Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq


Qidalanma tipinə görə quşların ekoloji



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   70

Qidalanma tipinə görə quşların ekoloji 
qrupları
Həyat tərzinə görə quşların ekoloji qrup-
ları
Bitkiyeyən quşlar. Əksəriyyəti bitki qidası 
ilə – dən, giləmeyvə və toxumlarla qidala-
nır.  Belə  quşlara  payızbülbülləri,  meşə  xo-
ruzları,  tetralar  aiddir. 
Həşəratla qidalanan quşlar. Nazik, itidim-
dik, iti caynaq və uzun barmaqları olur. 
Yırtıcı quşlar. Dimdikləri qısa və güclüdür, 
qarmaq kimi aşağı əyilmişdir. Arxa ətraf-
larında iti caynaqlar olur. Döş və ayaq əzə-
lələri  güclü  inkişaf  etmişdir.  Gecə  və 
gündüz  yırtıcı  quşlarına  bölünür.  Gündüz 
yırtıcı quşlarına – qartal, şahin, qırğı; gecə 
yırtıcı  quşlarına  –  bayquş  və  yapalaqlar 
aiddir.  Yırtıcı  quşlar  torpaq  üzərində, 
demək olar ki, gəzmir. 
Hər  şeylə  qidalanan  quşlar.  Ən  çox  rast 
gəlinəni sərçə və qarğalardır.
 
Yaşadıqları  mühit  şəraitinə  görə  quşlar 
bəzi ekoloji qruplara bölünür.
Meşə quşları. Əksəriyyətinin qanadları qı-
sa, quyruğu isə nisbətən uzun olur, onların 
ağac  və  kollar  arasında  uçmasını  asanlaş-
dırır. Bu qrupa, əsasən, arıquşular, ağacdə-
lənlər, qaratoyuqlar, tetra və meşə xoruzları   
aiddir.
Açıqlıq  sahə  quşları.  Ayaqlarının  güclü  və 
boynunun uzun olması vaxtında təhlükəni 
görməyə və düşməndən gizlənməyə imkan 
verir.  Bitkiyeyən  və  həşəratla  qidalanan 
quşlardır.  Doydaqlar,  durnalar,  dəvəquşu-
lar bu qrupa aiddir.
Sahil  və  bataqlıq  quşları.  Əksəriyyətində 
ətraflar və boyun uzun, dimdik iri olur. Bu 
xüsusiyyət onlara yem əldə etməyə, bədəni 
islanmaqdan  qorumağa  imkan  verir. 
Bunlara leyləklər və vağlar aiddir. 
Su quşları.  Onların bir çoxu yaxşı üzür, su-
ya  baş  vurur  və  uçur.  Bədənləri  uzun-
sovdur,  ayaqlar  bədənin  arxa  hissəsinə  – 
quyruğa  yaxın  yerləşdiyi  üçün  suda 
hərəkəti  asanlaşdırır.  Əksəriyyətində  sıx 
Meşə quşları 
Xallı 
qaratoyuq
Sarı 
ağacdələn
Açıqlıq sahə quşları 
Ağ durna
Adi doydaq
Qidalanmasına və həyat tərzinə görə quşlar müxtəlif ekoloji qruplara 
bölünür.
lələk örtüyü  və barmaqlar arasında üzmə pərdəsi olur. Torpaqda yavaş hərəkət 
edir. Bu qrupa, əsasən, qazkimilər dəstəsinin nümayəndələri – qazlar, ördəklər 
 qu quşları  aiddir.
Pinqvinlər  də  su  quşlarıdır.  Onlarda  ayaq  barmaqları  arasında  üzmə  pərdəsi 
olur.  Suda  üzməsində  arxa  ətraflar  və  qanadlar  iştirak  edir.  Döş  tili  yaxşı 
inkişaf etmişdir. Bədən quruda şaquli vəziyyətdə dayanır.  
Sahil və bataqlıq quşları
İri vağ 
Ağ leylək 
Su quşları
Yaşılbaş ördək
Gümüşü qağayı
Qu quşu
Quşların təbiətdə əhəmiyyəti. Quşlar həşəratlar və kiçik gəmiricilərlə 
qidalanmaqla onların sayının tənzimlənməsində iştirak edir. Onlar özləri 
də digər heyvanların qidasını təşkil edir. Bəzi tropik bitkilər çiçək nektarı 
ilə  qidalanan  quşlarla  (kolibri)  tozlandırılır.  Quşlar  həm  də  bitkilərin 
meyvə və toxumlarının yayılmasında iştirak edir.
Bizim hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını da-
ğıtmaq və kütləvi şəkildə ovlamaq olmaz. Quşları qorumaq üçün onların 
təbii yaşayış sahələrinin və yuvalama yerlərinin saxlanılması vacibdir.
Quşları ekoloji qruplar üzrə ayırın: 
ağacdələn, qu quşu, meşə xoruzu, qartal, vağ,  
qaratoyuq, qırğı, ördək, dəvəquşu, durna, pinqvin, tetra.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Meşə quşları
Su quşları 
Açıqlıq quşları 
Bataqlıq və sahil quşları 
1. Uyğunluğu müəyyən edin:
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Əlamətlər: 
1.  Möhkəm  və  güclü  ayaqları  olur.  2.  Barmaqlar  arasında  üzmə 
pərdəsi olur.  3. Ayaqları uzundur.  4. Boyunları uzun olur.   5. Qarmaqşəkilli 
dimdiyi olur. 6. Ayaqlar bədənin arxa hissəsinə yaxın yerləşir. 
Quşlar:   
I.  Leylək.   II. 
.   III. Dəvəquşu. 
Ördək
2. Quşlar haqqında  mahnı, şeir, nağıl, təmsil, atalar sözü və məsəllər 
toplayın. Kiçik təqdimat hazırlayın.
3
3
129
128
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər


3
3
131
130
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
51. 
Məməlilər sinfi
Məməlilərin xarici görünüşü və ölçüləri çox fərqli ola bilər. Bu, mühit şərai-
tindən və həyat tərzindən asılıdır. Yerdə gəzən fil, torpaqda yaşayan köstəbək, 
uçan yarasa və suda yaşayan göy balina məməlilər sinfinin nümayəndələridir. 
· Hansı xüsusiyyətlərinə görə bu heyvanları bir sinfə aid edirlər? 
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Məməlilərin xarici quruluşu
Məqsəd: Məməlilərin xarici quruluşu ilə tanış olmaq.
Təchizat: “Məməlilərin xarici quruluşu” tablosu, yaxud məməli müqəvvası.
İşin gedişi: 
1. Məməlinin bədən hissələrini göstərin. 
2. Məməlilərin dəri örtüyünün xüsusiyyətlərini qeyd edin. 
3. Baş hissədə nə yerləşir?  
4. Məməlilərin gövdə və ətraflarının quruluşuna diqqət yetirin.
Nəticəni  müzakirə  edin:  Məməlilər  quruluşuna  görə  sürünənlərdən  nə  ilə 
fərqlənir? 
Məməlilərin həyat fəaliyyəti – ev iti
Bədən quruluşu. Məməlilərin əksəriyyətinin bədəni baş, boyun, gövdə, quyruq 
və ətraflardan ibarətdir. Möhkəm və elastik dəridə tüklər,  tər, piy, qoxu və süd 
vəziləri olur. 
Müasir məməlilərin 5,5 minə qədər növü var.   Onlara müxtəlif həyat 
şəraitində rast gəlinir. Məməlilərin əksəriyyəti bətndaxili diri bala doğur.  
Doğulan  balalar  südlə  bəslənir.  Əksəriyyətinin  bədəni  tüklərlə  ör-
tülmüşdür. Onurğanın boyun şöbəsində əksərən 7 fəqərə olur. Əksəriy-
yətində döş boşluğu qarın boşluğundan diafraqma deyilən əzələli pərdə ilə 
ayrılmışdır. Dişləri azı, kəsici və köpək dişlərinə ixtisaslaşmışdır.  Digər 
onurğalılardan fərqli olaraq, qulaq seyvanına malikdir. Məməlilərin ha-
mısı üçün yüksək quruluş səviyyəsinə malik sinir sistemi xarakterikdir.
Ev itinin 
bədən quruluşu
Ev itinin skeleti
Skeleti. Məməlilərdə skelet kəllənin, gövdənin və ətrafların skeletindən təşkil 
olunmuşdur.  Onurğa  beş  şöbəlidir.  Ətrafların  skeleti    qurşaq  və  sərbəst 
ətrafların  skeletindən  ibarətdir.  Onurğanın  quyruq  şöbəsi  müxtəlif  sayda 
quyruq fəqərələrindən təşkil olunur. Fəal hərəkətlə əlaqədar əzələləri, xüsusən 
bel və ətraflarda  daha yaxşı inkişaf etmişdir.
Həzm sistemi. Ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında 
iştirak edir. Qida ağızdan udlağa, qida  borusuna, mədəyə, əvvəl nazik və sonra 
yoğun bağırsağa keçir. Həzm olunmayan qalıqlar anusla xaric edilir. 
Tənəffüs sistemi. Məməlilərin tənəffüs sistemi burun boşluğu, burun-udlaq, 
qırtlaq, nəfəs borusu (traxeya), bronxlar və ağciyərlərdən təşkil olunmuşdur. 
Ev itinin həzm, tənəffüs, ifrazat və cinsiyyət sistemi
Nəfəs borusu
Udlaq
Burun
Ağız
Arxa 
və ön 
ətraflar
Göz
Gövdə
Qulaq
Boyun
Quyruq
Kəllə
Üst çənə
Alt çənə
Kürək sümüyü
Döş sümüyü
Bazu sümüyü
Mil və dirsək sümükləri
Ön pəncə sümükləri
Bud 
sümüyü
Qabırğa
Çanaq 
sümüyü
Qamış 
və incik 
sümükləri
Arxa pəncə 
sümükləri
Onurğanın şöbələri:
quyruq        
oma            
bel           
döş      
boyun


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə