Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

46
Ə. T. Osgər o v,  В. Ə. Bilal о v,  Ç. С. Giilalıyev
digər  regionlara  və  ya  xarici  turistləri  göndərən  operatorlardır. 
Turagentlərdən  (turaqent  -  turoperator  tərəfindən  turların  satışı, 
turizm məhsulunun  hərəkətə  gətirilməsi və  satışı  üzrə  vasitəçilik 
fəaliyyəti  göstərən fiziki və ya hüquqi  şəxs)  onları  turopereytinq 
fərqləndirir.  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  turun  tərkibinə 
BMÜTT-nin  normalarına  görə  ən  azı  üç  xidmət  (yerləşdirmə, 
nəqliyyat  xidməti  və  hər  hansı  digər  iki  əvvəl  göstərilənlərlə 
birbaşa  əlaqəsi  olmayan)  daxil  olmalıdır.  Klassik  təşəbbüskar 
turoperator 
turistlərin 
gəldiyi 
m üxtəlif 
yerlərdə 
yerli 
turoperatorlann və ya mehmanxana, ekskursiya və digər təşkilat­
ların  xidmətlərindən  onları  komplektləşdirərək  mürəkkəb  turlar 
formalaşdırır. O, həmçinin turistlərin səyahətin başladığı yerə və 
geriyə  çatdırılmasını  təmin  edir,  onları  daxili  nəqliyyat  marş­
rutuna təqdim olunmasını təşkil edir.
Qəbul  edən  turoperator  xidmətlə  təchiz  edənlə  birbaşa 
müqavilədən  istifadə  edərək  turistlərin  qəbulu  və  xidmət 
göstərilməsi yerinə tur və xidmət proqramını  komplektləşdirir.
Turfmnalar  tez-tez  təşəbbüskar  və  qəbul  edən  turopereytinqin 
funksiyalarını  birləşdirir.  Bu,  təşkilat  beynəlxalq  getmə  və  gəlmə 
turizmində ixtisaslaşanda baş verir.
Turoperatorlar  turagentliklər  (turaqentlik  -  turizm  və 
ekskursiya  yollayışlarınm  satışı,  habelə  turizm  -  ekskursiya 
fəaliyyətinin  təşkili  üzrə  (informasiya,  reklam,  marketinq  və  s.) 
digər xidmətlər göstərilməsi  ilə  məşğul  olan  vasitəçi  təşkilat)  və 
turistlər  üçün  ayrı-ayrı  xidmətləri  təklif  edənlər  və  ya  turistlər 
arasında  mövqe  tutur.  Faktiki  olaraq  onlar  nəinki  turist  tələba­
tına  cavab  verərək  turları  -   təklifi  formalaşdırır,  həm  də  turist­
lərə  xidmətin  yeni  formalarını  və  səyahətin  yeni  istiqamətlərini 
yetirmək yolu ilə tələbatın formalaşmasına təsir edir.
Əgər istehlakçı (turist) və turist xidmətləri ilə təchiz edənin 
(mehmanxana, restoran, bələdçi, muzey və s.) qarşılıqlı təsir sxemini 
onlar arasındakı kommunikasiyaların səmərəliliyi nöqteyi-nəzərdən 
təhlil etsək, o zaman onlar arasında çoxlu sayda vasitəçilər problemi
47
olduğu aydın olacaq. Xidmətin keyfiyyəti haqqında turistlərə verilən 
informasiyanın yanlış olduğu labüd olacaq. Odur ki, turistlərə və 
təchizatçılara reklam prospektləri, internetin köməyi ilə səyahətin 
təşkili üçün lazım olan məlumatların alınması məsələsində 
yaxınlaşmağa çalışması zəruridir.
Ə.T.Əsgərov,  B. Ə. Bilalov,  Ç.G.Giilalıyev
Sxem 7
Beynəlxalq turların bazar iştirakçılarının qarşılıqlı təsir 
sxemi
Qəbul edən tərəf 
Göndərən tərəf
2.2.  Ekoturlann  layihələndirilməsi
Ekoturizm  ölkəmizin  turist  firmaları  üçün  yeni  biznes 
növüdür.  Yeni  bazarın  «işğalının»  cəlbedici  perspektivi  heç  də 
həmişə  uğursuzluq qarşısında qorxu hissi  üzərindən  aşıb keçmir. 
Bu  daha  çox  kiçik  və  orta  operatorlara  aiddir.  Hətta  iqtisadi 
cəhətdən  firavan  və  sabit olan  Avstraliyada hər  il  30000-ə qədər 
turfırma  ləğv  olur.  Turizm  biznesində  uğursuzluğun  6  əsas 
səbəbi müəyyən olunmuşdur:


48
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
1) maliyyə menecmentində olan problemlər;
2)  bazarın  və  firmanın  xarici  mühitinin  qeyri-sabitliyi, 
inflyasiya;
3) uçotda olan çatışmazlıqlar;
4) marketinqdə olan problemlər;
5) insan resurslarının idarə olunmasındakı problemlər;
6) xarici məsləhətləşmələrin qeyri-düzgün  istifadə olunması.
Bunlardan  savayı  ailə  turfirmalarmda  tez-tez  emosional
xarakterli problemlər meydana çıxır.
Göründüyü  kimi  ölkəmizdə  fəaliyyət  göstərən  turfırmalar 
üçün  səmərəli  işə,  təcrübəyə  və  menecmentdə  və  marketinqdə 
ehtiyatlara  malik  olan,  yalnız  təcrübəli  operatorlar  üçün  turist 
bazarının  bu  yeni  seqmentinə  çıxış  məqsədəmüvafiqdir.  Belə 
firmaların 
menecerləri 
üçün  yeganə 
mürəkkəb 
moment 
marşrutda  və  ondan  kənarda  turistlərə  birbaşa  xidmət  olunması 
və ekoturist məhsulunun  işlənib hazırlanmasıdır.  Həmin moment 
sonra ətraflı araşdırılacaq.
Ölkəmizdə mövcud olan  standartlara uyğun olaraq turist- 
ekskursiya xidmətlərinin turlarının layihələşdirilməsi turistlərin 
sorğusu ilə müəssisələrin  imkanlarının uyğunlaşdırılınası 
əsasında aparılır.
Layihələşdirilən  turist  xidmətlərinə  olan  tələblər  məcburi  və 
tövsiyə  xarakteri  daşımaqla  iki  yerə  bölünür.  Məcburilərə  həyat 
təhlükəsizliyi  tələbləri,  turistlərin  sağlamlığı,  onların  əmlakının 
qorunması  və  ətraf  mühitin  mühafizəsi  aiddir.  Tövsiyə  olunan 
tələblər -  bu təyinata uyğunluq,  icranın dəqiqliyi  və öz vaxtında 
olması,  kompleksliyi,  estetikliyi,  erqonomikliyidir.  Turistlərin 
nöqteyi  nəzərincə 
onlar  çox  vacibdir.  Odur  ki,  onlan  daha 
ətraflı araşdıraq.
Təyinata  uyğunluq  -   xidmət  istehlakçının  gözləntilərinə  və 
fiziki  imkanlarına  cavab  verməlidir.  Təsəvvür  etmək  çətindir ki, 
məhdud  fiziki  imkanları,  xroniki  xəstəlikləri  olan  adamlar  beş 
min metr yüksəkliyə  qalxmağı  və ya gün ərzində 20 kilometrdən
çox  kələ-kötür yerdə  olan  məsafəni  qət  etməyi  bacarar.  Odur ki, 
turoperatora  ekoturistlərin  fiziki  hazırlığına  olan  tələblərin 
siyahısını tərtib etmək lazımdır.
İcranın  dəqiqliyi  və  öz  vaxtında  olması  -   həcminə  və 
müddətinə  görə  təqdim  olunan  xidmətlər  müqavilədə  və  proq­
ramda  əks  olunmuş  xidmətə,  yol  vərəqəsinə,  vauçerə  (turizm 
vauçeri  -  xarici  turistlərə  xidmət  göstərilməsi  və  finna  ilə 
qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə 
daxil  olan  xidmətlər  üzərində  turistin  hüququnu  müəyyən­
ləşdirən  və  xidmətlərin  göstəriləcəyi  faktını  təsdiq  edən  sənəd) 
və  s.  uyğun olmalıdır.  Bu onu göstərir ki, nəqliyyat da qida kimi 
vaxtında  verilməli  və  xidmət  səviyyəsinə  uyğun  gəlməlidir. 
Mehmanxana  müqavilədə  müəyyən  olunmuş  kateqoriyadakı 
kimi  olmalı  və  bircə  ulduz  da  əskik  olmamalıdır,  ekskursiyalar 
isə tam həcmdə aparılmalıdır.
Komplekslik -  təqdim olunan xidmətlər ekoturistlərin həyat 
fəaliyyəti üçün normal şərait yaradan digər xidmətlərin alınması 
imkanını təmin etməlidir.  Məsələn, dağdakı  sığınacaqda yerləş­
məyə görə xidmətlərə qidanın hazırlanması (mətbəx, qaz, peç) 
daxil edilməli, marşrut üzrə turistlərin yerdəyişməsi  isə bədbəxt 
hadisədən əziyyət çəkənlərin və ya xəstələnənlərin köçürülməsi, 
daşınması üzrə xidmətlər göstərilmədən mümkün deyildir.
Xidmətin  etikaya  uyğunluğu  -   ekoturistə  başqalarına  nü­
munə olacaq bələdçilər və  işçi  heyətin nəzakətliyi, mehribanlığı, 
işgüzarlığı  təmin  olunmalıdır.  Əgər  bələdçilər  özləri  plastik 
paketləri,  sarğı  kağızını  hara  gəldi  atırlarsa,  o  zaman  ekoturist- 
lərdən  onların  yaddaş  kitabçasındakılara  əməl  edəcəklərini 
gözləmək çətindir.
Rahatlıq -  istənilən  turizm  növü,  hətta  ekstremal  növlər  belə 
hər  şeydən  öncə  istirahətdir.  İstirahət  zamanı  isə  ən  azı 
minimum rahatlıq olmalıdır.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov.  Ç.G.Giilahyev ____________________  
49


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə