Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə12/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   212

ŞƏBİH TAMAŞALARININ 

HAZIRLANMASI 

 

Şəbih tamaşalarının təşkilatçısına (rejissoruna) şəbihgərdan deyilir. 



Şəbihgərdan özü əsas rolları ifa etməklə  iştirakçılar arasında rol bölgüsü aparır.  Şəbih 

oynanılan məkanın bütün tərtibatını, geyimlərin seçilməsini, qrim işlərini də baş şəbihgərdan görür. 

İmam övladlarına su verməyən  Şümürün lal-dinməz obrazını, adətən, başqa millətdən olanlar 

oynayırlar. 

Şəbih tamaşalarında şir, göyərçin kimi rəmzi obrazlardan istifadə edilir. Şir imam Hüseynin 

damarlarından axan qanın qoruyucusu, göyərçin isə mələklər rəmzidir. 

Şəbihgərdan quruluş verdiyi tamaşalarda natural effektlərdən istifadə edir. Məsələn, mal 

bağırsaqlarına qan doldurulub əvvəlcədən hazırlanır. 

Tamaşa vaxtı bu bağırsaqları  şəhid olacaq yetmiş iki nəfərin boyunlarına, sinələrinə 

dolayırlar. Yezidin qoşunları onları qılıncdan keçirəndə dəhşətli mənzərə alınır, tamaşaçılar hönkür-

hönkür ağlayırdılar. 

Mücərrəd rəmz-effektlərdən də istifadə olunurdu. Belə ki, ortalığa bir ləyən su qoyulurdu. 

Şümürü oynayan şəbihçi də əli qılınclı onun yanında dayanırdı. Guya bu, Fərat çayıdır. 

Yaxud, yerə sancılan bir neçə ağac budağı camaata xurma bağı kimi çatdırılırdı. Tamaşaçı bu 

rəmz effentləri təbii qəbul edir, onu da qanlı at cıdırının, döyüş səhnələrinin reallığı kimi qavrayırdı. 

Şəbihçi aktyorlar susuzluq əzablarını, imam övladlarının keçirdəkləri psixoloji sarsıntıları 

həssaslıqla, bacarıq və məharətlə ifa edə bilirlər. 

Uzun illər  şəbih mərasimlərində, xüsusən  əza qafiləsində  dərvişlər də  fəal iştirak ediblər. 

Onlar həm tək, həm də  dəstə ilə  şəhərləri, kəndləri dolanır, həyəcanlı  səslə imamları  vəsf edən 

qəsidələr oxuyur, Kərbəla müsibətləri barədə rəvayətlər söyləyirdilər. 

Şəbihlər yay, yaz, payızın ilk aylarında açıq havada, məhərrəmlik ayı miladi təqvimlə  qış 

günlərinə düşəndə qapalı yerlərdə göstərilib. Bu tamaşalarda çoxlu obrazlardan istifadə edilib və 

onların  əksəriyyəti tarixi şəxsiyyətlər olublar. Onlardan daha çox işlənənlərini və müəyyən söz 

terminlərinin qısaca açıqlamasını vermək müəyyən aydınlıq yaradır. 



Əhlibeyt.  Şəbih tamaşalarında və  əza qafiləsində imam Hüseynin arvad-uşağımı  və ailə 

üzvlərini təmsil edən surətlər toplusuna deyilir. 



Əcsad. Cəsəd, rəmzli müqəvvalar, kəsilmiş əl-qol, baş doldurulmuş xərəklər əza qafiləsində 

xüsusi yer tutur. Müqəvvalara qum doldurulur və ya saman təpılırdı. Onların hamısına bir yerdə 

əcsad deyilib və el arasında "əmvat" deyimi də var. 

Əşkal.  Təsvirlər toplusu və  təsvirlərin təcəssümü anlamındadır.  Şəbih açıq havada olanda 

dekor funksiyası daşıyan ağacları, əza xərəklərini, qapalı binada oynanılanda isə divarları Kərbəla, 

Məkkə, Mədinə  təsvirləri çəkilmiş lövhələr bəzəyib.  Əza qafiləsində belə lövhələr  əllərdə 

bayraqlarla yanaşı gəzdirilib. Hamısı bir yerdə əşkal adlanıb. 



Təziyə.  Məhərrəmlik mərasiminə  və onun ayrı-ayrı  mərhələlərdə keçirilMəsmə verilən 

ümumi addır. 



Xeyməgah. Məhərrəmlik mərasimlərində, xüsusən də şəbih tamaşalarında açıq havada imam 

Hüseynin və onun tərəfdarlarının yaşadıqları çadırlar (xeymələr) qurulurdu. Onların hamısına bir 

yerdə x e y m ə g a h deyilirdi. 

Sütun haşiyə. Şəbih göstərilən yerlərdə ağaclardan və ya divarlardan üzərinə Quran ayələri 

yazılmış pərdələr asılırdı. Sütun haşiyə adlanan həmin pərdələrə ayələri xüsusi xəttatlar yazırdılar. 

Sütun haşiyələri cazibəli, gözəgəlimli yerlərə bənd edirdilər. Həmin işin icraçılarına  a s q ı ç 

ı deyilirdi. 



Təndirəcuzə.  Rəvayətlərdən birinə görə  Şümür imam Hüseynin başını  kəsib və  təndirdə 

gizlədib. Təndirdən işıq saçıb və ətrafı nura qərq edib. Camaat bundan duyuq düşüb. 




Məhərrəmlik mərasimində  gəzdirilən  əza qafiləsində  təndirəcuzə modeli düzəldilir və 

xərəyin üstünə qoyularaq nümayiş etdirilirdi. 



Mərsiyəxan.  Məhərrəmlik təziyələrinin davam etdiyi otuz doqquz-qırx gündə müxtəlif 

mərasimlərdə  mərsiyələr deyilirdi. Mərsiyəni gözəl səsli,  şaqraq avazlı,  əruzun mahir biliciləri 

söyləyirdilər. Onların ustadları mərsiyəxan çağırılırdılar. 

Zülfüqar.  Həzrət  Əlinin ikiağızlı  qılıncının adıdır. Zülfüqar şəbih tamaşalarının bəzəyi 

sayılır. 



Ziyarətnamə.  Şəbih tamaşalarının bəzən  əvvəlində  və  əsasən, qurtarandan sonra xüsusi 

şəbihgərdanlar on iki imamın müqəddəs ruhları  şərəfinə, onların xatirələrini ehtiramla yad etmək 

məqsədilə birgə dualar və ya mədhiyyələr oxuyurdular. Tamaşaçıların  əksəriyyəti onlara vagirlik 

edirdilər. Bu, ziyarətnamə adlanırdı. Bununla şəbih tamaşalarının sona çatdığı bildirilirdi. 



Zinpuş. Bu, imam Hüseynin Zilcənah adlı atının çulunun rəmzidir.  Əza qafiləsində  həm 

əllərdə gəzdirilir, həm də atın belinə atılıb tamaşaya toplaşanlara göstərilirdi. 

Zilpuş al qana boyanır, üstünə qırmızı rəngli səksən səkkiz ox bənd edilirdi. Oxlar ona edilən 

amansız zülümlərin, verilən dəhşətli işgəncələrin rəmzi idi. Zilpuşun dövrəsmdə müəyyən tamaşalar 

oynanılır, qəmli şeirlər söylənilirdi. 

Əli. Müəyyən şəbih tamaşalarında Əli ibn Əbutalıb (şiələrin birinci imamı və ilk müqəddəs 

dörd xəlifənin axırmcısı) teyf kimi iştirak edirdi. Onun üzündə mütləq ağ niqab olurdu. 

Din xadimləri  Əlini "Şahimərdan", "Əli Mürtəza", "Həzrət  Əli" deyimləri ilə  də ehtiramla 

şərəfləndirirdilər. 

Fatimə.  Məhəmməd peyğəmbərin sevimli qızı, Həzrəti  Əlinin arvadı  və imam Hüseynin 

anasıdır. Şəbih tamaşalarında o da üzü niqablı, teyf şəklində görünürdü. Tamaşaların çox müqəddəs 

obrazlarından sayılır. 

Zeynəbxatun.  Şəbih tamaşalarında böyük ehtiram və  məhəbbətlə ifa olunan qadın 

obrazlarından biridir. İmam Hüseynin bacısının taleyini təcəssüm etdirən surətdir. 

Əza qafiləsində Zeynəbxatunun iki oğlunun nəşi gəzdirilirdi. Onlar qara geyimdə olurdular. 

Zeynəbxatun obrazının ifaçısı da başdan-ayağa qara libas geyinirdi. Ya xərəyin gəzdirildiyi arabada 

otururdu, yaxud da arabanın ardınca gedə-gedə ucadan və təsirli avazla ağlayırdı. 

Yezid (Yəzid). Xəlifə Müaviyyənin oğludur. Kərbəla müsibəti Yezidin xəlifəliyi dövründə 

törədilib. 

Yezid şəbih tamaşalarında az iştirak edir. Lakin şəbihlər göstərilən zamanda, əza qafiləsinin 

gəzdirilmə  mərasimində, qafilə  iştirakçılarının oyun-tamaşalı yürüşlərində Yezidin adı tez-tez və 

lənətlə çəkilir. Ünvanına qəzəblə söyüşlər və lənət-lər yağdırılır. 

Yezid rolunu ifa edən  şəbihçi başına  şəbkulah qoyur və yaşıl çalma vururdu. Əyninə sarı, 

üstündə qara ləkələr olan xalat geyinirdi. Ətrafdakılarla çığır-bağırla danışırdı. 

Şümür.  Xəlifə Yezidin qoşun başçısı olub. Şəbih tamaşalarının  ən mənfi personajlarından 

sayılır. Tamaşalarda  Şümürün mindiyi at mütləq qara olurdu. Onun ifaçısı başına dəmir dəbilqə 

qoyur, zirehli libas geyinirdi. Şümür tamaşa boyu imam əshabələrini qətlə yetirdikcə  vəhşətlə 

qəlıqəhələr çəkirdi. 



Küffar qoşunu. Dinsizlər, kafirlər qoşunu kimi səciyyələnir. Bu rollarda çıxış edən 

şəbihçilər qara atlara süvar olurdular. Bəzən onlara şümür qoşunu da deyilirdi. 

Şəbih tamaşalarında yaraqlı olan küffar qoşununun döyüşçüləri başlarına  əlvan yaylıqlar 

bağlayır, əllərindəki nizələrin ucuna insan "başları" keçirirdilər. Libasları qıpqırmızı, qan rəngində 

parçadan tikilirdi. Orılar əza qafiləsində bəzəkiİ dəvələrə minirdilər, hərəkətlərini musiqi müşayiət 

edirdi. 


Küffar qoşunu iştirakçılarının rollarında çıxış edən  şəbihçilər üçün dinamik, çılğın, 

əndazədən kənar hərəkətlər səciyyəvi idi. 



Cinnicəfər qoşunu.  Bəzi  şəbih tamaşalarında imam Hüseynə öz köməklərini təklif edən 

silahlı,  ərəb geyimli dəstə belə adlanırdı. Bir qayda olaraq, Cinnicəfər qoşunu dəstəsindəki 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə