Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə11/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   212

nəşi düzəldilir. Həmin müqəvvanın önündə qara paltar geyınıniş uşaq oturur. Xərəyin ardınca öndə 

şəhidin anası gedir. Ananın, Hüseynin və Həzrət Abbasın rollarını ifa edən şəbih aktyorlarının üzləri 

ağ niqabla örtülür. Bu, ilahiliyi qorumaq məqsədi daşıyır. Həm də qadın qiyafəsində kişinin 

olduğunu gizlədir. 

"Qasım otağı"  əza qafiləsinin  ən mühüm oyun atributlarındandır. Toy çadırının modeli 

şəklində düzəldilib xərəyin üstündə qurulur. Onun içərisinə imam Həsənin  şəhid oğlu Qasımın 

nəşini andıran müqəvva qoyulur. 

Həmin müqəvvanın üstünə çoxlu qan çilənir. Xərəyin kənarlarına fanarlar düzülür, ya 

düzəltmə, ya da fəsilə uyğun çiçəklərlə  bəzənir. Qafilə  hərəkətə başlayanda bir nəfər "Qasım 

otağı"nın baş tərəfində ayaq üstə dayanaraq dualar oxuyur. Xərəyin ətrafında oturmuş, ərəb libasları 

geyinmiş qız uşaqları ağlaya-ağlaya başlarına saman tökürlər. 

Əbülfəzlabbas (Həzrət Abbas) obrazının  əza qafiləsində xüsusi yeri var. O, on gün 

mühasirədə qalan müddətdə imam Hüseynin ailəsinə  və  əshabələrinə su gətirib. Axırıncı döyüşdə 

qolları kəsilərək öldürülüb. 

Şəbih tamaşalarında onun üçün xüsusi at seçilir. Həmin at gözəl çulla çullanır, qiymətli 

yəhərlə  yəhərlənir. Yəhərdən (və ya çuldan) Əbülfəzlabbasın "Kəsilmiş  əlləri" asılır. Yaxud, atın 

üstünə  əyni qanlı, qolsuz köynək geyindirilmiş müqəvva bağlayırlar. Müqəvvanın ağzına xəncər 

verilir, gözlərinə oxlar sancılır, çiyninə isə boş su tuluğu aşırılır. Bir nəfər atın yüyənindən tutub 

asta-asta əza qafiləsinin önündə gedir. 

"Qəbri-Hüseyn" də əza qafiləsində gəzdirilir. Bu, sərdabə şəklində qurulur və xüsusi xərək 

üzərində yerləşdirilir. 

Imam Hüseynin qəbrinə  işarə olub, onu təmsil edən sərdabə ipək-atlas, zərxara parçalarla 

bəzədilir, qiymətli daş-qaşla süslənir. Sərdabənin yuxarı hissəsinə zərli çalma qoyulur,  yan-yörəsmə 

isə qılınc, qalxan, ox, kaman,  uzunboğaz cəkmə və imam Hüseynə aid edilən digər əşyalar düzülür. 

Sərdabə qurğusunun içərisinə ağzıbağlı tabut qoyulur və ona ağ göyərçinlər bağlanır. Həmin 

göyərçinlər imamın ruhunu qanadlarında gəzdirən mələklərin təmsilçiləridir. 

"Qasım otağı", "Qəbri-Hüseyn", "Həzrət Abbasın kəsili qolları", "Əliəkbər otağı" on gün 

ərzində əza qafiləsinin səyyar tamaşası kimi gəzdirilib nümayiş etdirilir. Əza qafiləsi şəhərin və ya 

kəndin bütün küçələrini gəzir. Adları  çəkilən göstərmə oyunları  tək də, ikisi bir yerdə  və ya 

hamılıqla da nümayiş olunurdu. Yaxud, mərasim daha güclü keçən  şəhərlərdə  hər  əza qafiləsi 

ayrılıqda iki gün gəzib gərdiş edirlər. 

Əza qafiləsini xüsusi mərsiyəxanlar müşayiət edirlər. Bu oxumaları şaxsey-vaxsey əvəzləyir. 

Baş  mərsiyəxan ucadan bir misra deyir, kütlə isə xorla "şaxsey-vaxsey" söyləyib sinə vurur. 

Məsələn: 

 

Tək - Necə qan ağlamasın daş bu gün...  

Xor - Şaxsey, vaxsey, şaxsey, vaxsey...  

Tək - Kəsilib yetmiş iki baş bu gün...  

Xor - Şaxsey, vaxsey, şaxsey, vaxsey...  

Tək - Qanlı qılınc Kərbəlada pas tutar...  

Xor - Şaxsey, vaxsey, şaxsey, vaxsey... və sairə və ilaxır. 

 

Aşuranın doqquzuncu günündən onuncu günə keçən gecə "Qətl" tamaşası oynanılır. Bu oyun 



"Eydiqətl", "İmam Hüseynin şəhadəti" də adlanır. Bununla da Şəbih mərasiminin ikinci hissəsinə 

keçid başlanır. 

Əza qafiləsinin gəzdirdiyi bu cür sərdabə və otaqlar bir yerə cəm olur. Açıq havada, şəhərin 

baş meydanında, yaxud, şəhər kənarındakı düzəngahda şəbih tamaşaları göstərilir. 

Burada sərdabədən, otaqdan istifadə edilməklə  Kərbəla qırğınının müəyyən bir epizoduna 

həsr olunmuş, süjetli, kompozisiyalı, ideyalı, gərgin konfliktli şəbih tamaşaları oynanılır.  İmam 




Hüseynin, Zeynəbin, Fatimənin, Səkinənin obrazlarını ifa edən  şəbihçi aktyorlar son dərəcə gözəl 

libaslar geyinirdilər.  İmkanlı adamlar zinət  əşyalarını, qiymətli xalçalarını, al-əlvan xeymələrini 

(çadırlarını), say-seçmə atlarını, dəvələrini  şəbih tamaşalarının təmtəraqlı keçirilMəsmə peşkəş 

edirdilər. 

İmam Hüseyn obrazının ifaçısı kimin yəhəri, üzəngisi, sağrısı, tapqırı, yüyəni al-əlvan 

qotazlarla bəzənən ağ atına minərdisə, bu, fəxr sayılırdı. 

Xalq arasında "Əliəkbərin şəhid olması", "Həzrət Abbasın şəhid olması", "İmam Hüseynin 

şəhid olması", "Səkinənin vəfatı", "Qasımın nişanlısı  Səkinənin ölümü", "Qasım Həsən oğlunun 

şəhadəti", "Əsirlərin qayıtması", "Tiflani-Müslüm", "Hürrün şəhadəti", "Fatimənin qətli", "Kərbəla 

davası", "Mədinə  səfəri", "Əsirlərin Kərbəlaya daxil olmaları", "İmam Hüseynin 18 yaşlı  oğlunun 

şəhadəti", "Müslümün kufədə qətli", "Kərbəla müsibəti", "Əlinin qətli" və bu kimi fäciə tamaşaları 

mövcuddur. 

Müəyyən komediya janrlı şəbihlər də var. "Ömər cəhənnəmdə", "Tərs toy" və bu kimi satirik 

komediyalarda Kərbəla müsibətini törədənlər lağa qoyulub təhqir edilirlər. Həmin tamaşalarda 

Ömərin,  Şümürün, ya da Yezidin geyimləri ayrılıqda ulağa qoyulur, şəbihçilər gülüş, söyüş  və 

təhqirlərin müşayiəti ilə şəhəri dolanırdılar. 

Azərbaycanda şəbihlər üçün qəmli, faciəvi qəsidələr, mərsiyələr, müxtəlif janrlı şeirlər yazan 

peşəkar  şairlər olub. Onlardan Mollağa Bihudun (1832-1892), Baqir Ağamirzə  Məhəmmədbağır 

Xalxalının (1830-1892), Valeh Gülablının (1776-1834), Novrəs Mirzənin (1846-1918), Məhəmməd 

Dilsuzun (XIX əsr) yaradıcılıqları xarakterikdir və əsərləri xalq arasında şöhrət tapıb. 

Şuşada musiqiçi Xarrat Qulu, Bakıda peşəkar aktyor Rüstəm Kazımov  şəbihgərdan kimi 

məşhur olublar və uzun illər bu sahədə fəaliyyət göstəriblər. 

  

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə