Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə9/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   212

"KİLİMARASI": 

 

Bəbək, İpdəoyuq, Kosagəlin 

 

Min illər boyu azərbaycanlıların yaşadıqları böyük və möhtəşəm ərazidə Kukla oyunları da 



geniş yayılıb. El arasında Kukla oyunlarına b ə b ə k, o y u q və i p d ə o y u q oyunları da deyilib. 

Bu oyunlar üçün Kukla düzəldənlər oyuqçular adlanıblır. 

Kukla oyunlarını üç tipə bölmək olar: 

Kilimarası; 

Kukla oyunu; 

Kölgə oyunu. Buna x ə y a l o y u n u da deyilir

Kukla oyunlarına müxtəlif zaman və məkanlarda 1öbətbazlıq  və  ərüsəkbazlıqda deyilib. 

Kilimarası tipli Kukla oyun-tamaşalarının eyni kökdən olan bir neçə forması var. Bunlardan 

ən geniş yayılanı B ə b ə k oyunudur. Bu oyun, əsasən, kilim arasında göstərilib. Onun tamaşasında 

ələ qolçaq kimi taxılan və barmaqlarla hərəkətə gətirilən "bəbək" adlı Kuklalardan istifadə olunub. 

Məşhur tamaşası "Keçəl pəhləvan"dır. El arasında "Keçəlpəlvan" deyimi də var. 

Bəbək kuklalar forma biçimləri və zahiri görkəmləri ilə seçilirdilər. Bu Kuklalar qolçaq 

formasında olur, ələ və bəzən də dizlərə keçirilirdi. Oyunçu arxası üstə kilimin üstünə uzanırdı və 

dizlərini sinəsinə doğru qatlayırdı. Köməkçilər kilimin yanlarını qatlayıb səhnə-pərdə yaradırdılar. 

Yaxud, oyunçu kilimin üstündə oturub dizlərini aralı qoyurdu. Oyunun məzmununa uyğun 

olaraq,  əllərinə  və ayaqlarına müxtəlif xarakterli bəbək-kuklalar keçirirdi. Həmin kuklalarda ağız, 

burun, göz, qaş olmurdu. 

Dizə  bərkidilən kuklalar, adətən, taxta çömçələri bəzəməklə hasilə  gəlirdi. Onlar əldə 

oynadılan Kuklalarla müqayisədə hərəkətcə məhdud və passiv idilər. Ələ taxılan qolçaq kuklalar isə 

bəzən 15-20 santimetrlik nazlk çubuqlara bərkidilir və oyun-ifa zamanı oyunçunun barmaqlarına 

bərkidilirdi. Yaxud da Kuklalar birbaşa biləyə  qədər  ələ keçirilir və  hər bir barmaq bəbəyin bir 

hərəkətini tənzimləyirdi. Ələ keçirilən bəbək-Kuklalar çevik, cəld hərəkətlərlə səciyyəvidir. 

Bəzən kilimarısı oyun-tamaşalarında istifadə edilən Kuklalar uşaq boyda olur. Onda 

oyunçular həmin Kuklalara uşaq paltarları geyindirirdilər. Bununla da göstərilən oyunun təbiiliyi 

artır, cazibəsi təravətlənir, tamaşaçılara təsir gücü çoxalırdı. 

Azərbaycanın müxtəlif  ərazilərində  bəbək oyunları Bazi-yebənd və  Şəbşəbi kimi tanınıb. 

Onun müxtəlif süjetli "Keçəl pəhləvan" tamaşaları ilə yanaşı, mahiyyətcə həmin xarakterli "Qanqal 

pəhləvan", "Yalançı pəhləvan" oyun-tamaşaları da mövcud idi. Bəzi mahallarda eyni tamaşa üç-dörd 

müxtəlif adla göstərilib. Həmin oyunların hamısı bir yerdə Q o 1 ç a q – q o 1 ç a q kimi 

ümumiləşdirilib. 

Kilimarası oyununun başqa bir forması. Yerə enli və uzun kilim salındı (kilimi xovsuz xalça 

texnikası ilə toxunmuş zili, sumax, vərni, şəddə ilə də əvəz etmək olardı). Oyunçu özü kilimin tən 

ortasında,  əsasən, oturuqlu vəziyyətdə  qərar tuturdu. Onun iki köməkçisi isə camaatın  əyləşdiyi 

tərəfdən kilimin ətəyini bir metr (bəzən az və ya çox da ola bilərdi) hündürlükdə yuxarı qaldırırdılar. 

Ətəklər tarım çəkilirdi. Kilimin tarım  ətəyi pərdə funksiyasını daşıyırdı  və  əsas oyunçu onun 

arxasında ya uzanıqlı, ya da oturuqlu halda olmaqla görünmürdü. O, Kuklaları görünən səviyyədə 

idarə edir, hadisə  və obrazlara uyğun olaraq müxtəlif xoş, ağlamalı,  əcaib-qəraib, gülməli səslər 

çıxarırdı. 

Tamaşaçılar gur olan meydanlarda "Keçəl pəhləvan" tamaşası başlanmazdan  əvvəl  əsas 

oyunçunun baş köməkçisi qoyun dərisindən olan kürkü əyninə  tərsinə geyinirdi. Kürkün astar 

üzünün hər yerindən ala-bəzək parçalar sallanırdı. Baş köməkçi üzünü kömürləyir, unlayır və özünü 

gülməli, məzəli görkəmə salırdı. Sonra da şit hərəkətlərlə camaatı güldürür, atmacalar atır və oyuna 

baxanlardan nəzir-niyaz yığırdı. Həmin tamaşalarda, əsasən, Keçəl, Div, Molla, Nökər və Sərvinaz 

(qız) personajları olurdı. 



Kilimarasının başqa bir formasında yüngül, eni bir metr olan kilim şaquli vəziyyətdə dörd 

küncündən iki ağac-tirə bağlanırdı. Ağac-tirlər sicim və ya iplə ətraflarda yerə çalınınış mıxçalara 

bərkidilirdi. Oyunçular bu şərti pərdə arxasında iştirakçı obrazları çox olan tamaşalar göstərirdilər. 

Burada daha çox qolçaq Kuklalar (onlara kosagəlin də deyilirdi) oynadılırdı. Kilimarasının bu 

formasında göstərilən tamaşaların  ən xarakteriki "Tapdıq çoban" idi. "Tapdıq çoban"da dörd 

iştirakçı var: Tapdıq, Ceyran xanım, onun əri Səfi və  qızları Züleyxa. Mövzusu kənd həyatından 

götürülmüş tamaşada hadisələr məzəli süjet xəttində nümayiş olunurdu. 

Tamaşa göstərən oyunçular bu üslub-formada məkan genişliyinə malik olurdular. Çünki 

kilim-pərdənin arxasında sərbəst hərəkətlər üçün genişlik vardı. Buna görə də Kuklalar həm öndə-

kilimin üstündə, həm də dərinlikdə (çağdaş teatr dilində desək, ikinci və üçüncü planlarda) sərbəstcə 

hərəkətə gətirilirdi.  

Kilimarasının "Maral oyunu" növü də məlumdur. Kilim tarıma çəkilir. İki oyunçu Maral və 

Ovçu qiyafələrinə "girir". Sonra kilim aşağı endirilir və oyun başlanır. Oyun plastik hərəkətləri

gərgin dramatik vəziyyətləri ilə  səciyyəvidir. Maral oyunu Kəlbəcər rayonu ərazisində daha çox 

yayılıb və günümüzə  qədər gəlib çatıb. Burada Maral oyunu tamaşası parçadan tikilmiş maral 

müqəvvasma iki nəfərin girməsi və tək ifaçının Çoban rolunda çıxış etməsi ilə də göstərilir. 

Məşhur kilimarası oyunları "Maral oyunu", "Şölə", "Şah Səlim", "Qaragöz", "Hacı  gəldi", 

"Keçəl pəhləvan" tamaşalarıdır. 

Oyuq-Kukla tamaşaları kilimarasından sonraki dövrlərdə yaranıb. Onun özünün də bir neçə 

növü var. Ümumi kökdən rişələnsələr də, kilimarasının və Kukla oyunlarının özəllikləri, müxtəlif 

göstərmə prinsipləri, başqa-başqa məkan qurumları var. 

Kukla (oyuq) tamaşalarında öndəki pərdəyə  gərdək və atəşpərdə deyilib. Bu pərdə 

oyunçuları tamaşaçılardan "gizlədib". Həm gərdək, həm də atəşpərdə  bəzəkli,  əlvan rəngli,  şux 

ovqat doğuran parçalardan hazırlanırdı. Kuklalar üç prinsipdə hərəkət etdirilirdi. 

B i r i n c i  p r i n s i p. Oyunlar çubuqlu qolçaq və qolçaq-əlcək Kuklalarla göstərilirdi. Bu 

oyun-tamaşalarda personajlar çoxluq təşkil edirdilər və buna görə ifaçıların sayı da ona uyğun olaraq 

artırdı. 

İ k i n c i  p r i n s i p . Burada güdu adlanan Kuklalardan istifadə edilirdi. Həmin Kukların 

boyu bəzən bir metrdən artıq olurdu. Kukla fiquru iki uzun və möhkəm ağacdan kəsilmiş çubuğa, ya 

çomağa keçirilirdi. Hərdən də çarmıxabənzər qurğuya bağlanırdı. Güdu Kuklalar böyük olduqlarına 

görə beldən (qurşaqdan) əyilmirdilər. Buna görə də onların hərəkətlərində ağırlıq və lənglik vardı. 

Dinamik süjetli, sürət-ritmi çevik və iti olan tamaşalarda güdudan istifadə edilmirdi. 

Ü ç ü n c ü  p r i n s i p. Əsasən, "Şah Səlim" tipli tamaşalar göstərilirdi. Bu tamaşalarda 

istifadə olunan kuklalar kosagəlin adlanırdılar. Kosagəlin kuklalar geyimlərinə, sifət cizgilərinin 

tamlığına, aydınlığına və müxtəlif xarakter-tiplərə bölünmələrinə görə seçilirdilər. Kosagəlin 

kuklalara azı dörd sap (və ya bərk, ancaq nazlk ip, yaxud da kirişli qaytan) bağlanırdı. Əsas saplar 

ayaqlara və  əllərə bağlanırdı  və onların ucları xaçşəkilli taxçaya bəndlənirdi. Xaçvarı taxçada 

oyunçu üçün tutacaq qoyulurdu. Səriştəli oyunçu hər əlində bir kuklanı sərbəstcə oynadıb hərəkətə 

gətirə bilirdi. 

Kosagəlin kuklalar hərəkətetmə prinsiplərinə görə  və formaca dünya teatrlarındakı 

marionetlərə  bənzəyirdilər. Belə tamaşaların qədim adlarından biri Qaraçöpdür. Qaraçöpün isə 

mənası qaratikan (böyük tikan) deməkdir. 

Kukla tamaşasının Xeyməkəmər adlanan forması da olub. Gəzərgi, səyyar kukla 

tamaşalarına ümumilikdə verilən addır. Xeymə sözü çadır mənasını daşıyır. Xeyməkəmər oyunları 

qədim  Şamaxıda daha geniş yayılıbmış. Meydanlarda, bazarlarda, karvansaraylarda, adamlar gur 

olan küçələrdə oyun-tamaşanın tək ifaçısı gəzib-dolaşırdı. O, avazlı səslə, şən zarafatlarla camaatı 

səsləyib oyuna dəvət edirdi. Kifayət qədər tamaşaçı toplanan kimi oyunçu çadırı (xeyməni) başı 

bərabəri yuxarı qaldıraraq "pərdə" (gərdək) yaradırdı. Həmin pərdənin arxasında qısa süjetli hadisəni 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə