Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə169/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   177
Adil Babayev

DĠSKURS TƏHLĠLĠ 
Dilçiliyin yeni sahələrindən biri də mətnin 
müxtəlif aspektlərini bildirən yeni elmi müddəalar 
məcmusudur ki, buna da bir sıra Avropa dillərində 
diskurs deyirlər. Diskurs obyektiv gerçəklik və ruhi aləm 
haqqında kiçik və tam məlumat verən ünsiyyət 
parçasıdır. 
Bu termin XX əsrin son rübündə bir sıra elm 
sahələrində tətbiq olunur. Əsası XX əsrin əvvəlində 
Z.Harris 
tərəfindən 
qoyulmuĢ 
diskurs 
təhlili 
etnolinqvistikada, koqnitiv dilçilidə, sosial dilçilikdə
natiqlik sənətində və s. sahələrdə geniĢ tətbiq olunur. 
Diskursa müxtəlif mövqedən yanaĢdıqda aydın 
olur ki, yanaĢma nöqtəsindən asılı olaraq müxtəlif cür 
qiymət alır. Diskurs kiçik bir mətnə müxtəlif məna 
çalarlığı gətirmir. Əksinə diskurs təhlilindən sonra alınan 
nəticə diskursun xarakterini müəyyənləĢdirir. 
Diskurs haqqında olan mövcud ədəbiyyatla tanıĢ 
olduqda belə bir qərara gəlmək olar ki, o.ö fəaliyyətdə 
olan dildir. Bu fikirlə razılaĢmayanlar olsa da, diskursun 
fəaliyyətdə olan dil-nitq kimi izah edilməsi mümkündür. 
Məsələn, nitqin reallaĢması üçün beyində onun ilkin 
formalaĢması, psixolinqvistik mexanizmin ifadə 
ediləcək fikrin modelini hazırlaması prosesi ilkin 
mərhələ 
kimi 
qeyd 
edilir. 
Bu 
haqda 
prof. 
A.Y.Məmmədovun 
və 
dos. 
M.Y.Məmmədovun 
“ÇaĢıoğlu” nəĢriyyatı tərəfindən çap edilən “Diskurs 
təhlilinin koqnitiv perspektivləri” (Bakı, 2010) kitabında 
geniĢ məlumat verilir. Diskurs təhlilinə giriĢ əsərində 


F.Veysəlli yazır: 
“Semiotik yanaşma diskursun təkcə dil 
hadisəsi kimi deyil, həm də bir çox sahələri əhatə edən 
praqmatik bir məsələ kimi öyrənməyi imkan verir. Bu 
zaman dil bütün digər ünsiyyət vasitələri sistemilə birgə 
götürülür. Bütövlükdə diskurs digər kommunikativ 
vasitələrin 
çulğalaşdığı meydana çevrilir, onun 
funksiyası, növləri, hüdudları və əlamətləri müəyyən 
mənada sırf dil elementlərindən başqa fərqli cəhətlərin 
də aşkar edilib öyrənilməsilə səciyyələnir”
.
1
Diskursun yaranması həm konkret (dar mənada) 
situasiya, həm də geniĢ sosial durumdan asılıdır. Konkret 
asılılıq insan Ģüurunda diskursiv materialın hazırlanması 
və modelləĢməsinin konkret sosial-siyasi durumdan və 
fərdin psixoloji vəziyyətindən asılıdır. Bu proses dayaz 
və keçici olur. Sosial-siyasi durumla bağlı olan diskursiv 
tamlar isə bir nəfərə-danıĢana aid olmayıb geniĢ kütləvi 
əhatə edir. Bu haqda “Ümumi dilçilik”də geniĢ bəhs 
edildiyindən burada geniĢ məlumat verməyi və 
misallarla problemi Ģərh etməyə lüzum görmürük. 
1
Veysəlli F. Diskurs təhlilinə giriş. B., 2010, səh.10. 



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə