Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

22
ölkələrin  ekspertləri  ekoturistlərlə 
təchiz  edən  ölkələrin 
nümayəndəsi  kimi  ekoturizmi  istehlakçıların  (qonaqların)  göz­
ləri  ilə  görür,  daha  doğrusu  onların  arzuları  və  rekreasiya  tələ­
batları  ilə  razılaşır.  Qəbul  edən  ölkələrin  (sahiblərin)  turopera- 
torlarını  və  tədqiqatçılarını  həmin  ölkənin  sosial  iqtisadi  inkişa­
fında turizmə qoyulmuş investisiyalar və gəlir narahat edir.
Bir  vaxtlar  bizim  ölkəmizin  də  tərkibində  olduğu  keçmiş 
SSRİ-də  «ekoloji  turizm»  termini  80-ci  illərin  ortalarında 
meydana  çıxmışdır.  İrkutsk  vilayət  komitəsinin  ÜİLKGİ-nin 
«Sputnik»  Beynəlxalq  gənclər  turizm  bürosunda  mütəxəssislər 
tərəfindən  «Baykal  dairəvi  dəmir  yolu  üzrə  ekotur»  kimi 
marşrutlar  işlənib  hazırlanmış  və 
həmin  dövrdə  tətbiq 
olunmuşdur.  Belə  marşrutlar  ilk  dəfə  ölkədə  rəsmən  «ekoloji 
turizm  marşrutları»  adlandırılmış  və  məhz  bu  ad  altında 
«Sputnik»  Beynəlxalq  gənclər  turizm  bürosunun  (BGTB)  kata­
loquna daxil  edilmişdir.  O  zamanlar «ekoloji turizm»  söz birləş­
məsi  adı  altında  turistlərin  iştirakının  təbii  mühitdə  minimum 
əks  olunduğu,  onların  özlərinin  isə  təkcə  istirahət  etmələri  yox, 
həm  də  Baykal  gölünün  ekoloji  problemləri  ilə  tanışlığı,  ən 
başlıcası  isə  mümkün  qədər  bu  problemlərin  həllində  iştirakı 
olan  marşrutlar  nəzərdə  tutulurdu.  «Ekoturizm»  anlayışı  o 
vaxtlar  daha  çox  iqtisadi  yox,  mənəvi  kateqoriya  kimi  qəbul 
olunurdu,  Belə  ki,  BGTB  «Sputnik»  öz  marşrutlarının təşkilində 
Uldis  Knakis  adma  İrkutst  kənd  təsərrüfatı  institutunun  ovşü- 
naslıq  fakültəsinin  mübariz  tələbə  drujinasının  yeni  yaradılmış 
baykal ekoloji hərəkatı ilə  sıx qarşılıqlı təsirdə idi.
«Ekoturizm»  anlayışının  özü  «ekoloji  turizm»  söz  birləş­
məsinin  qısaldılmış  variantı  olub,  onun  istifadəsi ekologiya elmi 
nöqteyi-nəzərdən tam doğru deyildir.
Ekoturizmin 
ilk  və 
ən  uğurlu  mənasınr'  fıkrimizcə, 
Q.S.Qujin,  M.Y.Belikov  və  E.V.Klimenok  1997-ci  ildə  yazdıq­
ları  əsərdə  vermişlər:  «Ekoturizmin  əsasında  ətraf mühitə  qayğı 
durur.  İlk  plana  təbii  ehtiyatların  səmərəli/  istifadəsi  və
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giila/ıyev
23
mühafizəsi  üzrə  müxtəlif layihələrin  həyata  keçirilməsi  məqsədi 
ilə  mədəni  maraqlan  təmsil  edən  yerlərə  baş  çəkmək, 
təbii 
zonalara məhdud sayda iştirakçıların səyahətinin təşkili durur».
Həmin  təyinin  BMÜTT  təyini  ilə  bir  çox  ümumi  cəhətləri 
var:  ekoturizm  -   «təbii  zonalara,  yerli  əhalinin  fıravanlığına 
yardım  edən  və  ətraf  mühiti  saxlayan  sahələrə  məsuliyyətli 
səyahətdir».
Bu  turizm  növünün  daha  yaxşı  anlaşılması  üçün  eko- 
turistin  TIES  (The  International  Ecotourism  Society)  tərəfindən 
formalaşdırılmış  10 qaydası aşağıda göstərilmişdir:
1.  Yer kürəsinin həssas olduğunu unutmamaq;
2.  Özündən sonra izlər qoyub, yalnız şəkillər aparmaq;
3.  Düşdüyün  mühiti  öyrənmək:  xalqların  mədəniyyətini, 
coğrafiyanı;
4.  Yerli  əhaliyə hörmət etmək;
5.  Ətraf  mühit  üçün  təhlükə  yaradan  istehsalçıların 
məhsullarını almamaq;
6.  Yalnız keçilmiş cığırlarla hərəkət etmək;
7.  Ətraf mühitin mühafizəsi üzrə proqramlara qoşulmaq;
8.  Mümkün  olan  hər yerdə  ətraf mühitin  mühafizəsi  metod­
larından  istifadə etmək;
9.  Ətraf  mühitin  qorunmasına  köməklik  göstərən  təşkilat­
larla əlaqələr saxlamaq;
10.  Ekoturizm  prinsiplərini  dəstəkləyən  şirkətlərin  köməyilə 
səyahət etmək.
Bu  qaydalar  əsasında  İngiltərənin  "British  Airways" 
aviaşirkətinin  müştəriləri  üçün  aşağıdakı  məzmunda  yaddaş 
kitabçası hazırlanmışdır:

Fil  sümüyündən  və  ya  nadir  heyvanlardan  hazırlanmış 
analoji  məmulatları  heç vaxt almayın;

Yerli  istehsal  olan  məhsul  və  xidmətlərdən  istifadə 
etmək.  Beləliklə  də,  Siz  yerli  əhaliyə  gəlir  gətirir  və  yerli 
iqtisadiyyatın  inkişafına öz töhfənizi verə bilərsiniz;
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giila/ıyev


Heyvanları  narahat  etməyin  və  bitkilərə  zərər  verməyin. 
Həmişə  Sizdən  sonra  çıxan  zibili  -  butulka,  banka,  plastik  və  s. 
özünüzlə  aparın,  çünki  onlar  vəhşi  heyvanların  ölümünə  səbəbə 
ola bilərlər;

Mərcan  rifləri  ilə  ehtiyatlı  olun.  Yadda  saxlayın!  Mərcan 
-  canlı orqanizmdir və onu bir toxunuşla zədələmək olar;
.  - 
Bir  çox  ölkələr  ətraf  mühitin  mühafizəsi  istiqamətində 
işlər  görürlər.  Siz  abidələrə,  muzeylərə,  milli  parklara  səyahət 
edərək onlara yardım göstərə bilərsiniz;

Əgər  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  problem  ilə 
qarşılaşmısımzsa, bu problemlə əlaqədar öz fikrinizi irəli sürün;

Canlı  təbiət  sakinlərini  narahat  edib,  onların  təbii  həyat 
tərzini və yaşayış mühitini pozmayın;

Qoruq  və  milli  parklarda  bitki  örtüyünü  zədələməmək 
üçün yalnız yol və şosse ilə hərəkət edin;

Siqaret  çəkərkən  ehtiyatlı  olun  -   söndürülməmiş  siqaret 
yanğına səbəb ola bilər.
Nataşa  K.Vard  ekoturizmin  mövcud  təyinini 
passiv  və 
aktivə  ayırır.  Birincilərin  sırasına  o,  M.Mayyanın  təyinini  aid 
edir:  «Ekoturizm  yerli  əhali  və  gələcək  turistlər  üçün  sahənin 
(regionun)  təbii  ehtiyatlarım,  yerli  mədəni  irsin  qorunmasının 
vacibliyini diqqətə çatdıraraq, mədəni və təbii turizm ehtiyatları­
nın  istifadəsini  stimullaşdırır,  koordinasiya  edir  və  ona  kömək 
edir».  «Aktiv təyin» nümunəsi  kimi  Beynəlxalq yaşamaq cəmiy­
yətinin  ideyaları  xidmət  edə  bilər:  «Ekoturizm  ərazinin  turistlər 
tərəfindən  mənimsənilməsində  yerli  əhalinin  maraqlarının  əsas 
götürülməsini  təqdir  edir,  yerli  flora  və  faunanı  müdafiə  edir  və 
ətraf  mühiti  qorumaqdan  ötrü  yerli  əhalini  iqtisadi  stimulla 
təmin edir».
Ekoturizm  əlamətlərinin  bütöv  spektri  aşağıdakı  kimi 
səciyyələndirilir:
- hər hansı səyahət zamanı səyahətçi ətraf mühiti öyrənir;
-  səyahət zamanı təbiət əsas dəyərdir;
24  ______________________Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Giılalıyev
Ə.T.Əsgarov,  B.Ə.Bilalov,  Ç.G.Giılalıyev
25
-  ekoturizmdən  gələn  gəlirlər  ətraf  mühit  mühafizəsinin 
maliyyə cəhətdən dəstəklənməsinə yönəldilir;
-  ekoturistlər vəhşi  təbiətin  ehtiyatlarını  qoruyan və  ya bərpa 
edən hərəkətlərdə şəxsən iştirak edirlər;
-  ekotur  -   bütün  hərəkətlərin  «ekoloji  cəhətdən  yumşaq» 
olduğu səyahətdir.
Ekoloji  turizmin  tipləri,  məqsədi,  əsas  obyekti,  təşkilati- 
hüquqi  formaları,  meyarları  və  əlamətlərini  27  aprel  1999-cu 
ildə  Moskva  şəhərində  «Cənubi  Moskva  yaxınlığında  turizmin 
inkişaf  perspektivləri»  mövzusunda  keçirilən  elmi  praktik 
konfransda 
«Ekoturizm: 
təyinini, 
prinsipləri, 
əlamətləri,
formaları» adlı çıxışında A.V.Drozdov da özünəməxsus  formada 
göstərmişdir (sxem:  1, 2, 3, 4, 5).
Sxem  1
Sxem 2


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə