Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə17/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   212

"Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir. "Pəhlivanani-zəmanə" isə milli 

buruaziyanın həyatından, Bakı neftindən bəhs edən, tacir-burjua obrazı  təsvir olunan birinci dram 

əsəridir. 

Yaradıcılığının lknci dövrünə "Ağa Kərim xan Ərdəbili" məzhəkəsi ilə 1902-ci ildə başlayıb. 

Bu məzhəkə əslində fransız dramaturqu Jan Batist Molyerin məşhur "Xəsis" komediyasından iqtibas 

edilib. Lakin Nəcəf bəy  əsərə güclü milli ruh verə, koloritli və tipik bədii obrazlar yarada bilib. 

Məhz buna görə də həmin komediya dramaturgiyamızda daha çox və əsasən, milli sənət nümunəsi 

kimi şöhrətlənib. 

Dramaturqun yaradıcılığının ikinci dövrü kimi səciyyələnən mərhələdə  Nəcəf bəy Vəzirov 

"Vay şələküm-məəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) 

səhnə əsərlərini yazıb. Fransız ədəbiyyatından götürülmüş "Vəkil Patelen" vodevilini "Dələduz" adı 

ilə, məzhəkə janrında iqtibas və  təbdil edib. Həmçinin müxtəlif teatr truppalarında coşğunluqla 

rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb. 

Nəcəf bəy Vəzirovun  ədəbi yaradıcılığının üçüncü dövrü də  məhsuldar sayıla bilər. 

Dramaturq ömrünün ağsaqqal çağında və yaradıcılığının müdriklik mərhələsində "Pul düşkünü Hacı 

Fərəc" (1912), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib. 

Dramaturq Nəcəf bəy Vəzirovun "Mehdi xan Tabasarani" pyesi tamamlanmayıb, yarımçıq 

qalıb. 


Dramaturqun məzhəkə  və  məsxərə janrında yazdığı dram əsərləri milli folklordan, xalq 

oyun-tamaşalarının kompozisiya qurumundan, forma elementlərindən, məzmun xüsusiyyətlərindən 

şirələnib. Süjet aydın və sadə, dramaturji dil şirəli və zəngindir. Yaradıcılığının sonrakı illərində də 

xalq dramlarına, meydan oyunları prinsiplorinə  əsaslandığına görə  Nəcəf bəy Vəzirovun 

komediyalarının əksəriyyətinin adı atalar sözü ilə verilib. 

Onun məzhəkələrinin mövzu, ideya-bədii əsasını məişətdə mövcud olan evlənmək və digər 

ailə məsələləri, varlanmağa hərislik duyğuları, halal zəhmətə rəğbət hissi təşkil edir. Dramlarında isə 

dramaturq burjua mənəvi-əxlaqi dəyərlərinin iyrənc tərəflərini, feodal həyat tərzinin qüsurlu 

cəhətlərini, nadanlığın bəlalarını, təfəkkür  ətalətinin faciələrini, cəmiyyətdəki mövcud əxlaq 

normalarının rəzilliyini həssaslıqla, inandırıcı vasitələrlə  tənqid hədəfinə çevirib. Mülkədarlığın 

dağıdıcı, mənəviyyatları parçalayan xüsusiyyətlərini, nəsil ədavətinə təkan verməsini və bu zəmində 

faciələr törənMəsmə meydan açılmasını sərt dramaturji hadisələr burulğanında verib və bunları öz 

əsərlərinin baş mövzusu kimi səciyyələndirib. 

İlk qələm təcrübəsindən başlayaraq, Nəcəf bəy Vəzirov get-gedə hər təzə əsərində ideyaları 

dolğunlaşdırmış, kompozisiyanı bütövləşdirmiş, bədii personajların xarakterik cizgilərini cilalamış, 

dramaturji kolliziyaların mahiyyətini dərinləşdirmiş, dramaturgiyaya yeni-yeni sosial tipləri 

gətirmişdir. Bu baxımdan onun pyeslərində iki yüzə yaxın maraqlı dram surəti vardır. Təbii ki

onların arasında bədii cəhətdən qüsurlusu, zəifi, hətta natamam görünəni də var. Ancaq məsələ 

ondadır ki, Nəcəf bəy Vəzirovun bədii personajları dövrünün canlı, real, həyati insan surətləridir. 

Görkəmli dramaturq "Hacı  Qəmbər"lə Azərbaycan komediya janrının yeni mərhələsinin 

bünövrəsini qoymuşdur. Eyni zamanda, "Hacı  Qəmbər" pyesi dramaturgiyamızda traglkomediya 

janrının bədii sınaqdan çıxarılmasma ilk cəhddir. 

XIX əsrin son on ilində Bakı çox sürətlə inkişaf edərək Qafqazın ən böyük sənaye və ticarət 

mərkəzinə çevrilirdi. Bu, bir tərəfdən şəhərdə neft istehsalının və ixracının artması ilə bağlı olsa da, 

digər tərəfdən şəhərin ticarət mərkəzinə çevrilməsi ilə əlaqəli idi. Azərbaycanda Bakı - Tiflis dəmir 

yolu işə düşmüşdü, Xəzər dənizində  gəmiçilik inkişaf tapmışdı  və bununla bağlı ticarətin yeni 

formaları meydana çıxmışdı. Bakıda milyonçu neftxudalar peyda olmuşdular. Güclü bank şəbəkəsi 

fəaliyyət göstərir, Nobel, Rotşild kimi əcnəbi milyonçular şəhərə  ağlagəlməz yatırım və  sərmayə 

qoyurdular. 

Təbii ki, bütün bunlar həm cəmıyyətin inkişafına təsir göstərir, həm də yeni və mürəkkəb, 

yeni və  təzadlı insani münasibətləri formalaşdırır, gözlənilməz sosial münasibətlər üzə  çıxarırdı. 



Nəcəf bəy Vəzirovun "Hacı  Qəmbər" komediyası bu dövrün xarakterik həyat hadisələrini tipik 

vəziyyətlərdə və tipik xarakterlərlə təcəssüm etdirib. Əsərin qəhrəmanı, tacir-sövdəgər Hacı Qəmbər 

mənəvi cəhətdən Hacı Qara ("Hacı Qara"), Ağa Həsən ("Mürafiə vəkilləri") obrazları ilə "qohum" 

olsa da, dramaturji personaj kimi yeni xarakterdir. 

Dramaturq bir tərəfdən geniş ticarətlə  məşğul olmaq cəhdində bulunmuş Hacı  Qəmbərin 

sövdəgərlıyini təqdir edibsə, digər tərəfdən onun savadsızlığını, ailəsi ola-ola qızı yerində qulluqçu 

Yetərlə evlənmək eşqinə düşmüş gülünc vəziyyətini tənqid hədəfinə çevirə bilib. Həmin gülünc, 

lakin dramaturji baxımdan maraqlı  vəziyyətdə mayor Xudaverdi bəyin, tacir Hacı Salmanın 

riyakarlıqları, mənəvi eybəcərlikləri real, bir qədər satirik səhnə dili ilə nəzərə çatdırılıb. Yetər isə 

xalq dramlarının  şən, hazırcavab və mürəkkəb vəziyyətlərdən baş  çıxarmağa çalışan məzəli 

obrazlara bənzəyir, lakin onun bədii təsviri orijinaldır. 

Özünün publisistik məqalələrində yazdığı maarifçilik ideyalarını, xalqını xoşbəxt görmək 

arzularını, cəmiyyət barədə yanğılı və həsrətli fikirlərini dramaturq "Hacı Qəmbər" komediyasında 

gənc ziyalı  Əşrəf bəyin və müəyyən məqamlarda Aşıq Vəlinin dillərində  səsləndirib.  Əsər həm 

məişət komediyası, həm də sosial satira kimi dəyərli bədii keyfiyyətlərə malikdir. 

Nəcəf bəy Vəzirov  ənənə olmadan "Müsibəti-Fəxrəddin" kimi faciə  əsəri yarada bilmişdir. 

"Müsibəti-Fəxrəddin" faciəsi ilə  ədəbiyyatımızda, həmçinin romantik dramaturgiyanın təməli 

qoyulmuşdur. Sonralar bu əsər eyni zamanda romantik teatrın və romantik aktyor məktəbinin 

yaradıcısı olmuşdur. 

"Müsibəti-Fəxrəddin" faciəsində feodalizm çamırlığında mövcud əxlaq normalarının 

törətdiyi mənəvi və fiziki faciələr qabarıq verilməklə, maarifçilik ruhunun əsarət zəncirlərini qırmaq 

əzınındə olduğu da inandırıcı reallıqla təsvir edilmişdir. Rüstəm bəy obrazı milli mülkədarların tipik 

nümayəndəsi, Fəxrəddin və bir qədər də  Fərhad surətləri isə ziyalı  təbəqəsinin, işıqlı  təfəkkürün 

"zülmət səltənətində nur" təmsilçiləri kimi verilmişlər. Bu iki əks qütbün real təsvirində ölkədə 

mövcud olan nəsil  ədavətinin törətdiyi fitnə-fəsadlar, qanlı müsibətlər daha iyrənc, daha eybəcər 

şəkildə öz mahiyyətini üzə çıxardıb. 

Dramaturq özünün cəmiyyət və insan, elm və şüurun azadlığı, təfəkkürün təkamülü və ideal 

həyat, maariflənmə  və sosial tərəqqi ideyalarını  Fəxrəddin obrazının timsalında, xarakterik 

dramaturji cizgilərlə verib. Qadın azadlığı duyğularını isə  Səadət xanımın timsalında oxuculara 

çatdırıb. Faciədə eyni zamanda feodal-patriarxal cəmiyyətinin kübar təbəqəsinin Cahangir bəy, 

Şahmar bəy, Mələk xanım, Gülbahar xanım kimi nümayəndələrinin və  rəiyyəti təmsil edənlərin 

(qulluqçu Hürü xala, nökərlər Əhməd və Vəli, Hacı Murad və Xəlil) bitkin xarakterləri işlənilib. 

"Pəhlivanani-zəmanə" dramında isə eyni dövrün və eyni millətin burjua əxlaq düşüncələrinin 

rəzil xüsusiyyətləri, neft möhtəkirlərinin dələduzluqları, vəkil Aslan bəyin timsahnda qanunun pulla 

hərraca qoyulması, həddi-büluğa çatmış  qızların nadanlıq pərdəsində yaşadıqları üçün ehtiras 

düşkünlərinin amansız cənginə düşmələri ürəkağrısı ilə  qələmə alınıb.  Əgər dramaturq "Müsibəti-

Fəxrəddin" faciəsində  kəndlilərin avamlıq qəflətindən ayılmamalarının müsibətini veribsə, 

"Pəhlivanani-zəmanə" dramında cəhalət yuxusunda mürgü vuran, torpağı  əlindən alınmış Qurban 

kişinin nadanlığını qabarıq nəzərə çatdırıb. 

Nəcəf bəy Vəzirov "Nə  əkərsən, onu biçərsən", "Pul düşkünü Hacı  Fərəc", "Vay şələküm, 

məəlləküm" pyeslərində  də müxtəlif situasiyalarda və müxtəlif mövzu-problematikada, müxtəlif 

sosial tiplər vasitəsilə burjua əxlaqını, sərxoşluğu,  əxlaqi naqislikləri ifşa hədəfində saxlayıb. 

"Keçmişdə qaçaqlar", "Adı var, özü yox", "Daldan atılan daş topuğa dəyər" məzhəkə-dramlarında 

isə mülkədar həyat tərzinin eybəcər tərəfləri,  şüur kəmliyinin və savadsızlığın törətdiyi mənəvi-

əxlaqi, ictimai-psixoloji fəsadlar, zülmə qarşı namuslu insanların, primitiv şəkildə olsa da, 

apardıqları mübarizələrin mahiyyəti yazıçı amalının, yazıçı qayəsinin əsas ruhunu təşkil edib. 

Sovet dövrünün ilk ilində yazdığı "Təzə əsrin ibtidası" pyesində Nəcəf bəy Vəzirov mülkədar 

şüuru ilə  zəhmətkeş dü-şüncə  tərzini yeni estetik aspektdən qələmə alıb. Mürəkkəb dramaturji 

hadisələrin mərkəzində yeni şüur oyanışının ziyalarını qabarıq verməyə çalışıb. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə