Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə164/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   177
Adil Babayev

 
DĠL VƏ KOMPÜTER 
Vaxtilə Karl Marks yazırdı ki, hər hansı bir elm öz 
inkiĢafının yüksək mərhələsinə o vaxt qədəm qoyur ki, o, 
öz tədqiqatlarında riyaziyyat metodlarından istifadə 
etmiĢ olsun. Bu sahədə ən çevik elm dilçilikdir ki, bütün 
elmlərlə (o cümlədən dəqiq elmlərin hamısı ilə) 
əlaqədardır. 
XX əsrin əvvəllərindən baĢlayaraq ənənəvi dilçilik 
əsasında yaranan yeni dilçilik sahəsi “Struktur dilçilik” 
həmçinin bir sıra tətbiqi dilçilik sahələrinin “Riyazi 
dilçilik”, “Hesablama dilçiliyi”, “Statistik dilçilik”, 
“Kibernetik dilçilik”, “Mühəndis dilçiliyi” və s. kimi 
dilçilik sahələrinin də inkiĢafına təsir edirdi. XX əsrin 
ortalarında meydana gələn kompüter elə bir geniĢ sahə 
yaratdı ki, bütün əvvəlki qeyri-ənənəvi dilçilik sahələrini 
özündə birləĢdirdi. Beləliklə, “Kompüter dilçiliyi” 
yarandı. 
XX əsr texnikanın inkiĢaf əsri idi. Texnikanın 
yüksək inkiĢafı sosial həyatın bütün sahələrinə nüfuz 
etdikdən sonra insanların (mütəxəssislərin) iĢi asanlaĢdı. 
Avtomatik 
tərcüməni 
bugünkü 
kompüter 
dilçiliyinin baĢlanğıcı hesab etmək olar. Avtomatik 
tərcümə ideyası ilk dəfə Amerika alimləri B.But və 
Uiver tərəfindən irəli sürülmüĢdür. Onların ixtira 
etdikləri kompüterlərə rus və ingilis dillərinin material 
yerləĢdirildi. 
Bundan sonra 1954-cü ildə ABġ-da rus dilindən 
ingilis dilinə tərcümə həyata keçirildi. SSRĠ bu iĢdə geri 
qalmaq istəmədi. 1956-cı ildə Moskvada Fransız və 


ingilis dillərindən rus dilinə tərcümə baĢ tutdu. 
Azərbaycanda da bu iĢ qısa bir zaman kəsiyində sürətlə 
inkiĢaf etdi. 
Bu sahədə A.Axundovun, M.Mahmudovun, 
V.Y.Pinesin, 
R.Ə.Fətullayevin, 
Ə.M.Xəlillinin, 
Ə.A.Əliyevin, K.A.Vəliyevanın, M.Q.Məmmədovun və 
baĢqalarının adlarını çəkmək olar. Bu sahədə ən geniĢ 
xidmət R.Q.Piatrovski məktəbinin nümayəndəsi Məsud 
Mahmudova aiddir. M.Mahmudov kompüter dilçiliyini 
milli dilçiliyimizin yeni sahəsi kimi iĢləmiĢ, dilimizin 
Milli korpusunu müəyyən etmiĢ, kompüter lüğətçiliyini 
yaratmıĢ, mətnin formal təhlil sistemini Azərbaycan 
dilinin 
Milli 
korpusunun 
tərkib 
hissəsi 
kimi 
araĢdırmıĢdır. O mətnin formal təhlil sisteminin leksik 
blokunun, mətnin formal təhlil sisteminin morfoloji 
blokunun, mətnin formal təhlil sisteminin morfonoloji 
blokunun, mətnin formal təhlil sisteminin sintaktik 
blokunun sərhədlərini və daxili elementlərini müəyyə-
nləĢdirmiĢ, beləliklə Azərbaycan dilinin bütün sistemini 
kompüterləĢdirmiĢdir. 
M.Mahmudov 
yazır: 
“Mühəndis 
dilçiliyi 
prinsipləri əsasında yaradılmış linqvistik modellər real 
dil hadisələrini və qanunauyğunluqlarını tam təqlid 
etmək, doğurmaq keyfiyyətinə malikdir. Bu isə dilin 
mahiyyətinin 
dərki 
prosesində 
müham həlledici 
amildir…”
1
“Kompüter dilçiliyi yenicə formalaşmaqda olan
1
Mahmudov M. Kompüter dilçiliyi. Bakı, “Elm və Təhsil”, 
2013, səh.314. 


lakin böyük gələcəyi olan, bəşəriyyətə fayda verəcək bir 
elm sahəsidir. Cəmiyyətin gələcək inkişafını kompütersiz 
təsəvvür etmək mümkün olmadığı kimi, dilçilik elminin 
də gələcək inkişafı perspektivlərini və istiqamətlərini 
kompüter dilçiliyi olmadan təsəvvür etmək mümkün 
deyildir”.
1
1
Mahmudov M. Kompüter dilçiliyi. Bakı, “Elm və Təhsil”, 
2013, səh.317.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə