Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə144/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   177
Adil Babayev

VII FƏSĠL 
DÜNYA DİLLƏRİNİN TƏSNİFİ 
Dünya dillərinin təsnifi dilçilik elminin qarĢısında 
duran mühüm elmi problemlərdəndir. Bu problem 
dilçilik tarixində o qədər də qədim deyildir. Doğrudur, 
hələ XI əsrdə M. KaĢqari turk dillərini müəyyən 


əlamətlərinə görə dörd qrupa bölmüĢdü. Amma bu, 
dünya dillərinin təsnifi məsələsində irəli atılmıĢ ilkin 
addımlardan biri hesab edilə bilər. Dillərin təsnifi qədim 
tarıxo malik ola bilməzdi. Bu, hər Ģeydən əvvəl, belə bir 
məntiqi səbəblə əlaqədardır ki, dünya dilləri 
öyrənilmədiyi təqdirdə onları-qruplaĢdırmaq, hər hansı 
prinsip üzrə təsnif etmək üçiin dillərin əksəriyyəti 
haqqında düzgün elmi məlumata malik olmaq lazım idi. 
BaĢqa sözlə, dillər tədqiq edilməli, onların qrammatik 
xüsusiyyətləri nnüəyyənləĢdirilməli idi. 
Müasir dövrdə dünyada 3000-ə qədər dil vardır. 
Bu rəqəm dünya dilçilərinin Ġspaniyada- keçirilmiĢ 
simpoziumunda deyilmiĢdir. Əslində müasir dövrün 
özündə belə dünya xalqlarının və onların dillərinin sayı 
haqqında məlumatlar dəqiq deyil. 
1965-ci ildə iki bir-birindən fərqli məlumatlar 
verilmiĢdi «Население мира» məlumat-sorğu kitabı, 
dünyada 2000 müxtəlif dil olduğunu, «Kommunist» 
jurnalı isə bu rəqəmin 2500 – 3000 olduğunu göstərirdi 
(N- 13, səh. 56). 
Bu rəqəmlərin müxtəlifliyi və aralarındakı bu 
qədər böyük fərq mütəxəssisləri təəccübləndirmir. Çünki 
dünya dillərinin hamısının öyrənildiyini, bütün yer 
üzündə yaĢayan kiçik qəbilə və tayfa birləĢmələrinin 
müəyyənləĢdirildiyini demək olmaz. Bundan əlavə, dil 
və dialektlərin sərhədlərini müəyyənləĢdirməkdə də 
müxtəlif mövqelər vardır. Bəziləri dil və onun variantı 
arasındakı fərqə əhəmiyyət vermir. Məs.: komi-zıryan və 
komi-permyak dillərini müstəqil və ya eyni dilin variantı 
kimi götürməli? Bu məsələlərə qəti hökm vermək 
çətindir. Çünki bunların hər ikisi müstəqil Ģəkildə 


öyrənilməlidir. BaĢqa bir misal, məlumdur ki. Çin dilinin 
Pekin dialekti ilə ġanxay dialekti o qədər fərqlənir ki
həmin dialektlərin nümayəndələri bir-birini baĢa 
düĢmür. Hətta ġanxaya gələn Pekin qatarının bolədçilori 
saatı iĢarə ilə soruĢurlar. Amma azərbaycanlılarla 
türkmənlər bir-birini çox yaxĢı baĢa düĢür. Necə olsun? 
Son iki dili müstəqil hesab etdiyimiz halda, ġanxay və 
Pekin dialektlorini müstəqil hesab etmək olar, ya yox? 
Bu suala cavab vermək üçün dialektlər tamamilə 
öyrənilməlidir. Əgər hər bir dialektin müstəqil 
qrammatik quruluĢu varsa, onları müstəqil hesab etmək 
olar. Beləliklə, bütün dünya dilləri haqqında dilçilik 
elminin o vaxt dəqiq məlumatı olacaq ki, bütün dillər 
tədqiq edilmiĢ olsun. Ġndi dünya dillərinin öyrənilmə 
səviyyəsi onları bir neçə prinsipə görə təsnif etməyə 
imkan verir. Ümumi dilçiliyin ən əsas vəzifələrindən biri 
budur ki, dünya dillərini- sıstemləĢdirsin, onların 
linqvistik-qrammatik 
tipini 
öyrənsin, 
qohumluq 
əlaqələrini müəyyənləĢdirsin.. Dünya dilləri aĢağıdakı 
prinsiplər üzrə təsnif edilir: 
1.
Areal (coğrafi) təsnif; 
2.
Funksional təsnif; 
3.
Tipoloji təsnif; 
4.
Genealoji təsnif. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə