Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Quşların xarici quruluşu
3
3
121
120
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
8
-ci
 f e sil
Xordalı  heyvanlar. Quşlar və məməlilər
İnsanlar q
raq onlara həsəd aparmış və uçmaq üçün müxtəlif vasitələrdən istifadə etmişlər. 
Lakin bu ideyalar texnikanın son nailiyyətləri nəticəsində mümkün olmuşdur.  
ədim zamanlardan səmaya qalxmaq arzusunda olublar. Quşlara baxa-
·  Quşların  hansı  quruluş  xüsusiyyətləri  onlara  əlavə  vasitələrdən  istifadə 
etmədən uçmalarına imkan verir? 
48. 
Quşlar  sinfi
Məqsəd:  Quşun  xarici  quruluşu  ilə  tanış  olmaq,  uçmağa  uyğunlaşma  xüsu-
siyyətlərini müəyyən etmək.
Təchizat: Quş müqəvvası.
İşin  gedi
n  hansı  hissəsində  yerləşir?  4.  Quşun  başında  hansı 
orqanlar yerləşir? 5. Quşun ön ətrafı kərtənkələnin ön ətrafından nə ilə fərq-
lənir? 6. Quşun arxa ətraflarında neçə barmaq var və onlar necə yerləşmişdir?
şi:  1.  Quşun  bədəninin  formasını  və  onun  hansı  hissələrdən  ibarət 
olduğunu təsvir edin. 2. Quşun bədənində lələklər necə yerləşmişdir? 3. Ən iri və 
ən  kiçik  lələklər  bədəni
Nəticəni  müzakirə  edin:  Hansı  quruluş  xüsusiyyətləri  quşlara  uçmağa  və 
quruda gəzməyə imkan verir? 
Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bə-
dəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraf-
larında üzəri pulcuqlarla örtülü pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 
4 barmaq vardır.
Bədən örtüyü. Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büz-
düm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini 
sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən 
olur. 
Quşlar sinfi.   8600-dən çox növü var. Uçma ilə əlaqədar quşların ön 
ətrafları  qanadlara  çevrilmişdir.  Bədənləri  lələklərlə  örtülmüşdür.  Bo-
rulu  sümüklərin  içərisi  hava  ilə  dolmuş  və  yüngülləşmişdir.  Quşlarda 
dişlər  və  sidik  kisəsi  yoxdur.  Maddələr  mübadiləsinin  sürətlə  getməsi 
nəticəsində onların bədən temperaturu yüksək olur. 
Göz
Qulaq 
dəliyi
Burun 
dəliyi
Üst 
dimdik
Alt 
dimdik
Dil
Dimdikdibi
Baş
Gövdə
Qanad
Quyruq
Pəncə lüləsi
Barmaqlar
Dimdik
Göyərçinin skeleti
Çanaq 
sümüyü
Quyruq 
fəqərəsi
Barmaqlar 
Pəncə lüləsi
Boyun 
fəqərələri
Dirsək 
sümüyü
 
Ön barmaqlar
Mil 
sümüyü
Bazu 
sümüyü
Döş tili
Qarğa 
sümüyü
Körpücük 
sümüyü
Baldır (qamış) 
sümüyü
Büzdüm 
sümüyü
Bud 
sümüyü
Kəllə
Qabırğalar
Lələklər. Bədən xaricdən kontur (bi-
çim) lələkləri ilə örtülmüşdür. Kon-
tur lələklərinin 3 növü – çalma, sü-
kan  örtük lələkləri olur.  
Skeleti  və  əzələləri.  Skeletin  bəzi 
sümükləri  bir-birinə  bitişmiş  hal-
dadır və bir çox sümüklərin içərisi 
hava ilə dolu olur. Belə quruluş xü-
susiyyəti skeleti möhkəm və yüngül 
edir. 
Kürək sümüyü
Quşların həyat fəaliyyəti
Bədən quruluşu. Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. 
Başda buynuz maddəsindən təşkil olunmuş  üst və alt dimdik  vardır. 
Ön pəncə sümükləri
Qarmaqcıq
Birinci 
dərəcəli 
saqqalcıq
İkinci
dərəcəli 
saqqalcıq
Yelpik
Lələk oxu (gövdə)
Lələk mili (qələm)
Qu lələyi
Sap 
lələk
Tiftik
Biçim lələyi
Lələklər
Qıl 
lələk


Göyərçinin həzm, ifrazat, tənəffüs və çoxalma sistemləri
Səs teli 
burada yerləşir
3
3
123
122
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Quşların  əksəriyyətində  onurğanın  boyun  şöbəsi  hərəkətli,  digər  şöbələri  isə 
hərəkətsizdir  (bəzi  quşlarda  quyruq  hissə  hərəkətlidir).  Quyruğun  sonuncu 
fəqərələrinin  bir  neçəsi  birləşərək  büzdüm  sümüyü  əmələ  gətirir.  Əksəriyyə-
tində döş sümüyü qayıq şəklində uzanaraq döş tilini əmələ gətirmişdir. Quşların 
ön ətraf qurşağında 2 qarğa, 2 kürək   və 2 körpücük sümükləri olur. Körpücük 
sümükləri aşağı hissədən birləşərək çəngəl şəklini almışdır. Quşlarda ön ətrafda 
üç barmaq olur. 
Arxa ətrafda bir neçə pəncə sümüyü birləşərək pəncə lüləsi əmələ gətirir. 
Əzələləri yaxşı inkişaf etmişdir. Döş tilinə uçuş zamanı qanadları endirən güclü 
döş əzələləri birləşir. Bu əzələlərin altında isə qanadları qaldırmağa xidmət edən 
körpücükaltı əzələlər  yerləşir.
Həzm sistemi. Quşlarda alt və üst çənələr dimdiyə çevrilmişdir. Tutulan qida 
ağızdan udlağa, oradan isə qida borusuna düşür. Quşların  əksəriyyətində qida 
borusu genişlənərək boyun hissədə çinədan əmələ gətirir. Çinədanda qida ifraz 
olunan şirələrin təsiri ilə yumşalaraq mədəyə düşür. Mədə iki şöbədən – vəzili və 
əzələli hissədən ibarətdir. Mədənin vəzili   şöbəsində qidaya həzm şirələri təsir 
edir.  Quşlarda  dişlər  olmadığından  qidanın  xırdalanması  mədənin  kiçik 
daşcıqlara  malik  əzələli  şöbəsində  gedir.  Həzm  olunmayan  qida  bağırsağın 
genişlənmiş hissəsi olan kloakaya keçir və kloaka dəliyindən xaric edilir.
Tənəffüs sistemi. Quşlar ağciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda 
hava kisələri də meydana gəlmişdir. Hava kisələrinə  dərinin altında, daxili or-
qanların  arasında,  borulu  sümüklərin  içərisində  rast  gəlmək  mümkündür.   
Hava kisələri ağciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəsalma, həm də nəfəs-
vermə zamanı ağciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da ikiqat tənəffüs 
adlanır. 
Qan-damar  sistemi.  Quşların  ürəyi  dördkameralı  olub,  iki  qulaqcıq  və  iki 
mədəcikdən ibarətdir. Suda-quruda yaşayanlarda və sürünənlərdə olduğu kimi, 
Göyərçinin  qan-damar sistemi
Göyərçinin sinir sistemi
Göyərçin ürəyinin quruluşu
Göyərçinin baş beyninin quruluşu
quşlarda da böyük və kiçik qan dövranı vardır. Lakin bunların ürəyində arterial 
və  venoz  qan  bir-birinə  qarışmır.  Quşlar  istiqanlı  olub  bədən  temperaturları 
sabitdir və 42-43°C-yə çatır.
İfrazat  sistemi.  İfrazat  orqanı  bir  cüt  böyrəkdir.  Böyrəklərdən  çıxan  sidik 
axarları kloakaya açılır. Sidik kisəsi yoxdur. 
Sinir sistemi. Baş və onurğa beynindən və onlardan çıxan sinirlərdən ibarətdir. 
Baş  beyində  ön  beyin  daha  yaxşı  inkişaf  edərək  beyin  yarımkürələri  əmələ 
gətirmişdir.  Quşların  mürəkkəb  hərəkətləri  yaxşı  inkişaf  etmiş  beyinciklə 
koordinasiya edilir. 
Hiss orqanları. Quşlarda görmə və eşitmə qabiliyyəti yaxşı, qoxubilmə isə zəif 
inkişaf etmişdir. Hər bir göz 3 göz qapağına (alt, üst göz qapaqları və qırpma 
pərdəsi) malikdir.  Qulaq 3 hissədən – daxili, orta və xarici qulaqdan ibarətdir.


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə