Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə143/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   177
Adil Babayev

(C. 


Məmmədquluzadə).
Bu cümlədə ziddiyyətli qarĢılaĢdırma vardır. 
Bəzən qarĢılaĢdırma ziddiyyotsiz olur. Mos., Dəyirman 
bildiyini eylər, çax-çax baĢın ağrıdar. Ġt hürər, karvan 
keçər. 
Bölüşdürmə əlaqəsi
dildə o qədər də geniĢ 
yayılmamıĢdır. Tabesiz mürəkkəb cümlədə fikirlər 
bir-birini əvəz edir, müəyyən iki və daha artıq fikirdən 
birinin icrasına iĢarə edilir. Məs., Ya mən gəlim, ya sən 
gəl. 
Tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə 
ilə tabesiz mürəkkəb cümlələrdə oxĢar cəhətlər olsa da, 
onlar məntiqi və qrammatik cəhətdən fərqlənir. Əgər 
tabesiz mürəkkəb cümlənin komponentləri bərabər 
hüquqlu olursa, tabeli mürəkkəb cümlələrdə tərəflər 
bir-birindən həm məntiqi, həm də qrammatik cəhətdən 
asılı olur. Belə ki, komponentlərdən biri digərinin 
izahına möhtac olur. Bu möhtaclığın növü də tabeli 
mürəkkəb cümlənin budaq cümlələrində ifadə edilir. 
Tabeli mürokkob cümlənin də tərəfləri həm 
bağlayıcı, hoın do intonasiya vasitəsilə birləĢir. 
Belə cümlələrdə tabe olan hissə budaq, tabe edən 
tərəf isə baĢ cümlə adlanır. Budaq cümlənin hüdudları, 
xüsusiyyətləri, onlara münasibət haqqında çox deyilmiĢ, 
çox da yazılmıĢdır.
1
Tabeli mürəkkəb cümlələrdə əsasən, cümlənin bu 
və ya digər üzvü baĢ cümlədə iĢtirak etmir, geniĢlənərək 
budaq cümlə səviyyəsində çıxıĢ edir. Bu səbəbdən də 
1
Bax:
Ə.A b d u 11 a y c v. «Müasir Azərbayçan dilində tabeli 
mürəkkəb cümlələr. B., «Maarif». 1974. 


belə cümlələri sadələĢdirmək olur. Bu vaxt budaq çümlə 
sadə geniĢ cümlənin müəyyən üzvünə çevrilir. Budaq 
cümlənin tipini müəyyənləĢdirmək üçün baĢ cümləyə 
sual vermək lazımdır. Budaq cümlə baĢ cümləyə 
verilmiĢ hansı üzvün sualına cavab verirsə, deməli, 
həmin üzvün ad» ilə bağlıdır. Cümlə üzvlərinə görə 
budaq cümlənin aĢağıdakı növləri vardır: mübtəda, 
xəbər, təyin, tamamlıq və zərflik budaq cümləsi. 
Mübtəda budaq cümləsi tabeli mürəkkəb cümlədə 
mübtəda baĢ cümlədə iĢtirak etmir. BaĢ cümləyə 
verilmiĢ mübtəda sualları ilə onu müəyyənləĢdirmək 
olar. Məs., Məlum olur ki, insanın saçının tökülməsi və 
saqqalının ağarması onun qocalığına dəlalət etməz. 
(Ü. 
Hacıbəyov).
BaĢ cümlədə olan «məlum olur» ki, 
hissəsində «nə» sualına cavab tapmaq üçün ikinci 
hissəyə müraciət edirik. 
Xəbər budaq cümləsi, adətən, ismi xəbərlərlə ifadə 
edilməli cümlələrdə xəbər iĢtirak etmədikdə yaranır. O, 
baĢ cümlənin iĢarə əvəzliyi ilə ifadə edilmiĢ xəbərini 
izah edir. BaĢ cümlədə 
budur, odur, belədir, elədir, bu 
idi, o idi
və s. kimi əbərlər olduqda budaq cümlə xəbəri 
izah edir. SadələĢdikdə cümlənin xəbəri olur. Məs., 
Arzum budur, boy atasız, ananıza tez çatasız. 
Tamamlıq budaq cümləsi baĢ cümlədə olmayan 
tamamlığı ovoz edir. Tamamlıq xəbərə aid olduğu kimi, 
tamamlıq budaq çümləsi də baĢ cümlənin xəbərini 
tamamlayır. Tamamlıq hansı hallarda ifadə olunursa
həmin vəziyyətlərdə do tamamlıq budaq cümləsi olur. 
Məsələn: 
Dedi: sənlə yoxdur aram,
Dedim: axı sənətkaram 


Çox özünü öymə, dedi. 
(H. Arif). 
Təyin budaq cümləsi baĢ cümlədə isim və 
substantivləĢmiĢ hər hansı üzvü (mübtəda, tamamlıq və 
s.) izah edir. Təyinin sualları olan 
necə? nə cür? hansı?
suallarından birinə cavab verir. Məs., Həmin Rüstəməm 
ki, topdağıtmaz CümĢüd bəyin evini xaraba qoydum. 
(N. 
Vəzirov).
Zərflik budaq cümləsi də öz növbəsində baĢ 
cümlənin iĢtirak etməyən zərfliyini əvəz edir. 
Zərfliyin özünün bir neçə nevü olduğu kimi, 
zərflik budaq cümləsinin də həmin adda növləri vardır. 
Tərzi-hərəkət budaq cümləsi baĢ cümlədəki iĢ hal 
və hərəkətin necə icra olunduğunu bildirir və 
песо? по 
cür? 
suallarına çavab olur. Məs., Elə acmıĢam ki, nə 
versən yeyərəm. 
Müqayisə budaq cümləsi tərzi-hərəkətə çox 
yaxındr. Bu müqayisə daha çox məntiqi xarakterdə olur. 
Məs., MaĢın elə gedirdi ki, sanki qanadlı quĢdur. 
Zaman budaq çümləsi baĢ cümlədəki iĢ, hal və 
hərəkətin zamanını bildirir və 
no vaxt? по zaman?
suallarından birinə cavab verir. Məs.,
Çaldı vəqta ki, ərəb ləĢkəri-ətrakə zəfər 
Dini abamızı eylədi həp zirü-zəbər. 
(Sabir). 
Yer budaq cümləsi baĢ çümlədə icra olunan iĢ, hal 
və hərəkətin yerini bildirir və yer zərfliyinin suallarına 
cavab olur. Məs., O yerdə ki, sən varsan, bil ki, varam 
mən. O yerdən ki, su axmadı, orada yaĢamaq, ev tikmək 
olmaz. 
Səbəb budaq cümləsi baĢ cümlədəki iĢ, hal və 


hərəkətin səbəbini bildirir, 
no səbəbə? nə üçün? niyə? 
nədən ötrii? 
suallarına cavab verir. Məs.,
Onunçun öyrətdim ki, əlimi bu sənətə- 
Bir gün sənə əl açıb düĢməyim xəcalətə. 
(Nizami). 
Kəmiyyət budaq cümləsi baĢ çümlədə icra olunan 
iĢ. hal və hərəkətin kəmiyyətini bildirir və 
nə 
qədər
?sualına cavab 
verir. Məs., Nə qədər apara bilirsən , o qədər götür. 
Nə qədər ki, sən tapĢırmıĢdın, o qədər də mən aldım. 
Nəticə budaq cümləsi çox vaxt tərzi-hərəkət budaq 
cümləsinə oxĢasa da, ümumi nəticə bildirdiyi üçün 
ondan ayrılır. Belə ki, nəticə budaq çümləsində baĢ 
cümlədən sonra «nəticədə» sözünü fikrən əlavə etmək 
olur. Bundan əlavə, nəticə budaq cümləsi sadələĢmir. 
Məs., O qədər edəcəksən ki, o nataraz dədən tutacaq 
qolundan qatacaq Yastı Salmanın qabağına, 
(M. 
İb-rahimov).
Ġlk baxıĢda cümlə kəmiyyət budaq 
cümləsinə oxĢayır. Amma diqqətlə yanaĢdıqda nəticə 
mənası aydın görünür. 
ġərt budaq cümləsi də sadələĢməsı mümkün 
olmayan qrammatik konstruksiyadan ibarət olur. Belə 
cümlələrdə baĢ cümlədəki iĢ, hal və hərəkətin Ģərti izah 
edilir. Məs., Ürəyimə gələni deməsəm, buradan 
getmərəm.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə