Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə19/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   212

Tiflis şəhərində fəaliyyət göstərən Qafqaz senzurası 1895-ci ildə Nəriman Nərimanovun ilk 

səhnə əsəri olan "Nadanlıq" komediyasının oynanılmasma icazə verib. Komediya ilk dəfə Bakının 

teatr həvəskarları tərəfindən oynanılıb. Tağıyev teatrı binasında göstərilən tamaşada dramaturq özü 

İmran rolunda çıxış edib. Tamaşadan 800 manat hasil olub ki, bu da o dövr üçün hadisə idi. Yəni 

tamaşaya çoxlu tamaşaçı  gəlib. Ümumiyyətlə isə,  Əbdürrəhim bəy Haqverdiyev ilə  Nəriman 

Nərimanovun  əsərlərinin həvəskarların repertuarında yer tutması  fədakarların mövzu-problematika 

axtarışlarına meydan açmışdı. 

İl  ərzində  həvəskarlar "Lənkəran xanının vəziri", "Hacı Qara", "Müsyö Jordan və  dərviş 

Məstəli şah", "Daldan atılan daş topuğa dəyər", "Hacı Qəmbər", "Ev tərbiyəsinin bir şəkli" (Nəcəf 

bəy Vəzirov), "Xor-xor", "Qırt-qırt" komediya, təbdil və məsxərələrini dönə-dönə ifa etmişlər. 

Ağa Musa Nağıyev bir qrupda birləşmiş ziyalı  gəncləri hamiliyə götürmüşdü. O, gənclərə 

maddi yardım edir, onların maarifçilik fəaliyyətlərinə hərtərəfli şərait yaratmağa çalışırdı. Gənclər 

müxtəlif mədəni-maarif tədbirləri keçirir, musiqili-bədii müsamirələr hazırlayır və tamaşalar 

göstərirdilər. Toplanan pullar müxtəlif xeyriyyə işlərinə xərclənirdi. 

Mədəniyyət fədailəri olan bu gənclər dramaturq Nəriman Nərimanovun "Şamdan bəy" 

("Dilin bəlası") komediyasının ilk quruluşunu oynayıblar. Tamaşa 1896-cı il noyabrın 23-də 

Tağıyev teatrında göstərilib. Elə həmin gün bu tamaşadan sonra eyni truppanın ifasında "Qırt-qırt" 

vodevili də tamaşaçılara təqdim olunub. "Şamdan bəy" komediyasının rejissorları  Nəriman 

Nərimanov və Cahangir Zeynalov idilər. Onlar digər təşkilati işləri də öz üzərlərinə götürmüşdülər. 

Tamaşada əsas rolları Cahangir Zeynalov (Hacı İbrahim), Əbülfət Vəli (Niyaz) və Məlikov (Şamdan 

bəy) ifa ediblər. 

Cahangir Zeynalov Bakının tanınmış tacirlərindən idi. Ticarətdən əldə etdiyi qazancın böyük 

bir qisınıni həvəskar aktyorlara və tamaşaların hazırlanmasma (bina, paltar, dekorasiya kirayəsi və 

sairə) xərcləyirdi. Məşqlər çətin vaxtlarda onun evində aparılırdı. Bütün bunlara görə  "Şamdan 

bəy"in premyerasından sonra tamaşaçıların iştiraki ilə Cahangir Zeynalova qızıl qol saatı bağışlandı. 

Teatr sənətinin inkişafındakı  məqsədyönlü və  səmərəli fəaliyyətinə görə  Nəriman Nərimanova isə 

həmin axşam brilyant üzük verildi. Hədiyyələrin xərclərini Ağa Musa Nağıyev çəkmişdi. 

1896-cı ildə  Həsən bəy Zərdabi (Məlikov) teatr həvəskarlarından ibarət truppa yaratmağa 

icazə almaq üçün Bakıdakı yerli hökumətə  məktubla müraciət etmişdi. Lakin bunun nəticəsi 

olmamışdı. Sonralar Nəriman Nərimanov bu işə girişdi. Nəhayət, peşəkar milli teatrın fəaliyyətinin 

iyirmi üçüncü ilində ilk dəfə birləşmiş teatr dəstəsi yaradıldı. Ona "Birinci müsəlman" truppası" adı 

verildi. 

Truppadan daha çox yığcam dəstəni xatırladan kollektivə Cahangir Zeynalov, Nəriman 

Nərimanov, Həsən bəy Zərdabi, İsgəndər bəy Məlikov, Məhəmməd bəy Məlikov (Əlvəndi), Əbülfət 

Vəli (Vəliyev) və digər teatrsevər ziyalılar, səhnəyə həvəs göstərən gənclər daxil oldular. 

Truppa ilin sonlarında yarandığına görə, onun əsas fəaliyyəti növbəti ildən başlandı. Bu isə 

peşəkar teatrımızın inkişaf mərhələlərində yeni dövr kimi səciyyəvidir. 

Qeyd. Müxtəlif teatr truppaları, təhsil ocaqları ilə bağlı "müsəlman" sözünə tez-tez rast 

gələcəksiniz. Bu söz "Azərbaycan" mənasında işlədilib. Siz də onu elə oxuyun. 

 

 




CƏLİL MƏMMƏDQULUZADƏ 

(10.2.1866-4.1.1932) 

 

Milli  ədəbiyyatımızın  ən görkəmli simalarından bıri Cəlil Məmmədquluzadə sayılır. Bütün 



Yaxın  Şərqdə sevilə-sevilə oxunan "Molla Nəsrəddin" (7 aprel 1906) jurnalının banisidir. Bu 

jurnalın mühərriri olmaqla ətrafına görkəmli maarifpərvər qələm sahiblərini toplayıb və 

mollanəsrəddinçilər  ədəbi cərəyanının yaradıcısına çevrilib. Buna görə  ədəbi təxəllüsü "Molla 

Nəsrəddin" olub. İlk qüdrətli felyeton ustasıdır. Azərbaycan nəsrinin yeni mərhələsini yaradıb. Milli 

ictimai şüurun oyanmasında və inkişafında müstəsna xidmətləri var. Jurnalistika elmimizin qüdrətli 

dühalarındandır.  Ən müxtəlif mövzulu povest və hekayələrində, felyeton və satirik məqalələrində 

Azərbaycan dilinin zəngin imkanlarını ölməzliklə  təcəssüm etdirib. XIX və XX əsr Azərbaycan 

kəndinin sosial həyatını və tipik xarakterlərini ustalıqla yaradıb. Ötən əsrdə realist ədəbi cərəyanın 

öndəri olub. 

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 10 fevral 1866-cı ildə Naxçıvanda anadan olub. 

İlk təhsilini səkkiz yaşında mollaxanada alıb. Bir il sonra isə Naxçıvandakı rus-türk (rus-tatar 

deyilib) məktəbində oxuyub. 1882-ci ildə Gürcüstanın Qori şəhərində yerləşən Zaqafqaziya 

Müəllimlər Seminariyasının ehtiyat sinifinə daxil olub. Burada qabiliyyət və bacarığını göstərdiyinə 

görə  əsas sinifə keçirilib. Seminariyanı 1887-ci ildə bitirib. Vəsiqəsində ibtidai məktəblərdə 

müəllimlik edə bilmək hüququ oldüğu göstərilən Cəlil Məmmədquluzadə  işləmək üçün İrəvan 

quberniyasma göndərilib. Quberniyanın Uluxanlı, Baş Noraşen kəndlərində üç il, hazırki Babək 

rayonunun Nehrəm kəndində səkkiz il (1890-1897) müəllimlik edib. İlk qələm təcrübəsi olan "Çay 

dəstgahı" alleqorik pyesini 1889-cu ildə Baş Noraşendə yazıb. Sonra nəsr əsərlərini qələmə alıb. 

Cəlil Məmmədquluzadə 1895-ci ildə Moskvaya və Peterburqa gedərək müəyyən müddət 

burada qalıb. O, rus imperiyasının həmin dövrdə  mədəniyyət mərkəzləri sayılan bu şəhərlərində 

ədəbiyyatla, teatrla, mütərəqqi ziyalıların ictimai görüşləri ilə yaxından tanış olub. 

1898-ci ildə İrəvan şəhərinə gedib. Orada müxtəlif idarələrdə mütərcimlik edib, məhkəmədə 

vəkil kimi çalışıb. Burada ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət ediblər. Buna görə də 

bəzi mənbələrdə ədibin imzası Mirzə Cəlil Məmmədquluzadə (qısa olaraq Mirzə Cəlil) kimi verilib. 

Nə tərcüməçilik, nə də vəkillk onun ürəyincə olmayıb. Ona görə də işləməyi ataraq özünü 

sırf bədii yaradıcılığa həsr edib. Həyat yoldaşı ağır xəstələnən Cəlil Məmmədquluzadə onu müalicə 

etdirmək üçün 1903-cü ildə Tiflisə  gəlib. Qafqaz azərbaycanlılarının mədəniyyət mərkəzlərindən 

sayılan bu şəhərdə o, görkəmli ziyalılarla, məşhur maarifpərvərlərlə tanış olub. Onlardan biri də 

"Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtlı idi. O, Mirzə Cəlilin yeni yazdığı "Poçt 

qutusu" hekayəsini dinləyib və çox bəyənib. Buna görə  də  gələcəyin dahi ədibini "Şərqi-Rus"da 

işləməyə  dəvət edib (1904). Hətta bu ilin noyabrında Mirzə  Cəlil həmin qəzetin müvəqqəti 

redaktoru olub. 

Bir il sonra "Şərqi-Rus" qəzeti bağlanıb, Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq 

Nemanzadə, maarifpərvər tacir Məmmədəli Bağırzadə ilə birləşərək qəzetin mətbəəsini alıb. 

Mətbəəyə "Qeyrət" adı verərək burada müxtəlif kitablar, intibahnamələr nəşr etdirib. 

1906-cı ildə "Molla Nəsrəddin" jurnalını çap etdirməyə başlayıb. Bu jurnal Tiflisdə (1906-

1917), az vaxt Təbrizdə (1921, cəmi səkkiz nömrəsi buraxılıb ) və son illərdə Bakıda (1922-1931) 

bilavasitə  Cəlil Məmmədquluzadənin redaktəsi ilə çap olunub. Jurnalın Təbrizdə çap olunmasının 

səbəbi o idi ki, Azərbaycana Sovet hakimiyyəti gələndə  Cəlil Məmmədquluzadə  İrana getmişdi 

(iyun, 1920). Lakin 1922-ci ildə hökumətin dəvəti ilə Bakıya qayıtmışdı. Ədib Bakıda "Yeni yol" 

qəzetinin redaktoru olub, "Mədəni maarif", "Şərq qadını" jurnallarında, "Yeni kənd" qəzetində 

əməkdaşlıq edib. 

Məşhur Qarabağ bəyzadələrindən olan Həmidə xanımla evlənmiş Məmmədquluzadə 1918-ci 

ildə onun Ağdam yaxınlığındakı  Kəhrizli kəndindəki (Ağcabədi rayonuna aiddir) malikanəsində 

yaşayıb. Burada özünün gələcək publisist əsərləri üçün kifayət qədər həyati material toplayıb. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə