Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə165/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   177
Adil Babayev

SOSĠOLĠNQVĠSTĠKA 
Dilçiliyin bu sahəsi dilin sosial problemlərlə 
əlaqələndirilməsi nəticəsində yaranmıĢdır. Bu elm sahəsi 
öz ideyasını (bəlkə də tam əsasını) F.de Sossürdən 
götürsə də əsasən keçən əsrin 60-cı illərində formalaĢıb. 
Müstəqil dilçilik sahəsinə çevrilmiĢ, hətta ənənəvi 
və struktur dilçiliklə çiyin-çiyinə – onların səviyyəsində 
inkiĢaf etmiĢdir. Hətta bəzən sosiolinqvistlər ənənəvi 
dilçiliyi ikinci plana keçirərək öz ideyalarını irəli 
sürürlər ki, əgər dil sosial hadisədirsə, cəmiyyətə xidmət 
edirsə, ictimai hadisələri (dəyiĢiklikləri) əks etdirirsə
cəmiyyətlə birlikdə inkiĢaf edirsə (və ya tənəzzül edirsə) 
onda dilçilik özü də ictimai sosial olmalıdır. Bu bir 
həqiqətdir ki, cəmiyyətdən kənarda dil ola bilməz. Dil də 
öz növbəsində cəmiyyət inkiĢafını göstərən xüsusi 
barometrdir. Çünki cəmiyyətdə baĢ verən bütün 
hadisələr dildə öz əksini tapır. Dilin cəmiyyətdəki fəal və 
qeyri-fəal fəaliyyəti bu problemin əsas mövzularından 
biridir. Məsələn, Sovet dönəmində Azərbaycan dili 
Qurultay salonlarından, iclas keçirilən salonlardan, Bank 
sistemindən, hərbi sahədən və s. bir çox sahələrdən 
qovulmuĢdu. Ona görə də dilimizin bu sahələrə aid 
inkiĢafından danıĢmaq olmazdı. 
Azərbaycan dilçiliyində bəzi ötəri əsər və 
məqalələri 
nəzərə 
almasaq, 
deyə 
bilərik 
ki, 
sosiolinqvistikanın elm kimi formalaĢmasında hamıdan 
əvvəl də Ə.Rəcəblinin adını çəkmək lazım gəlir. O, 
2004-cü ildə çap etdirdiyi “Sosiolinqvistika” adlı 
əsərində yazırdı: 
“Sosiolinqvistika fənlərarası elmdir. 


Onun mahiyyəti dilin fəaliyyəti və inkişafı prosesində 
linqvistik və sosial olanın qarşılıqlı münasibət və 
əlaqələrini, habelə bir dilin başqa dillərlə qarşılıqlı 
əlaqələrini müəyyənləşdirməkdir. Sosiallıq sosial 
faktorların və ictimai həyat prosesinin vəhdətdə 
götürülməsidir, linqvistik olanlar da sosialdır, lakin 
sosiallinqvistikada 
linqvistik 
olan 
sosial 
olanla 
qarşılaşdırılır. Xüsusi spesifik olan ümumi olana qarşı 
qoyulur. Beləliklə, linqvistik olan xüsusi (linqvistik) 
substansiyaya çevrilmiş, tarixən materiallaşmış, 
xüsusiləşmiş sosial olan kimi nəzərdən keçirilir… Dilin 
fəaliyyəti, inkişafı və dillərin qarşılıqlı əlaqələri sosial 
şərtlənmiş ümumi və xüsusi qanunauyğunluqlarının 
predmetinin belə başa düşülməsi bütün dil hadisələrinin 
təhlilinə aid olan və sosial faktorlarla, cəmiyyətin 
inkişafı ilə, cəmiyyətin dillərin qarşılıqlı əlaqələrinə və 
hər bir dilin fəaliyyəti prosesində dilin ünsürləri 
arasındakı əlaqələrə göstərdiyi təsirlə şərtləşmiş 
problemlərin bütün məcmusuna və inkişafına dilin 
təsirini əks etdirən problemləri əhatə edir”
1

Yuxarıda 
deyilənlərdən 
aydın 
olur 
ki, 
sosiolinqvistika cəmiyyətlə, onun məĢğul olduğu bütün 
sosial sferalarla bağlı elm sahəsidir. Bu fənn 
“Magistratura” pilləsində tədris olunduğundan “Dilçiliyə 
giriĢ” də bu barədə geniĢ danıĢmağa lüzum yoxdur. 
1
Rəcəbli Ə.Ə. Sosialingvistika. Bakı, “Nurlan”, 2004, 
səh.496-497.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə