Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə155/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   177
Adil Babayev

C.
 
ġƏRQĠ GERMAN YARIMQRUPU 
Bu yaı ımqrupa ölu dillər daxildir: 
1)
Qərbi Qot dili – bu dil ġimali Ġtaliyada və 
Ġspaniyada olan orta əsr Qot dövlətinin dilidir. Bu 
əlifbanı IV əsrdə din xadimi Yepiskop Vulfıla tərtib 


etmiĢdir. Bu əlifbanı tərtib etməkdən məqsəd almanların 
ən qədim abidəsi olan Tövratın tərcüməsi və yazıya 
alınması olmuĢdur. 
2)
ġərqi Qot dili – Bu da ġərqi qotların 
dilidir. XVI əsrə qədər iĢlənmiĢdir. 
6.
ROMAN QRUPU 
Bu qrupa daxil olan dillər də sayca çoxdur. Bu 
qrupa 11 canlı, 3 ölü dil daxildir. Roman qrupunun ulu 
dili qədim latındır. Bu dil qrupunun nüfuzu baĢqa 
qruplardan az deyil. Ən zəngin, ən nüfuzlu dil roman 
qrupunda fransız dilidir. 
1) Fransız dili – Fransa dövlətinin dilidir. (48 mln. 
339 min). BMT qərarına əsasən beynəlxalq dillərdən 
biridir. Fransızlar dünyanın demək olar ki, əksər 
kontinentlərinə yayılmıĢdır: Cənubi Belçika, Qərbi 
Ġsveçrə, Kanada, MərakeĢ, Əlcəzair, Tunis, Fransız 
ekvatorial Afrikası, Livan, Suriya, Hindi-Çin, ABġ, 
Qviana, Haiti və s. ölkələrdə yayılmıĢdır. Ədəbi dil kimi 
XVI əsrdə formalaĢmıĢdır. Yazısı latın qrafikası 
əsasmdadır. Ən qədim yazılı abidəsi IX əsrə aiddir. 
Fransız dilinin inkiĢafında ö mərhələ qeyd edilir: 
I
mərhələ: Qal-Roman (V – VIII əsrlər). 
II
mərhələ: Qədim (IX – XIII əsrlər). 
III
mərhələ: Orta (XIV – XV əsrlər). 
IV
mərhələ: Erkən yeni (XVI əsr). 
V
mərhələ: Yeni – klassik fransız (XVII – 
XVIII əsrlər). 
VI
mərhələ: Müasir fransız (XIX əsrdən 
indiyədək). 
Öz qrammatik tipinə görə fransız diĠi flektiv 
dillərə daxildir. 


Cümlədəki sözlər arasındakı qrammatik olaqə 
önlük, artikllər, köməkçi sözlər və s. ilə yaranır. Burada 
söz sırası sabitdir. Fransız dili Azərbaycanda da geniĢ 
yayılmıĢdır. Hələ inqilabdan ovvəl Məhəmmədağa 
ġahtaxtinski, Ə. B. Haqverdiyev və baĢqaları fransız 
dilini mükəmməl bilmiĢlər. 1941-ci ildən baĢlayaraq 
fransız dili Azərbaycanda rəsmi surətdə alı məktəblərdə, 
sonralar isə orta məktəblərdə tədris edilməyə 
baĢlanmıĢdır. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici 
Dillər Ġnstitutu müstəqil fəaliyyətə baĢladıqdan sonra 
fransız dilinin tədrisi və tədqiqi sahəsində daha çox iĢlər 
görülmüĢdür. Bu sahədə istedadlı elmi-pedaqoji kadrlar 
yetiĢmiĢdir. Bunlar arasında Ə. M. Musayevi, B. B. 
Ġsmayılovu, M. Quliyevanı və baĢqalarını göstərmək 
olar. 
2.
Provansol dili – bu dil Fransanın 
cənubi-Ģərqində Provons əyalətində yaĢayan xalqın 
dilidir. 
3.
Ġtalyan dili – dünyanın ən musiqili, 
xoĢavaz dillərindən- dir, Ġtaliyada, Cənubi Ġsveçrədə, 
Afrikanın bir sıra ölkələrində iĢlədilir. Ġtaliya 
Respublikasının (53 mln. 200 min) dövlət dilidir. Ədəbi 
dil kimi italyan dili qədim təsxan dialekti əsasında 
formalaĢmıĢdır. Bu sahədə Florensiya Ģivəsinin də az 
rolu olmamıĢdır. Florensiya Ģivəsi, əsasən latın dili 
bazasında 
formalaĢmıĢdır. Yazısı latın əlifbası 
əsasındadır. Avropanın ilk milli ədəbi dilidir, italyan 
dilinin ilk yazılı abidəsi X – XIĠ əsrlərə, ilk ədəbi 
sənədlər isə XIII əsrə aiddir. Ġtalyan dili 3 dialektə 
bölünür. Ġtalyan dilinin baĢlıca xüsusiyyətlərindən biri 
budur ki, sözlər həmiĢə saitlə bitir. Ġtalyan dilində də hal 


kateqoriyası yoxdur. Fransız dili kimi hal mənalarım 
önlüklərlə ifadə edirĠər. Cümlədə sözlərin sırası 
sərbəstdir. Bu dildə dünyada 65 mln-dək adam danıĢır. 
4.
Sor vo ya'Sordinya dili – bu dildo 
danıĢanlar Sordinya adasında yaĢayır. Sayı bir milyon 
500 mino qədordir. 
5.
Ġspan dili – roman dillərinin ən 
güclülərindən biridir. Bu 
dildo 210 milyona qədər adam danıĢır. Bu dil 
Ġspaniyada (27 mln), Kubada dövlət dilidir, habelə 
Filippin adalarında, Mərkəzi və Braziliya çıxılmaqla 
bütün Cənubi Amerikada geniĢ Ģəkildə iĢlənir. Ġspan dili 
də latın dilinin müxtəlif yerli dialektlərlə çarpazlaĢması 
nəticəsində yaranmıĢdır. Yazısı latın əlifbası ilədir. Ġspan 
dilinin Ģimal vo cənub olmaqla iki dialekti vardır. Ġspan 
ədəbi dili kastiliya dialektinin əsasında yarandığına görə 
çox vaxt kastiliya dili adlanmıĢdır. Müasir ispan dilində 
5 sait. 18 samit və çoxlu diftonq və triftonqlar 

vardır. Hal kateqoriyası yoxdur. Söz sırası 
sərbəstdir. Ġspan 

dilinin feli öz qrammatik əlamətlərinə görə bütün 
roman dillərindən zəngindir. Belə ki, burada 115 
morfoloji analitik- qrammatik element vardır. Bir 
müddət islam nüfuzu güclü olduğundan müasir ispan 
dilində çoxlu ərəb sözləri vardır. Gemıan, fransız, italyan 
sözlərinə də rast kəlmək olar. 
Ġspan dilində orfoqrafik durğu iĢarələrindən sual 
və nida iĢarələri tərsinə qoyulur. Azərbaycanda da ispan 
dili öyrənilmiĢdir. 60-cı illərdə M. F. Axundov adma 
APDĠ-nin Avropa dilləri fakültəsində ispan Ģöbəsi 
fəaliyyət göstərirdi. 


Ġndi respublikamızda ispan dili bilən çoxlu kadrlar 
vardır. ADU- da yenidən ispan dili bölməsi açılmıĢdır. 
6.
Katalon 
dili 
– 
Ġspaniyanın 
Ģimal-qərbində arselonada, Fransanın cənubunda istifadə 
olunur, bu dildə 8 – 9 milyona qədər adam danıĢır. 
7.
Portuqaliya dili 
– Portuqaliyada 
(10 mln 99 min 
– paytaxtı Lissabon Ģəhəridir), dövlət dilidir. Habelə 
Ģimali- 
Ģərqi 
Ġspaniyada, 
Braziliyada, 
Cənubi 
Almaniyada yayılmıĢdır. 
8.
Rumın dili – Rumıniyanın dövlət dilidir. 
Latın yazısından istifadə edirlər. Rumınlar 22 mln 729 
min nəfərdir. 
9.
Moldova dili – (3 milyona qədər) 
Moldova Respublikasının dövlət dilidir. Əvvəllər latın 
qrafikasından istifadə edən mol- dovlar bir müddət rus 
əlifbasını qəbul etmiĢdilər. 1989-cu ildən yenə köhnə 
latın qrafikasına keçmiĢlər. 
lO.Makedon-rumın 
dili 
– 
Makedoniyada, 
Albaniyada və Yunanıstanda yaĢayan azsaylı bir xalqın 
dilidir. 
11
.Reto-roman dili – Ġtaliyanın Ģorqindon 
Ģimalına doğru yayılan azsaylı bir tayfanın dilidir. 
Ġtalyan dilinin tosiri ılo getdikcə sıxıĢdırılır. 
ÖLÜ DĠLLƏR 
Latın dili – yeni eradan əvvol III osrdən baĢlamıĢ 
orta osrlərin ilk dövrlərino qədər Roma imperiyasının 
dövlət dili olmuĢdur. 
Latın dilində natiqlik mədəniyyəti nümunələrindən 
tutmuĢ iri həcmli bədii əsərə qədər, dövlət sənədindən 
tutmuĢ lirik-epik əsərlərə qədər əldə material vardır. 


Varronun y. e. ə. 1 əsrə qədərki latın dili materialı, 
habelə IV osrdən Donatın latın dilinin qrammatikası 
qalmaqdadır. Beynəlxalq Tibb nüsxələrinin, terminlərin 
mənbəyidir. Vulqar latın, osk, umbr, sabel və s. dillər də 
roman qrupuna daxil olan ölü dillərdəndir. 
7.
KELT QRUPU 
Bu qrup da üç yarımqrupa bölünür. 
A.
HAEL YARIMQRUPU 
Buraya: 1) irland dili, 2) Ģotland dili, 3) Ġrland 
dənizindəki Man adasında balıqçılıqla məĢğul olan 
adamların ölməkdə olan dilləri daxildir. 

B.
BRĠTT YARIMQRUPU 
Buraya: breton, ueylz vo ya valli dilləri daxildir. 
C.
HALL YARIMQRUPU 
Kelt qrupunun bu yarımqrupuna təkcə bir dil – hall 
dili (ölü dildir) daxildir.
Yunan dili dünyanın ən qədim dillərindəndir. (9 
mln. 400 min), Homcrin. Esxilin, Sofoklun dünya 
Ģöhrətli bədii əsərləri, Aristotelin, Əflatunun, Sokratın 
poetikaya, fəlsəfəyə, dilçiliyə aid əsərləri, Demokritin, 
Hippokratm və onlarla baĢqalarının elmi əsərləri bu dildə 
yazılmıĢdır. Humanitar elmlərin hamısının vətəni 
Yunanıstan olduğu üçün onların əksəriyyətinin de ilkin 
nümunələri 
yunan dilində yazılmıĢdır. Yunan 
mədəniyyəti bütün dünya mədəniyyətinə təsir etmiĢdir. 
Yunan dilinin qədim variantı – qədim yunan dili y. 
e. ə. X və bizim eranın V əsrinə qədər davam etmiĢ və 
sonralar sıradan çıxmıĢdır. Ən qədim yazılı abidələr olan 
Homerin poemaları və epiqrafık əsərlər IX əsrə aiddir. 
Ellin dövründə yunan dili və yunan mədəniyyəti daha 
çox inkiĢaf etmiĢdir. Dünyanın ilk qrammatikalarından 


olan «Yunan dilinin qrammatikası» bu dildə yazılmıĢ və 
bütün dillərin qrammatikalarının yazılması üçün bir 
örnək olmuĢdur. Oıta yunan və ya Bizans dili – Bizans 
imperiyasının dövlət dili, yeni eranın – I əsrindən XV 
əsrə qədər davam etmiĢdir. Zəngin tarixi, dini, bədii 
abidələr bu dildədir. Yeni yunan dili isə XV – XVI 
əsrlərdən formalaĢmıĢdır. Yunanlar Yunanıstanda, 
Aralıq dənizinin Ģərq hissəsində və Rusiyada (344 min) 
(köçürülmə) yaĢayırlar. 
9.
ALBAN QRUPU 
Buraya birço dil – alban dili daxildir. Ġlk yazısı 
XVI əsrdəndir. Albaniyanın dövlət dilidir. 
10.
ERMƏNĠ QRUPU 
Bu dil heç bir Hind-Avropa dili ilə yaxın 
münasibətdə deyil, leksik tərkibində çoxlu türk, fars və 
Qafqaz sözləri vardır.
11.
HETT QRUPU 
Bu qrupa xet-het (het-nesit), luvi vo palay dillori 
daxildir. 
12.
TOXAR QRUPU 
Buraya: 1) Toxar (turfan, QaraĢar) – Çin 
Türküs-tanında, 2) Toxar (kuçan) – yeno orada yaĢayan 
azsaylı tayfaların dilidir, jndi ölü dillərdondir. XX əsrdə 
onların XII osrə aid yazılı abidələri tapılmıĢdır. 
II.
SAMĠ DĠLLƏR 
Sami dillər iki budağa və yaxud yarımqrupa ayrılır. 
Bu budaqlardan biri ölü, digəri iso canlı dillori əhatə 
edir. Ölii dillər bunlardır: 1) Assuriya – Babil vo ya 
Akkad dili; 2) hananey dili; 3) Qedim yəhudi dili; 4) 
Finikiya dili; 5) Arami dili; 6) Assuriya dili 
(assuriyalıların 
nəsli 
Türkiyədə, 
Gürcüstanda, 


Azərbaycanda və Ġranda yaĢayır). 
B. CANLI DĠLLƏR. CƏNUB BUDAĞI A) ġƏRQ 
HĠSSƏSĠ 
Ərəb dili dünyanın ən qədim, ən zəngin dillərindən 
olub Asiya və Afrikada geniĢ ərazini tutan müxtəlif 
dövlətlərin – Misir, Suriya, Ġraq, Livan, Ġordaniya, 
Səudiyyə Ərəbistanı, Yəmən Ərəb Respublikası, Liviya, 
Tunis, MərakeĢ, Sudan, Küveyt, Əlcəzair, Yəmən Xalq 
Demokratik Respublikası, Qatar, Bəhreyn, Oman, 
BirləĢmiĢ Ərəb Əmirlikləri, Mavritaniya, Somali, Cibuti 
Respublikası, Fələstin və s. dövlət dilidir. Ərəb dilində 
danıĢanların sayı 140 milyona yaxındır. 
Ərəblər dünyanın on qədim xalqlarındandır. Misir 
yazısı, Misir dili hələ e. ə. IV – III minilliklərə aiddir. 
Qədim Misir dili təxminən 35 əsr mövcud olmuĢ V 
əsrdən ölü dillərdən biri olmuĢdur. Ərəb dilində olduğu 
kimi, qədim Misir dilində də iki cins, kəmiyyət 
bildirmək üçün xüsusi formalar olmuĢdur. Bütün ərəb 
dünyasında yayılmıĢ müasir ərəb dilinin bir sıra dialekt 
473 
fərqləri vardır. Müasir ərəb dili öz inkiĢafında üç 
mərhələ keçmiĢdir: qədim, klassik və yeni. Qədim ərəb 
dilinin formalaĢmasında QüreyĢ dialekti xüsusi rol 
oynamıĢdır. Qədim ərəb dilində müxtəlif bədii əsərlər, 
habelə «Quran» yazılmıĢdır. Ġslam dininin yaranmasının 
ərəb 
dilinin 
leksik-qrammatik 
normalarının 
sabitləĢməsində, ümumi ərəb dilinin qanun və 
kateqoriyalarının formalaĢmasında çox mühüm rolu 
olmuĢdur. 
Ərəb dilli ədəbiyyatın inkiĢaflnda ərəb olmayan 
müsəlman xalqları, o cümlədən azərbaycanlılar böyük 


rol oynamıĢlar. Ġsmayıl ibn Yəsar, Musa ġəhavət, Xətib 
Təbrizi, Cəmaləddin Ərdəbili, ƏbdürrəĢid Bakuvi, 
Məhəmməd ibn HinduĢah Naxçıvani, Əbdül Baqir 
Urməvi, Füzuli və onlarla baĢqaları öz əsərlərini ərəbcə 
yazaraq ərəb dilli elmin, ədəbiyyatın və incəsənətin 
inkiĢafına kömək etmiĢlər. 
Müasir ərəb dilində 28 samit, 3 qısa və 3 uzun sait 
var. Ərəb dili özünün boğaz samitləri ilə fərqlənir. Sözlər 
əsasən 3, bəzən də 4 samitdən ibarət olur. Ərəb dili 
flektiv dildir. Ərəb dili feli çoxlu qrammatik mənalara 
malikdir. Ġki cins vardır (kiĢi və qadın). Ġslam dini ilə 
əlaqədar olaraq ərəb dili uzun müddət Azərbaycanda 
nüfuzlu olmuĢdur. Buna görə də ərəb dilindən dilimizə 
çoxlu söz keçmiĢdir. Elə həmin səbəbdən də 1300'ilə 
qədər bir dövrdə Azərbaycan yazısı ərəb əlifbası 
əsasında olmuĢdur. Ərəb dili indi də Azərbaycanda 
tədris və tədqiq edilir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə