Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

3
3
125
124
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Quş yumurtasının quruluşu
Məqsəd: Quş yumurtasının quruluşunu 
öyrənmək.
Təchizat: Təzə toyuq yumurtası, petr fincanı, 
pinset, preparat iynələri, lupa.
İşin gedişi: 
1. Yumurtanı ehtiyatla qıraraq onun içərisini 
petr fincanına tökün. Yumurta xaricdən nə 
ilə örtülmüşdür? 
2. Əl lupası ilə yumurtanın qabığına baxın. 
Orada görünən məsamələrin funksiyasını 
izah edin. 
3. Yumurtanın mərkəzində nə yerləşdiyini 
müəyyən edin. Ciyələri tapın. Onlar nəyə 
xidmət edir? 
4. Yumurta sarısının üst hissəsində rüşeym diskini tapın. O, nə üçün daim üst 
vəziyyətdə yerləşir? Belə yerləşmənin rüşeym üçün əhəmiyyəti nədir? 
5. Dərslikdəki yumurtanın şəklini dəftərinizə çəkin. 
Quş balalarının inkişaf tipləri. Embrional inkişafını başa vuran quş 
balaları yumurtanın qabığını üst dimdiyin ucundakı çıxıntı ilə sındırır və 
yumurtadan  kənara  çıxırlar.  İnkişaf  dərəcəsindən  asılı  olaraq  balalar, 
əsasən, iki tipdə: cücəbala və ətcəbala olur. 
Toyuqlarda, ördəklərdə, qazlarda, 
qu quşlarında yumurtadan yumşaq 
qu lələkləri ilə örtülü, gözləri açıq 
balalar çıxır. Onlar yumurtadan 
çıxdıqdan az müddət sonra özləri 
sərbəst surətdə gəzə bilir. Belə in-
kişaf tipinə malik quşlar cücəbala-
lılar adlandırılır.
Sərçələrin, göyərçinlərin  və digər 
quşların balaları yumurtadan çıxdıqda 
lələksiz (və ya seyrək lələkli), aciz, göz 
qapaqları və qulaq dəlikləri qapalı olur. 
Bunlar uçmağa başlayana qədər 
valideynləri tərəfindən yemlənir. 
Belə inkişaf tipinə malik quşlara 
ətcəbalalılar deyilir.
Сücəbala 
Ətcəbala 
Həzm
Tənəffüs
Qan-damar
Sinir
İfrazat
Cinsiyyət
Fərqli əlamətlər
Sürünənlər
Quşlar
1. Düzgün ifadələri seçin: 
2. Suallara cavab verin: 
1. Quşlar istiqanlıdır.   
2. Bağırsaq kloaka ilə qurtarır.  
3. Beyincik zəif inkişaf etmişdir.  
4. Pəncə lüləsi yalnız quşlar üçün səciyyəvidir.  
5. Maddələr mübadiləsi zəif gedir.  
6. Mədə iki şöbədən ibarətdir.  
7. Quşların dərisində çoxlu vəzi var. 
Uçuş zamanı istənilən artıq yük maneçilik törədə bilərmi? Quşların skeletində 
uçma zamanı bədənin yüngülləşməsi üçün hansı dəyişikliklər meydana çıxmış-
dır? Bununla əlaqədar daxili quruluşda hansı dəyişikliklər baş vermişdir?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Orqanlar sistemi
Cədvəli tamamlayın.
49. 
Quşların çoxalması və inkişafı. 
      Quşların həyatında mövsümi hadisələr
Şagirdlər  sinifdə  yumurtadan  cücə  çıxarmaq  qərarına  gəldilər.  Onlar  fikir-
ləşdilər ki, bunun üçün yumurtalar isidilməlidir. Şagirdlər bir neçə yumurtanı 
qızdırıcı  cihazın  üzərinə  qoydular  və  bu  müddət  keçsə  də,  yumurtadan  cücə 
çıxmadı. Onlar diqqətlə baxıb yumurtaların xarab olduğunu gördülər. 
· Sizcə, bu yumurtalarda nə üçün cücə inkişaf etmədi? 
Quşların çoxalması. Quşlar ayrıcinsli heyvanlardır və yumurta qoy-
maqla çoxalır. 
Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə, adətən, tək sol yumurtalıq 
inkişaf etmiş olur. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma 
daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf etmişdir. 


3
3
127
126
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Düzgün  ifadələri  seçin: 
1.  Quşların  beyinciyi  və  beyin  yarımkürələri  xüsusilə 
yaxşı inkişaf etmişdir. 2. Quşlarda, adətən, hər iki yumurtalıq fəaliyyət göstərir. 
3.Ciyələrin  hesabına  rüşeym  diski  həmişə  yuxarı  yönəlmişdir.  4.  Ördəklərin 
balaları  ətcəbala olur.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Cədvələ düzgün cavabların nömrələrini  daxil edin: 
Yumurtadan çıxan cücələr: 
1. Çılpaq və ya zəif tük örtüyünə malik olur  
2. Qu tükləri ilə örtülü olur 
3. Gözləri qapalı olur 
4. Gözləri açıq olur 
5. Az müddətdən sonra yeriyə bilir 
6. Uzun müddət aciz olur 
7. Özləri yem tapır 
8. Valideynləri tərəfindən yemlənir 
2.  Yuvalamadan  sonrakı  dövrdə  baş  verən  yerdəyişmələrə  görə  quşları  qrup-
laşdırın: 
Ördək,  boz qarğa,  sağsağan,  ev sərçəsi, zağca, arıquşu,  qaranquş,  qaz,  çölgö-
yərçini,  sarıköynək, bülbül.
Ətcəbalalı quşlar                                      
Cücəbalalı quşlar
...
...
Oturaq quşlar
Köçəri quşlar
Uçub gedən quşlar
...
...
...
Quşların fəsil dəyişkənliyinə uyğunlaşması. Quşlarda ilin fəsillərin-
dən  asılı  olaraq  həyat  proseslərində  müəyyən  mövsümi  hadisələr  baş 
verir. Belə ki, yazın əvvəlində quşların əksəriyyətində çoxalmaya hazırlıq 
dövrü başlanır. Onların bəziləri birləşərək cütlər əmələ gətirir. Bu dövrdə  
quşların  bir  çoxu  otdan,  ağac  budaqlarından,  daşlardan  və  ya  mamır-
lardan müxtəlif quruluşlu yuva tikir.   Cütləşmədən sonra   dişi fərd, nö-
vündən  asılı  olaraq,  yuvaya  müxtəlif  sayda  yumurta  qoyur.  Yumurta   
üzərində əksərən dişi fərd (bəzi quşlarda həm də erkək) kürt yatır. Bir 
müddətdən sonra yumurtadan balalar çıxır. Quşların əksəriyyəti yazda 
bala çıxarır. Bu dövrdə hava isinir, balaların inkişafı üçün lazımi qida və 
əlverişli şərait olur. 
Yay  ərzində  balalar  qidalanaraq  böyüyür  və  müstəqil  həyat  tərzi 
keçirir.  
Payıza  doğru  quşların  bir  çoxu  dəstələrə  toplanaraq  cənub  istiqa-
mətinə – yem bol olan yerlərə köçür. Belə yerdəyişmə prosesi   quşların 
köçməsi   və ya miqrasiyası adlanır. Köçmə üçün siqnal rolunu, əsasən, 
günün uzunluğunun dəyişilməsi oynayır.
Yerdəyişmələrə  görə  quşlar  oturaq,  köçəri  və  uçub  gedən  quşlara 
bölünürlər.
Oturaq quşlar qışda yuvalama yerlərini tərk etmir.   Onlara sağsağan, 
çölgöyərçini, ev sərçəsi aiddir. Əsasən insanların yaşayış məskənlərində 
qida tullantıları ilə qidalanırlar. 
Köçəri quşlar.  Yaza qədər yuvalama yerlərini tərk edir, oradan, adətən, 
yüz  və  ya  min  kilometrlərlə  uzaqlaşırlar.  Bunlara  boz  qarğa,  zağca  və 
arıquşular  aiddir.  Uçub  gedən  quşlardan  fərqli  olaraq,  onların  daimi 
qışlama yerləri və dəqiq yerdəyişmə marşrutları olmur.
Uçub gedən quşlar qış olmayan yerlərə gedir və yuvalama yerlərindən 
min və ya on minlərlə kilometr uzaqlaşırlar. Sarıköynəklər, qaranquşlar, 
bülbüllər, qazlar, ördəklər uçub gedən quşlardır.
50. 
Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti
Balıqçı quş, dülgər quş, 
lələkli müğənni...
· Bu misallara hansı quşlar aiddir? 
Niyə onları belə adlandırırlar?
Şəkillərə baxın:
a) Dimdik formalarına görə qidalanma xarakterı barədə fikrinizi söyləyin.
b) Şəkildə göstərilən ətrafların quruluşuna əsasən quşların həyat tərzi haq-
qında mühakimə yürüdün. 
Fäaliyyät
Fäaliyyät
b
a
Qaz
Şanapipik
1
2
3
4
5
Flaminqo
Ərsindimdik
Leylək 
Ağacdələn
Qutan
Nəticəni müzakirə edin: Həyat tərzi quşların xarici görünüşünə necə təsir 
edir?


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə