Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə23/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   19   20   21   22   23   24   25   26   ...   118

tərəf  təsirsiz  fellərlə  ifadə  olunduqda  birinci  tərəf  bilavasitə 
ismin  yönlük  halında  işlənən  sözlə  ifadə  edilir:  ikinci  tərəf 
təsirli  fellərlə  ifadə  olunduqda  isə  birləşmədə  yönlük  haldan 
əlavə,  ismin  təsirlik  halında  işlənən  daha  bir  sözün  də  daxil 
olması  vacibdir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  yönlük 
hallı  feli  söz  birləşmələrinin  işlənməsi  ilə  əlaqədar  daha  bir 
məsələni  də  qeyd  etmək  lazımdır:  görünür,  VI-VIII  yüzillik­
lərdə  türk  dillərində  təsirlilik-təsirsizlik  kateqoriyası  hələ  tam 
diferensiallaşmadığı üçün qədim türk yazısı  abidələrinin  dilində 
eyni  bir  fel  həm  təsirli,  həm  də  təsirsiz  fel  məqamında  işlənir; 
məsələn: bum körü bilifj (KT c  12) «bunu görərək bilin» və ma- 
/Ja  körür (KT c 2) «mənə görür» (mənə baxır olmalıdır).  Görü­
nür,  fellərdə  təsirlilik,  təsirsizlik  kateqoriyasının  diferensiallaş- 
ması  prosesi  daha  əvvəlki  dövrdə  baş  vermiş,  türk  dilləri  inki­
şafının  qədim  türk  yazısı  abidələri  dövründə  hələ  davam 
etmişdir.  Hətta bu gün də  həm təsirli,  həm də təsirsiz məqamda 
işlənən  fellərin  türk  dillərində  işlənməsinə  təsadüf  edilir; 
məsələn:  müasir Azərbaycan dilində:  kitabı oxumaq -  məktəbdə 
oxumaq.
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  yönlük  hallı  feli  birləşmələrdə  də 
hərəkət  obyektlə  də,  məkanla  da  əlaqədar  ola  bilər.  Düzdür, 
hə’rəkətin obyektlə əlaqəsi təsirli fellərə xas xüsusiyyətdir, lakin 
təsirli  fellərdə  hərəkət  bilavasitə  müstəqil  obyektlə,  təsirlik 
halda  işlənən  sözlə,  vasitəsiz  tamamlıqla  əlaqədar  olur  və 
hərəkət  obyekti  bütövlükdə  əhatə  edir.  İkinci  tərəfi  təsirsiz 
fellərlə  ifadə  edilən yönlük  hallı  feli  birləşmələrdə  isə  hərəkət 
obyekti  əhatə  etmir,  ona meyl  edir,  istiqamətlənir.  İkinci  tərəfi 
təsirli  fellərlə  ifadə  olunan  yönlük  hallı  feli  birləşmələrdə 
yönlük yalda işlənən sözlə (birinci tərəf) təsirli fel (ikinci tərəf) 
arasındakı  əlaqə  zəif olur,  halbuki  ikinci  tərəfi  təsirsiz  fellərlə 
ifadə  olunan  yönlük  hallı  feli  birləşmələrdə  yönlük  halda 
işlənən  sözlə  (birinci  tərəf)  təsirsiz  fel  (ikinci  tərəf)  arasında 
əlaqə  daha  sıx  olur,  birləşmə  bütövlükdə  tamamlanmış  təsir 
bağışlayır.
90
İkinci  tərəfi  feli  sifətlərlə  ifadə  olunan  yönlük  hallı  feli 
birləşmələr:  biziQə yanıltukm  (KT ş  13)  «bizə  qarşı  yanıldığı», 
yerkə təgürtük (T 47) «yerə hücum etdiyi», Taluy ügüzkə təgmis 
(T  18)  «Dəniz  çayına  çatmış»,  yağıya  təgmiş  (Y  26)  «yağıya 
hücum  etmiş»,  bödkə  körigmə  (КТ  c  11)  «taxta  baxan»,  tağka 
təgmis  (T  47)  «dağa  çatmış»,  ebkə  təgdükim  (O  10)  «evə 
dəydiyim» və s.
İkinci  tərəfi  feli  bağlamalarla  ifadə  edilmiş  yönlük  hallı 
feli birləşmələr: yağıka təgip (KÇ 23) «yağıya hücum edib», Sə­
lə /p  kə  sıka  (MÇ  16)  «Sələnəyə  sıxaraq»,  marja  ukğalı  (BK  ş 
28) «mənə tabe olmağa», bödkə olurıp (BK ş 2) «taxta oturub», 
sabıQa arturıp (KT c 6) «sözünə aldanıb», ağısı Qa arturıp (KT c 
6) «hədiyyəsinə aldanıb», eçidməkinçə barıp (Y  39) «eşitməyə­
nə qədər gedib», Kara капка banpan (Y 30) «qara xanın yanına 
gedib»,  at  üzə  bintürə  (T  25)  «atlara  mindirərək»,  altı  otuzka 
uça  (BK  c  10) «iyirmi altısında uçaraq», kadaşıma,  kunçuyuma 
adıralu (Y  29) «dostumdan, xanımımdan ayrılaraq» və s.
İstiqamət  hallı  feli  birləşmələr.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  hərəkətin  istiqaməti  məzmunu  iki  halla  - 
yönlük  və  istiqamət  hallan  ilə  ifadə  edilir;  hər  halın  özünün 
spesifik  morfoloji  əlaməti 
hal  şəkilçisi  vardır.  İstiqamət  hallı 
feli  birləşmələrin  birinci  tərəfi  ismin  istiqamət  halında  duran 
sözlə,  ikinci  tərəfi  isə,  yönlük  halda  olduğu  kimi,  həm  təsirli, 
həm  də  təsirsiz fellərlə  ifadə edilir.  Buna görə də  yönlük  hallı 
feli  birləşmələrin  ikinci  tərəfi  haqqmda  deyilənləri  istiqamət 
hallı feli birləşmələrin ikinci tərəfinə də şamil etmək olar.
İkinci tərəfi feli sifədərlə ifadə edilmiş istiqamət hallı feli 
birləşmələr: yögərü kötürmiş (KT ş 11) «yuxarı götürmüş».
İkinci  tərəfi  feli  bağlama  ilə  ifadə  edilmiş istiqamət  hallı 
feli  birləşmələr:  yoğaru  sü  yo n p   (BK  c  ş)  «yuxarı  qoşun 
yürüdüb», ilgərü,  kurığaru süləp (KT ş  12) «şərqə, qərbə qoşun 
çəkib»,  kurığaru  Yinçü  ügüz  keçə  (KT  c  3)  «qərbə  İnci  çayını 
keçərək», ilgərü süləyü (KT ş 8) «şərqə qoşun çəkərək».
Təsirlik  hallı  feU  birləşmələr.  Bu  feli  birləşmələrin 
birinci tərəfi ismin təsirlik halında duran hər hansı söz və ya söz 
birləşməsi,  ikinci  tərəfi  yalnız  təsirli  fellərlə  ifadə  olunur.  Bu
91


birləşmələrdə  ikinci tərəf təsirli  fellərdən  ibarət olduğu üçün iş, 
hal,  hərəkət  mütləq  obyekt  tələb  edir,  yəni  iş,  hal,  hərəkət 
müstəqil obyekt,  vasitəsiz tamamlıq üzərində icra edilir.
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin 
dilində  təsirlik  halın  iki  tipi  -   şəkilçili  və  şəkilçisiz  tipi  olduğu 
üçün  abidələrin  dilində  təsirlik  hallı  feli  birləşmələrin  iki  tipi 
mövcuddur:  müəyyənlik  bildirən  təsirlik  hallı  feli  birləşmələr 
və qeyri-müəyyənlik bildirən təsirlik hallı feli birləşmələr.
Müəyyənlik bildirən təsirlik hallı feli birləşmələrin birinci 
tərəfi  ismin  təsirlik  halının  şəkilçisini  qəbul  edir  və  müəyyən 
obyekt bildirir.  Müəyyən  obyekt dedikdə  danışan  və  dinləyənə 
məlum  olan  obyekt  nəzərdə  tutulur.  Birləşmənin  birinci  tərəfi 
müəyyənlik  bildirdiyi  üçün  feli  birləşmə  də  ümumilikdə 
müəyyənlik  bildirir:  ak abğırığ binip  (KT  ş  35-36)  «ağ  ayğırı 
minib»,  akığ  binip  (KT  şm  5)  «ağı  minib»,  Ertis  ügüzig  keçə 
(KT  ş  37)  «İrtış  çayını  keçərək»,  anı  yayıp  (KT  ş  34)  «onu 
yayıb», ilig tutıp (KT ş 3) «eli tutub» və s.
Qeyri-müəyyənlik bildirən  təsirlik hallı feli birləşmələrdə 
isə  birinci  tərəf  kimi  işlənən  söz,  yaxud  söz  birləşməsi  ismin 
təsirlik  hal  şəkilçisini  qəbul  etmir  və  qeyri-müəyyən  obyet, 
qeyri-müəyyən  vasitəsiz  tamamlıq  bildirir:  il  tuta  (KT  c  8)  «el 
tutaraq» yağı  bohp  (KT  ş  10)  «yağı  olub»,  kü esidip (KT  ş  12) 
«səs  eşidib»,  küç  bertük  (KT  ş  12)  «güc  verdiyi»,  kağan 
olurıpan  (KT  ş  1.6)  «xaqan  oturub»,  keyik yiyü  (T  8)  «keyik 
yeyərək»,  tabısğan yiyü (T  8) «dovşan yeyərək», at veto (T 25)
« at çatan» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  müəyyənlik 
bildirən  feli  birləşmələrin  birinci  tərəfi  mənsubiyyət  şəkilçisi 
qəbul  etmiş  sözlə  ifadə  edilir  (düzdür,  bu  vaxt  onlarda  təsirlik 
hal  şəkilçisinin  düşməsi  qədim  türk  yazısı  abidələrinin  dilini 
səciyyələndirən  əsas  xüsusiyyətlərdən  biridir),  lakin  qeyri- 
müəyyənlik bildirən  feli  birləşmələrin birinci  tərəfində  işlənən 
söz  mənsubiyyət  şəkilçisi  qəbul  edə  bilmir;  məsələn:  süçig 
sabın  arıp  (KT  c  5)  «şirin  sözünə  aldanıb», yımşak ağuı  arıp 
(KT c  5)  «yumşaq  hədiyyəsinə aldanıb», kağamn yitürü  (KT ş
7)  «xaqanını  sona  yetirərək»,  türk atın  ıtı  (KT ş  7)  «türk  adını 
ataraq», tabğaç atın tutıpan (KT ş 7) «tabğaç adını tutaraq»,  ilin
92
alı  (KT  ş  8)  «elini  alaraq»,  törüsin  ah  (KT  ş  8)  «qanununu 
alaraq»,  törüsin  ıçğınmıs  (KT  ş  13)  «qanununu  unutmuş», 
udlıkın sıyu (KT ş 36)  «budunu sındıraraq», atın binip (KT ş 40) 
«atını  minib»,  akın  binip  (KT  şm  3)  «ağını  (ağ  atını)  minib», 
yağızın  binip  (KT  şm  5)  «qonurunu  (qonur  atını)  minib», 
otünçümin esidü (T  15) «müraciətimi eşidərək» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  təsirlik  hallı  feli 
birləşmələrin  birinci  tərəfi  təyini  söz  birləşmələri  ilə  də  ifadə 
olunur.
Birinci  tərəfi  üçüncü  növ  təyini  söz  birləşməsi  ilə  ifadə 
olunan  təsirlik  hallı  feli  birləşmələr:  kağanıQın  sabın  almatın 
(KT c 9) «xaqanının sözünə qulaq asmadan»,  türk bodvnıl) ilin, 
törüsin  tuta  (KT  ş  1)  «türk  xalqının  elini,  qanununu  tutaraq», 
türgis  kağamtj lazın  alı  (BK  şm  9-10)  «türgiş  xaqanının  qızını 
alaraq», yağı t] başı yorıyu (MÇ  18) «yağının başı yürüş edərək», 
karlukığ tabarın alıp  (MÇ  28)  «karlukun  malını  alıb»,  karlukığ 
ebin  yolıp  (MÇ  29)  «karlukun  evini  dağıdıb»,  Bayurkwıırj ak 
adğırığ binip (KT ş 36) «Bayırkunun ağ ayğırın minib» və s.
Birinci  tərəfi  ikinci  növ  təyini  söz  birləşməsi  ilə  ifadə 
olunan  təsirlik  hallı  feli  birləşmələr:  bodun atı yok bolu  (O  3) 
«xalqın  adı  yox  olaraq»,  türk  atın  ıtı  (KT  ş  7)  «türk  adını 
ataraq»,  tabğaç  atın  tutıpan  (KT  ş  7)  «tabğaç  adını  tutub». 
Azman akığ binip (KT şm  5)  «Azmanın ağını (ağ atını) minib», 
Şıp  başın  yürə  (MÇ  16)  «Şıp  başını  yürüyərok»,  el  örginin 
örgipən (MÇ 34) «el sarayını hörüb (tikib)» və s.
Yerlik  hallı  feli  birləşmələr.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  yerlik  və  çıxışlıq  halların  şəkilçiləri  hələ 
bütünlüklə  formalaşmadığı  üçün  yerlik  hal  şəkilçisi  həm  də 
çıxışlıq  hal  şəkilçisinin  vəzifəsini  yerinə  yetirir.  Düzdür,  bu 
dövrdə  -tanAtən,  -danZ-dən  çıxışlıq  hal  şəkilçisi  artıq  mövcud 
olmuşdur,  lakin  çıxışlıq  halın  formalaşdığından  danışmaq  hələ 
tezdir.  Buna  görə  də  qədim  türk  yazısı  abidələrinin  dilində 
yerlik hallı  feli  birləşmələrdən  danışidıqda nəzərə  almaq  lazım­
dır ki,  -da/-ta şəkilçisi  ilə  formalaşan  sözlərin bir qismi  yerlik, 
bir qismi isə çıxışlıq hal məzmunu daşıyır.
93


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə