Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə11/149
tarix18.05.2018
ölçüsü4,44 Mb.
#44902
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   149

 Azotlu maddələr 

 

32 



üzümdə və şərabda rast gəlinir. Homopolisaxaridlərə misal ola-

raq nişastanı, sellülozanı, qlikogeni, fruktanları, arabanları, qa-

laktanları  və  qeyrilərini  göstərmək  olar.  Heteropolisaxaridlərə 

isə pektin maddələrini, hemisellülozanı və digərləri aid edilir.  



Cədvəl 2 

Polisaxaridlərin miqdarı, q/l-lə 

Polisaxaridlər 

Üzüm şirəsində 

Şərabda 

Pentozanlar  

0,3÷2,0 

0,2÷1,5 


Nişasta  

az miqdarda 

az miqdarda  

(tünd şərabda) 

Qlikogen  

az miqdarda 

az miqdarda  

(tünd şərabda) 

Sellüloza  

az miqdarda 

0,1÷0,4 

Pektin maddələri  

0,5÷2,0 

0,1÷1,0 


Dekstranlar  

0,1÷1,0 


az miqdarda 

 

 



Üzümdə və şərabda pentozanlara (C

5

H



8

O

4



)

n

 rast gəlinir. 



Pentozanlar üzümün darağında, qabığında və lətində çox, şirə-

sində isə az miqdarda olurlar. Pentozanlar birləşmiş şəkildə he-

misellülozanın tərkibində olurlar. Pentozanların ən geniş yayıl-

mış  nümayəndəsi  araban  və  ksilandır.  Arabanın  hidrolizindən 

L-arabinoza, ksilanın hidrolizindən isə D-ksiloza ayrılır. Şərab-

da arabanın miqdarı ksilana nisbətən çox olur. Bu əsas onunla 

əlaqədardır ki, araban suda yaxşı, ksilan isə suda pis həll olur. 

Əzintinin  şirə  ilə  ekstraksiyası  zamanı  araban  suda  yaxşı  həll 

olduğu üçün şirəyə daha çox, ksilan isə suda pis həll olduğuna 

görə şirəyə nisbətən az keçir. Tam yetişmiş üzümün tərkibində 

0,41÷0,48%-ə qədər pentozanların varlığı müəyyən edilmişdir. 

Üzümün daraq hissəsində 1,05÷2,80%, qabığında 1,08÷1,57%, 

toxumunda  isə  3,87÷4,54%-ə  qədər  pentozanlara  rast  gəlinir. 

Əzintini daraqla birlikdə yaxşı qarışdırdıqda və qıcqırtdıqda şi-

rədə və ya şərabda 2 q/dm

3

-ə qədər pentozanlar olur. Pentozan-



lar  şəraba  nisbətən  üzüm  şirəsində  çoxluq  təşkil  edirlər.  Bu 

onunla  izah  olunur  ki,  qıcqırma  prosesi  başa  çatdıqdan  sonra 

pentozanların  xeyli  hissəsi  maya  çöküntüsü  ilə  birlikdə  qabın 



 Azotlu maddələr 

 

33 



dibinə çökürlər.  

 

Nişasta (C



6

H

10

O

5

)

n

Nişasta əsasən üzümün yarpağında, 

darağında  olur.  Qıcqırma  prosesini  daraqla  birlikdə  aparmaqla 

hazırlanan  şərabların  tərkibində  nişastaya  rast  gəlinir.  Nişasta 

kimyəvi  tərkibinə  görə  çoxlu  sayda  yalnız  qlükoza  qalıqların-

dan  təşkil  olunmuşdur.  Nişasta  amilaza  fermentinin  təsiri  ilə 

hidroliz  olunaraq,  əvvəlcə  bir  sıra  aralıq  məhsullarına  (dek-

strinlərə), sonra isə son məhsul kimi qlükozaya ayrılır.  

 

(C



6

H

10



O

5

)



n

 + n H


2

O → n C


6

H

12



O

6

 



 

n–nişasta  molekulunda  qlükoza  qalıqlarının  sayını  gös-

tərir. Nişasta insanın qidasının əsasını təşkil edir. O ən çox dü-

yü  və  qarğıdalıda  60-80%,  buğdada  60-70%,  kartofda  isə  12-

20%  arasında  olur.  Nişasta  molekulu  amilaza  və  amilopektin-

dən  ibarətdir.  Amiloza  amilopektinə  nisbətən  bəsit  maddədir. 

Amiloza  molekulu  təxminən  500÷3000  qlükoza  qalıqlarından 

(molekul çəkisi 600 minə qədərdir) təşkil olunmuşdur. Amilo-

pektinin  molekul  çəkisi  isə  100  mindən  1  milyona  qədər  olur. 

Amiloza  molekulunda  α-D-qlükopiranoza  qalıqları  bir-biri  ilə 

(1-4)  α-qlikozid  rabitəsi  hesabına  uzun  zəncirvari  bir  xətt  bo-

yunca  yerləşir. Amilopektin molekulunda isə qlükoza qalıqları 

bir-biri ilə həm 1-4-α-qlikozid, həm də 1-6 karbon atomları ara-

sında  rabitələr  yaradaraq  şaxələnirlər.  Son  zamanlar  müəyyən 

olunmuşdur ki, amilopektin molekulunda hər 8-12 qlükoza qa-

lığında bir şaxələnmə baş verir. Amiloza suda yaxşı, amilopek-

tin isə suda pis həll olur. Nişasta molekulunda amiloza ilə ami-

lopektinin  faizlə  miqdarı  eyni  olmur.  Məsələn:  düyüdə  17% 

amiloza,  83%  isə  amilopektin  olur.  Buğdada  olan  nişastanın 

24% amilozadan, 76% isə amilopektindən ibarətdir.  

 

Noxudda  və  qarğıdalının  bəzi  sortlarında  olan  nişasta-



nın  50-70%-ni  amiloza  təşkil  edir.  Ona  görə  də  qeyd  olunan 

məhsulların dad keyfiyyəti bir-birindən fərqlənir. Üzümün tər-

kibində  olan  nişasta  isə  yalnız  amilozadan  təşkil  olunmuşdur. 

Nişasta süfrə şərablarının tərkibində demək olar ki, olmur. An-

caq tündləşdirilmiş şərablarda isə nişastaya rast gəlinir.  



 Azotlu maddələr 

 

34 



 

Qlikogen.  Qlikogen  də  kimyəvi  tərkibinə  görə  nişasta 

kimi qlükozanın biopolimerləşməsindən əmələ gəlmişdir. O, ən 

çox  insan  və  heyvan  toxumalarında,  göbələklərdə,  mayalarda 

olur. Qida ilə çoxlu karbohidrat qəbul etdikdə qlikogen ehtiyat 

qida maddəsi kimi qaraciyərdə toplanır. Qlikogenə üzümün və 

başqa bitkilərin toxumunda da rast gəlinir. Üzüm şirəsini əzinti 

ilə birlikdə qıcqırtdıqda  şərab materialında az miqdarda qliko-

genə təsadüf olunur. Qlikogen də nişasta kimi turşu və  ya qli-

kogenaza  fermentinin  təsirindən  hidroliz  olunaraq,  əvvəlcə 

dekstrinlərə, sonra maltozaya və ən nəhayət, çoxlu sayda α-qlü-

kozaya ayrılır.  

 

Sellüloza (C



6

H

10

O

5

)

n

Sellüloza bitki aləmində geniş ya-

yılmış polisaxariddir. Kimyəvi tərkibinə görə β-D-qlükopirano-

zanın biopolimeridir.  

Sellüloza  molekulunda  1  400-dən  14  000-ə  qədər  qlü-

koza  qalıqlarının  varlığı  müəyyən  olunmuşdur.  Onun  molekul 

çəkisi  250  000-dən  2  000 000-na  qədərdir.  Sellüloza  moleku-

lunda β-qlükoza molekulları 1-4-qlikozid rabitəsi şəklində bir-

ləşir. Üzümün daraq hissəsində, qabığında və lətində sellüloza 

çox  olur.  Üzüm  şirəsində  isə  sellüloza  demək  olar  ki,  olmur. 

Üzüm şirəsinin əzinti və ya daraqla birlikdə qıcqırdılmasından 

alınan şərab materialında sellülozaya təsadüf olunur. Sellüloza-

nın  170


0

C  temperaturda  turşu  təsirindən  parçalanması  nəticə-

sində qlükoza əmələ gəlir ki, ondan da etil spirti alınır. Sellülo-

za insan orqanizmi tərəfindən mənimsənilmir. Bu onunla əlaqə-

dardır ki, insan orqanizmində sellülozanı hidroliz edən ferment 

sintez olunmur.  

Đnsanlardan  fərqli  olaraq  göyşəyən  heyvanlarda  sellü-

lozanı  parçalayan  ferment  (sellüloza  və  ya  β-qlükozidaza) 

mövcuddur. Bu ferment sellülozanın qlükozaya qədər parçalan-

masını kataliz edir. Elə ona görə də sellüloza göyşəyən heyvan-

lar tərəfindən mənimsənilir. Sellüloza bitkilərin ümumi çəkisi-

nin  50-60%-ni  təşkil  edir.  O  bitkilərin  oduncaq  hissəsində, 

pambığın lifində daha çox olur. Ona bitkilərin tərkibində başqa 

polisaxaridlərlə birləşmiş şəkildə (liqnin, hemisellüloza və pek-




Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə