Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə161/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   177
Adil Babayev

XXIII. AMERĠKA HĠNDULARI DĠLĠ 
Amerika hinduları qitənin hər tərəfmə yayılmıĢdır. 
Onların dilləri arasında kəskin dialekt fərqləri vardır. 
Ona görə də coğrafi cəhətdən üç qrupa bölünür: 
A.
ġimali Amerika dilləri; 
B.
Mərkəzi Amerika dilləri
V. Cənubi Amerika dilləri. 
ĠKĠDĠLLĠLĠK (BĠLĠNQVĠZM) VƏ YA 
ĠKĠNCĠ DĠL PROBLEMĠ 
Dilçiliyin əsas problemlərindən biri ikidillilik 
(bilinqvizm) məsələsidir. Müasir dövrdə (habelə tarixən) 
elə bir dövlət olmamıĢdır ki, orada təkcə bir millət olsun. 
HəmiĢə hakim millət və hakim dil problemi olmuĢdur. 
Bir dövlət daxilində xalqların iqtisadi, siyasi və ictimai 
əlaqələri zəruri olmuĢdur. Bu əlaqələr obyektiv və 
subyektiv faktorlara əsaslanmıĢdır. Obyektiv faktorlar 
istehsalın təĢkili, təsərrüfat həyatının birgəliyi, ictimai 
həyatda xalqların zəruri iĢtirakıdırsa, subyektiv faktorlar 
insanların belə bir həyata, iki dilliliyə münasibətidir. 
Müasir dövrdə xalqların Ģüurunu məĢğul edən 
problemlərdən biri, ən çətini bilinqvizmin subyektiv 
faktorudur. 
Tarixən bir dövlət, bir cəmiyyət daxilində hakim, 
millət və onun dili aparıcı mövqe tutmuĢ vo həmin 
millətin dili dövlət dili statusu aldığı üçün ictimai 
həyatın bütün .sahələrində iĢlənmiĢ, beləliklə baĢqa 
dilləri sıxıĢdırmıĢdır.
Bilinqvizm o qodər do sadə problem deyildir. Məs. 
L.X.Du- rov belə hesab edir ki, bilinqvizm «iki dildə 
sorbost danıĢmaq, biri keçmiĢ nəsillordən irs dil – ana 


dili və ikinci – özgə xariçi dil»dir. 
U. Vaynroyk isə bilinqvizmi dillərin növbəli 
iĢlədilməsi kimi xarakterizə edir. Ümumiyyətlə, iki dili 
eyni səviyyədə bilmək çox çətindir. Bir çox alimlərin, o 
cümlədən V. A. Avrorinin, N.A.Baskakovun, F. Ə. 
Ġbrahimbəyovun, Ġ. K. Belodcdin, Y. D. DeĢeriyevin, S. 
K. Kenisbayevin vo baĢqalarının fikri məhz belədir. 
Dünyanın bir çox ölkələrində bilinqvizm məsələlərini 
həll etmək çox çətindir. Bir tərəfdən hakim millət öz 
dilini daha da inkiĢaf etdirmək, həyatın bütün 
sferalarında iĢlətməyə çalıĢır. BaĢqa – azlıqda qalan 
xalqlar da elə həmin səylə öz dillərini yaĢatmağa, ön 
plana çəkməyə çalıĢırlar. Bir neçə kapitalist 
ölkələrindəki vəziyyətə nəzər salaq. Onların içərisində 
elələri vardır ki, bilinqvizm problemindən azaddır. Məs., 
Almaniya əhalisinin 99, 9 faizini almanlar, Portuqaliya 
əhalisinin 99, 6 faizini portuqaliyalılar, Ġtaliya əhalisinin 
98, 2 faizini italyanlar, PolĢa əhalisinin 98, 2 faizini 
polyaklar təĢkil edir. Əlbəttə, bu dövlətlərdə ikinci dil 
problemi ola bilməz. Belə dövlətlərdə milli məsələ kimi 
bir problem də qarĢıda durmur. Amma elə dövlətlər də 
vardır ki, orada müxtəlif millətlər yaĢayır. Məs.: 
Yuqoslaviyada 1959-cu il məlumatına görə 18 milyon 
448 min nəfər əhali olmuĢdur. O cümlədən serblər 7700 
min, xorvatlar 6300 min, slovenlər – 1600 min, 
bosniyalılar 1070 min, makedoniyalılar 1 milyon, 
albanlar 860 min, macarlar 540 min, türklər 220 min 
nəfər 
olmuĢdur. 
Afrikanın 
bütün 
dövlətləri 
çoxmillətlidir. Məs., Qana respublikasının bütün əhalisi 
6600 min nəfər olduğu halda, burada 56 dil 
müəyyənləĢdirilmiĢdir. Milli ayrıseçkilik siyasəti 


xalqların bilinqvizm məsələsinə yanaĢmasında əsas 
psixoloji platformanı təĢkil edir. Amerika BirləĢmiĢ 
ġtatları ki bütun kapitalizm dünyasında «Azad ünyamn 
qalası» kimi tanınır, burada hakim dil ingilis dilidir. 
Burada qaralara nisbətən ağ irqə mənsub olanların sayı 8, 
5 dəfə çoxdur. Dərisi rəngli olanlara zəncilər, hindular, 
yaponlar və cimilər daxildir. Amerika BirləĢmiĢ 
ġtatlarında ingilis dilini zorla baĢqa xalqlara qəbul 
etdirdiklərini heç gizlətmirlər də, ona göro də 25 
milyondan artıq adam məcburi surotdə ingilis dilini 
öyrənməli və danıĢmalıdır. 
ĠnkiĢaf etməkdə olan, bloklara qoĢulmayan 
Hindistanda dil məsələsi daha ciddi Ģəkildədir. 1950-ci 
ildə Nehru inqilabı qalib gəldikdən sonra Hindistan 
müstəqil respublika oldu və elan edildi ki, on beĢ ildən 
sonra, Yəni 1965-ci ildə Hindistan Respublikasının 
dövlət dili hind dili olcaq. Amma bu günə qədər orada 
yenə ingilis dili dövlət səviyyəsində iĢlənir. Bunun 
səbəbi o deyil ki, hind dili dövlət səviyyəsində 
iĢlədilməyə layiq deyil və ya dövlət rəhbərləri bunu 
istəmirlər. Bunun əsas səbəblərindən baĢlıcası budur ki, 
Hindistanda 179 dil və 544 dialekt vardır ki, bu 
dialektlərin daĢıyıcıları öz dialektlərinə müstəqil dil 
statusu tələb edirlər. Hindistanda 720 dil və dialektdə 
nəĢriyyat iĢi aparılır və ədəbiyyat inkiĢaf edir. 
Hindistanda əhalinin əsas hissəsini təĢkil edən 
hindlilərin özü belə respublika əhalisinin dörddə 
birindən do azdır. Burada bharlar, teluqlar, moratlıilər, 
benqallar, bhililər, sindhilər, Ģipalar və s. yaĢayır. 
Əlbəttə, belə bir ölkədə dil məsələsini həll etmək çox 
çətindir. Burada hər Ģtatın öz dilində məktəb, nəĢriyyat, 


mətbuat və s. vardır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə