöqtəsi  olan  yaşlı  adamlarla  iş  görürük.  Odur  ki,  adi 
öyrətmə  metodları  (mühafizə,  monoloq  və  s.)  və  müəllimlik  bu­
rada  qəbul  edilməzdir.  Ekoturistləri  zəhlə  aparmadan,  həyatdan 
gözəl 
nümunələr 
gətirərək 
öz 
şəxsi 
təcrübələrindən 
çiyrəndirməmək  lazımdır.
Məsələn  «Niaqara  Nature  Yours»  şirkətində  turistlərin  prak­
tiki  qarşılıqlı  təsiri  və  nəzəri  təhsilini  birləşdirən,  humanitar  və 
təbii  fənlərin daxil  olduğu,  ekoturistlərin öyrədilməsi  proqramını 
işləyib hazırlamışlar:
-  hekayəçilərin,  musiqiçilərin,  yerli  artistlərin  və  öz  ənənəvi 
sənətlərini  nümayiş  etdirmək  üçün  sənətkarların  muzdla  tutul­
ması;
-  çöl  şəraitində  müştərilərə  görəcəklərindən  aldığı  təəssüratı 
gücləndirmək  üçün  informasiyalı,  şəkilli,  diaqrammalı,  məxsusi 
işlənib hazırlanmış laminasiyalı  kartoçkalarm istifadəsi;


60
-  gözəl  fon  yaratmaq  üçün  heyvanların,  quşların  yazılmış 
səslərinin istifadəsi;
- sərgilərdə və müzakirələrdə təbiət nümunələrinin  istifadəsi;
-  turistləri  çox  cəlb  edən,  birgə  şəkil  çəkdirmək  üçün  imkan 
verən,  yırtıcı  quşları  nümayiş  etdirmək  üçün  lisenziyası  (xüsusi 
icazəsi) olan yerli qızılquşların muzdla tutulması.
Bütün  bunlar  öyrənənlərlə  müəllimlər  arasında  qarşılıqlı 
təsiri  gücləndirir. Nümayişin  sonunda turistlərə  aldıqları bilikləri 
möhkəmləndirmək  üçün  reklam  vərəqələri,  bukletlər,  müxtəlif 
regional  orqanların  ətraf  mühitin  mühafizəsi  üzrə  kitabçalar 
(broşyuralar) verirlər.
Bələdçilər  yaşlı  ekoturistlərlə  öz  iş  prinsiplərini  aşağıdakı 
şəkildə  şərh  edir:  «Zəhmət  olmasa  təklif  olunan  informasiyaya 
xüsusi  diqqət  verin.  Biz  öz  işimizi  sevsək  də  çalışırıq  ki,  qrup­
lara  mühazirə  oxumayaq,  onun  yerinə  müxtəlif  vəziyyətləri 
bizim  həyatımızın  nümunələrində  izah  edirik.  Məsələn,  biz 
torpağın,  ana  suxurun  və  üzümün  çeşidli  nümunələrinin 
şəkillərinin  də  daxil  olduğu  şərab  zavoduna  ekskursiya  zamanı 
slaydlar  göstəririk.  Sonra  qrupu  dequstasiya  zalına  aparırıq  və 
müxtəlif şərabların  dadma baxmağa  icazə  veririk.  Bundan  sonra 
biz  birbaşa  üzümlüklərdə  nümunə  göstərərək  üzümün  bu  və  ya 
digər  növünün  becərilməsinə  torpağın  təsirini  izah  edirik  və 
sonra  üzümün  harada  becərilməsindən  asılı  olaraq  onların  da­
dına baxdıqları şərabın dadma görə fərqini  izah edirik.  Bu metod 
insanlara  özünün  bütün  təcrübəsini,  bütün  hissələrini  istifadə 
etməyə imkan verir».
Xidmətin  keyfiyyətinə  qrupda  bələdçilərin  və  turistlərin  say 
nisbəti  də  böyük  təsir  göstərir.  Təcrübə  göstərir  ki,  bu  aparılan 
ekskursiyanın  mürəkkəbliyindən  və  marşrutun  çətinliyindən 
asılıdır:  macəra turizmində -   1:1  (1  bələdçi -   I  turist),  lakin orta 
hesabla  1:5;  təbiətin  tarixi  turlarında  və  elmi  turizmdə  -   1:10- 
dan  l:20-yə  qədər;  təbii  rezervatlarda  (milli  parklarda,  qoruq­
larda) səyahət üçün -   1:8.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gii/alıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
61
Beləliklə,  ekoturizmdə  tədrisin  və  turistlərə  xidmətin 
keyfiyyəti  bir-birindən  birbaşa  asılıdır.  Məsələn,  «Warner 
Guidinq»  şirkətində  təsdiq  edirlər  ki,  «vəhşi  öz  fəaliyyət  istira­
həti,  kempinq  və  s.  hələ  ki,  inkişaf edir,  bizim  müştərilərimizə 
təklif  etdiyimiz  təlimi  biz  özümüzün  rəqabətdə  üstünlüyümüz 
hesab  edirik.  Baxmayaraq  ki,  yaxşı  yeməklər,  xoşrəftar 
bələdçilər,  yaxşı  atlar  və  səyahətin  maraqlı  ssenarisi  həmişə  çox 
vacibdir və özfəaliyyət turizmini mütəşəkkildən fərqləndirir».
2.5.  Ekoturistlərin istirah ət tələblərinin öyrənilməsi
Turistlərdən  sorğu  vərəqələrində  soruşdurda  ki,  onlar  nəyə 
qarşı  özlərində  kin  hiss  edirlər,  sualı  tərtib  edənlər  çox  vaxt 
turoperatorun  nəzarətində  olmayan:  hava,  qiymətlər  və  elektrik 
şəbəkəsindəki  gərginlik,  teleaparatura,  yaz  selləri  və  s.  aid 
olduğu digər «xırdalıqlar» kimi  şeyləri nəzərdə tuturlar.
«Waldens  Guidinq  Outfıttinq»-də  bu  vəziyyəti  belə  şərh 
etdilər:  «Düzünü  desək,  bizdə,  bizim  müştərilərin  xoşuna 
gəlməyən  heç  nə  yoxdur.  Bizdən  heç  kim  heç  vaxt  narazı 
qalmayıb  və  bizim  bir  çox  müştərilərimiz  bizdə  səyahət  sifariş 
etməkdən ötrü vaxtaşırı qayıdırlar».
Burda  qeyd etmək  yerinə  düşər ki,  turizm  və  qonaqpərvərlik 
üzrə  aparılmış  tədqiqatların  nəticələrinə  görə  daimi  müştəriləri 
saxlamaq  üçün  çəkilən  xərclər  yeniləri  cəlb  etmək  üçün 
olanların 20 %-ni təşkil edir.
Alıcıların  xoşuna  daha  çox  nəyin  gəldiyini  soruşduqda 
operatorlar uzun  və  rəngarəng  cavab  variantlarını  ortaya gətirir­
lər.  Bəziləri  təsdiq  edir ki,  bu  gözəl  təbiət  və  keyfiyyətli  xidmət 
proqramı  idi;  digərləri  -   əməkdaşların  ştatının,  qidanın, 
təchizatın,  rahatlığın,  uşaqlara  diqqətin  olduğunu  söyləyirlər. 
Təcrübəli  operatorlar  qonaqlarının  nə  istədiyini  və  onların 
xoşuna  nəyin  gəldiyini  yaxşı  bilirlər  və  bütün  gözlənilənləri 
ötməyə çalışaraq öz adlarını doğrultmağa çalışırlar.


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə