Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə22/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   18   19   20   21   22   23   24   25   ...   118

biQ (T  16) «altı min», еШ bit] (T  16) «iki min», yeti bi!) (BKc  1) 
«yeddi min».
Say birləşmələrinin tərəfləri arasındakı sintaktik əlaqə tipi 
haqqında  Y.M.Seyidov  yazır:  «Say  «birləşmələrinin  tərəfləri 
arasındakı  sintaktik  əlaqə  birləşmələrinin  ilkin  formalaşma 
dövrü  uçun  tabesizlik  əlaqəsi  hesab  edilə  bilər  (ona  ayrı  ad 
vermək  olmur),  lakin  tərəflərin  məna  cəhətdən  sıxlaşması  bu 
əlaqənin təbiətində müəyyən dəyişiklik əmələ gətirib və hər iki 
söz  üçün  daxili  bir  tadelilik  bağı  yaradıbdır  ki,  bu  bağ  həmin 
sözlərin söz birləşməsi kimi formalaşmasına imkan veribdir».1
Sonda  qeyd  etmək  lazımdır  ki,  bütün  oxşarlıqlarına 
baxmayaraq,  say  birləşmələri  digər  ismi  birləşmələrdən  xeyli 
fərqlənir və onları eyni tipli birləşmə hesab etmək olmaz.
ZƏRF BİRLƏŞMƏLƏRİ
Qədim  türk  yazısı  abidələrini  dilində,  az  da  olsa,  zərf 
birləşmələrinin  işlənməsinə  rast  gəlmək  olur.  Qeyd  etmək 
lazımdır  ki,  zərf  birləşmələri  müasir  türk  dillərində  də  zəif 
inkişaf  etmişdir  və  türk  dillərinin  qrammatik  quruluşuna  həsr 
edilmiş  əsərlərin böyük əksəriyyətində bu birləşmələr haqqında 
ümumiyyətlə  məlumat  verilmir.  Zərf birləşmələrində  tabeedici 
söz,  əsas  söz  zərfdir.  Bu  birləşmə  idarə  sintaktik  əlaqəsi  ilə 
əmələ  gəlir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  zərf 
birləşməsinin  ikinci  tərəfi  kimi,  əsasən,  yer və  zaman  zərfləri 
çıxış  edir  (müasir  türk  dillərində  tərz-hərəkət  zərfləri  də  bu 
mövqedə  işlənir);  məsələn:  Örjük  yoğaru  (BK  c  ş)  «Önük 
yuxarı»,  Kök  Örjük yuğaru  (T  15)  «Göy  Önük  yuxan»,  ol  sub 
kodı  (T  27)  «o  su  (çay)  boyu»,  Sələ/Jə  kodu  (MÇ  16)  «Şələnə 
boyu»,  ön gün ö/Jrə (MÇ  31) «on gün əvvəl»,  ekin ara (KT ş  1) 
«ikisinin  arasında», yir sayu (КТ c 9) «yer boyu», at üzə (T 25) 
«at üstdə», tokuz oğuz üzə (MÇ  3) «doqquz oğuzların üzərində».
Qedim türk yazısı abidələrinin dilində zərf birləşmələrinin 
işlənməsinə  bir  neçə  nümunə  verilir:  Örjük  yoğaru  sü  yorıp
1 Y u sif Seyidov.  A zərbaycan dilində  söz b irləşm ələri, B akı,  1992, s.  216.
86
tünli-künli  yiti  ödüşkə  subsız  keçdim  (BK  ş  c)  «önük  yuxarı 
qoşun yürüdüb gecəli-gündüzlü yeddi sutka susuz keçdim». Kök 
örjük yuğaru Ötükən yısğaru udıztım (T  15) «Göy Önük yuxarı 
ötükən meşəli dağlarına apardım». Ol sub kodı bardımız (T  17) 
«O  çay  boyu  getdik».  ...üküsi  Sələ/Jə  kodı  bardı  (MÇ  16) 
«...çoxu Şələnə boyu getdi». Ebi on kün ötjrə ürkip barmış (MÇ 
31) «Evi on gün əvvəl hürküb getmiş».... anta kalmışı bodun on 
uyğur,  tokuz oğuz ü zəyü zyıl olurtı (MÇ 3) «...orada qalmış xalq 
on  uyğurların, doqquz oğuzların üzərində yüz il  oturdu». At üzə 
bintürii  kanğ sökdim  (T  25)  «Atlara  mindirərək  qan  sökdüm». 
Anlağının  üçün  igidmiş  kağanılj sabın  almatın yir  sayu  bardığ 
(KT  c  8-9)  «Elə  olduğun  üçün  (səni)  yüksəltmiş  xaqanının 
sözünə  qulaq  asmadan  yer  boyu  getdim».  Üzə  kök  te/Jri,  asra 
yağız yir  kılıntkda  ekin  ara  kisi  oğlu  kılınmıs  (KT  ş  1)  «Üstdə 
mavi  göy,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında  insan 
oğlun yaranmış».
FEL) SÖZ BİRLƏŞMƏLƏRİ
Feli  söz  birləşmələrində  tabeedici  söz  fellərdən  ibarət 
olur.  Adətən,  dilçilik  ədəbiyyatında  feli  söz  birləşməlrindən 
danışarkən  tabeedici  üzvü  təsriflənən 
fellərlə  ifadə  edilən 
birləşmələr  dciyl,  təsri dənməyən  fellərlə  -   məsdər,  feli  sifət, 
feli  bağlamalarla  ifadə  edilən  birləşmələr  nəzərdə  tutulur. 
Qədim türk yazısı abidələrinin dilində məsdər yox dərəcəsində 
olduğu  üçün  məsdər  birləşmələrindən  danışmaq  mümkün 
deyildir.
Türkoloji  ədəbiyyatda  feli  birləşmələr  ifadəsi  altında  feli 
tərkiblər -  məsdər,  feli  sifət  və  feli bağlama tərkibləri  nəzərdə 
tutulur.  Lakin  Azərbaycan  dilinin  qrammatikasına  həsr  edilmiş 
son  ədəbiyyatda,  ismi  birləşmələrdə  olduğu  kimi,  feli  birləş­
mələrdə  də  iki  komponentin  mövcudluğu  əsas  götürülür:  ad  + 
fel, fel +  fel və zərf +  fel.  Söz birləşmələri haqqında təlimdə fel 
+  fel  və  zərf +  fel  birləşmələrinə  elə  bir  əhəmiyyət  verilmə­
diyindən  dilçilik  ədəbiyyatında  adlarla  fellərin  birləşməsindən 
əmələ  gələn  feli  birləşmələr  daha  çox  araşdırılır.  Belə  bir-
87


ləşmələrin özü də iki qismə bölünür:  1) adların bilavasitə fellərə 
birləşməsindən əmələ  gələn feli birləşmələr və 2) adların Qoş­
ma vasitəsilə  fellərə birləşməsindən əmələ gələn  feli  birləşmə­
lər.  Birinci  qisim  feli  birləşmələrin  də  dörd  tipi  göstərilir 
Birinci  tərəfi  1)  isimlərlə,  2)  sifətlərlə,  3)  saylarla,  4)  əvəzlik­
lərlə ifadə edilən feli birləşmələr.
Adlarla  fellərin  birləşməsindən  əmələ  gələn  feli 
birləşmələr.  Qədim türk yazısı abidələrinin dilində belə birləş­
mələrin birinci  tərəfi  isim,  substantivləşmiş sifət,  substantivləş- 
miş  say və  əvəzliklərlə  ifadə edilir; birinci tərəf bir sözlə  ifadə 
olunduğu  kimi,  bir  neçə  sözlə  də  (ismi  söz  birləşməsi)  ifadə 
edilə bilər. Birləşmənin  ikinci tərəfi  feli sifət və ya feli bağlama 
ilə  ifadə  edilir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  adlarla 
fellərin  birləşməsindən  əmələ  gələn  feli  söz  birləşmələrinin 
birinci  tərəfi,  ismin  yiyəlik  halından  başqa,  ismin  bütün  halla­
rında duran,  habelə qoşma  ilə  işlənən  sözlərlə  ifadə  edilə  bilər. 
Buna  görə  də  bu  feli  birləşmələrin  aşağıdakı  növlərini  göstər­
mək olar:
1.  Adlıq hallı feli birləşmələr;
2.  Yönlük hallı feli birləşmələr;
3.  İstiqamət hallı feli birləşmələr;
4.  Təsirlik hallı feli birləşmələr;
5.  Yerlik hallı feli birləşmələr;
6.  Çıxışlıq hallı feli birləşmələr;
7.  Alət-birgəlik hallı feli birləşmələr.
Qədim  türk  yazısı  abidələrinin  dilində  qoşmalı  sözlərlə 
əmələ  gələn  feli  söz  birləşmələrində  qoşmadan  əvvəl  işlənən 
sözlər hal şəkilçisi ilə də, hal şəkilçisi olmadan da işlənə bilər.
Adlıq  hallı  feli  birləşmələr.  Bu  feli  söz  birləşmələrinin 
birinci  tərəfi  adlıq  halda  duran  isim  və  əvəzliklə,  ikinci  tərəfi 
isə,  əsasən,  bağlamalarla  ifadə edilir.  Belə birləşmələrin əmələ 
gəlməsində nadir hallarda feli sifətlər də, həm də təkcə dığım... 
şəkilçili feli sifətlər iştirak edir. Əslinə qalanda, elə ikinci  tərəfi 
feli  bağlamalarla  ifadə  edilən  feli  birləşmələri  əmələ  gətirən 
morfoloji vasitələr -  şəkilçilər də  bir o qədər çox deyil:  qədim 
türk yazısı abidələrinin dilində feli birləşmələrin ikinci tərəfi ki­
88
mi çıxış edən feli bağlamalar yalnız -tükda,  -tükdə,  -dukda,  -dük­
də; -ğunça-a,  -ə,  -
1
,  -i,  -u,  -ü şəkilçiləri ilə əmələ gələ bilir.
İkinci  tərəfi  feli  bağlamalarla  ifadə  edilən  adlıq  hallı  feli 
birləşmələr  BıQım  sürə  (MÇ  26)  «minim  (alayım)  sürərək», 
yaraklığyaya (KT  ş  26)  «yaraqlılar yayaraq»,  teQri tuta  (BK ş
14)  «tanrı  tutaraq»,  teQri basa (T 38)  «tanrı basaraq»,  ıduk yer
sub  basa (T 38) «müqəddəs yer,  su basaraq», kağan uça (BK c 
10)  «xaqan  uçaraq»,  üç  karluk  təzə  (MÇ  11)  «üç  karluk 
qaçaraq»,  Küli  çor  iti  (KÇ  14)  «Kül i  çor  edək»,  Kidi çor  ayı 
(MÇ  14)  «Küli  çor  çağıraraq»,  ben  yapın  (MÇ  44)  «mən 
tikdirərək»,  Kül  tigin  onlayu  (KT  şm  5)  «Kül  tigin  hücuma 
keçərək», yağırı başı yorıyu (MÇ  18) «yağının başı  yürüyərək», 
eçim kağan olurtukda (KT ş  19) «əmim kaqan oturduqda», Mağı 
kurğan  kışladukda  (BK  ş  31)  «Mağı  kurqanda qışladıqda»,  bes 
süQüs  sü Qüsdükdə  (KÇ  17)  «Beş  dönüş  döyüşdükdə»,  ka Qım 
türk bilgə kağan olurtukınta (BK şm  1) «atam türk müdrik xaqan 
oturduqda», kağan olurtukunta (BK ş 9) «kaqan oturduqda».
İkinci  tərəfi  feli  sifətlə  ifadə  olunan  adlıq  hallı  feli 
birləşmələr:  teQri  bilig  bertük  (T  6)  «tanrı  bilik  verdiyi»,  türk 
bodun  illodük  (KT  ş  7)  «türk  xalqı  el  düzəltdiyi»,  ben  özüm 
bilgə Topukuk ötüntük (T  15) «mən özüm Müdrik Tonyukuk xa­
hiş  etdiyim»,  teQri,  yer yarlıkaduk (BK  ş  10)  «göy,  yer buyur­
duğu»,  inili-eçili kiıjşürtükin (KT ş 6)  «böyüklü-kiçikli düşmən 
etdiyi»,  bəgli-bodunlığ yoQurtukun  (KT  ş  6)  «bəyli-xalqlı  (bir- 
birinin  üstünə) salışdırdığı», üzə teQri,  asra yer yarlıkaduk (BK 
ş  10)  «üstdə tanrı, altda yer buyurduğu», mən kazğanduk (BK  ş
33)  «mən  qazandığım»,  ben yəg  erdükim  (Y  24)  «mən  yaxşılıq 
etdiyim»,  teQri yarlıkaduk  (T  40)  «tanrı  buyurduğu»,  teQri  küç 
bertük  (KT  ş  12)  «tanrı  güc  verdiyi»,  ben  bilgə  Tonyukuk 
təgürtük  (T  47)  «mən  Müdrik  Tonyukuk  çatdırdığım»,  mən 
özüm  kağan  olurtukım  (BK  ş  36)  «mən  özüm  xaqan  otur­
duğum», özüm kazğantukım (T 55) «özüm qazandığım» və s.
Yönlük hallı  feli birləşmələr.  Yönlük hallı feli birləşmə­
lərdə  ikinci tərəf həm təsirli,  həm də təsirsiz fellərlə  ifadə edi­
lir.  İkinci  tərəfin  təsirli,  yaxud  təsirsiz  fellərlə  ifadə  olunması 
birləşmənin  quruluşuna  müəyyən  qədər  təsir  göstərir:  ikinci
89


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə