Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə16/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   212

Hələlik yalnız həvəskarlıq səciyyəsi daşıyan teatr tamaşalarını hazırlayıb göstərən ziyalıların 

əsas məqsədləri xalqı maarifləndirmək və müəyyən mənada da camaatı  əyləndirib onlara zövq 

vermək idi. Təbii ki, bu zövqvermədə  sənətin başlıca estetik prinsipləri gözlənilə bilməzdi. Hələ 

peşəkar aktyorlar yox idi və  nəinki peşəkar, heç həvəskar rejissuaradan da danışmağa dəyməzdi, 

çünki bu anlayış yox idi. Tamaşalar rol bölünüb bir-iki gün ötəri məşq edilməklə oynanılırdı. Sözləri 

səhnədə suflyor deyir və ifaçılar təkrarlayırdılar. Tamaşalar,  əsasən, Novruz, Orucluq, Qurban 

bayramiarında, ayrı-ayrı  məktəblərin müxtəlif mərasimlərində oynanılırdı. Amma bütün bunlara 

baxmayaraq, həvəskarlar özləri də hiss etmədən, peşəkar teatr sənətinin inkişaf yollarını  sırf 

professionallığa doğru əzınlə, fədakarlıqla aparırdılar. 

Yay aylarında əslən qarabağlı olan ziyalılar, Rusiyanın və Avropanın müxtəlif şəhərlərində 

ali təhsil alan tələbələr  Şuşaya yığılırdılar. Onlar və maarifçiliyə meyilli yerli gənclər,  şəhər 

məktəblərinin yuxarı sinif şagirdləri burada böyük konsertlər təşkil edir, müxtəlif mədəni tədbirlər 

keçirirdilər. Mədəniyyət hadisələri içərisində teatr tamaşaları göstərmək xüsusi yer tuturdu. Bu işdə 

müəllimlər Yusif bəy və Mirzə Muxtar Məmmədov xüsusi səy göstərirdilər. On dörd yaşlı 

Əbdürrəhim bəy Haqverdiyevdə teatr sənətinə marağı da məhz Yusif bəy oyadıb. Mirzə Muxtar 

Məmmədov Azərbaycanın ilk peşəkar aktyorlarından sayılır. 

Tiflis  şəhərində  əhalinin böyük qismini təşkil edən azərbaycanlıların teatr tamaşaları 

oynamaları da tədricən müntəzəm hal alaraq hər aya təsadüf edirdi. Bakıda bu işi,  əsasən, 

müəllimlər və şagirdlər görürdülər. Teatr tamaşalarını oynamaq üçün Bakıda məxsusi bina yox idi. 

Bu çətinliyi aradan qaldırmaq məqsədilə Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə özünün taxıl 

anbarının özülü üzərində teatr binası inşa etdirib. 

Peşəkar teatr təşəkkül tapdığı ildən sonra təxminən on üç-on dörd il ərzində,  əsasən, 

həvəskarlar tamaşa hazırlamaq cəhdində olublar. Onların bəziləri bir, bəziləri iki, bəziləri uzağı üç-

dörd tamaşadan sonra bu işdən ayrılır, öz peşələrinin dalınca gedirdilər. Ona görə də  mərasimdən 

mərasimə, bayramdan-bayrama yada düşən "teatr çıxarmaq" həvəsində olanlar tez-tez dəyişirdilər. 

1873-1886-ci illər Bakıda peşəkar teatrın təşəkkülünün və  tədricən inkişaf etməsinin ilk 

mərhələsi sayılır. Tiflis, İrəvan, Naxçıvan, Gəncə teatrları, müxtəlif  əyalətlərdə  səhnə  sənətinin 

yaranına mərhələləri barədə ayrı-ayrı fəsillərdə bəhs olunacaq. Ona görə də məhz Akademik Milli 

Dram Teatrının həvəskarlıq mərhələləri kimi Bakının teatr prosesinin müxtəlif  əsas dövrlərindən 

bəhs olunacaq. 

 

 

 



NƏCƏF  BƏY VƏZİROV 

(aprel 1854 - 9 iyun 1926) 

 

Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri də Nəcəf bəy Vəzirovdur. O, milli 



peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını  həm hazırlayanlardan, həm də onun 

iştirakçılarından biridir. Mirzə Fətəli Axundzadədən sonra dramaturgiya ilə birinci məşğul olub və 

Azərbaycan ədəbiyyatında faciə janrının bünövrəsini qoyub. 

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin aprelində  Şuşa  şəhərində doğulub. Babası 

Qarabağ mahalındakı Zümürxaç kəndinin kasıblamış  bəylərindən olub. Atası  Fətəli bəy cavan 

yaşlarından əmək qabiliyyətini xeyli itirib və kasıblayaraq ailəsini güc-bəlayla dolandırıb. Tədricən 

ailənin təsərrüfat işlərini və ruzi qazanmaq vəzifəsini Nəcəf bəyin anası, mahalda qeyrətli və qoçaq 

qadın kimi tanınan Mina xanım öz üzərinə götürüb. Yalnız bundan sonra, yəni on iki yaşında Nəcəf 

bəy Vəzirov mədrəsədə təhsil almağa başlayıb. İti zehni və çalışqanlığı ilə üç aya Quran oxumağı, 

sərbəst yazınağı öyrənib. Bir il sonra Şuşa  şəhərinin mülkiyyə  məktəbinə daxil olub. Lakin 

müəlliminin kobud rəftarına görə məktəbi ataraq təhsilini yarımçıq qoyub. Yaxın bir qohumu Nəcəf 



bəyə rus dilini öyrədib və o, cüzi yazı-pozu ilə mirzəlik edərək ailəsinə maddi yardım göstərməyə 

başlayıb. 

Oxumağa, elmə, maarifə böyük maraq göstərən Nəcəf bəy qohumlarının tənələrinə  və 

anasının etirazına məhəl qoymadan 1868-ci ildə yarımçıq təhsilini davam etdirmək məqsədilə 

Bakıya gəlib. Burada realnı gimnaziyaya daxil olub. Altı il şəhərin ən mötəbər təhsil ocaqlarından 

sayılan gimnaziyada oxuyub. 1874-cü ilin iyun ayında gimnaziyanı gümüş medalla bitirib və ali 

təhsil almaq üçün Peterburqa gedib. Uğurla imtahan verib və məşhur Peterburq Universitetinə qəbul 

edilib. 


Elə ilk günlərdən  şəhərin rütubətli havası ona düşməyib və  səhhəti ağırlaşan iyirmi yaşlı 

Nəcəf bəy batdaq qızdırmasma tutulub. Müalicə alandan sonra həkimlərin məsləhəti ilə Moskvaya 

gəlib. Burada da uğurla imtahan verərək Petrovski-Razumovski kənd Təsərrüfatı Akademiyasının 

tələbəsi olub. Kasıbçılıq ucbatından uzun illər palaza bürünüb yatdığına görə ona "dərviş" təxəllüsü 

veriblər. Hətta yazıçı özü də  bəzi  ədəbi nümunələrində, o cümlədən 1893-cü ildə  Şuşada kitab 

şəklində çap olunmuş "Daldan atılan daş topuğa dəyər" pyesinin titul vərəqində imzasını belə verib: 

"İnşayi Dərviş Nəcəf bəy Vəzirzadə". 

Akademiyanı 1878-ci ildə qurtardıqdan sonra Moskvadan Azərbaycana qayıdan Nəcəf bəy 

Vəzirov  əvvəlcə  Gəncə quberniyasının Tərtər nahiyəsində, Dilicanda, sonralar isə müxtəlif 

bölgələrdə meşəbəyi işləyib. 1895-ci ildə Bakıya köçüb və burada vəkililklə  məşğul olub. Eyni 

zamanda müxtəlif mətbuat səhifələrində publisistik yazılarla çıxış edib. Onun müxtəlif mövzulu 

məqalələri 1905-1918-ci illərdə "Həyat",  "İrşad", "Tazə həyat", "Tərəqqi", "Yeni irşad", "Sədayi-

həqq", "E1 həyatı", "Açıq söz", "Mirat" qəzetlərində çap olunub. 

Bakının məşhur mədəni-maarif cəmiyyətlərindən olan "Səfa" 1913-cü il noyabr ayının 15-də 

Tağıyev teatrında (şəhər teatrında) Nəcəf bəy Vəzirovun  ədəbi fəaliyyətinin 40 illiyinin yubiley 

təntənəsini keçirib. Yubiley mərasiminin bədii hissəsində Cahangir Zeynalovun rejissorluğu ilə 

ədibin "Hacı Qəmbər" komediyası oynanılıb. 

Nəcəf bəy Vəzirov 1926-cı il iyun ayının 9-da Şamaxının Çuxuryurd kəndində ürək 

xəstəliyindən vəfat edib. Cənazəsi Bakıya gətirilərək burada, hazırda Fəxri xiyaban adlanan 

qəbiristanlıqda dəfn olunub. 

 

* * * 


 

Yaradıcılığında nəsr və publisistika ilə  məşğul olsa da, ilk növbədə dramaturq kimi 

ədəbiyyatımızın klassikləri sırasma daxildir. Onun yaradıcılığını üç mərhələyə bölmək olar. 

Birinci mərhələ:     1873-1900-cü illər; 

İkinci mərhələ:       1902-1913-cü illər; 

Üçüncü mərhələ:   1913-1921-ci illər. 

Nəcəf bəy Vəzirov dramaturji yaradıcılığa Bakıda olarkən başlayıb. 1873-cü il mart ayının 

10-da Bam realnı gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının 

vəziri" komediyasının tamaşasında oynayıb. Bundan təsirlənərək elə  həmin il ilk birpərdəli "Əti 

sənin, sümüyü mənim" (1873) və "Qaragünlü" (1874) məzhəkələrini yazıb. Lakin həmin əsərlər itib. 

Dramaturq bu məzhəkələrdən birincisinin süjeti və mövzusu barədə vaxtilə  "Əkinçi" qəzetində 

yazıb. Əldə olmayan ikinci məzhəkəsi barədə isə müfəssəl tərcümeyi-halında bəhs edib. 

Moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından 

tanış olan Vəzirov  ədəbiyyata daha ciddi meyil göstərib. Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" 

(1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb. Meşəbəyi işləyə-işləyə "Daldan atılan 

daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda   verməz" (1890), "Adı var, özü yox" (1891), 

"Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı  Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" 

(1896) faciəsini və "Pəhlivanani-zəmanə" ("Zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə