Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə159/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   177
Adil Babayev

tüfəng, qundaq, xan, xanım, yaylaq, e/, oba
və s. kimi 
sözlər Səfəvilər dövründə Azərbaycan dilindən 
keçmiĢdir. 
Azərbaycan dilinin əməli Ģəkildə iĢlədilməsi, onun 
ən incə və dərin fikirləri ifadə etməyə qadir olduğunun 
sübut edilinəsi bilavasitə dahi Fuzulinin adı ilə bağlıdır. 
Dahi Ģair ana dilində misli görünməmiĢ əsərlər yazaraq 
müəyyən mənada dilimizi ərəb və fars dillərinin 
qarĢısına çıxardı və sübut etdi ki, mənim dilim heç də 
ərəb, fars dilindən aĢağı deyil. ġair divanının dibaçəsində 
deyir: «Bir gün nigari-miĢkiııxott ki, daneyi-xalinə 
miĢki-Xütən demək xəta idi və zülfi rəĢkindən 
nafeyi-tatarin 
ruzgari 
qara 
idi, 
sərvinaz kimi 
xuraman-xuraman mən uftadəsinə sayeyi-mərhəmət 
saldı və Ģirin-Ģirin kəlima ilə xatirim sorub, könlüm aldı. 


Əsnayi-mühavirət və hiyni-müha- sibətdə dedi ki: 
– 
Ey 
Ģükufeyi-bustani 
fəsahət 
və 
ey 
səbzeyi-növbahari- 
hüsni-ibrət, 
lillahilhomd 
iradeyi-tövfıqi-sübhani və məĢiyyəti- teyidi-rəbbani 
məınaliki-dönünuni-nəzmü nəsr təsxirin sənə müyəssər 
etmiĢdir və növbəti-riyasəti-əqalim-süxən tədriclo sənə 
yetmiĢdir. Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə 
kamillər çoxdur.. Əmma sən kimi cəmii-lisanə qadir 
çamci- fünuni-nəzmü nəsr yoxdur. Hala ki, 
miftahi-zəbanin ruyi- ruzkarə əbvabi-feyz açmaqda və 
ğəvvasi-təbin xəvvasi əvamə dəryayi-fəsahətdən 
cəvahiri-bəlağət çıxarıb saçmaqda-dır. Əhaliyi-alətdən 
bəzi ləaliyi-münĢəat və müəmməyatiidən bəhreyi-feyz 
almıĢlar və bəzi məsnəvi və qəsaidindən təmətte 
bulmuĢlar və bəzi farsi qəzəlləri nəqĢi-zəmir etmiĢlər və 
bəzi ərəbi rəcəzlərin zövqin yetmiĢlər, haĢa ki, türkzadə 
məhbublar feyzi-nəzmindən bəhrəməid olmayalar və t a i 
f e y i-ətrak sahibməzaqlan bustani-kəlamindən 
Ģükufeyi-divani-ğəzolin bulmayalar».
1
Dahi Ģair Ġraqda, ərəb ölkəsində anadan olduğuna 
görə ana dilindəki Ģerlərində öz doğma xalqının dilini, 
Ģirinliyini, Ģəhdini verə bilməməyindən də ehtiyat edərək 
deyirdi: «Təvəqqe budur ki, ümumən əhaliyi-izü 
etibardən, xüsusən büləğayi-Rum (Türkiyə – 
A. B.)
və 
fısəhayi-tatardan ki, əgər Ģahidi-hüsni- ibaətimdə ol 
diyarın əlfazü ibarətlə-rindən ziyvər olmasa və 
müxəddəreyi-nəzmim ol mülklərin lətaifü-zərbül 
məsəllərindən ziynət bulmasa, bu daini məzur 
1
Bax:
M. Füzuli. Əsərləri. I c., B., 1958, səh. 43 – 44. 
-
Yenə orada, 
səh. 45. 


buyuralar».
2
Böyük Ģair ana dilinə yuxandan baxan, onun Ģer, 
sənət dili olmadığını iddia edən bəzi ərəb və 
farspərəstlərə qarĢı çıxaraq Azərbaycan dilinin əsil 
Ģeriyyət üçün yarandığını göstərirdi. O dövrdə fars dili 
əsasında bəzi köhnə Ģablon ifadələr yaranmıĢdı ki, 
farsdilli Ģerin guya gözəlliyi onlar imiĢ. M. Füzuli ana 
dilində elə Ģer inciləri yaratdı ki, fars dilində onun 
bənzəri olmasın. Amma Ģair yenə ana dilində Ģer 
yazılmadığını təəssüflə yad edirdi: 
01 səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 
ġair bununla demək istəyir ki, farsca ona görə Ģer 
çoxdur və hər kos ona görə bu dildə yazır ki, türk dilini 
Ģer dili hesab etmirlər. Belə hesab edirlər ki: 
Ləhceyi-türki qəbuli-nəzm tərkib eyləsə,
Əksərən əlfazi ııamərbutü nahəmvar olur. 
Guya, Azərbaycan dilində Ģer yazılsa, əksər sözləri 
rabitəsiz və nahamvar olar. Füzuli sübut edir ki, mən bu 
çətinliyi asan eləyə bilərəm: 
Məndə tovfiq bulsa, bu diişvari asan eylərəm. 
Novbahar olğac dikəndən bərgi-qül izhar otur. 
deyərək göstərir ki, məndə güc olsa, bu çətinliyi 
elə asan edərəm ki, bahar gələndə tikan qönçə açdığı 
kimi, tikana bənzədilən bir dil də gül kimi açılar. 
Doğrudan da, dahi Ģair Azərbaycan dilində misli 
görünməmiĢ dərin və geniĢ mənalı Ģerlər yaradaraq 
dilimizin inkiĢafında yeni bir mərhələ açdı. 
Dünyanın məhəbbət dastanları: «Romeo və 
Cülletta» – ingilis ədəbiyyatında, «Qrimhilda və 
Brunhilda» – alman ədəbiyyatında, «Ruslan və 


Lyudmila» – rus ədəbiyyatında, «Abasalom və Eteri» – 
gürcü ədəbiyyatında, «Tahir və Zöhrə» – özbək 
ədəbiyyatında, «Vis və Ramin» – fars ədəbiyyatında, 
«Leyli və Məcnun» – ġərq ədəbiyyatında məĢhurdur. Bu 
dastanlar içərisində məntiqi mühakimə, Ģeriyyət, bədiilik 
və s. cəhətdən ən mükəmməli «Leyli və Məcnunwdur. 
Dünya ədəbiyyatında 43 – 44 «Leyli və Məcnun» vardır 
ki, bunların ən mükəmməli Füzulinin əsəridir. Belə bir 
nəticəyə gəlmək olar ki, dünyanın ən mükəmməl 
məhəbbət dastanı Azərbaycan dilindədir ki, bu da 
Füzulinin ədəbi dilimizin tarixindəki böyük xidmətidir. 
XVI əsrdə Azərbaycan xalqı təĢəkkül tapmağa, 
tayfalararası intiqrasiya prosesinə baĢladı. 
XVIII əsrdə xalq danıĢıq dili M. P. Vaqifin 
yaradıcılığı sayəsində ədəbi-bədii dilin əsası qoyuldu. 
Vaqif osərlərini təmiz xalq danıĢıq dili əsasında yazdı. 
Buna görə də Vaqif Ģeri hamı tərəfindən baĢa düĢülür və 
mənimsənilir: 
Başına döndüyüm, toy adamları,
Siz də deyin toya gətən oynasın. 
Adını demirəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın. 
Üç yüz ilo qədər bir dövr ayırmasına baxmayaraq 
müasir dilimizlə Vaqif dili arasında böyük bir fərq 
yoxdur. 
XIX əsrdə Azərbaycanda maarif, mədəniyyət, elm, 
sənaye və ticarət, kənd təsərrüfatı sürətlə inkiĢaf etməyə 
baĢladı. Tiflis – Bakı dəmiryolunun çəkilməsi, elə həmin 
illərdə Bakıda neft sənayesinin meydana gəlməsi, 
müxtəlif sahələrdə iqtisadi inteqrasiya yaranması 
Azərbaycanda kapitalist istehsal münasibətlərini 


doğurdu. Təzəcə meydana gəlmiĢ sənaye sahələrində 
çalıĢmaqdan ötrü Azərbaycanın hər yerindən: istər 
Cənubdan, istərsə də ġimaldan fəhlələr – müxtəlif 
dialektlərin nümayəndələri axıĢıb gəlirdilər. 
«Əkinçi» qəzetinin nəĢrə baĢlaması, milli teatrın, 
meydana gəlməsi xalq dilində tayfa elementlərinin 
sıxıĢdırılmasına, dildə seçmə və əvəzetmə prosesinə 
səbəb oldu ki, bu da ümumxalq ədəbi dilinin: yaranması 
demək idi. Əslində xalq kimi çoxdan formalaĢan 
azərbaycanlılar öz milli dili, ümumiləĢmiĢ adət- ənənəsi 
əsasında inkiĢaf edib millətə çevrildilər. 
Milli dilin yaranmasında M. F. Axundov, lı. 
Zərdabi, S. Ə. ġirvani, N. B. Vəzirov, Sabir, C. 
Məmmədquluzadə və s. kimi ziyalıların əsərləri misilsiz 
rol oynadı. Milli ədəbi dilimiz heç bir dialekt əsasında 
yaranmamıĢdır. Çox vaxt belə fikirlərə rast gəlirik ki, 
Azərbaycan milli ədəbi dili Bakı dialekti əsasında 
yaranmıĢdır. Bu fikir yanlıĢdır. Bunu iddia edənlər Bakı 
dialekti ilə Bakıda yaĢayan ziyalıların dili anlayıĢlarını 
fərqləndirə bilmirlər. Bakı elm, incəsənət və sənaye 
mərkəzi olduğundan burada Azərbaycanın hər yerindən, 
bütün dialektlərin nümayəndələri olmuĢdur. Buna görə 
də milli odobi dilimizin formalaĢmasında bütün 
dialektlərin payı vardır. 
Azərbaycan dili 1920-ci ildən dövlət dili elan 
edilmiĢdir. Lakin bu, tam mənası ilə dövlət dili hüququ 
verilməsi demək deyildi. Doğrudur, , mətbuat, 
radio-televiziya, təlim-tədris və s. bu dildə aparılırdı. 
Lakin ana dilimiz dövlət idarələrindən qovulurdu. 
Azərbaycan Respublikası Konstitusiyasının 83-cü 
maddəsinə əsasən Azərbaycan Respublikası dövlət 


dilinin Azərbaycan dili olmasına baxmayaraq, heç bir 
rəsmi dairədə iĢlədilmirdi. Hətta çox adam uĢağını da bu 
dildə oxutmurdu. Son vaxtlar Azərbaycan xalqında öz 
soyköküno qayıtmaq meyli güclənmiĢ və bu, dövlət 
əhəmiyyəti almıĢdır. Belə ki, Azərbaycan dilinin dövlət 
dili kimi bütün idarə və təĢkilatlarda iĢlədilməsi 
haqqında 1988-ci il 18 avqust tarixli, habelə Azərbaycan 
Respublikası Ali Sovetinin 23 sentyabr tarixli qərarı 
dilimizin hörmətini qaldırmağa xidmət etmiĢdir. Amma 
dilə kəmiltifat münasibət xalqımızın bəzi təbəqələrinə 70 
ildə elə sirayət edib ki, hələ də onlar ana dilinin 
mənasım, onun iĢlədilməsinin nə demək olduğunu 
bilmirlər. Azərbaycan dilinin nüfuzunun qaldırılmasında 
H.Əliyevin xüsusi xidmətləri vardır. Heç bir dövlət 
baĢçısı öz ana dili haqqında bu qədər böyük qayğı 
göstərməmiĢdir. Respublika prezidenti kimi H.Əliyev 
Azərbaycan dilinin tətbiqi və qorunması haqqında 
18.06.2001, 
04.07.2001, 
19.04.2002, 
30.09.2002, 
05.01.2003 tarixdə 5 fərman vermiĢdir. Müasir 
Azərbaycan dili geniĢ Ģəkildə tədris və tədqiq 
edilməlidir. 
Dünyanın 
hər 
yerinə 
səpələnmiĢ 
soydaĢlarımız bu dili sevir və göz bəbəyi kimi qoruyur. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə