Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli


Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
38
çoxu  bəyan  etmişdir  ki,  yaxm  üç  il  ərzində  belə  bir  səyahət 
edəcəkdir.  Beləliklə,  43  milyondan  çox  amerikalını  ekoturist 
kateqoriyasına  aid  etmək  olar.  ABŞ-dan  olan  turistlər  arasında 
aparılan tədqiqatlar göstərdi  ki,  onların  77  %-i  ən  azı bir dəfə  öz 
məzuniyyətini  təbiətlə, 
səyahətlə  və  ya  digər  xalqların 
mədəniyyətini  öyrənməklə  əlaqədar keçirmişdir.  Məsələn,  ABŞ- 
da  ancaq  Reynir  dağma  hər  il  10000-dən  çox  turist  gəlir.  1994- 
cü  ildə  54  milyon  amerikalı  quşların  müşahidəsində  iştirak 
etmişdir ki,  bu  da  1982-1983-cü  illərlə  müqayisədə  157  % artım  
(21  mln.)  deməkdir.  ABŞ-m  XMTƏ-nə  səyahət  bu  ölkəyə  14,2 
mld.  dollar  ümumi  gəlir  gətirir  və  bu  və  ya  başqa  formada 
turizmlə əlaqədar olan 300 min iş yerini  təmin edir.
Beynəlxalq  ekoturizmdə  işləyən  ABŞ  turoperatorlarınm 
tədqiqatı  1987-ci  ildə  onların  78-indən  yalnız  üçü  ildə  1000-dən 
çox  müştəriyə  malik  olmuşdur.  1992-ci  ilə  təklifin  artım ı 
səksəninci  illərin  səviyyəsinin  125  %-ni  təşkil  etmişdir.  1994-cü 
ildə  artıq  35  firma  ildə  1000-dən  çox  beynəlxalq  ekoturistə 
xidmət  göstənnişdir,  beş  aparıcı  firma  isə  ildə  49012  m üştəri 
göstəricisi ilə bazarın 40 %-nə nəzarət etmişdir.
1980-1991-ci  illərdə Nepalda  trekinq  turlarında  iştirak  etm iş 
turistlərin  sayı  255  %  artmışdır.  Məsələn,  2000-ci  ilin  yazında 
Everest 
rayonunda 
50-dən 
çox 
beynəlxalq 
ekspedisiya 
olmuşdur.  Hər  il  Böyük  Britaniya  ekoturizmdən  200  mln.  ABŞ 
dollarına qədər qazanc götürür.  Koste-Rikada -  dünyanın aparıcı 
ekoturist qəbul edən ölkəsində illik ekoturist gəlmələrin sayı 781 
min  nəfərə  qədər  artır.  Ölkəyə  gələn  turistlərin  66  %-dən  çoxu 
Xüsusi  Mühafizə  olunan  Təbiət  Ərazilərində  səyahət  edir. 
Hondurasda  ekoturistlərin  illik  artımı  13-15  %  təşkil  edir. 
Keniyada  1983-1993-cü  illər  ərzində  ekoturistlərin  sayı  45  % 
artmışdır.  Bu  ölkəyə gələn  turistlərin  80 %-dən çoxu təbii turizm 
ehtiyatlarına bələd olmaq arzusunda olmuşdur.
1.6.  E koturistin m arketinq  biliyi
Məlumdur  ki,  turizm  xidmətinin  istehlakçısının  marketinq 
biliyinin təyinatı turun seçilməsinin xarakterik psixoloji davranış və 
əsas  aspektlərini  ayırmağa  imkan  verir.  Bu  beş  tərkib  hissəni  -  
məhsul,  qiymət,  yer,  hərəkət,  ictimaiyyətlə  əlaqəyə  görə  turfir- 
maların marketinq strategiyasını dəqiq təyin etməyə imkan verir.
Beynəlxalq ekoturistin marketinq biliyinin tədqiqi Ekoturizm 
Beynəlxalq Cəmiyyətinin (TJES) sifarişi ilə «HLAHARA» 
amerika konsaltinq firması tərəfindən həyata keçirilmişdir. 
Nəticədə şimali amerikalı ekoturisti xarakterizə edən aşağıdakı 
məlumatlar alınmışdır:
-  yaş  -   35-54  yaşlarda,  lakin  orta  göstəricidən  müxtəlif 
kənaraçıxmalar mövcuddur;
- istehlakçıların cins tərkibi -  50 % qadınlar və 50 % kişilər;
- təhsili -  ən azı kolleci  bitirmişdir;
-  səyahət  üçün  önəm  verilən  mühit  -   60  %  ikilikdə,  15  % 
ailəliklə,  13 % təkcə səyahət edir;
- turun önəm verilən davametmə müddəti -  8-14 gün;
-  səyahətdə  pul  xərcləmək  istəyi  -   qeyd  olunmuşdur  ki, 
ekoturistlər  orta  hesabla  -   1-1,5  min  ABŞ  dolları,  yəni  adi 
turistlərdən daha çox pul xərcləməyə hazırdır;
-  turun  cazibədar  elementlərinin  mövcudluğu  -   vəhşi  təbiət; 
canlı  təbiətin  öyrənilməsi;  piyada  gəzintilər,  trekinq;  yerli 
əhalinin  tarixinin,  mədəniyyətinin  öyrənilməsi  -   bütün  bunlar 
təcrübəli ekoturistlərin çox böyük marağına səbəb olur;  səyahətə 
yollanmağa təhrik  edən  əsas  səbəb -  təbiət  mənzərəsindən  zövq 
almaq; yeni yerlərə olan həvəs, oranın dərk olunması.
Sonrakı  tədqiqatlar  müştərinin  seçimini  təyin  edən  ekoturun 
3  ən vacib elementini  ayırmağa imkan verdi:  1)  gələcək  səyahət 
rayonunun  nadirliyi;  2)  bələdçilərin  mövcudluğu  və  peşəkarlığı; 
3)  aktiv  istirahətin  (gəzinti,  piyada  və  atla  keçidlər,  idman 
turizmi  ilə məşğul olmaq və s.)  mümkünlüyü.
Ə.T.Əsgərov,  B.Ə.Bila/ov,  Ç.G.Giilalıyev  ______ _____________  
39


40
Yerli  mədəniyyətlə  maraqlanan  ekoturistlər  üçün  qədim 
xarabalıqlara,  muzeylərə  getmək,  yerli  əhali  ilə  görüşmək 
imkanı  da  əlavə  olunur.  Təcrübəli  ekoturistlərin  10  %-dən  çoxu 
seçimin  tərtibində  ən  vacib  olanı  bələdçilərin  peşəkarlığı 
adlandırmışlar. 
Bu 
onunla 
əlaqədardır 
ki, 
turfirmaların 
müştərilərinin  böyük  əksəriyyəti  onlann  getdikləri  yerin  təbiəti, 
mədəniyyəti  və  tarixi  haqqında  məlumatların  çatışmazlığından 
şikayət edirlər.
Maraqlıdır  ki,  ekoturistlərin  rekreasiya  tələbatı  çox  tez 
dəyişir:  yalnız  45  ekoturist  özünün  sonrakı  səyahətini  əvvəlki 
kimi  keçirir.  Qalanları  isə  yenilik, o cümlədən  macəra axtarışına 
çalışır.  Odur  ki,  turoperatorlar  yeni  turlar  işləyib  hazırlayarkən 
və  təzə  turistlər  üçün  düzəldilmiş  proqramlar  təklif  edərkən 
müştərilərin təcrübəsinə həssas yanaşmalıdırlar.
Təcrübəli  ekoturistlər  adətən,  su  üzrə  səyahətlərə  böyük 
diqqət ayıraraq  bir  turda  (trekinq,  at keçidi,  rafitinq,  kanoninq  və 
s.)  aktiv istirahətin bir neçə növünü uzlaşdırır.
Turistlərin  yerləşməsi  üçün  vasitə  seçiminə  gəldikdə  isə 
ekoturistlərin  40  %-i  kənd  yerlərində  qalmağa,  27  %-i  palatka 
düşərgələrə, 21  %-i  rahat otellərə, 33  %-i digər otellərə üstünlük 
verir.  Kanadanın Turizm Xidmətinin məlumatlarına görə macəra 
turizmində  turistlərin  41  %-i  kotteclərdə  (şəhər  kənarında 
birailəlik kiçik ev) və daxmalarda qalmağa, 40 %-dən çoxu isə -  
palatka düşərgələrdə və çadırda yaşamağa üstünlük verirlər.
1.7.  Ekoturizmin inkişaf amilləri və proqnozları
M üxtəlif  ölkələrin  ekspertlərinin  ideyalarını,  beynəlxalq 
turizm  təşkilatlarının  proqnozlarını  (BMÜTT,  WTTC),  beynəl­
xalq  səyahətlərin  dinamikasını  təhlil  edərək  bütövlükdə  müasir 
beynəlxalq  turizmin  və  xüsusən  də  ekoturizmin  inkişafında 
aşağıdakı tendensiyanı ayırmaq olar.
BMÜTT «Tourizm Vizion 2020»-nin proqnozlarına görə 2020-
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G Giilalıyev
41
ci  ilə  beynəlxalq  turist  gəlmələrin  sayı  1,6  milyarda  qədər 
artacaqdır.  2000-ci  ildə  702  mln.  beynəlxalq  turist  gəlmələri 
gözlənilirdisə,  2010-cu  ildə  bu  gözləntinin  miqdan  1,018  mld. 
2020-ci ildə -   1,6 milyarddır olacağı ehtimal  edilir.  Bu isə  1996-cı 
illə  müqayisədə  (592  mln.)  3  dəfə  çoxdur.  Eyni  zamanda  yadda 
saxlamaq  lazımdır  ki,  turizmin  inkişafının  milli  uçot  sisteminin 
unifıkasiyası  (vahid  şəklə  salınması)  üzrə  işlər  hələ  indi  baş­
lamışdır.  Odur  ki,  göstərilən  rəqəmlərə  axırıncı  variant  kimi 
baxmaq olmaz. Lakin hətta indiki şəraitdə də bu sahənin inkişafinın 
daha yaxşı proqnozu haqqında danışmaq olar.
Yaxın  gələcəkdə  turizmin  ən  perspektivli  növləri  kruizlər, 
ekoloji, macəra, dərketmə və mövzu turizmləri olacaqdır.
Bəzi  müəlliflərin  qeyd  etdiyi kimi  «turizm  inkişaf etdikcə  yeni 
turist  peyda  olacaq.  Bu  onu  göstərir ki, haradasa dənizdə  hər  il  öz 
məzuniyyətini  keçirməklə  məşğul  olan  ailə  turizminin  ənənəvi 
növü  tədricən öz yerini  yeni  növlərə, məhz ekoturizmə,  macəra  və 
dərketmə turizminə verəcəkdir. Passiv istirahət dəbi keçib gedəcək, 
turist  axınlarının  oriyentasiyası  dəyişməyə  başlayacaqdır.  Yüksək 
artım  tempi  dağlara  getmək,  həmçinin  macəra  və  risk  elementləri 
ilə zəngin olan səyahət üçün xarakterik olacaq».
Bir  çox  müəlliflər  təqaüd  yaşında  (senorlar)  turistlərin 
qrupunda  turist  xidmətinə  olan  tələbatın  artmasını  proqnozlaş­
dırırlar.  Asudə  vaxtın  mövcudluğu,  maddi  firavanlıq,  psixoloji 
və  sosial  gedonizm  (həyatın  zövq  və  səfa  üçün  yaranmış 
olduğunu  iddia  edən  qədim  yunan  əxlaq  nəzəriyyəsi)  -   bütün 
bunlar  gələcək  nəsillərə  optimizmlə  baxmağa  imkan  verir. 
Senyorların  bir  çoxu,  xüsusən  də  ABŞ-dan,  Almaniyadan  və 
Yaponiyadan  olanlar ekoturlarda  iştirak  edirlər.  Bu  ənənəni  orta 
yaş həddi -  35-54 olan beynəlxalq ekoturistlər davam etdirir.
Beynəlxalq  turizmin  növ  quruluşunda  səyahətin  davam­
etməsinin  1995-ci  ildə  24  %  olduğu  halda  2020-ci  ildə  32  %- 
ədək  artması  proqnozlaşdırılır.  Bu  zaman  hər  üçüncü  turist 
dünyanın  başqa  regionunun  ayına  düşəcək.  Bu  kütləvi
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə