Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə142/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   177
Adil Babayev

MÜRƏKKƏB CÜMLƏ 
Mürəkkəb cümlə problemi dilçilikdə ən çox 
iĢlənən, 
ən 
çox 
mübahisələrə 
səbəb 
olan 
məsələlərdəndir. Ġstər xarici, istər rus, istərsə də 
Azərbaycan dilçiliyində mürəkkəb cümləyə çoxlu 
təriflər verilmiĢdir. Mürəkkəb cümlələrə verilən 
təriflərin əksə- rində belə bir ümumi fikir vardır ki, o, iki 
və daha artıq sadə cümlənin bir qrammatik və məntiqi 
tam ətrafında birləĢməsindən yaranır. Mürəkkəb 
cümlədə 
birləĢən 
hər 
sadə 
cümlənin 
öz 
sintaktik-qrammatik əsası olmalıdır. Bu mövqedən 
yanaĢdıqda mürəkkəb cümləyə verilən belə sadə təriflə 
razılaĢmaq olar ki, iki və daha artıq sadə cümlənin 


birləĢməsindən ibarət olub, bir mürəkkəb fikir ifadə edən 
cümlələrə mürəkkəb cümlə deyilir. 
Komponentlərinin 
istər 
sintaktik-qrammatik, 
istərsə də məntiqi cəhətdən qarĢılıqlı əlaqə və 
münasibətlərinə görə mürəkkəb cümlələri iki qrupa 
bölmək olar: 
1.
Tabesiz mürəkkəb çümlələr. 
2.
Tabeli mürəkkəb cümlələr. 
Tabesiz mürəkkəb cümlələr. Adından da 
göründüyü kimi, tabesiz mürəkkəb cümləni əmələ 
gətirən müstəqil tərkib hissələri bir-birinə tabe olmur. 
Bunları qrammatik cəhətdən bir- birinə bağlayan ya tabe 
etməyən bağlayıçılar, ya da intonasiya olur. Məs.,
YaxĢı görünür surəti-məhvəĢlərin, əmma 
YaxĢı nəzər etdikdə sərəncamı yamandır. 
(Füzuli) 
Duma uçuban həvayə düĢdü,
Laçın aluban ovayə düĢdü 
(Xetai) 
Tabesiz mürəkkəb cümlələri əmələ gətirən tərkib 
hissələr – sadə cümlələr arasında məntiqi əlaqə də 
olmadıdır. Buna məna 
olaqoləri deyilir. Belə əlamətlərin aĢağıdakı 
növləri vardır: zaman əlaqəsi (eyni zamanlıq və 
ardıcıllıq), aydınlaĢdırma olaqosi, ziddiyyət əlaqəsi, 
bölüĢdürmə əlaqəsi. 
Zaman
əlaqəsi sadə cümlələr arasında birləĢdirici 
ünsür kimi çıxıĢ edir. Zamanın eyni zamanlıq və 
ardıcıllıq ifadə edən ıkı növü vardır. Məs.,
Eyni zamanlıq: 
Çıxır dağ döĢünə körpə quzular,


Tərlanın səsini əks edir sular. 
(S. Vurğun) 
Ardıcıllıq.
Ġclas qurtardı, hamı Rüstəmə baxırdı. 
(M. İbrahimov).
Aydınlaşdırma
əlaqəsi tabeli mürəkkəb cümlələrdə 
tərəflərin biri (çox vaxt birincisi) digərini aydınlaĢdırır. 
Bu tipli tabeli mürəkkəb cümlənin iki növü vardır: 
A n a 1 i t i k-s i n t e t i k
tipli tabesiz mürəkkəb- 
cümlələrdə əvvəlcə tərəflər izah edilir, sonra ikinci tərəf 
onu ümumiləĢdirir. Məs., Kimi odun yarır;, kimi ocaq 
yandırır, kimi düyü andır, kimisi Hacının evinə 
qarın-qarın yağ gətirir – hərənin əli bir iĢdə idi. 
(M. 
Colal).
Sintez-analiz
tipli tabesiz mürəkkəb cümlələrdə isə 
ümumiloĢdirici məlumat verilir, sonra iso onun 
təfərrüatı. Bu, bir növ əvvəlkinin əksini təĢkil edir. Elo 
həmin cümlənin komponentlərinin yerini dəyiĢməklə bu 
növ cümləni almaq olar. Məs., hörənin əli bir iĢdə idi: 
kimi odun yarır, kimi ocaq yandırır, kimi düyü arıdır, 
kimisi Hacının evinə qarın-qarın yağ gətirirdi. 
Və yaxud baĢqa bir misal: Mənim noyimdir: evim 
var, maĢınım var, savadını var. 
Qarşılı q-z i d d i y y o t
olaqoli tabesiz mürokkəb 
cümlolərdə sadə cümlələrdə ifadə edilmiĢ fikirlər 
bir-birinə qarĢı qoyulur.-Məs., Payız çoxdan girmiĢdi, 
amma 
qardan 
əsər- 
olamət 
yox 
idi. 
(C. 
Məmmodquluzadə).
Qarşılıq-ziddiyyət
əlaqəli tabesiz mürəkkəb 
cümlələrdə sadə cümlələrdə ifadə edilmiĢ fikirlər 
bir-birinə qarĢı qoyulur.-Məs., Payız çoxdan girmiĢdi, 
amma 
qardan 
əsər- 
əlamət 
yox 
idi. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə