Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

Göyərçinin həzm, ifrazat, tənəffüs və çoxalma sistemləri
Səs teli 
burada yerləşir
3
3
123
122
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Quşların  əksəriyyətində  onurğanın  boyun  şöbəsi  hərəkətli,  digər  şöbələri  isə 
hərəkətsizdir  (bəzi  quşlarda  quyruq  hissə  hərəkətlidir).  Quyruğun  sonuncu 
fəqərələrinin  bir  neçəsi  birləşərək  büzdüm  sümüyü  əmələ  gətirir.  Əksəriyyə-
tində döş sümüyü qayıq şəklində uzanaraq döş tilini əmələ gətirmişdir. Quşların 
ön ətraf qurşağında 2 qarğa, 2 kürək   və 2 körpücük sümükləri olur. Körpücük 
sümükləri aşağı hissədən birləşərək çəngəl şəklini almışdır. Quşlarda ön ətrafda 
üç barmaq olur. 
Arxa ətrafda bir neçə pəncə sümüyü birləşərək pəncə lüləsi əmələ gətirir. 
Əzələləri yaxşı inkişaf etmişdir. Döş tilinə uçuş zamanı qanadları endirən güclü 
döş əzələləri birləşir. Bu əzələlərin altında isə qanadları qaldırmağa xidmət edən 
körpücükaltı əzələlər  yerləşir.
Həzm sistemi. Quşlarda alt və üst çənələr dimdiyə çevrilmişdir. Tutulan qida 
ağızdan udlağa, oradan isə qida borusuna düşür. Quşların  əksəriyyətində qida 
borusu genişlənərək boyun hissədə çinədan əmələ gətirir. Çinədanda qida ifraz 
olunan şirələrin təsiri ilə yumşalaraq mədəyə düşür. Mədə iki şöbədən – vəzili və 
əzələli hissədən ibarətdir. Mədənin vəzili   şöbəsində qidaya həzm şirələri təsir 
edir.  Quşlarda  dişlər  olmadığından  qidanın  xırdalanması  mədənin  kiçik 
daşcıqlara  malik  əzələli  şöbəsində  gedir.  Həzm  olunmayan  qida  bağırsağın 
genişlənmiş hissəsi olan kloakaya keçir və kloaka dəliyindən xaric edilir.
Tənəffüs sistemi. Quşlar ağciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda 
hava kisələri də meydana gəlmişdir. Hava kisələrinə  dərinin altında, daxili or-
qanların  arasında,  borulu  sümüklərin  içərisində  rast  gəlmək  mümkündür.   
Hava kisələri ağciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəsalma, həm də nəfəs-
vermə zamanı ağciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da ikiqat tənəffüs 
adlanır. 
Qan-damar  sistemi.  Quşların  ürəyi  dördkameralı  olub,  iki  qulaqcıq  və  iki 
mədəcikdən ibarətdir. Suda-quruda yaşayanlarda və sürünənlərdə olduğu kimi, 
Göyərçinin  qan-damar sistemi
Göyərçinin sinir sistemi
Göyərçin ürəyinin quruluşu
Göyərçinin baş beyninin quruluşu
quşlarda da böyük və kiçik qan dövranı vardır. Lakin bunların ürəyində arterial 
və  venoz  qan  bir-birinə  qarışmır.  Quşlar  istiqanlı  olub  bədən  temperaturları 
sabitdir və 42-43°C-yə çatır.
İfrazat  sistemi.  İfrazat  orqanı  bir  cüt  böyrəkdir.  Böyrəklərdən  çıxan  sidik 
axarları kloakaya açılır. Sidik kisəsi yoxdur. 
Sinir sistemi. Baş və onurğa beynindən və onlardan çıxan sinirlərdən ibarətdir. 
Baş  beyində  ön  beyin  daha  yaxşı  inkişaf  edərək  beyin  yarımkürələri  əmələ 
gətirmişdir.  Quşların  mürəkkəb  hərəkətləri  yaxşı  inkişaf  etmiş  beyinciklə 
koordinasiya edilir. 
Hiss orqanları. Quşlarda görmə və eşitmə qabiliyyəti yaxşı, qoxubilmə isə zəif 
inkişaf etmişdir. Hər bir göz 3 göz qapağına (alt, üst göz qapaqları və qırpma 
pərdəsi) malikdir.  Qulaq 3 hissədən – daxili, orta və xarici qulaqdan ibarətdir.


3
3
125
124
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Quş yumurtasının quruluşu
Məqsəd: Quş yumurtasının quruluşunu 
öyrənmək.
Təchizat: Təzə toyuq yumurtası, petr fincanı, 
pinset, preparat iynələri, lupa.
İşin gedişi: 
1. Yumurtanı ehtiyatla qıraraq onun içərisini 
petr fincanına tökün. Yumurta xaricdən nə 
ilə örtülmüşdür? 
2. Əl lupası ilə yumurtanın qabığına baxın. 
Orada görünən məsamələrin funksiyasını 
izah edin. 
3. Yumurtanın mərkəzində nə yerləşdiyini 
müəyyən edin. Ciyələri tapın. Onlar nəyə 
xidmət edir? 
4. Yumurta sarısının üst hissəsində rüşeym diskini tapın. O, nə üçün daim üst 
vəziyyətdə yerləşir? Belə yerləşmənin rüşeym üçün əhəmiyyəti nədir? 
5. Dərslikdəki yumurtanın şəklini dəftərinizə çəkin. 
Quş balalarının inkişaf tipləri. Embrional inkişafını başa vuran quş 
balaları yumurtanın qabığını üst dimdiyin ucundakı çıxıntı ilə sındırır və 
yumurtadan  kənara  çıxırlar.  İnkişaf  dərəcəsindən  asılı  olaraq  balalar, 
əsasən, iki tipdə: cücəbala və ətcəbala olur. 
Toyuqlarda, ördəklərdə, qazlarda
qu quşlarında yumurtadan yumşaq 
qu lələkləri ilə örtülü, gözləri açıq 
balalar çıxır. Onlar yumurtadan 
çıxdıqdan az müddət sonra özləri 
sərbəst surətdə gəzə bilir. Belə in-
kişaf tipinə malik quşlar cücəbala-
lılar adlandırılır.
Sərçələrin, göyərçinlərin  və digər 
quşların balaları yumurtadan çıxdıqda 
lələksiz (və ya seyrək lələkli), aciz, göz 
qapaqları və qulaq dəlikləri qapalı olur. 
Bunlar uçmağa başlayana qədər 
valideynləri tərəfindən yemlənir. 
Belə inkişaf tipinə malik quşlara 
ətcəbalalılar deyilir.
Сücəbala 
Ətcəbala 
Həzm
Tənəffüs
Qan-damar
Sinir
İfrazat
Cinsiyyət
Fərqli əlamətlər
Sürünənlər
Quşlar
1. Düzgün ifadələri seçin: 
2. Suallara cavab verin: 
1. Quşlar istiqanlıdır.   
2. Bağırsaq kloaka ilə qurtarır.  
3. Beyincik zəif inkişaf etmişdir.  
4. Pəncə lüləsi yalnız quşlar üçün səciyyəvidir.  
5. Maddələr mübadiləsi zəif gedir.  
6. Mədə iki şöbədən ibarətdir.  
7. Quşların dərisində çoxlu vəzi var. 
Uçuş zamanı istənilən artıq yük maneçilik törədə bilərmi? Quşların skeletində 
uçma zamanı bədənin yüngülləşməsi üçün hansı dəyişikliklər meydana çıxmış-
dır? Bununla əlaqədar daxili quruluşda hansı dəyişikliklər baş vermişdir?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Orqanlar sistemi
Cədvəli tamamlayın.
49. 
Quşların çoxalması və inkişafı. 
      Quşların həyatında mövsümi hadisələr
Şagirdlər  sinifdə  yumurtadan  cücə  çıxarmaq  qərarına  gəldilər.  Onlar  fikir-
ləşdilər ki, bunun üçün yumurtalar isidilməlidir. Şagirdlər bir neçə yumurtanı 
qızdırıcı  cihazın  üzərinə  qoydular  və  bu  müddət  keçsə  də,  yumurtadan  cücə 
çıxmadı. Onlar diqqətlə baxıb yumurtaların xarab olduğunu gördülər. 
· Sizcə, bu yumurtalarda nə üçün cücə inkişaf etmədi? 
Quşların çoxalması. Quşlar ayrıcinsli heyvanlardır və yumurta qoy-
maqla çoxalır. 
Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə, adətən, tək sol yumurtalıq 
inkişaf etmiş olur. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma 
daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf etmişdir. 


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə