Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

43
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gülalıyev
Ə. T Əs gor ov,  B.Ə.BUalov,  Ç.G.Gülalıyev
beynəlxalq  ekoturizmdə  hələ  toxunulmamış  dağlıq  rayonlara, 
məsələn, Qafqaza marağı  artıracaqdır.
Turizm  və  səyahətlər  üzrə  Beynəlxalq  Şuranın  yaydığı 
informasiyada  qeyd olunur  ki,  gələcəkdə  turizm  milli  və  regional 
iqtisadiyyatların  inkişafına böyük tövhələr verəcək,  100 mln.  yeni 
iş  yeri  yaradacaq.  Qeyd  olunmuşdur ki,  ekoturizm  dünyanın  geri 
qalmış  rayonlarının  dayanıqlı  inkişafı  və  iqtisadi  artımında  ən 
təsirli alət olacaqdır.  Bütün bunlar dağlıq ərazilərə də aiddir.
Yuxarıda  sadalananları  nəzərə  alaraq  ekoturizm  dünya 
bazarının əsas inkişaf amillərini ayırmaq olar (Sxem 6)
Yoxlama sualları və tapşırıqlar
1. Turizmin dayanıqlı  inkişaf konsepsiyasının mahiyyətini 
xarakterizə edin.
2.  Beynəlxalq turizmin inkişafının müasir tendensiyalarını 
sadalayın.
3.  “Ekoturizm” anlayışının formalaşması tarixi necədir?
4.  Ekoturizmi əsas təşkiledicilərin adlarını çəkin.
5.  Beynəlxalq ekoturistin marketinq biliyini təsvir edin.
Bütövlükdə turizmin 
inkişafı
Ətraf mühitin müdafiə­
sinə  cəmiyyətin diqqəti
Turizmin  aktiv
Turxidmətlərə tələbin
növlərinin  inkişafı
qabağını  alan amillər
aktiv turizm  «bumu»
- ekoturistlər turistlərin
(outdoor);
daha çox toplandığı
-  hərəkətdə  olan həyat
yerlərdən qaçırlar;
tərzi  dəbi;
- ekoturistlərin
- demoqrafik dəyi-
səyahətin təhlükə-
şikliklər;
sizliyinə zəmanət tələbi;
- turxidmətin yeni
-  turist yerlərinin
növlərinin meydana
imicinin yayılmasında
çıxması;
-  ənənəvi  turist 
mərkəzlərinin 
həddindən artıq
dolması.
Turxidmətlərə təklifin 
qabağını alan  amillər
- təbii turizm ehtiyat­
larına edilən təsirin 
mümkün yol verilən 
həddi aşmasının 
yolverilməzliyi;
-  çətin keçilən rayonlarda 
turizm  infrastrukturunun 
inkişafının mürəkkəbliyi; 
gidlərin -  yol 
bələdçilərinin təbii 
turizm ehtiyatlarına 
edilən təsirin mümkün 
yol  verilən  həddi  aşması­
nın yolverilməzliyi;
Sxem 6
Ekoturizm dünya bazarının inkişafının müasir amilləri


İkinci fəsil
Ekoturizmdə turoperatorluq 
(turist proqramlarının işlənib  hazırlanması)
2.1.  Turoperator anlayışı və onu təşkil edən amillər
“Turoperator”  termin  kimi  leksikonda  yaxın  keçmişdə  -  
2001-ci  ildə  “E.N.İlinin  “  Turoperator:  fəaliyyətin  təşkili” 
kitabının  nəşrindən  sonra  meydana  gəlmişdir.  Odur  ki,  hələlik 
bu  terminin  həyat  qabiliyyəti  haqqında  danışmaq  çətindir. 
Həmçinin 
həmin 
terminin  təyinatının 
dəqiqləşdirilməsim 
gözləmək  lazımdır.  Lakin  onun  turoperatorlarm  fəaliyyətinin 
əsası  kimi  mövcudluğunu inkar etmək mümkün deyil.
Turoperator  biznesinin  meydana  çıxması  kütləvi  turist  axın­
larının  formalaşmasının  və  turistlərə  xidmətin  çətinləşməsinin 
nəticəsi  idi.  Yuxarıda  adı  çəkilən  kitabda  bu  belə  izah  olunur: 
“Öz  xidmətini  təklif  edən  təşkilatın,  müəssisənin  və  firmanın, 
həmçinin  müxtəlif  tematik  (mövzu)  turların  bu  xidmətlərdən 
komplektləşdirilməsinin  turist xidməti  sahəsinə cəlb olunması -  
bütün  bunlar  spesifik  biznesin  -   turoperator  (turist  proqramının 
işlənib  hazırlanması)  inkişafını  tələb  edirdi”.  Turoperator  - 
turların  komplektləşdirilməsi,  turizm  məhsulunun  formalaş­
dırılması,  hərəkətə  gətirilməsi  və  satışı  ilə  məşğul  olan  turizm 
təşkilatıdır.  Turoperator  mövcud  turist  tələbatına  uyğun  olaraq 
və xidmət göstərənlərlə qarşılıqlı  münasibət müqaviləsi əsasında 
turun  komplektləşdirilməsi  ilə  məşğul  olur.  O  turist  marşrut­
larım  işləyib  hazırlayır,  turistlərə  xidmət  proqramını  tərtib  edir, 
turun  satılması  və  hərəkəti  üzrə  kompleks  tədbirlər  təşkil  edir. 
Turoperator əksər hallarda yerləşmə, nəqliyyat xidməti,  qidalan­
ma,  rekreasiya  fəaliyyəti  və  s.  üzrə  xidmətlərin  topdan  alıcısı 
kimi  çıxış  edir.  Nəticədə  o,  fərdi,  pərakəndə  tariflərdən  göstə­
rilən  xidmətlərə  daha  aşağı  olan  qrup  tariflərinə  malik  olur.
44  ______________________ Ə. T. Əsgərov,  В. Ə.Bilalov,  Ç. G. Gii/alıyev
Beləliklə,  turistlər  özbaşına  turopereytinqlə  məşğul  olmadan, 
turoperatordan  tur  əldə  edərək  xeyli  fayda  əldə  edə  bilərlər. 
Turoperator xidmətləri  ayrıca da sata bilər.  Bu  xidmətlərin  satıl­
masını  tam  təmin  etmək  zəruri  olduğu  hallarda  edilir.  Belə  ki, 
əmtəədən  fərqli  olaraq  xidmətləri  anbara  yığmaq  olmaz.  Odur 
ki,  məsələn,  turoperator təyyarənin  uçuş  anına menecerdən  satın 
aldığı  bütün  yerlərə  biletləri  satmalıdır.  Turoperatorlar  fəaliyyət 
növünə  görə  2  yerə  bölünürlər:  1)  turistlərin  ən  çox  getdiyi  yerə 
çarter  aviareyslə  uçuşların  daxil  olduğu  turları  satan  kütləvi 
bazar  operatorları;  2)  müəyyən  coğrafi  istiqamət  üzrə  və  ya 
bazarın bir seqmentində  işləyən ixtisaslaşmış operatorlar.
İxtisaslaşmış turoperatorlar aşağıdakı formalarda ola bilər:
-  turizm növü üzrə turoperatorlar (məsələn, dağ-xizək və ya 
su və s.);
-  istiqamət üzrə turoperatorlar (məsələn,  İsveçrə və ya 
Avstriya üzrə və s.);
- bazar seqmenti üzrə turoperatorlar (məsələn, tələbələr və ya 
uşaqlı ailə cütləri üzrə və s.);
- xüsusi yerləşmə vasitələri üzrə turoperatorlar (məsələn, 
yataqxana və ya dağ sığınacağı və daxmalarda və s.);
- nəqliyyat üzrə turoperatorlar (məsələn, kruiz.lər və ya turist 
qatarları və s.).
Turoperatorlar fəaliyyət yerinə görə də bölünürlər:
- onların daxili bazarda satılması üçün öz ölkəsi, regionu 
üzrə turlar işləyib hazırlayan yerli (daxili) turoperatorlar;
- öz Ölkəsindən turistlər üçün xaricə səfərlər təşkil edən 
səyyar turoperatorlar;
- xarici ölkələrdən gələn əcnəbi turistlərə qəbulda xidmət 
göstərən turoperatorlar.
Bundan başqa turoperatorlan təşəbbüskar və qəbul edən 
olmaqla iki qrupa aynrlar.
Təşəbbüskar  turoperatorlar  -   onlar  qəbul  edən  (reseptiv) 
turoperatorlarla  və  ya  yerləşdirmə  vasitəsi  ilə  müqavilə  üzrə
Ə. T.Əsgərov,  B. Ə.Bilalov,  Ç.G.Giilahyev______ _____________ 45


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə