Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   70

Yaşayış mühitinə görə məməliləri qruplaşdırın:
Qonur ayı, ceyran, köstəbək, delfin, pələng, yarasa, balina, dəvə, begemot
Nəticələri müzakirə edin: Hər bir qrupun nümayəndəsi xarici quruluşuna görə  
hansı ümumi əlamətlərə malikdir? Bu, nəyi sübut edir?
Balina və delfin suda yaşayır və yaxşı üzürlər. Yarasalar isə uçmalarına görə heç 
də quşlardan geri qalmırlar.
· Hansı əlamətlərinə görə onları məməlilər sinfinə aid edirlər?
· Onlar quruda yaşayan digər məməlilərdən nə ilə fərqlənir?
53. 
Məməlilərin ekoloji qrupları
Fäaliyyät
Fäaliyyät
Quruda yaşayan məməlilər. Bunların bir hissəsi quruda, torpaq üzərində, bəzi-
ləri torpaqda, digərləri isə ağaclarda yaşayır. 
Torpaq  üzərində  yaşayan  məməlilər.  Əsasən,  meşələrdə  və  ya  açıq  sahələrdə 
məskunlaşırlar.  Bu  heyvanlarda  mütənasib  quruluşlu  bədən,  yaxşı  inkişaf 
etmiş  uzun  ətraflar,  əzələli  boyun  olur.  Əksəriyyəti  qaçmaqla,  yeriməklə  və 
tullanmaqla hərəkət edir. Quruda yaşayan heyvanlar içərisində otyeyən məmə-
lilər üstünlük təşkil edir. Bunlar cütdırnaqlılar dəstəsinin nümayəndələri,  mə-
sələn, maral, antilop, zürafə, keçi, qoyun, inək və s. kimi heyvanlardır.   Tək-
dırnaqlılar (at, zebr, eşşək), dovşankimilər  də  otyeyənlərə aiddir.
Şikarını təqib edən və sürətlə qaçan canavar və hepard kimi quru yırtıcılarda 
ətraflar uzun olur. Bunun əksinə olaraq, şikarını pusan və təqib etməyən pələng 
və vaşaqda isə ətraflar nisbətən qısadır. Gəmiricilərin bəzilərində və dovşanki-
milərdə  arxa  ətraflar  uzun,  ön  ətraflar  isə  qısa 
olur. 
Ağacda yaşayan məməlilər. Bəzi məməlilər quru-
da  yaşasa  da,  ağaclarda  məskən  salır.  Ağacda 
yaşayan  məməlilərdə  tutucu  pəncələr  və  ilişkən 
quyruq olur. Ağacda yaşayan məməlilərə primat-
lar dəstəsinin (meymunlar, yarımmeymunlar) bir 
çox  nümayəndələri,  bəzi  gəmirici  və  kisəlilər 
aiddir.  
Torpaqda yaşayan məməlilər.  Torpaqda qazıcı hə-
yat  tərzi  keçirən  heyvanlara  köstəbəklər,  yer-
eşənlər,  gəmiricilərin  bir  çoxu  (sünbülqıranlar, 
çölsiçanları)  aiddir. Bunlar həyatının əksər his-
səsini  torpaq  altında  keçirərək,  burada  yollar 
açır,  həşəratlar  və  onların  sürfələri,  müxtəlif 
qurdlarla  qidalanır. Torpağı  qazıcı  ön  ətrafları, 
bəzən dişləri ilə qazır. Torpaq həyat tərzi ilə əla-
qədar bunların bədənləri qısadır, boyunları seçil-
mir, gözləri, qulaqları və hətta quyruqları qalıq 
halında olur. Xəzləri qısadır və sıxdır. 
Suda  yaşayan  və  yarımsu  həyat  tərzi  keçirən 
məməlilər.  Məməlilərin  bəziləri  bütün  həyatını 
suda  keçirir,  digərləri  isə  quru  ilə  əlaqəsini 
kəsmir.  
Suda  yaşayan  məməlilər.  Bunlara  suitilər,  del-
finlər və balinalar aiddir. Su həyat tərzi ilə əlaqə-
dar  onların  bədən  formaları,  balıqlardakı  kimi, 
axımlıdır. Ətrafları suda   hərəkətə xidmət edən 
üzgəclərə və ya pərlərə çevrilmişdir. Su mühitin-
də  bədənin  soyumaması  üçün  bədəndə  qalın  piy 
qatı inkişaf etmişdir. 
Balinalar,  delfinlər  quru  ilə  əlaqəsini  tam  itir-
mişdir. Hərəkət orqanı quyruq üzgəcidir. Ön ət-
raflar üzgəcə çevrilmiş, arxa ətrafı olmur. Bali-
nakimilərdə tük örtüyü yoxdur. 
Kürəkayaqlılar dəstəsindən   olan suitilər həyat-
larının  əksər  hissəsini  suda  keçirsə  də,  quru  ilə 
əlaqəsini kəsməmişdir. Onlar dincəlmək, tüləmə 
və balalamaq üçün quruya çıxır. 
Yarımsu həyat tərzi keçirən məməlilər. Yarımsu 
həyat  tərzi  keçirən  məməlilərə  ördəkburun,  gə-
miricilərdən ondatra, qunduz və başqaları aiddir. 
Onlar suda yaxşı üzür və quruda sərbəst gəzir. Ör-
dəkburunun  ətraflarında  barmaqlar  arasında 
üzmə pərdəsi olur. Quyruq suda sükan funksiya-
sını yerinə yetirir. Tük  örtüyü yaxşı inkişaf et-
mişdir. 
Uçan məməlilər. Bu qrupa yarasalar dəstəsi aid-
dir. Ön ətrafları qanadlara çevrilmişdir. Bədənin 
yan hissələrindən başlayan uçma pərdəsi ön ətra-
Yarımsu həyat tərzi 
keçirən məməlilər
Suda yaşayan 
məməlilər 
Torpaq üzərində və ağacda yaşayan məməlilər
Göy balina
Kaşalot
Köstəbək
Məməlilərin müxtəlif dəstələrinin nümayəndələri eyni mühit şəraitinə 
uyğunlaşma  ilə  əlaqədar  oxşar  xüsusiyyətlərə  malik  olur.  Keçirdikləri 
həyat tərzinə görə onları bir neçə ekoloji qrupda birləşdirirlər.
3
3
137
136
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Koala
Ördəkburun
Torpaqda yaşayan 
məməlilər
Yereşən
Antilop
Zebr


3
3
139
138
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Quru məməliləri
Su məməliləri
Su ətrafında yaşayan məməlilər
Uçan məməlilər
Torpaqda yaşayan məməlilər
Əlamətləri  
Nümayəndələri
Ekoloji qrup
1. Düzgün cavabı seçin: 
1. Su məməlilərinə balina və delfinlər/balina və akulalar aiddir. 
2. Su məməlilərindən quru ilə əlaqəsini balinalar/suitilər kəsmişdir. 
3. Quru məməlilərindən kirpi/ köstəbək torpağın dərinliyində yaşayır. 
4. Yarasalarda görmə/eşitmə orqanı yaxşı inkişaf etmişdir.
2. Şəkildə göstərilən heyvanlar necə adlanır? Onlar hansı ekoloji qrupa aid edilir?  
Bu heyvanlar hansı uyğunlaşma əlamətlərinə malikdir?
54.
 İnsan – məməlilər sinfinin nümayəndəsidir
Sirk tamaşalarında itlər, pələnglər, meymunlar və digər məməlilər daha çox 
iştirak edir.
· Nə üçün heyvan təlimçiləri təlim məqsədilə əsasən məməlilər sinfinin 
nümayəndələrindən istifadə edirlər?
Şəkildə təsvir olunan 
onurğalı heyvanların hansı 
siniflərə aid olduğunu 
müəyyən edin. Bu siniflərin 
nümayəndələrində insana 
xas olan əlamətləri söyləyin. 
Nəticəni müzakirə edin: 
1. Hansı sinfin nümayəndəsi 
ilə insanın ümumi xüsusiy-
yətləri daha çoxdur? 
2.  Bu, hansı xüsusiyyət-
lərdir?
Fäaliyyät
Fäaliyyät
İnsanın  məməlilərlə  oxşar  və  fərqli  əlamətləri.  İnsan  da  məməlilər 
sinfinin nümayəndəsidir və onun bədən quruluşunda məməlilərə xas bir 
çox əlamətləri müəyyən etmək olar. Məməlilər kimi, insanın da onurğa 
sütununun  boyun  şöbəsində  7  fəqərə  olur.  Çənədə  ixtisaslaşmış  azı, 
kəsici, köpək dişləri var. 
İnsan  da,  məməli  heyvanlar  kimi,  balalarını  ana  südü  ilə  bəsləyir. 
İnsanda da döş boşluğu qarın boşluğundan diafraqma  (tənəffüsdə iştirak 
edir) ilə ayrılmışdır.  Bütün məməlilər kimi, insan da istiqanlıdır və sabit 
bədən temperaturuna malikdir. İnsanda, əksər məməlilərdə olduğu kimi,  
dölün inkişafı ana bətnində gedir. 
Lakin yalnız insana xas olan – onurğanın S-vari əyriliyi, dikyerimə, 
tağşəkilli ayaq, kəllənin beyin şöbəsinin üz şöbəsindən böyük olması kimi 
əlamətlərə digər məməlilərdə rast gəlinmir.
İnsanın ali sinir fəaliyyəti. Sinir sistemi kifayət qədər inkişaf etmiş 
orqanizmlərdə  ali  sinir  fəaliyyəti  müşahidə  edilir.  Ali  sinir  fəaliyyəti   
Uçan 
məməlilər
Yarasa
Hansı xüsusiyyətlər məməlilərin göstərilən ekoloji qruplarına uyğun gəlir? Bu 
qrupların nümayəndələrini göstərin.
1. Mütənasib güclü bədən, uzun ətraflar, əzələli boyun; 
2. Ön ətrafların barmaqları arasında dəri pərdə, döş tili, uzanmış barmaq 
falanqaları; 
3. Uzanmış və güclü arxa ətraflar, qısalmış ön ətraflar; 
4. Qulaq seyvanı və quyruğu olmur, pis görür, qoxubilmə və lamisə güc-
lüdür; 
5. Axıcı bədən forması, bir cüt üzgəc, quyruq üzgəci, 
 və tükü 
olmur; 
6. Suda yaşasa da, çoxalması quruda gedir,  iki  ayaq pəri var.
qulaq seyvanı
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
fın uzanmış barmaq falanqalarını, arxa ətrafı 
və  quyruğu  əhatə  edir.  Uçma  ilə  əlaqədar, 
quşlardakı kimi, döş tili var, döş əzələləri güclü 
inkişaf  etmişdir.  Əksəriyyəti  həşəratla  qida-
lanır.  Bəziləri,  quşlar  kimi,  fəsil  miqrasiyası 
edərək qışlamaq üçün isti ölkələrə gedir. Bütün 
yarasalar ultrasəslər buraxır və onları eşitmək   
üçün iri qulaq seyvanları olur. 


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə