Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə168/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   177
Adil Babayev

NEÇƏ 
KƏLMƏ 
FONOLOGĠYA 
HAQQINDA 
GeniĢ mənada fonologiya fonetikanın özünü də 
əhatə edir. Fonologiya dilçilik elminin bir sahəsi olaraq 
danıĢıq səslərini və prosodik vasitələri, söz və 
morfemlərin səs cəhətini onların ifadə planının 
fərqləndirilməsini 
öyrənir. Əslində fonetika ilə 
fonologiyanı bir-birindən təcrid etmək olmaz (necə ki, 
onları eyniləĢdirmək də mümkün deyil). 
Fonetika ilə fonologiyanı ilk dəfə görkəmli 
slavyanĢünas alim, dilçilik tarixinə Kazan və Peterburq 
dilçilik məktəblərinin banisi kimi Ġvan Aleksandroviç 
Boduen de Kurtene (1845-1929), Böyük Ġsveçrə alimi 
dilçilikdə sosioloji cərəyanın banisi kimi tanınan 
Ferdinand-monejen 
de 
Sössür 
(1857-1913) 
fərqləndirmiĢdir. Fonologiya junanca (fono+logiya) 
kəlmələrinin birləĢməsindən yaranmıĢdır. Dilçiliyin bu 
sahəsi dilin seqment vahidlərini xətti ardıcıllıqla öyrənir. 
Fonetika ilə fonologiyanın daha bir fərqi ondan ibarətdir 
ki, birinci dili bir fizikə hadisə kimi, fonologiya isə daha 
geniĢ mənada ictimai hadisə kimi yanaĢır. Fonologiyanın 
əsas vahidi fonemdir. Məlum olduğu kimi dilin ən kiçik 
vahidi olaraq fonem dil vahidlərinin fərqləndirilməsinə 
xidmət edir. Məsələn, 
dar-kar-qar-nar-tar
və s. kimi 
sözlər təkcə bir səslə 
d, k, t
samitləri ilə fərqlənir. 
Fonologiya isə fonetikaya nisbətən daha geniĢ sahəni 
əhatə edir. Yəni fonologiya danıĢıq səslərini, onların 
birləĢərək yaratdıqları morfemləri söz və cümlələrin 
ifadə vasitələrinin oxĢar və fərqli cəhətlərini öyrənir. 


Buna görə də dilçilik ədəbiyyatında fonologiyanı 
fonematika da adlandırırlar. Fonologiyada bir dilçilik 
sahəsi kimi müxtəlif mövqedən yanaĢmanın səbəbi 
alimlərin öz elmi yanaĢma mövqeyindən də asılı 
olmuĢdur. Amma onları birləĢdirən bir ümumi cəhət 
budur ki, həmin alimlərin hamısı a) fonemi 
fonologiyanın əsas vahidi kimi qəbul edir; b) 
fonologiyanı səslərin, səs birləĢmələrinin yaratdığı 
sözlərin və daha geniĢ mənada prosodik vasitələrin 
funksional 
fəaliyyət 
prosesində 
qazandığı 
linqvistik-semantik xüsusiyyətləri öyrənir. 
L.V.ġerba onları o qədər də fərqləndirmir, 
N.S.Trubetskoy isə onları eyniləĢdirməyi düzgün 
saymırdı. 
Amma fonologiyanın verdiyi imkanlardan istifadə 
edərək bir sıra dilçilik sahələrinin inkiĢafını təmin etmək 
mümkün olmuĢdur. Belə ki, kontrastiv və konfrontativ 
dilçilik sahələrinin, əlifba sistemlərinin habelə kompüter 
dilçiliyinin inkiĢaf etdirilməsində fonoloji tədqiqatların 
son nəticələri böyük rol oynamıĢdır. 



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə