Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   67
Maili quyular

“Pauer V”- Şlumberje sistemi 
“Pauerdrayv” idarə olunan rotor sisteminin texnologiyası 
bazasında 
şaquli 
quyuları 
qazımaq 
üçün 
Şlumberje 
mütəxəssisləri 
tərəfindən 
“Pauer 
V” 
yeni 
sistemnmi 
yaradılmışdır. Onun istifadə təcrübəsi göstərir ki, bu sadə və 
etibarlı sistem diametru 146 mm-dən 559 mm-dək olan quyuları 
qazımaq üçün uzunluğu 4 m-ə qədər olan huissədə 
komplektləşdirilə bilər. Standart model 125
0
S-yə qədər, xüsusi 
model isə 150
0
S-yə qədər işləyə bilər. 


247 
“Pauer V” quyunun şaquli trayektoriyasını saxlamaq üçün 
yerin səthində endirilməmişdən əvvəl proqramlaşdırılır. 
Quyuya endirildikdən sonra operatorun iştirakı olmadan 
sərbəst şəkildə quyunun trayektoriyasının şaquliliyini saxlamaq 
şərtilə qazılmasını idarə edir. 
Sistem verilmiş trayektoriyadan hər hansı bir inhirafı , 
həmçinin də azimut və inhiraf dərəcəsini qeyd edən datçik 
sistemilə təchiz edilmişdir. 
Şaquldan uzaqlaşma yaranan zaman sistem quyunu geri 
qaytarmaq üçün avtomatik sürətdə istiqaməti təyin edir. 
Əvvəlki trayektoriyaya quyunu qaytarmaq quyu divarından 
itələyən inhirafetdiricilər vasitəsilə yerinə yetirilir.
“Pauer V” sisteminin işi telemetrik sistemin olmasından 
asılı deyil, QKAH-də quraşdırırlmış zenit və azimut bucaqlarını 
ölçən blok istifadə olunur.
Fırlanma sürətilə optimal hidravliki gücü və quyunun 
təmizlənməsi parametrlərini tənizmləmək olar.
“Pauer V” sistemi həmçinin quyu qazılmasını yüksək 
dəqiqliklə, lülənin yüksək keyfiyyətini, yüksək qazıma sürətini 
və quyu lüləsinin effektli təmizlənməsini təmin edir.
Şaquli quyuların qazılması üçün tətbiq edilən idarə olunan 
rotor sistemi neft çıxaran çirkətlərə quyuların tikintisində, 
birinci növbədə inhirafı ləğv etmək üçün düzəliş endirmələrinin 
aradan qaldırılması hesabına maliyə vəsaitini azaltmaqda yeni 
imkanlar yaradır. 
Bütün başqa idarə olunan rotor sistemlərində olduğu kimi 
Şlumberje şirkətinin hazırladığı “Pauer V” sistemində də 
fasiləsiz fırlanma tutulma riskini azaldır və quyu lüləsinin 
keyfiyyətini artırır. 


248 
9. İdarə olunan rotor sistemi. 
Böyük həcmdə maili və üfüqi quyular quyudibi 
mühərriklərin 
istifadəsilə 
qazılır. 
Belə 
ki, 
quyudibi 
mühərriklərlə üfüqi quyuların qazılması zamanı ciddi çətinliklər 
yaranır. Bunlardan başlıcası doğranmış süxur hissəciklərinin 
üfüqi və böyük maillikli quyularda yer səthinə qaldırmaq, 
böyük sürtünmə qüvvəsi nəticəsində baltaya oxboyu yükün 
verilməsinin 
çətinliyi. 
Bu 
çətinliklər 
üfüqi 
intervalın 
uzunluğunun artması ilə böyüyür. 
Bir çox səbəblərdən dəniz şelflərində quyuların tikintisi 
zamanı (dəniz özüllərinin yüksək qiyməti, mürəkkəb buz 
şəraiti) çox böyük uzaqlaşma ilə quyuların qazıması problemi 
yarandı, belə ki, quyu lüləsinin uzunluğu L quyunun şaqul üzrə 
dərinliyinə H nisbətən çox böyük olur. 
L/H


Belə quyuların quyudibi mühərriklərlə qazılması bir çox 
hallarda qazıma kəməri fırladılmamaqla ümumiyyətlə mümkün 
deyil. 
Bunların hamısı idarə olunan rotor sisteminin yaranması 
məcburiyyətini yaratdı. 
İRS-də birinci patent 1902-ci ildə alınmışdır. Bunun 
əsasını QKAH-nin fırlanması zamanı quyu oxundan fasiləsiz 
inhiraf imkanı təşkil edirdi. Hal-hazırda buna oxşar sistemləri 
əsasən xarici istehsalçılar, Beyker-Xyuz, Halliburton, Nobl 
Drilling, Şlumberje, Rotari Stirabl Tulz şirkətləri hazırlayırlar.
Bunlar əsasən konstruksiyalarına görə fərqlənirlər, iş 
prinsipləri isə qazıma kəməri ilə birlikdə daxili və ya xarici 
inhirafetdirici elementi olan telemetrik sistem borusunun 
fırlanmasıdır. Sonuncu, elektronikanın köməyilə idarə olunur, 
qazıma kəmərinin fırlanması ilə sinxronlaşdırılır və fasiləsiz 


249 
olaraq quyudivarı baltaya yaxın olan val ilə kontaktda olur, bu 
da quyu lüləsinin trayektoriyasının müntəzəm idarə olunmasına 
imkan verir.
İdarə olunan rotor sistemi çox böyük inhiraflı və üfüqi 
quyuların qazılmasına imkan verir. Bu zaman qazıma kəmərinin 
fasiləsiz fırlanması alətin tutulma ehtimalını azaltmaqla yüksək 
qazıma sürəti, qazılmış süxur hissəciklərindən quyu lüləsinin 
təmizlənmə vaxtını ixtisara salır, qazıma məhlulunun məhsuldar 
laya çox zərərli təsirini azaldır və quyunun istismara verilməsini 
sürətləndirir. 
1960-cı 
ilin 
əvvələrində 
maili-istiqamətləndirilmiş 
quyuların qazılmasında əsl mənada böyük irəliləyiş yarandı.
Baltanı hərəkətə gətirmək üçüm 0,5
0
əyriliyə malik olan 
quyudibi alətə quyudibi mühərrik əlavə olundu. Qazıma 
məhlulunun hidravliki enerjisi mühərrikdə mexaniki enerjiyə 
çevrilir və nəticədə balta fərlanma hərəkəti alır. Quyudibi 
mühərrikin əyrikeçirici ilə birləşdirilməsi maili quyunun 
qazılması zamanı əvvəlki quyudibi alətə nisbətən quyu lüləsinə 
dəqiq nəzarət edilməsinə və mümkün qədər əyrilik bucağının 
artırılmasına imkan verdi. 
Müasir idarə olunan mühərrikli quyudibi yığımlarda 
hələlik hidravliki quyudibi mhərriklərdən və yer səthindən 
idarə olunan əyrikeçiricidən istifadə olunur (şəkil 9.1). 
Standart 
idarə 
olunan 
mühərrik 
özündə 
qazıma 
məhlulunun köməyilə hərəkətə gələn güc bloku, fırlanan 
ötürücü val və baltadan ibarətdir. Bu yığımda əyrikeçiricinin 
əyrilik bucağı 0 – 4
0
intervalında yer səthindən idarə olunur. 
İdarə olunan mühərriklə quyuların qazılması iki rejimdən 
biri ilə aparılır: fırlanma və istiqamətli (sürünən). Fırlanma 
rejimində rotor və ya yuxarı intiqal sistemi baltaya güc 
göstərmək üçün bütövlükdə qazıma kəmərini fırladır. Sürünən 
rejimli qazımada qazıma kəməri fırlanmır, qazıma məhlulu seli 
baltanı fırlatmaq üçün quyudibi mühərrikə yönəldilr. 


250 
Lazım olan mühərrikin seçilməsi onun fırlanma 
hərəkətində bucağın artırılması, sabit saxlanılması və ya 
azaldılmasını təmin edə bilməsindən asılıdır. Qazıma 
prosesində quyu əyriliyinin korreksiya və ya dəyişməsini təmin 
etmək üçün fırlanma hərəkərindən sürüşmə rejimli hərəkətə 
keçmək lazımdır. Yuxarıda göstərilən qazıma rejimlərinin hər 
birinin özünün çatışmayan cəhətləri vardır. 
Şəkil 9.1.İdarə olunan hidravliki quyudibi mühərrikli 
yığım.PowerPak 


251 
Fırlanma üsulu ilə qazıma zamanı qazıma kəmərinin əyri 
zonadan keçməsilə əlaqədar baltanı qazıma alətinin oxuna 
nisbətən inhiraflı fırlanmağa məcbur edir, bu isə quyu lüləsinin 
diametrinin bir qədər böyüməsinə səbəb olur və spiral şəkilli 
kanallar yaranır. Quyu lüləsi kələ-kötürlü alınır ki, buda qazıma 
kəmərinə burulma və oxboyu yükü artırır, həmçinin də 
quyuların tamamlanması üçün avadanlıqların endirilməsi əsasən 
də böyük üfüqi intervalda problemlər yaradır. Quyu lüləsində 
yaranan spiral şəkilli kanallar karotaj göstəricilərinə də təsir 
edir. 
Sürünən rejimli qazımada fırlanma çatışmamazlığı başqa 
mürəkkəbləşmələr yaradır. Əgər qazıma kəməri maili və üfüqi 
intervallarda quyu lüləsinin aşağı hissəsinə yatırsa, bu zaman 
qazıma məhlulunun boru ətrafında qeyri-bərabər axımı yaranır, 
bu isə dağıdılmış süxur hissəciklərinin qaldırılması imkanını 
azaldır. 
Bu yaranmış vəziyyət süxur hissəciklərinin quyu lüləsinin 
aşağı divarına yığır və müəyyən təbəqə yaradır, bu isə qazıma 
kəmərinin tutulma riskini artırır. 
Sürünmə baltaya verilən fırlanma gücünü azaldır, bu isə 
birlikdə (sürünmə-sürtünmə) qazımanın mexaniki sürətini 
azaldır, təzyiqlər fərqinin təsirindən tutulma ehtimalını artırır. 
Çox böyük inhiraflı quyularda sürünmədən yaranan 
sürtünmə o qədər arta bilər ki, baltaya verilən oxboyu yükün 
bunu dəf etməyə gücü çatmaz. Bundan başqa sürünən rejimdən 
rotor qazıma üsuluna keçmək və əksinə, quyu lüləsində 
dalqavari qeyri-bərabərlik və ya sərt əyintilər yaradır ki, bu da 
qazıma zamanı kəmərin sürtünməsini artırır və qoruyucu 
kəmərlərin endirilməsini çətinləşdirir. 
Bu yuxarıda göstərilən bəzi problemlər 1990-cı ilin 
sonlarında idarə olunan rotor sistemin (İRS) yaranması ilə 
aradan qaldırıldı. 


252 
Istismar olunan layların gücdən düşməsi, onların açılması 
üçün maili-istiqamətləndirilmiş quyuların qazılması tələbatını 
artırır. Quyu lüləsinin trayektoriyasının əyri olması, süxurun 
sıxlığının böyük olması və qazıma parametrlərinin mürəkkəb 
olması 
maili-istiqamətləndirilmiş 
quyuların 
tikintisini 
çətinləşdirir. İdarə olunan rotor sistemin tətbiqi qazımanın 
sürətini və keyfiyyətini artırır, əyrilik intensivliyini azaldır. 
Bundan başqa, İRS quyudibi mühərriklə müqayisədə maili 
quyuların qazılmasında burulma və oxboyu yükü azaldır. 
İdarə olunan rotor sistemin seçilməsi bərabər diametrdə 
quyu lüləsinni daha uzun intervalının qazılmasını təmin edir, bu 
da qoruyucu kəmərin endirilməsini asanlaşdırır. 
Maili 
istiqamətləndirilmiş 
quyuların 
yüksək 
məhsuldarlıqlı vintli hidravliki quyudibi mühərriklə (VHQM) 
qazılması əvvəlcə iqtisadi cəhətdən effektli ola bilər. Belə ki, 
quyuların 
tamamlanmasını 
mürəkkəbləşdirən 
müxtəlif 
problemlər, müəyyən vaxt və böyük xərc itkisinə gətirib çixara 
bilər. Əsasən maili istiqamətləndirilmiş quyuların VHQM 
istifadəsilə qazılması zamnaı quyu lüləsinin diametrinin eyni 
olmaması və mikroəyilmələrin olması qoruyucu kəmərlərin 
endirilməsini çətinləşdirə bilər. Qazılan quyunun üfüqi 
intervalının uzun olması quyudibi mühərrikdən istifadə etdikdə 
qazıma kəmərinin fırladılmaması, onun tutulması riskini həmişə 
artırır. 
Baltanın istiqamətləndirilməsi texnologiyasından istifadə 
etdikdə 
İRS, 
quyudibi 
mühərriklərlə 
baltanı 
istiqamətləndirdikdə yarana bilən problemlərdən qaçmağa 
kömək edir. 
İdarə olunan rotor sistemi quyunun istiqamətlən-
dirilməsinə nəzarət üçün slaydlaşdırma rejimindən istifadə 
edilmir. O, baltanı lazım olan trayektoriyaya istiqamətlən-
dirmək üçün həmişə fırlanır. Qazıma kəmərinin bütövlükdə 
fırlanması tutulmanı və borunun spiral şəkilli burulmasının 


253 
qarşısını alır, optimal qazıma sürətini təmin etmək üçün lazım 
olan oxboyu yükü baltaya ötürür. 
İRS və VHQM köməyilə quyuların qazılmasını müqayisə 
etdikdə ikincinin xeyrinə olmayan bir çox mühüm momentləri 
aşkar etmək olar. 
VHQM köməyilə böyük uzunluğa malik üfüqi intervalı 
qazımaq çox çətindir, çünki üfüqi intervalın uzunluğu artdıqca 
mühərrikin inhirafetdiricisinin vəziyyətinə nəzarət etmək 
çətinləşir. Həmin mühərrkin tətbiqi zamanı qazıma kəməri 
fırlanmır, qazıma məhlulunun hərəkəti zamanı süxur 
hissəcikləri quyunun aşağı divarına yığılır və nəticədə alətin 
tutulması baş verir. 
Bundan başqa baltanın quyudibi mühərriklə fırladılması 
və irəliləməsi zamanı qazıma kəməri fırlanmadığından 
sürtünmə qüvvəsinin qiyməti artır, İRS ilə qazımada qazıma 
kəməri bütövlükdə həmişə fırlandığından bu problemlər aradan 
qaldırılır. 
İdarə olunan rotor sistemi karotaj üçün alətlə (LWD) 
sistemi ilə birlikdə istifadə olunduqda qazıma prosesində İRS-in 
tətbiqi nəticəsində quyu lüləsinni diametrinin bərabər və dəqiq 
olması normal azimut ölçülərinin və yüksək dəqiqliklə karotaj 
məlumatlarını almağa imkan verir. 
Beləliklə, İRS qazıma sürətini artırmağa imkan verir, quyu 
lüləsinin təmizlənməsini yaxşılaşdırır, hamar quyu lüləsinin 
yaranmasını təmin edir və yüksək keyfiyyətli karotaj 
məlumatlarını almağa şərait yaradır. Ona görə də İRS mürəkkəb 
şəraitli sahələrdə kiçik radiuslu quyuların qazılmasında yüksək 
nəticələr almağa imkan verir. 
İdarə olunan rotor sistemi yaranan dövrdən indiyə qədər 
bir çox dəyişikliklərə məruz qalmışdır. Əvvəlki versiyalarda 
baltanın istiqamətini dəyişmək üçün qazıma məhlulunun təsiri 
ilə hərəkətə gətirməklə irəli çəkilən başmaq və ya stabilləşdirici 
istifadə olunurdu. 


254 
Layihə 
bürosu 
bu 
günə 
qədər 
həmin 
sistemin 
təkmilləşdirilməsi üçün böyük işlər görür. Beləliklə, idarə 
olunan sistemin iki halı yarandı: baltanı inhiraf etdirməklə 
(“push the bit”) və baltanı istiqamətləndirməklə (“point the 
bit”). Qazıma kəmərini lazım olan istiqamətə yönəltmək üçün 
baltanı inhiraf etdirmək əslində sistemdə baltanı quyu divarına 
sıxmaqla yerinə yetilir. 
Bu növ İRS-də 3 ədəd qazıma məhlul ilə hərəkətə gətirilən 
irəli çəkilən başmaqlı, və balta yaxınlığında inhirafetdirici yan 
gücü yaratmaq üçün yaxınlığında inhirafetdirici blok istifadə 
olunur (şəkil 9.2). Süxura yan təzyiq yaratmaq üçün fırlanan 
gövdədən siyirtməli başmaq dinamiki çıxır və bu öz növbəsində 
qazıma istiqamətinin dəyişməsinə səbəb olur. 
Şəkil 9.2.İnhiraflı balta ilə İRS. 
Bucağın qiymətini artırmaq üçün hər bir başmaq quyu 
lüləsinin aşağı divarına sıxılır və baltanı yuxarı divara sıxır.
Bucağın qiymətini azaltmaq üçün, əksinə - quyunun 
yuxarı hissəsinə sıxılır və baltanı quyu lüləsinin aşağı divarına 


255 
sıxır. Qazmaçı tərəfindən göndərilən komanda telemetrik və 
hidroimpuls əlaqə kanalı vasitəsilə başmağın işləmə vaxtını və 
gücünü təyin edir. İnhirafetdirici blokun üstündə yerləşən idarə 
bloku, fırlatma qapağını (klapanını) işə salır, qazıma kəmərinin 
dönməsi ilə əlaqədar irəli çəkilən başmağa qazıma məhlulunun 
verilməsini açır və ya bağlayır. Bu başmaqların hər biri 
istiqamətləndirmə nöqtəsindən keçdikdə sistem sinxron 
uzunluğunu və təmas istiqamətində təzyiqi dəyişir. Hər dəfə 
(konkret) müəyyən nöqtəni keçdikdə hidravliki təzyiq göstərərk 
başmaq qazıma kəmərini əks istiqamətə əyir, bununla da baltanı 
lazım olan istiqamətə yönəldir. 
Baltanı istiqamətləndirmə sistemində quyu oxunun cari 
istiqamətindən alətin oxunu müəyən bucaq qədər əymək və 
qazımanın istiqamətini dəyişmək üçün daxili əyilmədən istifadə 
olunur. Belə sistemdə əyilmə nöqtəsi balta üstündə yerləşən 
AQB üzərində yerləşir. (şəkil 9.3).
Şəkil 9.3. İstiqamətli balta ilə İRS 


256 
Baltanı 
istiqamətləndirmə 
sistemində 
quyunun
trayektoriyasını dəyişmək üçün qazıma aləti başlığının bucağını 
dəyişmək yolu ilə yerinə yetirirlər.
Quyu trayektoriyası əyilmə istiqamətində dəyişir. Əyilmə 
istiqaməti qazıma kəmərinin fırlanma sürətinə uyğun əks 
istiqamətdə fırlanan xidmət mühərrikinin köməyilə nəzarət 
edilir. 
İRS quyu oxuna nisbətən baltanın yerdəyişməsinin idarə 
olunma üsuluna görə iki əsas tipə bölünür: 
1) 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə