Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə17/149
tarix18.05.2018
ölçüsü4,44 Mb.
#44902
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   149

 Azotlu maddələr 

 

50 



COH–COOH + CH–CO–SCoA + 2 H

2

O →    



                Qlioksil turşusu  

 

→ COOH–CH



2

–CHOH–COOH  + HS–CoA 

                                 Alma turşusu  

 

 



Göründüyü  kimi  alma  turşusu  üzümdə  gedən  maddələr 

mübadiləsində, tənəffüs sistemində yaxından iştirak edərək as-

similyasiya və dissimilyasiya proseslərinə məruz qalır. Ona gö-

rə də alma turşusunun şərab istehsalında əhəmiyyəti böyükdür.  



Şərab turşusu COOHCHOH–CHOHCOOH. 

Bu  turşu  iki  əsaslı  oksiturşu  olub,  iki  ədəd  asimmetrik 

karbon  atomuna  malikdir.  Ona  görə  də  onun  4  optiki  izomeri 

mövcuddur. Üzümdə və şərabda bu turşunun D-formasına sər-

bəst halda rast gəlinir.  

Yetişmiş  üzümün  tərkibində  sortdan  asılı  olaraq 

5÷10q/kq  şərab  turşusu  olur.  Şərab  turşusu  başqa  meyvələrə 

nisbətən  üzümün  yarpağında,  şirəsində  çoxluq  təşkil  edir.  Şə-

rabda  şərab  turşusuna  həm  sərbəst,  həm  də  birləşmiş  şəkildə 

bəzi duzların tərkibində rast gəlinir. Şərab turşusunun aşağıdakı 

duzları məlum olmuşdur.  

a.  Şərab turşusunun turş kalium duzu; 

b.  Şərab turşusunun kalium duzu; 

c.  Şərab turşusunun kalsium duzu; 

d.  Şərab turşusunun kalium-natrium duzu (seqnet duzu). 

a)  Şərab  turşusunun  turş  kalium  duzu  (kalium 

bitartarat) KHC

4

H

4

O

6

 və ya COOH–(CHOH)

2

–COOK

Bu  duz  zəif  turş  dada  malikdir.  Şərab  turşusuna  nisbə-

tən  suda  pis  həll  olur.  Suda  və  spirtdə  həll  olması  çox  zəifdir. 

Şərabda spirt faizi artdıqca bu duzun həll olması çox azalır. Şə-

rabda  olan  şərab  tuşusunun  təxminən  50%-i  şərab  turşusunun 

turş kalium duzu şəkilndə olur.  



b)  Şərab  turşusunun  kalium  duzu  (kalium  tartarat)  

K

2

C

4

H

4

O

6

 və ya COOK(CHOH)

2

–COOK

Bu duz suda yaxşı, spirtdə isə çətin həll olur.  




 Azotlu maddələr 

 

51 



c)  Şərab  turşusunun  kalsium  duzu  (kalsium  tartarat)  

CaC

4

H

4

O

6

·4H

2

O

Dörd molekul su ilə kristallaşır. Bu duz 100

0

C tempera-



turda  kristallaşmış  iki  molekul  suyu  itirir.  Kalsium  duzunun, 

şərab turşusunun turş kalium duzuna nisbətən suda həll olması 

çox  aşağıdır.  Şərab  turşusunun  kalsium  duzu  ilə  kalium  duzu-

nun qarışığı “şərab daşı” adlanır. Şərabın saxlanması dövründə 

şərab turşusunun kalsium duzu dörd molekul su ilə birlikdə qa-

bın dibinə çökür. Bu turşunun açıq formulu aşağıdakı kimidir.  

           COO 

 

      H–C–OH  



                                 Ca 

   HO–C– H  

 

           COO 



 

 

Şərab  turşusunun  kalsium  duzunun  aşağı  temperaturda 



həll olması zəifləyir. Ona görə də onun aşağı temperaturda çök-

məsi daha sürətlə gedir.  



d)  Şərab turşusunun kalium-natrium duzu  (seqnet duzu) 

KNaC

4

H

4

O

6

·4H

2

O;KOOC–CHOH–CHOH–COONa. 

Suda  yaxşı  həll  olan  duzdur.  Temperatur  artdıqca  onun 

həll olma qabiliyyəti yüksəlir. Şərab turşusu bəzi bitkilərin tər-

kibində yayılmaqla ən çox üzümdə olur. Hal-hazırda şərab tur-

şusu sənaye üsulu ilə üzümdən və onun məhsullarından istifadə 

etməklə alınır.  

Şərab zavodlarında maya qalıqlarından, şərab turşusunun 

əhəngli xammalı alınır. Bu xammaldan da şərab turşusu almaq 

üçün istifadə olunur. Üzümün və şərabın tərkibində ən çox ya-

yılmış alifatik turşu şərab turşusudur.  

Bu turşunun üzümdə biosintezi ilk dəfə Ribero-Qayon tə-

rəfindən  müəyyən  edilmişdir.  O  göstərmişdir  ki,  şərab  turşusu 

üzümdə  heksozalardan,  əsasən  də  qlükozadan  müxtəlif  çevril-

mələrə məruz qalaraq sintez olunur.  




 Azotlu maddələr 

 

52 



O  bu  prosesi  sxematik  olaraq  aşağıdakı  kimi  göstərmiş-

dir:  


  CHO                      COOH                     COOH 

 

  CHOH                   CHOH                     CHOH 



 

  CHOH                   CHOH                     CHOH 

 

  CHOH                   CHOH                      CHO 



                                                              Şərab turşusunun 

  CHOH                   C=O                      aldehidi 

 

  CH


2

OH                 CH

2

OH   


Qlükoza                 5-ketoqlükon               

    turşusu                           

 

                 COOH 



 

                 CHOH                   CHO 

                                  +  

                 CHOH                   CH

2

OH 


                                          Qlikol aldehidi 

                 COOH 

            Şərab turşusu 

 

 



Üzüm  yetişdikcə  şərab  turşusu  miqdarca  çoxalır.  Bu 

turşu  üzümdə  sintez  olunmaqla  yanaşı  həm  də  bir  çox  çevril-

mələrə məruz qalır.  

 

Şərab  turşusundan  üzümdə  dioksifumar,  kəhrəba,  alma 



və qeyri turşular sintez olunur.  

 

Üzümün yetişmə müddəti ötdükdə isə şərab turşusu ok-



sidləşərək miqdarca azalır.  

 

Üzüm giləsində gedən fotosintez prosesi zamanı fosfo-



enolpiroüzüm  turşusundan  aşağıdakı  sxem  üzrə  şərab  və  alma 

turşuları sintez olunur.  




Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə